шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Fakültələr

Təyyar Salam oğlu Cavadov

Filologiya üzrə elmlər doktoru,

ADPU-nun “Azərbaycan və dünya ədəbiyyatı”

kafedrasının professoru

Qısa bioqrafik məlumat

  • 27 aprel 1960-cı ildə Sabirabad rayonunun Mürsəlli kəndində anadan olmuşdur.
  • 1977-ci ildə Sabirabad rayonu Ulacalı kənd orta məktəbini bitirmişdir.
  • Evlidir. Bir oğlu, iki qızı var.

 

Təhsili, elmi dərəcəsi və elmi adı

  • Ali təhsillidir. 1981-ci ildə V.İ.Lenin adına APİ-nin Filologiya fakültəsini bitirmişdir.
  • 1988-ci ildə namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə elmlər namizədi elmi dərəcəsi almışdır.
  • 2007-ci ildə filologiya üzrə elmlər doktorluğu dissertasiyası müdafiə edərək filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.
  • 2003-cü ildə dosent, 2013-cü ildə professor elmi adı almışdır.

 

Əmək fəaliyyəti

  • 1981-1991-ci illərdə Sabirabad rayonunun Qalaqayın və Mürsəlli kənd orta məktəblərində müəllim və tərbiyə işləri üzrə direktor müavini
  • 1991-1995-ci illərdə ADPU-da baş laborant və kiçik elmi işçi
  • 1996-1997-ci illərdə Müasir Azərbaycan və dünya ədəbiyyatı kafedrasında müəllim, 1998-2007-ci illərdə dosent
  • 2008-ci ildən Müasir Azərbaycan və dünya ədəbiyyatı kafedrasında professor

Apardığı dərslər

  • Ən yeni Azərbaycan ədəbiyyatı
  • Ədəbiyyat nəzəriyyəsi
  • Müasir ədəbi proses
  • Ədəbi tənqid tarixi


Tədqiqat sahələri

  • Uşaq ədəbiyyatı
  • Mühacirət ədəbiyyatı
  • Azərbaycan romanı
  • Müasir ədəbi proses
  • Azərbaycan ədəbi tənqidinin tarixi
  • Sovet dövrü Azərbaycan ədəbiyyatı
  • XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

  • Müqayisəli ədəbiyyat. I Beynəlxalq elmi konfrans. 23-31 oktyabr 2004-cü il. Bakı. BSU.
  • Müqayisəli ədəbiyyat. II Beynəlxalq elmi konfrans. 24-25 noyabr 2006-cı il. Bakı. BSU.
  • Azərbaycan ədəbiyyatına yeni dəyərlər prizmasından baxış. Beynəlxalq elmi-nəzəri konfrans. Azərbaycan Dillər Universiteti. Bakı. 2006.
  • Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında “erməni məsələsi”. Beynəlxalq elmi konfrans. Bakı. “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi, 2014.
  • Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr. II Beynəlxalq elmi konfransın materialları. Bakı. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu, 10-11 oktyabr 2016-ci il.
  • I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu. Respublika elmi-praktik konfransı. Bakı. ADPU, 2016.
  • Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan filologiyası: axtarışlar, problemlər, perspektivlər”. Respublika elmi konfransı. Bakı. BDU, 14-15 noyabr 2011-ci il.
  • İlyas Əfəndiyev – 100. Respublika Elmi Konfransı. Bakı. BDU, 2014.
  • Bəkir Çobanzadə və türkologiyanın müasir problemləri. Respublika Elmi Konfransı. Bakı. BDU, 2013.

Seçilmiş əsərləri

Ümumilikdə müəllifin 200-ə yaxın elmi-nəzəri və metodiki məqaləsi çap olunmuşdur. Burada son üç təqvim ilində çap olunmuş məqalələrindən seçmələr təqdim olunur:

  • Satira dialoji münasibətlər kontekstində. Poetika.İzm. Nizami adına Ədəbiyyat İnstitutunun Elmi əsərləri. Bakı. “Elm və təhsil”, 2016. s.36-47.
  • “Qarlı aşırım”: sarsıntıdan doğan işıq. “Azərbaycan” jurnalı. 2016. N4. s.193-202.
  • M.Ə.Sabir: uzaqdan və yaxından. “Azərbaycan” jurnalı. 2016. N4. s.157-166.
  • Sabir satirası milli realizmin estetikası kontekstində. Pedaqoji Universitetin xəbərləri (Humanitar, ictimai və pedaqoji-psixoloji elmlər seriyası). 2016. N1. s.52-62.
  • Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərində islami dəyərlər: müasir dərki və tədrisi problemləri. Pedaqoji Universitetin xəbərləri (Humanitar, ictimai və pedaqoji-psixoloji elmlər seriyası). 2016. N2. s.31-39.
  • Eposdan romana doğru (“Qarlı aşırım”da epos ənənələri). II yazı. At kultu: eposda və romanda. “Dədə Qorqud” jurnalı. Azərb. Milli Elmlər Akademiyası Folklor İnstitutu. Elmi-ədəbi toplu. 2016. N2. s.32-43.
  • “Qaranlıq dünya” problemi və Mirzə Cəlilin nəsr qəhrəmanları. “Azərbaycan” jurnalı, 2017. N3-4.
  • “Üçatılan” povesti: tarixi mövzuya yeni münasibət. XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. IV kitab.
  • M.Ə.Sabirin məktəbin estetik funksiyasına dair fikirləri. “Azərbaycan məktəbi” jurnalı, 2016, N6, s.60-65.
  • İslami dəyərlər: müasir dərki və tədrisi problemləri. “Azərbaycan məktəbi” jurnalı, 2017, N4, s.42-48.
  • Vaqif və Vidadi dünyagörüşü savaşlarında. “Azərbaycan” jurnalı, 2017, №11.s.152-160.
  • “Türk qanlı”sənətkarın “Avropa qiyafəli,müsəlman etiqadlı” əsərləri. “Azəraycan” jurnalı, 2018,№1. s.166-181.
  • “Dirilən adam”:Balzak realizmi ilə sosrealizm arasında. “Azərbaycan” jurnalı,2018,№4.s.57-65.

 

Kitablar

  • Pedaqoji mühit və uşaq ədəbiyyatı (monoqrafiya). Bakı, Maarif, 1992, 288 səh. (M.Məmmədov və Y.Babayevlə birlikdə).
  • Faciəli talelər (Azərbaycanın repressiya və mühacirət şeirinə dair portret-oçerklər). Bakı. Elm, 1998, 100 səh.
  • Azərbaycan klassik uşaq ədəbiyyatı antologiyası (M.Məmmədov və Y.Babayevlə birlikdə). Bakı. Elm, 1998, 300 səh.
  • Ömrü şərəflə yaşayanda... (Y.Babayevlə birlikdə). Bakı. “Təfəkkür” NPM, 2005, 300 səh.
  • Müasir Azərbaycan romanının poetikası (XX əsrin 80-ci illəri) (monoqrafiya). Bakı. Elm, 2005, 280 səh.
  • Müasir Azərbaycan romanı: janr təkamülü. (XX əsrin 80-ci illəri) (monoqrafiya). Bakı. Nafta-Press, 2007, 153 səh.
  • Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri (monoqrafiya və ədəbi-tənqidi məqalələr). Bakı. Səda,2012.
  • Tarixi və çağdaş ədəbi prosesə dair araşdırmalar (məqalələr toplusu). Bakı. “EL” NPŞ MMC, 2009, 216 səh.
  • Müasir Azərbaycan ədəbiyyatı (dərs vəsaiti). Bakı. “EL” NPŞ MMC, 2012, 314 səh.
  • Ədəbi tənqid tarixinə  dair portret-oçerklər (dərs vəsaiti). Bakı. “Vətənoğlu” NPŞ MMC, 2014, 332 səh.
  • İsmayıl Şıxlının bədii nəsri (monoqrafiya). Bakı, “EL” NPŞ MMC, 2014, 176 səh.
  • M.Ə.Sabirin milli intibah idealı. Bakı. “Orxan” NPM, 2015, 144 səh.
  • Azərbaycan ədəbiyyatının müasir problemləri (elmi-nəzəri və ədəbi-tənqidi məqalələr). Bakı. “EL” NPŞ MMC, 2014, 512 səh.  
  • “Qarlı aşırım”dan keçən yollar. Bakı. “Orxan” NPM, 2016, 176 səh.
  • Azərbaycan ədəbiyyatı: mübahisələr, həqiqətlər. Bakı. “Orxan” NPM, 2016, 320 səh.
  • Mir Cəlal nəsri və müasirlik. Bakı. “Orxan” NPM, 2018, 136 səh.