шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Fiziki tərbiyə və gənclərin çağırışaqədər hazırlığı fənləri və onların tədrisi metodikası kafedrası

Fiziki tərbiyə və gənclərin çağırışaqədər hazırlığı fənləri və onların tədrisi metodikası

 

 1.Abdullayev Eldar Əbülfəz kaf.m    3.Mehdiyev əli Əyyub m.prof  4.Quliyev Baloğlan Sabir B  5.Əmirsalamov Akif Əlisalan dos.E.n  5Quliyev Gülbaba Balasoltan dosjpg
Abdullayev Eldar
Kafedra müdiri 
   Mehdiyev Əli
Professor
Quliyev Baloğlan
Dosent 
Əmirsalamov Akif
Dosent 
Quliyev Gülbaba
Dosent 
 6.Müsəllimov Vəliyəddin Ziyəddin  7.Əsgərov laçın İzzət bm  8.sadıqov Əvəz Rəşid b.m  9.Əliyev Natiq Sabir bm  10. Allahquliyev Şərif Abbasqulu b.m  11Kərimov Məmməd Rəhim m
Müsəllimov Vəliyəddin
Baş müəllim 
Əsgərov Laçın
Baş müəllim 
Sadıqov Əvəz
Baş müəllim 
Əliyev Natiq
Baş müəllim 
 Allahquliyev Şərif
Baş müəllim
Kərimov Məmməd
Müəllim 
 12.Qasımova Zərəngiz İlyas  13.Həsənova Gülbəniz Adil.b.m  14.Quliyev Məsim Allahverdi m  15.Bədəlova İradə Həbib  35. Quliyeva Solmaz Ağamusa lab  44
 Qasımova Zərəngiz
Müəllim
Həsənova Gülbəniz
Müəllim 
 Quliyev Məsim
Müəllim
 Bədəlova İradə
Müəllim
 Quliyeva Solmaz
Laborant
Məmmədov Fərid
Laborant 
45. Əfəndiyev Aydın Faiq təd.u          
Əfəndiyev Aydın
Tədris ustası 
         

 

 

 

 

Tarixi

Fiziki tərbiyə və ÇH tədrisi metodikası kafedrası 1981-cu ildə yaradılmışdır. Kafedranın ilk müdiri prof. Hənifə Qurbanov,prof. Əli Mehtiyev, dos. Baloğlan Quliyev, dos. Akif Əmiraslanov və пrof. Rafiq Baxşəliyev olmuşdur. Hazrda da prof. R. Baxşəliyev kafedraya rəhbərlik edir. Qarabağ savaşı zamanı məzunlarımızın böyük əksəriyyəti orduda xidmətə çağrılmış və müharibədə iştirak etmişlər. Bu Qarabağ müharibəsində 18 məzunumuz şəhid olmuş, onlardan iki nəfəri Mirələkbər İbrahimov və Mətləb Quliyev Azərbaycan Respublikasının Milli qəhrəmanı adыna layiq görülmüşlər.

Statistik göstəricilər

  • 11 müəllim heyəti
  • 1 nəfər proffessor
  • 3 nəfər dosent
  • 6 nəfər baş müəllim
  • 2 nəfər müəllim
  • 7 nəfər tədris köməkçi heyət 
  • 4 nəfər böyük laborant
  • 2 nəfər laborant
  • 1 nəfər təlim ustası

Elmi fəaliyyət

Kafedrada elmi – tədqiqat işi aparan professor – müəllim heyətinin tərkibi – 12 nəfər
Onlardan: professor – 1 , elmlər namizədi – 2 ,dosent – 3 ,baş müəllim – 6 ,müəllim – 1 

Istiqamət:Orta ümumtəhsil məktəblərində fiziki tərbiyə və gənclərin çağırışaqədər hazırlığı fənlərinin məzmunu, formaları və verilməsi metodikası öyrənmək, təhlil etmək və ümumiləşdirmək.

Fiziki tərbiyə və gənclərin çağırışaqədər hazırlığı müəllimlərinin peşə hazırlığının  təkmilləşdirilməsi.

Problem: Orta ümumtəhsil məktəblərində fiziki tərbiyə və gənclərin çağırışaqədər hazırlığı fənlərinin təşkili, formaları və keçirilməsi metodikası.

Mövzular:

  1. professor Baxşəliyev R.M. İbtidai sinif şagirdləri ilə dərsdənkənar fiziki tərbiyə məşğələlərinin təşkili.
  2. dos. Əmiraslanov A.Ə. İstehsalat gimnastikasının təşkili və keçirilməsi formaları.
  3. dos. Quliyev B.S. Azərbaycanda fiziki tərbiyə sisteminin əsasları.
  4. dos. Quliyev G.B. Sovet hakimiyyəti illərində güləşin inkişafı.
  5. b/m. Allahquliyev Ş.Ə. Basketbolda hücumda oyunun komanda taktikası.
  6. b/m. Şikarov Ş.N. Mülkü müdafiə strukturunun təkmilləşdirilməsinin əsasları.
  7. b/m.Sadıqov Ə.R. Sıra hazırlığının tədrisi metodikasının əsasları.
  8. b/m.Əliyev N.S. Gənclərin hərbi – vətənpərvərlik tərbiyəsinin ideya – nəzəri əsasları.
  9. b/m. Kərimov M.R. Voleybolda müdafiə taktikası.
  10. b/m.Fərəcov F.T. Taktiki hazırlıq dərslərinin formaları və onların tətbiq edilməsi qaydaları.
  11. müəl.Məmmədova G.Ə.Bədən tərbiyəsi məşğələlərində həkim – pedaqoji nəzarətin təşkil edilmə metodları.

Çap olunmuş əsərlər:

Kitab – dos. Quliyev B.S. “İbtidai sinif şagirdlərinin fiziki tərbiyəsinin aktual problemləri”. Bakı, 2013, 17 ç.v.
Məqalə - dos. Quliyev B.S. “İdman fənlərinin tədrisində kompleks yanaşma və bu sahədəki başlıca vəzifələrin  təsnifatlaşdırılması”, ADPU, “Elmi Xəbərlər”, 2013, № 1.
Fakültə və kafedra elmi seminarlarında dinlənilmiş mövzular: dos.Quliyev B.S.”Ümumtəhsil məktəblərində fiziki tərbiyə fənni” proqramı üzrə işin təşkili.
           

Mükafat alanlar:

  1. .dos.Quliyev B.S. “Şöhrət” diplomu və “Qızıl Qələmlər”mükafatı laureatı. Respublikanın ictimai, siyasi və elmi həyatında iştirak.
  2. dos. A.Ə.Əmiraslanov Respublika, universitet və fakültə elmi – metodiki şurasının üzvüdür.
  3. dos. Quliyev B.S. Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi – metodik şurasının və fakültə elmi – şurasının üzvü.

Mövzular:

  1. professor Baxşəliyev R.M” İbtidai sinif şagirdləri ilə dərsdənkənar fiziki tərbiyə məşğələlərinin təşkil”. Həmin tədqiqat işi fiziki tərbiyənin aktual problemlərindən biri olan dərsdənkənar məşğələlərə həsr olunmuşdur. Burada müasir tələblərə uyğun məktəbdə təşkil olunan dərsdənkənar fiziki tərbiyə məşğələlərinin mahiyyəti, məzmunu, vəzifələri, vasitələri və onların tədrisi metodikası araşdırılır.
  2. dos. Əmiraslanov A.Ə.:” İstehsalat gimnastikasının təşkili və keçirilməsi formaları”. Məlumdur ki, istehsalatda əmək məhsuldarlığının yüksədilməsi üçün bir sıra pedaqoji – psixoloji məsələlərə diqqət yetirmək çox vacibdir. Bu mənada tədqiqat işində istehsalat gimnastikasının təşkili və həyata keçirilməsi formaları şərh olunur. Gimnastikanın şəraitdən asılı olaraq təşkili metodikası izah olunur və faydalı tövsiyələr verilir.
  3. dos. Quliyev B.S. “Azərbaycanda fiziki tərbiyə sisteminin əsasları”.
    Məlumdur ki, ölkəmiz öz müstəqilliyini qazanmışdır. Müstəqillik illərində bədən tərbiyəsi və idmana diqqət daha da artırılmışdır. Bütün bunlar fiziki tərbiyənin elmi əsaslarla inkişafı ilə sıx əlaqədardır. Həmin tədqiqat işində Azərbaycanda fiziki tərbiyə sisteminin elmi – pedaqoji əsasları tədris olunur. Xüsusən, fiziki tərbiyənin hərtərəfli inkişafa təsiri, ideya əsasları, onun anatomik – fizioloji baxımdan istiqamətləri araşdırılır.
  4. dos. Quliyev G.B.: “Sovet hakimiyyəti illərində güləşin inkişafı”.
    Həmin tədqiqat işində güləşin inkişaf tarixinə nəzər yetirilir. Xüsusən, sovet hakimiyyəti  və müstəqillik illərində Azərbaycan idmançılarının Avropa və Dünya çempionatlarında, Beynəlxalq Qran-pri yarışlarında Olimpiya oyunlarında uğurları tədqiq olunmuşdur.
  5. b/m. Allahquliyev Ş.Ə. “Basketbolda hücumda oyunun komanda taktikası”.    Həmin tədqiqat işində basketbol idman növünün bir sıra vacib məsələləri əhatə edilmişdir. Xüsusən, basketbolun inkişafı tarixi haqqında qısa məlumat verilir, onun müasir dövr üçün əhəmiyyəti qeyd olunur. Bununla yanaşı, basketbolun taktikasına diqqət yetirilir, o cümlədən həmin idman növündə hücum zamanı oyunun komanda taktikası izah edilir.
  6. b/m. Şikarov Ş.N. “Mülkü müdafiə strukturunun təkmilləşdirilməsinin əsasları”. Bu tədqiqat işində MM strukturundan bəhs olunur, xüsusən MM dərslərinin strukturunun təkmilləşdirilməsi yolları göstərilir, vacib təkliflər irəli sürülür.
  7. b/m.Sadıqov Ə.R. “Sıra hazırlığının tədrisi metodikasının əsasları”.
    Sıra hazırlığına həsr edilmiş həmin tədqiqat işində sıra təşkilinin növləri izah edilir və bu sahədə olan komanda və göstərişlərin yerinə yetirilməsi metodikası öz əksini tapır.
  8. b/m.Əliyev N.S.: “Gənclərin hərbi – vətənpərvərlik tərbiyəsinin ideya – nəzəri əsasları”. Hərbi vətənpərvərlik tərbiyəsinə aid olan həmin tədqiqat işi də ilk növbədə, onun mahiyyəti, vəzifələri, vasitələri və təşkilat formaları tədqiq olunur. Xüsusən, gənclərin vətənpərvərlik tərbiyəsinin ideya – nəzəri istiqamətləri şərh olunur.
  9. b/m. Kərimov M.R.: “Voleybolda müdafiə taktikası”.
    İdman oyunlarında voleybol özünəməxsus yer tutur. Voleybol yarışlarında isə qalibgəlmək üçün onun müdafiə taktikası xüsusi əhəmiyyət kəsb edir. Bunları nəzərə alaraq, oyun zamanı müdafiə taktikasının müxtəlif variantları nəzərdən keçirilir.
  10. b/m.Fərəcov F.T. “Taktiki hazırlıq dərslərinin formaları və onların tətbiq edilməsi qaydaları”.
    Ölkənin müdafiəsində taktiki hazırlıq böyük əhəmiyyətə malikdir. Bu işdə taktiki hazırlıq dərslərinin formalarının düzgün seçilməsi və tədqiqi xüsusən əhəmiyyətlidir. Bu mənada həmin tədqiqat işində taktiki hazırlığın və onun tətbiqinin səmərəli təşkili yolları və qaydaları pedaqoji baxımdan araşdırılır.
    11.müəl.Məmmədova G.Ə.” Bədən tərbiyəsi məşğələlərində həkim – pedaqoji nəzarətin təşkil edilmə metodları”.

Şagirdlərin səhhət – sağlamlığının möhkəmləndirilməsində həkim – pedaqoji nəzarətin əhəmiyyəti olduqca böyükdür. Bu tədqiqat işində fiziki tərbiyə zamanı həkim – pedaqoji nəzarətin təşkili metodikası tətbiq edilir. Onun tədris ilinin əvvəlində, ortalarında və axırında aparılması məsləhət görülür.

Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi (qızlar üçün fiziki tərbiyə)

  1. Fiziki tərbiyənin nəzəriyyəsi və metodikası.
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  2. Fiziki tərbiyənin təşkili və idarəolunması.
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  3. Bədən tərbiyəsinin tarixi.
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  4. İdman  nəzəriyyəsi.
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  5. Tətbiqi fiziki  hazırlığın nəzəri əsasları.
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  6. İxtisasa giriş.
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  7. Vətənin müdafiəsinə hazıram və atıcılıq. 
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  8. Gənclərin  çağırışaqədər hazırlığının tədrisi metodikası.
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  9. Hərbi Vətənpərvərlik Tərbiyəsinin əsasları.
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  10. Mülki müdafiə.
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  11. Üzgüçülük və onun tədrisi metodikası.
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  12. İdman oyunları və onun tədrisi metodikası.
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  13. Yüngül atletika və onun tədrisi metodikası.
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  14. Gimnastika və onun tədrisi metodikası.
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  15. Güləş və onun tədrisi metodikası.
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  16. Əlbəyaxa döyüş.
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  17. Sıra hazırlığı.
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  18. Milli güləş və onun tədrisi metodikası.
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  19. İdman qurğuları.
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  20. Bədii gimnastika.
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  21. Badminton və tennis.
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  22. Voleybol və basketbol.
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  23. İdman ustalığının artırılması.
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  24. Hərbi qanunvericiliyin əsasları və şagirdlərin hüquqi tərbiyəsi
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  25. Orduda fiziki hazırlığın nəzəri əsasları.
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  26. Həyat fəaliyyətinin təhlükəsizliyi.
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  27. Məktəb gigiyenası.
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  28. Tətbiqi üzgüçülük.
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  29. Idman gimnastikası və onun tədrisi metodikası
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi
  30. Mütəhərrik oyunlar
    • Fiziki tərbiyə və çagırışaqədər hazırlıq müəllimliyi

Xarici əlaqələr

Tələbələrimiz xarici ölkələrdə ,Dünya , Avropa və Olimpiya oyunlarında yaxından iştirak edirlər.

Onlardan:

  • Mehdizadə Əjdər – Qaydasız döyüş üzrə Avropa çempionu, 2010.
  • Abuzərov Nihad – Əlbəyaxa döyüş üzrə Dünya çempionu, II yer, 2011.
  • Mollayev Nizami – Qaydasız döyüş, Avropa II yer,2011.
  • Hüseynov İlqar – Unuversial Hərbi idman növü, Avropa I yer 2011, Dünya çepionu III yer.