шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrası

Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrası

 

 

 

 1.İlyasov Müseyib kaf m prof  2.Əliyeva Şəhla Professor  3.Vəliyeva Zenfira dos  4.Sevil Cəmilzadə dos  5.zeynalova zərifə dos  6.Baxışova Şərafət Dosent
 İlyasov Müseyib
Kafedra müdiri
Professor
 Əliyeva Şəhla
Professor
 Vəliyeva Zenfira
Dosent
 Cəmilzadə Sevil
Dosent
Zeynalova Zərifə
Dosent 
 Baxışova Şərafət
Dosent
7.sadıqova təranə dos 8.sadıqova sona dos 9.həsənova pərişan dos 10.abdullayeva Kifayət b.m  11.əhmədova almaz b.m  12.əliyeva sədaqət b.m
Sadıqova Təranə
Dosent 
 Sadıqova Sona
Dosent
 Həsənova Pərişan
Dosent
 Abdullayeva Kifayət
Baş müəllim
Əhmədova Almaz
Baş müəllim 
 Əliyeva Sədaqət
Baş müəllim
 13.abdullayeva səidə b.m  14.əliyeva nigar b.m  15.əliyeva vüsalə m  16.həsənova zəhra m  17.nəsibova könül m  17.Səmədova fəridə Müəl
 Abdullayeva Səidə
Baş müəllim
Əliyeva Nigar
Baş müəllim 
 Əliyeva Vüsalə
Müəllim
Həsənova Zəhra
Müəllim 
 Nəsibova Könül
Müəllim
 Səmədova Fəridə
Müəllim
 18.məmmədova yeganə m  19.əhmədova nərgiz m        
 Məmmədova Yeganə
Müəllim
 Əhmədova Nərgiz
Müəllim
       
           

 

 

 

Tarixi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrası 1968-ci ildən fəaliyyət göstərir. Məktəbəqədər təhsil-tərbiyə müəssisələri üçün ixtisaslı pedaqoji və elmi-pedaqoji kadr hazırlığında Məktəbəqədər təhsilin  pedaqogikası və metodikası  kafedrasının müstəsna xidməti vardır. Kafedra 1968-ci ildə dosent Ə.Qədimbəyova (müdir), dos.N.Rüstəmova, dos.B.Paşayeva, müəllim Z.Vəliyeva, S.Axundova, R.Mursaqulova, R.Şapiro,  S.Ələkbərova, Z.Quliyeva, X.Məmmədovadan ibarət tərkibdə  yaradılmışdır.

Ötən illər ərzində kafedraya  dos.Ə.Qədimbəyova (1986-1978), dos.N.Rüstəmova (1980-1989), dos.B.Paşayeva (1990-1999), dos.R.Mursaqulova (1999 – 2012) rəhbərlik etmişlər.2013-cü ildən isə həmin kafedraya prof.M.İlyasov rəhbərlik edir.

Kafedranın inkişafında dos.Ə.Qədimbəyova, dos.N.Rüstəmova, dos.B.Paşayeva, dos.R.Mursaqulova, dos.Ş.Əliyeva, prof.M.İlyasov və başqalarının səmərəli xidmətləri olmuşdur.

Statistik göstəricilər

 17 nəfər professor – müəllim heyəti:

  • 1 nəfər elmlər doktoru, professor,
  • 7 nəfər fəlsəfə doktoru, dosent,
  • 3 nəfər fəlsəfə doktoru, baş müəllim,
  • 1 nəfər fəlsəfə doktoru, müəllim,
  • 5 nəfər baş müəllim
  • 3 nəfər böyük laborantdan ibarətdir.

Elmi fəaliyyət

Kafedra əməkdaşları tədris işləri ilə yanaşı geniş elmi – tədqiqat işləri də aparırlar. Elmi fəaliyyətin əsas istiqaməti müasir dövrdə məktəbəqədər yaşlı uşaqların təhsilinin təkmilləşdirilməsi problemini əhatə edir. Kafedra əməkdaşları Universitetin digər pedaqogika  və metodika kafedraları ilə, həmçinin Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu, Azərbaycan Müəllimlər İnstitutu və digər tədris və elmi – tədqiqat müəssisələri ilə geniş yaradıcılıq  əlaqəsi  saxlayırlar. Aparılan elmi – tədqiqat işlərinin nəticələri  respublikada və bir sıra xarici ölkələrin nüfuzlu nəşrlərində çap olunmuşdur.
Kafedra fəaliyyət göstərdiyi müddətdə kafedra üzvləri məktəbəqədər yaşlı uşaqların təhsil və tərbiyəsinin mühüm problemlərinə dair xeyli tədqiqatlar aparmış, fəlsəfə doktorluğu dissertasiyaları müdafiə etmiş,  kitab və kitabçalar nəşr etdirmişlər.  Bu illər ərzində 14 nəfər fəlsəfə doktoru  elmi dərəcəsi almışdır. Bir nəfərin (dos.Ş.Əliyeva) elmlər doktoru elmi dərəcəsi almaq üçün yazdığı dissertasiya işi müdafiəyə təqdim edilmişdir.  Kafedra üzvlərinin  5 monoqrafiya və 500-dən çox elmi məqaləsi nəşr olunmuşdur.

Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə

  1. Pedaqogika
    • Məktəbəqədər təlim və tərbiyə
    • Təhsildə sosial-psixoloji xidmət
  2. Sosial pedaqogika
    • Məktəbəqədər təlim və tərbiyə
    • Təhsildə sosial-psixoloji xidmət
  3. Defektologiya bə loqopediyanın əsasları
    • Məktəbəqədər təlim və tərbiyə
  4. Əmək təliminin tədrisi metodikası
    • Məktəbəqədər təlim və tərbiyə
  5. Məktəbəqədər pedaqogika
    • Məktəbəqədər təlim və tərbiyə
  6. Nitq inkişafı metodikası
    • Məktəbəqədər təlim və tərbiyə
  7. Savad təlimi metodikası
    • Məktəbəqədər təlim və tərbiyə
  8. Uşaq bağçasında fiziki tərbiyə
    • Məktəbəqədər təlim və tərbiyə
  9. Ətraf aləmlə tanışlıq
    • Məktəbəqədər təlim və tərbiyə
  10. Etnopedaqogika
    • Məktəbəqədər təlim və tərbiyə
  11. Əmək təlimi
    • Məktəbəqədər təlim və tərbiyə
  12. Məktəbəqədər pedaqogikanın tarixi
    • Məktəbəqədər təlim və tərbiyə
  13. Məktəbəqədər müəssisələrə rəhbərlik
    • Məktəbəqədər təlim və tərbiyə
  14. Məktəb təliminə hazırlığın əsasları
    • Məktəbəqədər təlim və tərbiyə
  15. SF: Məktəbəqədər yaşlı uşaqların məktəb təliminə hazırlanması
    • Məktəbəqədər təlim və tərbiyə
  16. SF: Məktəbəqədər yaşlı uşaqların milli adət və ənənələr tərbiyəsi
    • Məktəbəqədər təlim və tərbiyə
  17. SF: Məktəbəqədər dövrdə uşaqların tərbiyəsi və inkişafı
    • Məktəbəqədər təlim və tərbiyə
  18. SF: Məktəbəqədər yaşlı uşaqlarda əməksevərlik və əmək bacarıqları tərbiyəsi
    • Məktəbəqədər təlim və tərbiyə
  19. SF: Məktəbəqədər ictimai müəssisələrin təşkili və ona rəhbərlik
    • Məktəbəqədər təlim və tərbiyə
  20. SF: Erkən yaşlı uşaqların tərbiyəsi və inkişafı
    • Məktəbəqədər təlim və tərbiyə
  21. SF: Məktəbəqədər yaşlı uşaqların ailə tərbiyəsi
    • Məktəbəqədər təlim və tərbiyə
  22. SF: Məktəbəqədər yaşlı uşaqların ailə tərbiyəsi
    • Məktəbəqədər təlim və tərbiyə
  23. SF: Məktəbəqədər yaşlı uşaqların ailə tərbiyəs
    • Məktəbəqədər təlim və tərbiyə
  24. SF: Azərbaycan pedaqoji ədəbiyyatında məktəbəqədər yaşlı uşaqların nitq inkişafı haqqında
    • Məktəbəqədər təlim və tərbiyə
  25. SF: Əqli tərbiyə və əqli inkişaf məsələləri
    • Məktəbəqədər təlim və tərbiyə
  26. SF: İnklüziv təhs
    • Məktəbəqədər təlim və tərbiyə

Magistratura pilləsi üzrə

  1. Məktəbəqədər  təlimin müasir problemləri
    • Məktəbəqədər təlim və tərbiyə
  2. Məktəbəqədər  təhsilinin tarixi və metodologiyası
    • Məktəbəqədər təlim və tərbiyə
  3. Sosial  pedaqogikanın  aktual problemleri (AMMEF)
    • Məktəbəqədər təlim və tərbiyə
  4. Məktəbəqədər yaşlı uşaqlarla təlim və tərbiyə  işinin  metodikası
    • Məktəbəqədər təlim və tərbiyə
  5. Məktəbəqədər  müəssisələrdə defektologiya və loqopediya
    • Məktəbəqədər təlim və tərbiyə
  6. Nitq inkişafı metodikasının  aktual  problemləri
    • Məktəbəqədər təlim və tərbiyə
  7. Ətraf aləmlə  tanışlığın  tədrisi metodikasının aktual  problemləri
    • Məktəbəqədər təlim və tərbiyə
  8. Texnologiya fənninin tədrisi  metodikasının aktual problemləri
    • Məktəbəqədər təlim və tərbiyə
  9. Voleoloji təhsilin  aktual  problemləri
    • Məktəbəqədər təlim və tərbiyə
  10. SF: Məktəbəqədər  təhsildə  kurikulum islahatı
    • Məktəbəqədər təlim və tərbiyə
  11. SF: Məktəbəqədər təhsildə dünya təcrübəsi
    • Məktəbəqədər təlim və tərbiyə
  12. SF: Məktəbəqədər  təhsil müəssisələrində  uşaqların sosial  inkişafı
    • Məktəbəqədər təlim və tərbiyə
  13. SF: Məktəbəqədər  yaşlı uşaqların  sosial - əxlaqi tərbiyəsi məsələləri
    • Məktəbəqədər təlim və tərbiyə
  14. SF: Məktəqədər  təhsil müəssisələrində  öyrənmə  idrak fəaliyyəti
    • Məktəbəqədər təlim və tərbiyə
  15. SF: Məktəbəqədər təhsil müəssisələrində  bədii-estetik  fəaliyyət
    • Məktəbəqədər təlim və tərbiyə
  16. SF: Məktəbəqədər  təhsildə  müasir  pedaqoji  texnologiyalar
    • Məktəbəqədər təlim və tərbiyə
  17. SF: Məktəbəqədər  yaşlı  uşaqların  ekoloji  tərbiyəsi
    • Məktəbəqədər təlim və tərbiyə

Kafedra əməkdaşları fakültənin bakalavriat və magistratura pillələrində yüksək səviyyədə mühazirələr oxuyur, seminar və praktik məşğələlər aparırlar.
Kafedra üzrə hər iki pillə üzrə tədris planında verilən bütün fənlər üçün tədris proqramları hazırlanmış və təsdiq edilmişdir. Bunlara misal olaraq  aşağıdakıları göstərmək olar: dos.R.Mursaqulova və dos.Z.Vəliyeva “Pedaqogika”; dos.R. Mursaqlova, dos.Z.Vəliyeva “ Məktəbəqədər pedaqogika”; dos.B.Paşayeva “Nitq inkişafı metodikası”; ”dos.Ş.Əliyeva “Sosial pedaqogika”; dos.N.Rüstəmova  “Məktəbəqədər pedaqogika  tarixi”; dos.R.Mursaqulova “Ətraf aləmlə tanışlığın metodikası”; dos.S.Cəmilzadə “Fiziki mədəniyyətin tədrisi metodikası” və s.

Proqramlara uyğun dərslik və dərs vəsaitlərinin hazırlanması sahəsində xeyli işlər görülmüşdür. Nümunə kimi Prof.M.İ.İlyasovun “Peşəyönümünün əsasları” (dərs vəsaiti 2011), “Müəllimin pedaqoji ustalığı” (dərs vəsaiti, 2013), Dos.R.Mursaqulova və dos.Ş.Əliyevanın  “Bağça yaşlı uşaqların təbiətlə tanış edilməsi” (dərslik, 1993), dos.Ş.Əliyevanın “Məktəbəqədər yaşlı uşaqların mənəvi tərbiyəsi”(dərs vəsaiti, 2008), “Məktəbəqədər pedaqogika” (dərs vəsaiti, 2010), “Məktəbəqədər təhsilin aktual problemləri” (monoqrafiya, 2010), dos.R.Mursaqulova və  dos.S.Cəmilzadənin  “Kiçik məktəblilərdə və bağça yaşlı uşaqlarda əxlaqi keyfiyyətlər tərbiyəsi” (metodik vəsait, 1995), dos.R.Mursaqulova, dos.S.Cəmilzadə və  müəllim P.Cəfərovanın  “Körpə yaşlı uşaqların tərbiyəsi” (dərs vəsaiti, 2010), dos.N.Rüstəmovanın   “Məktəbəqədər pedaqogika tarixi (dərs vəsaiti, 2004), dos.Z.Vəliyevanın  “Məktəbəqədər yaşlı uşaqlarda əxlaq tərbiyəsi” (dərs vəsaiti, 1993),  S.Əliyevanın “Ustadnamə” (dərs vəsaiti, 2006), dos.N.Rüstəmova və dos.Z.Zeynalovanın  “Məktəbəqədər yaşlı uşaqların sadə riyazi təsəvvürlərin formalaşması” (dərs vəsaiti, 1994), dos.S.Salamovanın “Yaradıcı oyunlar prosesində lüğət ehtiyatının zənginləşdirilməsi” (metodik göstəriş, 1992), müəllim T.Sadıqovanın “Uşaq bağçasının böyük qrupunda fiziki mədəniyyət məşğələləri” (metodik vəsait, 2009), “Məktəbəqədər pedaqogikaya dair icmal və sxemlər” (dərs vəsaiti, 2010), “Məktəbəhazırlıq qrupunda ətraf aləmlə tanışlıq üzrə məşğələlər” (metodik vəsait, 2008), “Məktəbəqədər yaşlı uşaqların ətraf aləmlə tanışlığı prosesində oyunlardan istifadə” (metodik vəsait, 2011) kimi əsərləri göstərmək olar. 

Xarici əlaqələr

Kafedra əməkdaşları ötən illər ərzində keçmiş Sovetlər İttifaqının bir neçə respublikası  ilə əlaqə saxlamışlar. Hazırda işə   bir sıra yaxın və uzaq xarici  ölkələrlə əlaqə saxlayırlar. Bunların içərisində Rusiya, Türkiyə, Ukrayna, Özbəkistan kimi ölkələr xüsusi yer tutur. 
         Kafedra əməkdaşlarının əldə etdiyi nəticələr bir sıra xarici ölkələrin nəşrlərində çap olunmuşdur. Prof.M.İ.İlyasovun  Moskva, Kiyev, Samara, Səmərqənd, Dinepropetrovski, dos.Ş.Əliyevanın Moskva, Daşkənd, Alma – Ata, dos.Ş.Baxışovanın Volqoqrad,  pedaqogika üzrə fəlsəfə doktoru T.Sadıqovanın Moskva və Daşkənd, pedaqogika üzrə fəlsəfə doktoru S.Sadıqovanın Moskva və Daşkənd şəhərlərində elmi   məqalələri  nəşr edilmişdir. Əməkdaşlar  Rusiyada, Qazaxıstanda, Özbəkistanda və bir sıra digər xarici ölkələrdə elmi konfranslarda və seminarlarda məruzələrlə çıxış etmiş və məruzə tezisləri çap olunmuşdur.