шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Ümumi psixologiya kafedrası

Ümumi psixologiya kafedrası

 

 

 

 1.əliyev Ramiz Professor  Hüseynov Elmar prof  2.Rzayeva Nurəngiz Dosent  qızxanım  5.həsənli solmaz dos  5.əfəndiyeva ülviyyə Dosent
 Əliyev Ramiz
Kafedra müdiri
Professor
Hüseynov Elmar
Professor
Rzayeva Nurəngiz
Dosent  
  Qəhrəmanova Qızxanım 
Dosent
 Həsənli Solmaz
Dosent
Əfəndiyeva Ülviyyə
Dosent
 4.Qurbanova Lamiyə Dosent  6Əliyev Məhərrəm Müəlim  6Verdiyeva Çimnaz müəllim 9.əlizadə Səbinə Müəllim   8Əskərova Yeganə Müəllim  3Əfəndiyeva Günəş Müəllim 
Qurbanova Lamiyə
Dosent
 Əliyev Məhərrəm
Baş müəllim
Verdiyeva Çimnaz
Baş müəllim 
Əli-zadə Səbinə
Müəllim
Əskərova Yeganə
Müəllim  
Əfəndiyeva Günəş
Müəllim 
7.Ələkbərov Sədaqət Müəll  10.Qasımova Rəna Müəllim 11.əliyeva Sona müəl 12.Məmmədova Gülər Müəlim 13.Məmmədova Könül müəllim 16.nigar muradova üm ps müəl
Ələkbərova Sədaqət
Müəllim 
Qasımova Rəna
Müəllim 
Əliyeva Sona
Müəllim
Məmmədova Gülər
Müəllim  
Məmmədova Könül
Müəllim 
Muradova Nigar
Müəllim 
elnare          
 Cəfərova Elnarə
Böyük laborant
         

 

 

Tarixi

 

Psixologiya kafedrası uzun müddət pedaqogika kafedrası ilə birgə fəaliyyət göstərmişdir. 1941-ci ilin iyul ayında (Ə.K.Zəkuyev, S.Hacıyev) fəaliyyətə başlayan psixologiya kafedrası həm institutda, eləcə də Azərbaycanda bu elmin inkişafına təkan vermişdi. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq kafedra müvəqqəti olaraq fəaliyyətini indiki ADU- da davam etdimişdir. 1942/43 - cü tədris ilindən başlayaraq kafedra yenidən V. İ. Lenin adına APİ- də fəaliyyət göstərməyə başlayır. Bu dövrdə M.Məhərrəmov, M.Hacıyev, M.Mustafayeva həmin kafedranın əməkdaşları olmuşlar. 1946-1947-ci tədris ilindən başlayaraq ümumtəhsil məktəblərdə məntiq - psixologiyanın tədrisi haqqında dövlətin xüsusi qərarı olur.

1921-ci ildə fəaliyyətə başlayan indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində ilk illərdə psixologiya ixtisası üzrə milli kadrlar olmadığına görə instituta xarici ölkələrdən (Türkiyədən, Rusiyadan, Belarusiyadan və s.) mütəxəssislər dəvət olunurdu. A.O.Makovelski, B.B.Komorovski, Ə.K.Zəkuyev, Muhiddin, M.Tofıq və başqalarını buna misal göstərmək olar.

Kafedranın inkişaf tarixindən danışarkən A.O.Makovelski və Ə.K.Zəkuevin adlarını xüsusilə qeyd etmək lazımdır.

XX əsrin 50-ci illərinə qədər Azərbaycanda yetişən milli psixoloq kadrların hazırlanması məhz bu alimlərin adı ilə bağlıdır. Sonralar Azərbaycanda görkəmli mütəxəssislər  kimi fəaliyyət göstərən M.Məhərrəmov, Ş.Ağayev, Ə.Bayramov, Ə.Əlizadə, M.Həmzəyev və başqaları bu alimlərin köməyi ilə psixoloq kimi formalaşmışlar.

1947/48 - ci tədris ilində indiki ADPU-da Azərbaycan dili, məntiq - psixologiya şöbəsi açılır. Bu şöbənin açılması psixologiya sahəsində əlamətdar hadisə oldu. Bir çox görkəmli alimlər (M.Həmzəyev, A.Məmmədov, Ə.Abdullayev) həmin şöbənin məzunları olmuşlar.

Sonrakı illərdə universitetdə pixologiyanın tədrisində, həm də bu sahəüzrə kadr hazırlığında A.Makiovelskinin, 1921-ci ildə Türkiyənin İstanbul Universitetinin psixologiya - fəlsəfə şöbəsini bitirib Bakıya gələn A.K.Zəkuyevin böyük təsiri olmuşdur.

1950-ci ildən başlayaraq aspirantura yolu ilə kadr hazlrlığına ciddi fıkir verilmişdir. Ş.S.Ağayev, Ə.S.Bayramov, M.Ə.Həmzəyev, Ə.Ə.Əlizadə, A.U.Məmmədov, İ.A.Fərəcov və başqaları 1950-ci ildən sonrakı dövrlərdə APİ-nin psixologiya kafedrasında aspirantura yolu ilə təhsil almış, əməkdar elm xadimi, professor Ə.K.Zəkuyevin rəhbərliyi ilə namizədlik dissertasiyaları müdafiə edilmişlər.

1959-cu ildən psixologiya kafedrası yenidən pedaqogika kafedrası ilə birləşir. Ə.K.Zəkuyev isə Azərbaycan Elmlər Akademiyasının fəlsəfə şöbəsinə işə təyin olunur. Bu vəziyyət 1963-cü ilə qədər davam edir.

1963/64-cü tədris ilindən kafedra yenidən müstəqil fəaliyyətə başlayır. Kafedraya 1963-cü ildən 1975-ci ilə qədər Ş.Ağayev rəhbərlik etmişdir.

M.Əbdülov, İ.Məmmədov, Ə.Baxşəliyev, Z.Orucov və başqaları həmin kafedrada Ş.Ağayevin rəhbərliyi ilə elmi-tədqiqat işi aparmışlar.

1974 - cü ildə həmin kafedra əsasında iki - (1 saylı və 2 saylı) psixologiya kafedrası təşkil edilmişdir. Kafedralar 1996-cı ilə qədər bu adda fəaliyyət göstərmişdir. 1996-cı ildə Universitetin elmi şurasının qərarı ilə kafedranm adları dəyişdirilərək ümumi psixologiya, yaş və pedaqoji psixologiya adlandırılmışdır. 1976-ci ildən 2013-cü ilin sentyabr ayınadək  ümumi psixologiya kafedrasına prezident təqaüdçüsü, Şöhrət ordeni ilə  təltif olunmuş, Əməkdar elm xadimi, prof. Ə.Ə.Əlizadə rəhbərlik etmişdir.  Hal-hazırda kafedraya psixologiya üzrə elmlər doktoru,professor, Əməkdar müəllim Ramiz İbrahim oğlu Əliyev  rəhbərlik edir.

Statistik göstəricilər

  • 18 nəfər professor - müəllim heyəti
    • 1 nəfər elmlər doktoru, professor
    • 5 nəfər fəlsəfə doktoru, dosent
    • 1nəfər fəlsəfə doktoru, b/müəllim
    • 3 nəfər fəlsəfə doktoru, müəllim
    • 2 nəfər baş müəllim
    • 6 nəfər müəllim
  • 2 nəfər tədris köməkçi heyət çalışır
    • 1 nəfər baş laborant
    • 1 nəfər laborant

Elmi fəaliyyət

Ümumi psixologiya kafedrasının elmi işlərinin istiqamətini XXI əsrin psixoloji pöroblemlərindən olan   müasir psixologiyanın aktual problemləri, fəaliyyətin psixoloji xüsusiyyətləri, uşaqların təlim-tərbiyə proseslərinin təşkili məsələləri, müasir dövrdə müəllim şəxsiyyətinə verilən psixoloji tələblər, müasir təhsildə psixoloji xidmətin təşkili, müasir dövrdə yeniyetmələrin bir şəxsiyyət kimi formalaşması , psixologiyada özünənəzarət, deviant davranış,susid hallarının psixoloji xüsusiyyətləri və s. problemlərin tədqiqindən ibarətdir.

 Son illərdə kafedrada yüksək ixtisaslı psixoloji kadr hazırlığına xüsusi diqqət yetirilmişdir. Belə ki, hal – hazırda kafedrada fəlsəfə doktoru proqramı üzrə 2 nəfər əyani, 3 nəfər qiyabi doktorant və 2 nəfər dissertant təhsil alır.Elmlər doktoru proqramı üzrə onların sayı 2 nəfərdir. Bu sahədə 100 - dən çox məqalə və tezis, elmi kütləvi əsərlər nəşr olunmuşdur.Bir sıra beynəlxalq konfranslarda məruzələr edilmişdir.

Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə

  1. Ümumi, yaş və pedaqoji  psixologiya
    • Tarix müəllimliyi ixtisası
    • Tarix-coğrafiya müəllimliyi ixtisası
    • Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası
    • İngilis dili müəllimliyi ixtisası
    • Fransız dili müəllimliyi ixtisası
    • Riyaziyyat müəllimliyi ixtisası
    • Riyaziyyat-informatika müəllimliyi ixtisası
    • İnformatika müəllimliyi ixtisası
    • Biologiya müəllimliyi ixtisası
    • Fizika müəllimliyi ixtisası
    • Kimya  müəllimliyi ixtisası
    • Kimya-biologiya  müəllimliyi ixtisı
  2. Psixologiyanın əsasları
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  3. Sosial psixologiya
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  4. Ailə və gender psixologiyası
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  5. Koqnitiv, humanist və geştalt psixologiya
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  6. Ünsiyyət və münasibətlərin psixologiyası
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  7. Psixoloji konsiliumlar və treninq
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  8. İdarəetmə və menecment psixologiyası
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  9. Biheviorizm, psixoanaliz nəzəriyyəsi və metodikası
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  10. Psixologiyada riyazi metodlar
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  11. SF:Biheviorizm, psixoanaliz nəzəriyyəsi və metodikası
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası
  12. SF:Psixoloji maarifləndirmə və psixoprofilaktika
    • Təhsildə sosial - psixoloji xidmət ixtisası

Magistratura pilləsi üzrə

  1. Test nəzəriyyəsi
  2. Sosial-psixoloji xidmətin müasir problemləri
  3. Eksperimental psixologiya
  4. Psixologiya
  5. İstedadlı uşaqlara psixoloji xidmət
  6. Psixogiyanın müasir problemləri
  7. Əsrin gender konsepsiyası
  8. Ünsiyyət və qarşılıqlı münasibətlər

Kafedranın professor - müəllim heyəti bakalavr pilləsi üzrə tarix, filologiya, biologiya, riyaziyyat, kimya, kimya-biologiya, fizika fakültələrində ümumi, yaş və pedaqoji psixologiya, pedaqogika və psixologiya fakültəsində təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə psixologiyanin əsasları, sosial psixologiya, ailə və gender psixologiyası, koqnitiv, humanist və geştalt psixologiya, ünsiyyət və münasibətlərin psixologiyası, idarəetmə və menecment psixologiyası, biheviorizm, psixoanaliz nəzəriyyəsi və metodikası və s.. fənləri üzrə yüksək səviyyədə mühazirələr oxuyur, laboratoriya və məşğələ dərsləri aparırlar. Bakalavr pilləsi ilə yanaşı olaraq kafedrada təhsildə-sosial psixoloji xidmət istiqamətləri üzrə magistr hazırlığı həyata keçirilir.
Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazırlanmışdır. Bütün fənlər üzrə tədris mövcud təqvim - tematik planlara uyğun aparılır. Son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu addımlar atılmışdır. Belə ki, kafedra əməkdaşları tərəfindən xeyli sayda tədris vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir.

Beləki,prof.R.İ.Əliyevin “Şagird şəxsiyyətinin formalaşmasında milli xüsusiyyətlərin nəzərə alınması”(1995) “Şəxsiyyət və onun formalaşmasının etnopsixoloji əsasları” (2000), “Psixologiya” (2003),”Məktəbə psixoloji xidmətin aktual məsələləri” (2004), “Psixologiya tarixi”(2006), ”Tərbiyə psixologiyası” (2006),”Psixologiya” (2008), ”Praktik psixologiya məsələləri” (2011), ”Mühit. İdeologiyası.Şəxsiyyət” (2015)  və s. dos. L.M.Qurbanovanın “Eksperimental psixologiya” (2014), N.T.Rzayevanın “Uşaq psixologiyası”(2015), Q.N.Qəhrəmanovanın “Gənclərin sosiallaşmasında fəalliyyət və şəxsiyyətlərarası  münasibətlərin rolu” (2013), Ü.A.Əfəndiyevanın “Müəllim şəxsiyyətinin psixologiyası” (2014), “Ünsiyyət və qarşılıqlı münasibətlər məktəbəpsixoloji xidmətin əsası kimi”(2007) və s. əsərləri misal göstərmək olar.

Kafedrada doktorant və dissertantlarla işə xüsusi diqqət yetirilir.Hal-hazırda kafedrada 2nəfər (N.Çələbiyev və  S.Əliyeva) elmlər dooktoru, 5nəfər isə fəlsəfə doktoru proqramı üzrə dissertasiya işi üzərində çalışır.2 nəfər –H.Xəlilov və V.Kərimova 2018-ci ildə fəlsəfə doktoru proqramı  üzrə dissertasiya işini müdafiə etmişlər..

Xarici əlaqələr

Uzun illər ərzində kafedra əməkdaşları keçmiş Sovetlər İttifaqının bir çox respublikaları və elmi mərkəzləri ilə, habelə İran, Türkiyə və başqa ölkələrin universitetləri və elmi-tədqiqat institutları ilə əlaqə saxlamış, birgə elmi - tədqiqat işləri aparmışlar.

Kafedra əməkdaşlarının əldə etdiyi elmi nəticələr dəfələrlə bir sıra xarici ölkələrdə, o cümlədən Rusiyada, Gürcüstanda, Qazaxıstanda, İranda, Türkiyədə və başqa xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda və simpoziumlarda məruzə edilmiş və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.