шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Musiqi və onun tədrisi metodikası kafedrası

Musiqi və onun tədrisi metodikası kafedrası

 

 

 1.Abdullayeva Zemfira Kəlpəli prof.kaf.m  2.Dadaşova Minarə Rəhim prof.E.d  3.Bağırova Tamella Əli prof.E.d  4.Rzayeva Firənfiz İmamverdi  5.Əfəndiyeva Elmira Musa  6.Axundova Gülarəxanım Əhməd
 Abdullayeva Zemfira
Kafedra müdiri
Professor
 Dadaşova Minarə
Professor
 Bağırova Tamella
Professor
 Rzayeva Firəngiz
Dosent
 Əfəndiyeva Elmira
Dosent
 Axundova Gülarəxanım
Dosent
 7.Hidayətova Firəngiz Şahmurad  8.Qəribova Arifə Hacıbaba b.m.f.d  9.Seyidova Zemfira Teymur  10.Aslanova Gülarə Çingiz  11.Sultanova zemfira Səlim  12.Abbasova Lalə Məmməd
Hidayətova Firəngiz
Baş müəllim 
 Qəribova Arifə
Baş müəllim
 Seyidova Zemfira
Baş müəllim
 Aslanova Gülarə
Baş müəllim
 Sultanova Zemfira
Baş müəllim
 Abasova Lalə
Baş müəllim
 13.İskəndərova Lalə Məmməd  14.Əhmədova İradə Əhməd  15.dadaşova Elmira Midhəd  16.Hacyeva Svetlana Müzəffər b.m  17.Kamilova Nərmin Mübariz  18.Kərimova Rəfiqə Hüsü
 İskəndərova Lalə
Baş müəllim
 Əhmədova İradə
Baş müəllim
 Dadaşova Elmira
Baş müəllim
 Hacıyeva Svetlana
Baş müəllim
 Kamilova Nərmin
Baş müəllim
 Kərimova Rəfiqə
Baş müəllim
19.İsmayılova Kəmalə Qasım     22.Quliyeva Şəhla Hacıməmməg b.m 23.Yarıyeva Xanım Hüseyn 24.Əliyeva Maralxanım Tofiq
 İsmayılova Kəmalə
Baş müəllim
    Quliyeva Şəhla
Baş müəllim 
Yarıyeva Xanım
Müəllim 
Əliyeva Maralxanım
Müəllim 
25.Qocayeva Xatirə Zakir 26.Bakıxanova Gülnarə Abdulağa 27.Mirzəbəyova Şəhla qəzənfər 28.Hacıyeva Sevda Teyyub 29.Məmmədova Təranə Firuz 30.Əliyeva mEhri Əhməd
 Qocayeva Xatirə
Müəllim
Bakıxanova Gülnarə
Müəllim 
Mirzəbəyova Şəhla
Konsertmeyster 
Hacıyeva Sevda
Konsertmeyster 
 Məmmədova Təranə
Konsertmeyster
Əliyeva Mehriban
Konsertmeyster 
31.Əliyeva Vəfa Məhyəddin 32.Həsənova Elmira Tamleyha 33. İsmayılova Rəna Yusif  34.Ağalarova Xəyalə Məmməd b.l  36.Vəzirova Aytac Əsrari  35.İsgəndərov Elxan Məhəmməd .Tədr ust
 Əliyeva Vəfa
Konsertmeyster
 Həsənova Elmira
Konsertmeyster
 İsmayılova Rəna
Konsertmeyster
Ağalarova Xəyalə
Böyük laborant 
Vəzirova Aytac
Laborant 
 İsgəndərov Elxan
Tədris ustası
           

 

 

Musiqi fənləri və onların tədrisi metodikası» kafedrası 1982-ci ildən fəaliyyət göstərir. Kafedranın ilk müdiri dos. Nəcməddin Məlikməmmədov olmuşdur. O, 1982-ci ildən  ömrünün sonuna kimi (1998) kafedraya başçılıq etmişdir.1998-ci ildən etibarən kafedraya pedaqoji elmlər doktoru, professor  Jalə Qədimova rəhbərlik edir. Kafedranın  inkişafında  dos.E.Əfəndiyeva, dos.A.Həsənova, dos.L.Həsənova,  dos.G.Axundova,p.e.ü.f.d.F.Hidayətova  və b. səmərəli xidmətləri  olmuşdur. 

Strukturu

Kafedra  3 bölmə  üzrə xüsusi avadanlıqlarla təchiz olunmuş 10 auditoriya fəaliyyət göstərir.

  • Xor sinfi  və dirijorluq;
  • Nəzəriyyə  və  solfecio;
  • Vokal.

Statistik göstəricilər(2013)

  • 20 nəfər professor-müəllim heyəti
  • 1 nəfər elmlər doktoru, professor
  • 4 nəfər fəlsəfə doktoru, dosent
  • 1 nəfər fəlsəfə doktoru, baş müəllim
  • 1 nəfər fəlsəfə doktoru, müəllim
  • 8 nəfər baş müəllim
  • 1 nəfər 0,5 ştat əmək.inc.xadimi, müəllim
  • 1 nəfər 0,5 ştat müəllim
  • 6 nəfər konsertmeydtr heyəti,
  • 3 nəfər laborantdan ibarətdir.

Elmi fəaliyyət

“Musiqi  fənləri  və onun  tədrisi  metodikası” kafedrasının  elmi  işlərinin  istiqaməti  musiqinin  tədrisi  metodikası, musiqi  tarixi, musiqi  nəzəriyyəsi. Musiqi  əsərlərinin  təhlili, xor  dirijorluq  və  vokal  üzrə aparılmış elmi – tədqiqat  işlərindən  ibarətdir.

Bu  müddət ərzində  1 nəfər  elmlər  doktoru, 7 nəfər fəlsəfə doktoru  elmi  dərəcəsi  almışlar. İndiyə  kimi  5monoqrafiya, 30 dərslik  və  dərs  vəsaiti, 7 metodik  tövsiyə  35 fənn  proqramı, 300 dən  çox  məqalə, 100-ə  yaxın  tezis  çap  olunmuşdur. Bir  sıra  beynəlxalq  konranslarda  məruzələr  edilmişdir.

Kafedrada 1 nəfər aspirant – dissertant, 4 nəfər magistr var.

Kafedrada mütəmadi olaraq elmi seminarlar keçirir. Seminarın materialı toplu şəklində nəşr olunur. İxtisas üzrə göndərilən dissertasiyalara rəy verilir, açıq dərslər təşkil olunur.

Kafedra əməkdaşları mütamadi olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqların, Qarabağ əlillərinin görüşünə gedir, onlara hədiyyələr təqdim edir, bayram tədbirləri keçirirlər. 
Kafedranın müəllim və tələbə heyəti indiyə qədər bir sıra elmi konfranslarda müvəffəqiyyətlə çıxışlar etmiş və I, II, III dərəcəli diplomlara layiq görülmüşlər. Kafedrada xor kollektivi də fəaliyyət göstərir. Xorun rəhbəri baş müəllim  Nərmin Kamilovadır. Kollektiv Musiqili Komediya Teatrının, R.Behbudov adına Mahnı Teatrının səhnəsində, H.Əliyev adına İdman və Konsert Kompleksində, Alman-Azərbaycan Cəmiyyətinin birgə təşkil etdiyi konsertdə  müvəffəqiyyətlə çıxışlar etmiş, 2004-2011-ci illərdə ali təhsil müəssisələri arasında keçirilən musiqi festivalının qalibi (1-ci yer) olmuşlar. Kafedrada Azərbaycan musiqi xadimləri ilə mütəmadi görüşlər və yubiley tədbirləri keçirilir. Xalq artisti, prof. Eldar Quliyevlə, Xalq artisti, prof. Ramiz Zöhrabovla, prof. Oqtay Rəcəbovla və bəstəkar prof. Azər Dadaşovla keçirilən görüşlər tələbələrin musiqi təhsili və tərbiyəsində mühüm rol oynamışdır.

Ayrı-ayrı vaxtlarda  tanınmış incəsənət xadimləri və bəstəkarlar (Adil Bəbirov, Hacı Xanməmmədov, Yaşar Səfərov, Faiq Sücəddinov, Nailə Mirməmmədli, Şəfiqə Axundova, Eldar Mansurov) kafedrada müəllim kimi çalışmış, musiqi müəllimlərinin yetişməsində böyük əmək sərf etmişlər. Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli indi də kafedrada öz əmək fəaliyyətini davam etdirir.

Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə     

  1. Musiqinin elementar nəzəriyyəsi
    • Musiqi müəllimliyi ixtisası
  2. Harmoniya
    • Musiqi müəllimliyi ixtisası
  3. Xor sinfi və xor oxumanın metodikası
    • Musiqi müəllimliyi ixtisası
  4. Musiqi əsərlərinin  təhlili
    • Musiqi müəllimliyi ixtisası
  5. Azərbaycan  xalq  musiqisinin  əsasları
    • Musiqi müəllimliyi ixtisası
  6. Solfecio
    • Musiqi müəllimliyi ixtisası
  7. Musiqi  nəzəriyyəsinin  əsasları  və  harmoniya
    • Musiqi müəllimliyi ixtisası
  8. Polifoniya
    • Musiqi müəllimliyi ixtisası
  9. Xorşünaslıq
    • Musiqi müəllimliyi ixtisası
  10. Xor aranjirovkası
    • Musiqi müəllimliyi ixtisası
  11. Dirijorluq və onun tədrisi metodikası
    • Musiqi müəllimliyi ixtisası
  12. Məktəb mahnı  repertuarı
    • Musiqi müəllimliyi ixtisası
  13. Vokal  və  onun  tədrisi  metodikası
    • Musiqi müəllimliyi ixtisası
  14. Azərbaycan xalq yaradıcılığı
    • Musiqi müəllimliyi ixtisası
  15. Musiqi  ədəbiyyatı
    • Musiqi müəllimliyi ixtisası
  16. Musiqi  tarixi 
    • Musiqi müəllimliyi ixtisası
  17. Musiqinin  tədrisi  metodikası
    • Musiqi müəllimliyi ixtisası

Magistratura pilləsi üzrə

  1. Müasir  dövr  musiqi  tarixinin  tədrisi  metodikası
    • Musiqi müəllimliyi ixtisası
  2. Etnomusiqişünaslıq
    • Musiqi müəllimliyi ixtisası
  3. Musiqi fənləri  tədrisi  metodikasının müasir  problemləri
    • Musiqi müəllimliyi ixtisası
  4. Musiqi  tədrisinin tarixi və metodologiyası
    • Musiqi müəllimliyi ixtisası
  5. Musiqi  fənnində  yeni  texnologiyaların  tətbiqi
    • Musiqi müəllimliyi ixtisası
  6. Musiqi  nəzəri fənlərinin  tədrisi  metodikası
    • Musiqi müəllimliyi ixtisası
  7. Xor  partituralarının  oxunuşu
    • Musiqi müəllimliyi ixtisası
  8. Muğamin  nota  köçürülməsi
    • Musiqi müəllimliyi ixtisası
  9. Xanəndəlik  sənəti
    • Musiqi müəllimliyi ixtisası
  10. Alətşünaslıq  və  orkestrləşdirmə
    • Musiqi müəllimliyi ixtisası

Kafedranın  professor – müəllim heyəti  bakalavr  pilləsi  üzrə  Xor  sinfi  və  xor  oxumanın  metodikası, Musiqi əsərlərinin  təhlili, Musiqinin  tədrisi  metodikası, Azərbaycan  xalq  musiqisinin  əsasları, Solfecio,  Musiqi  nəzəriyyəsinin  əsasları  və  harmoniya, Polifoniya, Xorşünaslıq,  Xor  aranjirovkası, Dirijorluq və  onun  tədrisi  metodikası, Məktəb  mahnı  repertuarı, Vokal  və  onun  tədrisi  metodikası, Seçmə  fənn, Musiqi  tarixi  kursları  üzrə  yüksək səviyyədə  mühazirələr oxuyur, laboratoriya seminar  və  məşğələ  dərsləri  aparırlar.  Bakalavr  pilləsi  ilə  yanaşı olaraq  kafedrada  060108 – “Musiqi  müəllimliyi”  üzrə  magistr  hazırlığı  həyata  keçirilir.

Kafedra  üzrə  tədris  planlarında  nəzərdə  tutulmuş  bütün  fənlər  üzrə  tədris  proqramları  hazırlanmış  və  Elmi  Şurada  təsdiq  olunmuşdur. Bütün  fənlər  üzrə tədris  mövcud  sillabuslara  uyğun  olaraq  aparılır. Son  illər  kafedrada  tədris  olunan  fənlərin  dərslik  və  dərs  vəsaitləti  ilə  təmin  olunması  sahəsində  uğurlu  addımları atmışdır. Belə  ki,  kafedrada  əməkdaşları  tərəfindən  çoxlu  sayda  dərsliklər, dəsr  vəsaitləri  hazırlanmış  və tələbələrin istifadəsinə  verilmişdir. Bunlara  misal  olaraq prof. J.H.Qədimovanın  “Musiqinin  tədrisi  metodikası” (2007)  dərslik,  “Musiqi”  dərslik (2007),  “Etnomusiqişünaslıq”  dərslik (2009),Методика музыкального  образования dərslik (2011), Формы  и методы использования  идей азербайджанских  просветителей  в музыкальном воспитании» metodik  tövsiyə (1994), Musiqi  pedaqogikası: tarixilik və  müasirlik (2012) (dərslik), Məktəb mahnı  üzərində  iş  musiqi  müəlliminin  hazırlığında  əsas  amil  kimi dos. E.Əfəndiyevanın  “Musiqi  əsərlərinin  təhlili” (2009) , “Musiqi  tarixi  üzrə  1500 test  (2011), “Rus  musiqi  mədəniyyəti” (2011), “Azərbaycan  musiqi  ədəbiyyatı”, dos.A.Həsənova  “Məktəb  mahnı  repertuarı” (2009), dos.G.Axundova “Azərbaycan  xanəndəlik  ənənəsinin  və  vokal  mədəniyyətinin  yaranması  və  inkişafı (2010), B/m. P.Babayeva  “Rus  bəstəkarlarının  seçilmiş opera  əsasları (2009), fəlsəfə  doktoru F.Hidayətova  “Musiqi  və  vətənadaşlıq  sənəti  (2009), “Aşıq  sənətinin  yaranma  tarixi və  inkişafı” (2009), “Pedaqoji  təmayüllü  ali  məktəblərdə musiqi  müəllimlərininhazırlığında  musiqi  kurikulumundan  istifadənin imkan  və  yolları (O.Rəcəbovla  ilə  birl. 2011), B/m. N.Kamilova I, II , III siniflər  üçün  “Musiqi  dərsliyi  (2010), B/m. K.İsmayılova  “Solfecio”  fənnindən  tədrisi (2010), B/m. E.Dadaşova və m. M.Əliyeva  “Dirijorluq  və onun  tədrisi  metodikası”  dərsliklərini  misak  göstərmək  olar.

Xarici əlaqələr

Kafedra  əməkdaşları  əldə  etdikləri  elmi  nəticələr  dəfələrlə  bir  sıra  xarici  ölkələrdə, o cümlədən  Rusiya, Ukrayna,  Belorusiya, Qazaxıstan  və  başqa  xarici  ölkələrdə keçirilən  beynəlxalq  elmi  konfranslarda  məruzə  etmiş  və  elmi  ictimaiyyət  tərəfindən  maraqla  qarşılanmışlar.