шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

İnsan və heyvan fiziologiyası kafedrası

 İnsan və heyvan fiziologiyası kafedrası

 

 elnr 1.Mehdizadə Nizam kaf m dos  3.Fərəcov Ədalət prof   5.Qarayev Məmməd prof 6.Bayramova Vəsilə dos  7Orucova Minəxanım dos 
Mehbalıyeva Elnarə
Dosent
 Mehdizadə Nizam
Kafedra müdiri
Dosent
 Fərəcov Ədalət
Professor
  Qarayev Məmməd
Professor
 Bayramova Vəsilə
Dosent
  Orucova Minaxanım
Dosent
 8Ələkbərova Səfurə dos  laura  10.Ağayeva Laləndə dos  11.Mürsəlbəyova Lalə dos əv 11Qafarova İradə dos  12Soltanov Rafael dos əvəzi 
 Ələkbərova Səfurə
Dosent
 Həsənova Laura
Dosent
 Ağayeva Laləndə
Dosent
 Mürsəlbəyova Lalə
Dosent əvəzi
 Qafarova İradə
Dosent
Soltanov Rafael
Dosent əvəzi
qasimova nezaket  14.İmamverdiyeva Azadə b.m  15.Əkbərova Rəfiqə b.m  16Abdinova Afiyət b.m  17Atakişiyeva Rasimə b.m  18.Bəbirova Sürəyya b.m 
Qasımova Nəzakət
Baş müəllim
 İmamverdiyeva Azadə
Baş müəllim
 Əkbərova Rəfiqə
Baş müəllim
 Abdinova Afiyət
Baş müəllim
Atakişiyeva Rasimə
Baş müəllim
 Bəbirova Sürəyya 
Baş müəllim
19.Quliyeva Xatirə b.m 19Mirzəyev Nazir b.m 20.Məmmədova Fəzilə b.m 21.Şahverdiyeva Aliyəxanım m 22.Əzimova Gülbəniz b.m 23Əliyev Həsən b.m
 Quliyeva Xatirə
Baş müəllim
 Mirzəyev Nazir
Baş müəllim
 Məmmədova Fəzilə
Baş müəllim
 Şahverdiyeva Aliyəxanım
Baş müəllim
 Əzimova Gülnarə
Baş müəllim
 Əliyev Həsən
Baş müəllim
24.Quliyeva Könül b.m 25.Səfərova Xuraman b.m qafarova jale 26Cəfərova Solmaz m vusale  28Hüseynova Leyla m
 Quliyeva Könül
Baş müəllim
 Səfərova Xuraman
Baş müəllim
Qafarova Jalə
Baş müəllim 
Cəfərova Solmaz
Müəllim 
Həsənova Vüsalə
Müəllim
 Hüseynova Leyla
Müəllim
 32İbrahimova Könül m  33Məmmədova İranə m 27Heydərova Yeganə m   30İsgəndərova Arzu m 34Fərəcova Aysel m  31Qəmbərova Səadət m 
İbrahimova Könül
Müəllim
 Məmmədova İranə
Müəllim
Heydərova Yeganə
Müəllim
 İsgəndərova Arzu
Müəllim
Fərəcova Aysel
Müəllim 
  Qəmbərova Səadət
Müəllim 
     35Sultanova Maidə lab m 36İbrahimova Əfsanə b.l     
     Sultanova Maidə
Laboratoriya müdiri
  İbrahimova Əfsanə
Vivarium müdiri 
   

 

 

Tarixi

Azərbaycan Dövlət Pedaqoji Universitertinin Biologiya fakültəsinin İnsan və heyvan fiziologiyası kafedrası 1930-cu ildə yaradılmışdır. Kafedranın müdiri vəzifəsinə həmin vaxtda prof. A.A. Əmirov seçilmişdir. Ə.Əmirovun (1889-1930) vəfatından sonra kafedraya elmlər doktoru, prof. S.R.Ocaqverdizadə başçılıq etmişdir.

1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitertinin fiziologiya kafedrası Azərbaycan Dövlət Universitertinin eyni adlı kafedrası ilə birləşdirilmişdir. O zaman kafedraya akademik A.İ. Qarayev rəhbərlik etmişdir.

1951-ci ildə fiziologiya kafedrası yenidən bərpa olunmuş və kafedraya biologiya elmləri namizədi, dos. Tələt qayıbov müdir seçilmişdir. 1967-ci ildə fiziologiya kafedrasına R.İ. Səfərov müdir vəzifəsinə seçilmiş və 1993-cü ilədək həmin vəzifədə işləmişdir. 1994-cü ildən Fiziologiya kafedrasına biologiya üzrə elmlər doktoru, prof. Ə.N. Fərəcov rəhbərlik edir.

Strukturu

Kafedranın nəzdində Magistrantların və Doktorantların elmi tədqiqat işi apara bilmələri üçün laboratoriya fəaliyyət göstərməkdədir.

Fiziologiya üzrə ixtisaslaşmış auditoriya (otaq 121) fəaliyyət göstərir.

Statistik göstəricilər

  • 19 nəfər professor-müəllim heyəti:
    • 2 nəfər elmlər doktoru, professor,
    • 7 nəfər fəlsəfə doktoru, dosent,
    • 1 nəfər fəlsəfə doktoru
    • 2 nəfər baş müəllim,
    • 7  nəfər müəllim,
  • 6 nəfər tədris köməkçi heyət çalışır:
    • 6 nəfər böyük laborantdan ibarətdir.

Elmi fəaliyyət

T.Qayıbovun rəhbərliyi ilə fiziologiya kafedrasının nəznində ilk dəfə olaraq “İonlaşdırıcı şüalanmanın postnatal ontogenezdə orqanizmin rezistentliyinə təsiri” adlı elmi-tədqiqat problem laboratoriyası yaradılmışdır.

Ekoloji fiziologiya sahəsində yalnız Azərbaycanda deyil, o vaxtki İttifaq fizioloqları arasında xüsusi elmi nüfuzu olan Roza Qafarova 1967-ci oldə doktorluq dissertasiyası müdafiə etmişdir.

Prof.R.Qafarova 30 ildən artıq ADPU-nun biologiya, kimya-biologiya fakültəsinin (1967-1997-ci illərdə) dekanı vəzifəsinə seçilmiş və fakültə elmi-pedaqoji işlərin səmərəli təşkilinə xüsusi əhəmiyyət vermişdir.Əməkdar elm xadimi, prof. R.Z.Qafarovanın elmi rəhbərliyi və rəsmi opponentliyi ilə onlarla gənc namizədlik və doktorluq dissertasiyası müdafiə etmişdir.
R.Səfərov ali təhsilini Moskvada almış, orada namizədlik dissertasiyası, 1962-ci ildə Tiblisi şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir.Sonralar onun rəhbərliyi ilə 17 nəfər elmlər namizədi, 5 nəfər elmlər doktoru elmi dərəcəsini almışdır.

Ə.N.Fərəcov baş beyinin limbik sistemi strukturlarında “neyromediator təbiətli birləşmələr” in metobolizmini postnal ontogenezdə və orqanizmin müxtəlif funksional vəziyyətlərində tədqiq edir. Onun rəhbərliyi ilə 8 nəfər biologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir.

Prof. Ə.N.Fərəcov 2000-ci ildə “XX əsrin görkəmli adamı” adına laiq bilinmiş və Beynəlxalq Biologiya cəmiyyətinin (mərkəzi Kembric universitertindədir) qızıl medalını almışdır.O, 30 ilə yaxındır ki, Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnistutunda Dissertasiya şurasının həmsədri kimi fəaliyyət göstərir. O, 15 ildən artıqdır ki, Biologiya fənni üzrə respublika olimpiyadasının münsiflər heyətinin sədri kimi fəaliyyət göstərir, məktəblilərin beynəlxalq biologiya olimpiyadalarında koordinator kimi respublikamızı təmsil edir.
Kafedranın əsas elmi istiqaməti “Orqanizmin fərdi inkişafında neyrohumoral tənzim mexanizmlərini müxtəlif faktorların təsiri şəraiti”ndə öyrənməkdir.

Kafedranın bütün müəllimləri plan üzrə elmi tədqiqat işinə cəlb olunmuşlar. Kafedrada icra olunan elmi işlərin nəticələri son 5 ildə 100-dən artıq olub. Respublika daxilində və xarici ölkələrin ən nüfuzlu elmi nəşrlərində çap olunmuşdur.

Tədris işi

Tədris olunan fənlər:                                                   

Bakalavr pilləsi üzrə

  1. Histologiya
    • Biologiya müəllimliyi ixtisası
  2. İnsan anatomiyası
    • Biologiya müəllimliyi ixtisası
  3. Fərdi inkişafın biologiyası
    • Biologiya müəllimliyi ixtisası
  4. İnsan və heyvan fiziologiyası
    • Biologiya müəllimliyi ixtisası
  5. Biofizika
    • Biologiya müəllimliyi ixtisası
  6. Mərkəzi sinir sistemi və sinir sisteminin fiziologiyası
    • Biologiya müəllimliyi ixtisası
  7. SF: İmmunologiya və enzimologiyanın əsasları
    • Biologiya müəllimliyi ixtisası
  8. SF: Yaş fiziologiyası
    • Biologiya müəllimliyi ixtisası                                                              

Magistratura pilləsi üzrə

  1. Böyük ixtisas təcrübəsi
    • Fiziologiya ixtisası
  2. Fiziologiya elminin müasir  problemləri
    • Fiziologiya ixtisası
  3. Fiziologiyanın elm tarixi və metodologiyası
    • Fiziologiya ixtisası
  4. AMMEE
    • Fiziologiya ixtisası
  5. Ali sinir fəaliyyəti və neyrofiziologiya
    • Fiziologiya ixtisası
  6. Mərkəzi sinir sistemi və sinir sisteminin fiziologiyası
    • Fiziologiya ixtisası
  7. Analizatorların fiziologiyası
    • Fiziologiya ixtisası
  8. Həzmin fiziologiyası
    • Fiziologiya ixtisası
  9. Qan və qan dövranının fiziologiyası
    • Fiziologiya ixtisası
  10. Endokrin və bioloji aktiv maddələr
    • Fiziologiya ixtisası
  11. SF: Psixofiziologiya
    • Fiziologiya ixtisası
  12. SF: Çoxalma fiziologiyası
    • Fiziologiya ixtisası
  13. SF: Müqayisəli fiziologiya
    • Fiziologiya ixtisası
  14. Pedaqoji təcrübə
    • Fiziologiya ixtisası
  15. İstehsal təcrübəsi
    • Fiziologiya ixtisası
  16. Dissertasiya işinə rəhbər
    • Fiziologiya ixtisası
  17. Magistr proqram rəhbəri
    • Fiziologiya ixtisası

Professor, əməkdar elm xadimi, R.Səfərov “Analizatorların fiziologiyası” və “Oyanmış toxumanın fiziologiyası” adlı dərs vəsaitlərini çap etdirmişdir. Prof.Ə.Fərəcov ali və orta ixtisas məktəbləri üçün  8 adda dərslik və dərs vəsaitinin, 4 adda monoqrafiyanın müəllifidir. O, orta məktəblər üçün “Biologiya-İnsan” fənnindən electron dərs vəsaitinin multimedia resurslarının (azərbaycan və rus dillərində) müəllifidir. Hazırda kafedra öz işini bakalavr üzrə 8, magistratura üzrə isə 17 tədris roqramı əsasında həyata keçirir.

Xarici əlaqələr

Prof. Ə.N.Fərəcov baş beyinin limbik sistemi strukturlarında “neyromediator təbiətli birləşmələr” in metobolizmini postnal ontogenezdə və orqanizmin müxtəlif funksional vəziyyətlərində tədqiq edir. Bu sahədə onun 200-ə yaxın elmi əsəri dünyanın müxtəlif ölkələrinin (Almaniya, İspaniya, Türkiyə, İran, Rusiya, İngiltərə, Fransa və b.) nüfuzlu elmi nəşrlərində çap olunmuşdur. Hazırda onun vasitəçiliyi altında kafedranın bir çox xarici ölkələrlə və eyni zamanda respublikamızın Milli Elmlər akademiyası, Fiziologiya İnistutu ilə də əlaqəsi vardır.