шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Məktəbəqədər təhsil psixoloji xidmət və korreksiyaedici təlim fakültəsi

Məktəbəqədər təhsil, Psixoloji xidmət və Korreksiyaedici təlim fakültəsi

 

 

 

 1  IMG 8174  IMG 9389 IMG 8229  IMG 8224  IMG 8230 IMG 9390
Əliyeva Şəhla
Dekan
Professor
İmanov Allahyar
Dekan müavini
Dosent  
 Namazəliyeva Səkinə
Tyutor 
 Rəhimova Qönçə
Tyutor 
 Abbasova Pərvanə
Tytutor
Ələkbərova Nərgiz 
Tyutor
 Cəfərzadə Leyla 
Operator

 

 

 

Tarixi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris, elm və inzibati bölməsi olub, pedaqoji kadr hazırlığı istiqamətində hazırda tələbə sayına görə ən böyük fakültələrdən biri olan, bu gün daha çox tələbat olan ixtisasları özündə birləşdirən Məktəbəqədər təhsil, Psixoloji xidmət və Korreksiyaedici təlim fakültəsi müstəqil olaraq 1981–ci ildən fəaliyyət göstərir. 1981 ci ildə “Məktəbəqədər tərbiyə”, 1992-ci ildən “Pedaqogika və psixologiya (məktəbəqədər)”, 2001-ciildən 2015-ci ilin oktyabrınadək “Pedaqogika və psixologiya”adlanan fakültə , 2015-ci ilin oktyabrından” Məktəbəqədər təhsil, Psixoloji xidmət və Korreksiyaedic təlim “ adlanır. 1996-cı ilə qədər fаkültədə yаlnız bir –“ Məktəbəqədər təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə kаdr hаzırlаnırdı. 1997-ci ildən еtibаrən fаkültədə “Defektologiya”, 1998-ci ildən isə “Psiхоlоgiyа” iхtisаsı üzrə ali təhsilli kadr hazırlığına başlanmışdır. 2009-cu ildən bu ixtisaslar yerini “Məktəbəqədər təlim və tərbiyə”, “Korreksiyaedici təlim” və “ Təhsildə sosial-psixoloji xidmət” ixtisaslarına vermişdir. ADPU Respublikada yeganə ali məktəbdir ki, Korreksiyaedici təlim sahəsi üzrə kadrlar hazırlayır. 2015 ci il dekabr ayından fakültədə korreksiyaedici təlim ixtisasının Korreksiyedici təlim kafedrası açılmışdır. 2015/16-cı tədris ilindən başlayaraq hər üç ixtis üzrə rus bölməsi açılmışdır.. Fakülədə əcnəbi vətəndaşlar da təhsil almaqdadır. Yаrаndığı gündən еtibаrən fаkültənin dеkаnı vəzifəsində dоs. Еldаr Аbbаszаdə (1981-1985), dоs. Gülаrə Qаyıbоvа (1985-1987), prоf. Хəlil Fətəliyеv (1987-1989), prоf. Məmməd Məmmədоv (1989-1997-əyаni), dоs. Musа Həsənоv (1989-1997-qiyаbi), dоs. Şəhlа Əliyеvа (1997-2001), dos. Аllаhvеrdi Hаcıyеv (2001-2011) çаlışmışlаr. 2011-ci ilin sentyabr ayından fakültəyə Şəhla Qasım qızı Əliyeva rəhbərlik edir. Məktəbəqədər təhsil sahəsi üzrə Əfşan xanım Qədimbəyovadan başlanan fəaliyyət R.Şapiro, dos.N.Rüstəmova, dos.B.Paşayeva, dos.S.Axundova, S.Əfəndiyeva, dos.R.Mursaqulova ilə davam etmiş və dos.Z.Vəliyeva , prof.M.İlyasov , prof.Ş.Əliyeva və b. ilə davam etdirilməkdədir. Məzunlarımız təhsil aldıqları ali məktəbin və fakültənin şərəfini uca tutmuş, respublikanın sayılıb seçilən ziyalıları kimi şöhrət qazanmışlar.1921-ci ildə APİ fəaliyyətə başladığı ildən pedaqogika və psixologiya kafedrası yaranmışdır. Respublikanın ilk psixoloqları və psixologiya müəllimləri pleyadasında respublikanın əsasən görkəmli filosofları –H.Şahtaxtinski, A.Makiovelski, Ə.Zəkuyev və b. həlledici rol oynamışlar. R.Məhərrəmov, M.Hacıyev, M.Abbasov, Ş.Ağayev, Z. Mehdizadə və b.psixoloqların adı bu gün universitet tarixində fəxrlə anılır.. Fakültənin Ümumi psixologiya kafedrasına uzun illər görkəmli psixoloq- alim , professor Əbdül Əlizadə rəhbərlik etmişdir. Fakültədə prof.Ə.Baxşəliyev, prof.R.Əliyev, dos.E.Quliyev kimi psixoloqlar çalışır. Korreksiyaedici təlim sahəsi üzrə dos.N.Hüseynova, dos.T.Ağayeva, dos.S.Aslanova və digər defektoloq-mütəxəssislər fəaliyyət göstərirlər. 2009/2010-cu tədris ilindən başlayaraq fakültə tələbələri baloniya sistemi ilə təhsil alır. 2011/2012 tədris ilində ilk dəfə olaraq” Müasir təhsil və tədrisə yardım mərkəzi”, “Dünyaya baxış” təşkilatı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə inklüziv təhsilə dair pilot layihəsi həyata keçirilmiş və bunun nəticəsi olaraq hər üç ixtisasın tədris planına İnklüziv təhsil fənni daxil edilmişdir. İnklüziv təhsillə bağlı seminarlar və konfranslar keçirilmiş,bu seminarlarda bir çox mütəxəssislər o cümlədən Aberdeen və Cambridge universitetləriinin İnklüziv təhsil üzrə professorları dəfələrlə iştirak etmişlər. İnklüziv təhsil laboratoriyası açılmışdır. Fakültədə, Polşa Respublikası səfirliyinin dəstəyi və Polşa səfirinin iştirakı ilə 2013-cü ildə “Uşaq inkişaf mərkəzi” yaradılmışdır. Polşa Respublikasının bu sahə üzrə mütəxəssis-metodistləri, o cümlədən Türkiyədən gəllmiş mütəxəssislər tələbələrimizlə treninqlər keçirmişlər. Fakültə Türkiyənin Hacəttəpə Universiteti, Tatarstanın Yelabuj Universiteti, BDU, BSU, “Medeks” şirkəti,”Qayğı” ictimai birliyi və s. təşkilatlarla əməkdaşlıq edir.Müəllimlərimiz yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar təşkil olunmuş treninqlərdə, kurslarda iştirak etmişlər.Onlardan bir çoxu təlimçi olaraq hazırda fəaliyyət göstərirlər. TEC xətti ilə bir çox tələbə elmi tədqiqat işi yazır. Fakültədə “Gənc pedaqoq” və “Loqoped” adlı dərnəklər neçə ildir ki, fəaliyyət göstərir. Fakültədə TGT və THK xətti ilə tələbələrimiz çox həvəslə universitet və respublika tədbirlərində fəal iştirak edir, öz yeni layihələrini həyata keçirirlər. Fakültədə tələbələrlə mütəmadi aparılan tərbiyəvi işlər müxtəlif görüşlər və tədbirlər vasitəsilə həyata keçirilir. Respublikanın tarixində və həyatındakı önəmli hadisələrə həsr olunmuş ictimai-siyasi, əyləncəli və s. müxtəlif formatlı tədbirlər, xeyriyyə aksiyaları tələbələrin dünyagörüşünün formaıaşmasında, onların dəyərli insanları tanımasında önəmli rol oynayır.

 Məktəbəqədər təhsil, Psixolohi xidmət və Korreksiyaedici təlim fakültəsinə:

  • dоs. Еldаr Аbbаszаdə (1981-1985)
  • dоs. Gülаrə Qаyıbоvа  (1985-1987)
  • prоf. Хəlil  Fətəliyеv (1987-1989)
  • prоf. Məmməd Məmmədоv (1989-1997-əyаni)
  • dоs. Musа  Həsənоv (1989-1997-qiyаbi)
  • dоs. Şəhlа Əliyеvа (1997-2001)
  • dos. Аllаhvеrdi Hаcıyеv (2001-2011) rəhbərlik etmişlər.
  • 2011-ci ilin sentyabr ayından fakültəyə elmlər doktoru Şəhla xanım Əliyeva rəhbərlik edir.

Strukturu

Bakalavr ixtisasları

  • 050120 - Məktəbəqədər təlim və tərbiyə (azərbaycan və rus bölmələri)
    • Tədris planları: əyani, qiyabi
  • 050119 - Korreksiyaedici təlim (azərbaycan və rus bölmələri)
    • Tədris planları: əyani
  • 050121 - Təhsildə sosial-psixoloji xidmət (azərbaycan və rus bölmələri)
    • Tədris planları: əyani

Magistr ixtisasları

  • 060116 - Korreksiyaedici təlimin metodika və metodologiyası ixtisası (azərbaycan və rus bölmələri)
    • Tədris planları: əyani
  • 060117 - Məktəbəqərər təlim və tərbiyənin metod və metodologiyası ixtisası (azərbaycan və rus bölmələri)
    • Tədris planları: əyani
  • 060118 - Təhsildə sosial psixoloji xidmət ixtisası
    • Tədris planları: əyani

Doktor ixtisasları

  • 5804.01 - Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası
  • 6104.01 - Pedaqoji psixologiya ixtisası
  • 6107.01 - Ümumi psixologiya ixtisası

Statistik göstəricilər

  • Fakültəni indiyə qədər 6 mindən çox mütəxəssis bitirınişdir.
  • Hazırda fakültənin bakalavr pilləsində 1325 tələbə
    • 1249 nəfər əyani şöbədə ,
    • 79 nəfər qiyabi şöbədə ,
    • 129 nəfər əcnəbi tələbə ,
    • magistr pilləsində 115 nəfər magistr (4 əcnəbi)
  • Elmi-pedaqoji kadrlar:
    • 4 elmlərdoktoru, professor,
    • 15 nəfər fəlsəfə doktoru, dosent,
    • 15 nəfər fəlsəfə doktoru, baş müəllim
    • 33 nəfər baş müəllim, müəllim

İnformasiya yardımı

  1.  

Fakültə pasportu

  • Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil, Psixoloji xidmət və Korreksiyaedici təlim fakültəsinin pasportu 

Test bankı