шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Kimya və biologiya fakültəsi

 Kimya və Biologiya fakültəsi

 

 

 Elnare Cabir Mehbaliyeva  Elnare Muzeffer Muradova  hmədova Könül ty  Hüseynova Şəbnəm ty liyeva Samirəty   Quliyeva Tamara ty
Mehbalıyeva Elnarə
Dekan
Dosent
 Muradova Elnarə
Dekan müavini
Əhmədova Könül
Tyutor 
 Hüseynova Şəbnəm
Tyutor
 Əliyeva Samirə
Tyutor
 Quliyeva Tamara
Tyutor
   Soltanzadə Nigar ty  Tinayeva Aynurə oper  Rzabəyli Firuzə oper    
   Soltanzadə Nigar
Tyutor
 Tinayeva Aynurə
Operator
Rzabəyli Firuzə
Operator 
   

 

Tarixi

Azərbaycanda müəllim kadrları hazırlayan ilk ali məktəbin-Azərbaycan Dövlət Pedaqoji İnistutunun yaranmasında xalqımızın böyük oğlu Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun misilsiz xidməti olmuşdur. Onun imzaladığı 1921-ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə milli dildə fəaliyyətə başlayan bu ilk ali pedaqoji təhsil ocağı yeni təşkil olunmuş 1-ci və 2-ci dərəcəli məktəbləri yüksək ixtisaslı pedaqoji kadrlarla təmin etmək məsədilə yaradılmışdır.

İnistut yarandığı ilk gündən etibarən 3 ixtisas: tarix və ədəbiyyat, təbiyyət və coğrafiya, fizika və riyaziyyat ixtisasları üzrə ali təhsilli müəllim kadrları hazırlamağa başlamışdır. Beləliklə təbiyyət-coğrafiya fakültəsi inistutun ilk təşkil olunan 3 fakültəsindən biri olmuşdur. Sonradan həmin fakültə kimya-biologiya fakültəsi adlandırıldı. Fakültədə milli dildə ixtisas fənləri üzrə (biologiya və kimya) ilk mühazirələri Odessa universitertinin məzunlarından professor Fətulla bəy Rzabəyli, akademik Mirəsədulla Mirqasımov, almaniyadakı Darmştat ali texniki məktəbin və Odessa universitertinin məzunu, professor Sadiq Hüseynov, Peterburq universitertinin məzunu, dosent Səlimə xanım Osmanzadə, Kazan universitertinin məzunu, dosent Rəhim bəy Məlikov və dosent Azad Əmirov oxumuşlar. Onlar eyni zamanda tədris kitablarının tərtibində, eləcə də tədris avadanlıqlarının əldə olunmasında böyük əmək sərf etmişlər.

1923-1924-cü tədris ilində inistutun ilk buraxılışı 28 nəfərdən ibarət olmuşdur ki, onlardan da 14 nəfəri təbiyyat-kimya müəllimi idi. İnistut yarandığı ilk günlərdə üçillik tədris planı əsasında işləyirdi.1924-1925-ci tədris ilindən etibarən bu təhsil ocağı dördillik tədris planı əsasında işləməyə başladı.

1920-1930-cu illərdə Azərbaycanın müxtəlif ali məktəblərini bitirmiş bioloqlardan M.Axundov, K.Balakişiyev, Z.Şahtaxtinskaya, S.Ocaqverdizadə, C.Cəbrayıllı, A.Qarayev, kimyaçılardan X.Kələntərli, Ə.İsmayılov, Ş.Məmmədov, C.Zülfiqarlı, M.Mövsümzadə, M.Əhmədli, Ə.Hacıyev, S.Quluzadə kimi istedalı gənclər hesabına kimya-biologiya fakültəsinin müəllim heyəti böyüyür,  inkişaf edir və təkmilləşirdi.

Böyük vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq Azərbaycan Pedaqoji İnistutunun(APİ) digər fakültələri ilə yanaşı, təbiyyət fakültəsi də yenidən Azərbaycan Dövlət Universitertinin müvafiq fakültələri ilə birləşdi.1943-ü ildə APİ müstəqil inistut kimi bərpa olundu və əvvəlki ixtisaslar üzrə ali təhsilli müəllim kadrları hazırlamağa başladı.Bu zaman fəaliyyət göstərən fakültələrdən biri də təbiyyət fakültəsi idi.

1945-ci ildən etibarən fakültə təbiyyət-kimya fakültəsi adlandırıldı və ona rəhbərlik etmək vəzifəsi dosent Z.Şahtaxtinskaya sonra isə dosent Ə.Ö.Əbdürrəhimova tapşırıldı. Təbiyyət-kimya fakültəsi 1968-ci ilin sonunda iki müstəqil fakültəyə bölündü: biologiya və kimya. Biologiya fakültəsinə prof.R.Z.Qafarova rəhbərlik etdi. 1981-82-ci dərs  ilində bu iki fakültə əsasında yenidən kimya-biologiya fakültəsi,2002-ci  ildən isə  onun bazasında yenidən iki müstəqil fakültə: kimya və biologiya fakültələri yaradıldı.

 

Kimya fakültəsinə

  • prof. Rəcəb Əliyev (1968-1971)
  • prof. Reyhan Əbdürrəhimova (1971-1972)
  • prof. Telman Ağdamski (1972-1981)
  • prof. Ələkbər Qurbanov(1997-2005)
  • dos. Vaqif Həsənov  (2006-2016) rəhbərlik etmişlər.

Biologiya fakültəsinə:

  • prof. R.Z.Qafarova (1968-1997)
  • prof. Ə.N.Qurbanov (1997-2002)
  • dos. Ə.M.Məhərrəmov (2002-2011)
  • prof. Y.Ə.Əhmədov (2011- 2016)

Kimya və Biologiya fakültəsinə:

  • prof. Roza Qafarova (1981-1997)
  • prof. Ə.N.Qurbanov (1997-2002)
  • prof. B. İ. Ağayev (09.03.2016 -14.02.2017) dekan əvəzi.
  • 14 fevral 2017-ci ildən b.ü.f.d.dos.E.C.Mehbalıyeva rəhbərlik edir.

Strukturu

  • Ümumi kimya və kimyanın tədrisi metodikası kafedrası (kafedra müdiri prof. Ə.N.Qurbanov)
  • Analitik və fiziki kimya kafedrası (kafedra müdiri prof. N.A.Verdizadə)
  • Üzvi kimya və kimya texnologiyası kafedrası (kafedra müdiri dos. R.K.Məmmədova)
  • Zoologiya kafedrası (kafedra müdiri prof. B.İ.Ağayev),
  • Botanika kafedrası (kafedra müdiri dos. A.Ə.Yusifova)
  • İnsan və heyvan fiziologiyası kafedrası (kafedra müdiri prof. Ə.N.Fərəcov),
  • Biologiyanın tədris metodikası kafedrası (kafedra müdiri prof. Ə.M.Hüseynov),
  • Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrası (kafedra müdiri prof. T.Ə.Feyzullayeva).
  • «Yeni Bioloji aktiv birləşmələr» Elmi-Tədqiqat Laboratoriyası (ETL müdiri R.S.Məmmədova)
  • «Koordinasion birləşmələr» Elmi-Tədqiqat Laboratoriyası (ETL müdiriN.A.Novruzova

Bakalavr ixtisasları

  • 050110 - Biologiya müəllimliyi
    • Tədris planları: əyani, qiyabi
  • 050111 - Kimya  müəllimliyi
  • 050112 - Kimya və  biologiya müəllimliyi

Magistr ixtisasları

  • 060110 - Kimyanın tədrisi metodikası və metodologiyası
  • 060109 - Biologiyanın tədrisi metodikası və metodologiyası
    • Tədris planları: əyani

Doktor ixtisasları

  • 2303.01 - Qeyri-üzvi kimya
  • 5801.01 - Kimyanın tədrisi metodikası və metodologiyası
  • 2306.01 - Üzvi kimya
  • 2301.01 - Analitik kimya
  • 060505 - Onurgasızlar zoologiyası
  • 060505 - Onurgalılar zoologiyası
  • 060505 - Insan və heyvan fiziologiyası
  • 060109 - Biologiyanın tədrisi mrtodikası və metodologiyası

Statistik göstəricilər

  • Fakültəni  indiyədək 12 mindən çox mütəxəssis bitirmişdir.
  • Fakültənin bakalavr pilləsində 1233 tələbə
    • 1155 tələbə əyani şöbədə (onlardan 10 nəfəri əcnəbi vətəndaşdır),
    • 78 tələbə qiyabi şöbədə
  • Magistr pilləsində 97 magistr 
    • “Kimyanın tədrisi metodikası və metodologiyası” 42 nəfəri
    • “Biologiyanın tədrisi metodikası və metodologiyası”54 nəfər
    • “Üzvi Kimya” ixtisası üzrə 1 nəfər təhsil alır.
  • Elmi pedaqoji kadrlar: 120
    • 11 elmlər doktoru, professor,
    • 51 fəlsəfə doktoru, dosent,
    • 8 fəlsəfə doktoru, baş müəllim,
    • 7 fəlsəfə doktoru, müəllim
    • 20 baş müəllim  
    • 19 müəllim çalışır.     

Test bankı