шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Təsviri incəsənət və onun tədrisi metodikası kafedrası

Təsviri incəsənət və onun tədrisi metodikası kafedrası

 

 

 1. Rüstəmov Çingiz Ataxan K.M.Dos.Pü.f.d  2.Məmmədov Tofiq İsa dos.T.ü.f.d  3.Abbasov Teyyub Məmmədəli  4.Cəlilova Yeganə Qələndər dos.P.ü.f.d  5.Zeynalov Fərahim İbrahim dos.p.ü.f.d Ə.r  6.Rəsulov Rəis Azər dos.əmək.rəs
 Rüstəmov Çingiz
Kafedra müdiri
Dosent
 Məmmədov İsa
Dosent
 Abbasov Teyyub
Dosent
 Cəlilova Yeganə
Dosent
 Zeynalov Fərahim
Dosent
 Rəsulov Rəis
Dosent
 9.Səmədzadə Rauf Hüseyn b.m  10.Məmmədova Məhsəti İsa b.m  11.Xəlilov Vüqar Əbdül b.m  12. Veysov Ruslan Mahmudağa b.m  13.Ağayeva Bənövşə ürfət b.m  Sarıyeva Ofeliya jpg
 Səmədzadə Rauf
Baş müəllim
 Məmmədova Məhsəti
Baş müəllim
 Xəlilov Vüqar
Baş müəllim
 Veysov Ruslan
Baş müəllim
 Ağayeva Bənövşə
Baş müəllim
 Sarıyeva Ofelya
Baş müəllim
 13.həşimov Aslan Əli b.m  14.Məmmədov İlqar Elşad b.m  15. Babayeva Fialeta Qüdrət b.m  16. Qəhrəmanov Hikmət Əliheydər b.m  17.Novruzov İdrak Bilal b.m  18
 Həşimov Aslan
Baş müəllim
 Məmmədov İlqar
Baş müəllim
 Babayeva Fialeta
Baş müəllim
 Qəhrəmanov Hikmət
Baş müəllim
 Novruzov İdrak
Baş müəllim
 Fəttahova Afər
Müəllim
 19  20.Daşdəmirova Sevda Cahid m  21.Kazımova Məryəm Məsim m  22  23  8.Həsənov Rəcəb Həsən T.U
 Səmədova Afaq
Müəllim
 Daşdəmirova Sevda
Müəllim
 Kazımova Məryəm
Müəllim
 Vəliyeva Naibə
Müəllim
 Mayılov Elçin
Müəllim
 Həsənov Rəcəb
Tədris ustası
  24.Hüseynova Gülnarə Fariz b.l 25.əlizadə aytən əşrəf 26.məmmədova əqilə kamil vüqar  
   Hüseynova Gülnarə
Böyük laborant
 Əlizadə Aytən
Laborant
 Məmmədova Əqilə
Laborant
 Səfərəliyev Vüqar
Laborant
 

 

 

 Kafedranın  tarixi

Orta ümumitəhsil məktəblərində təsviri sənət və rəsmxət dərslərini tədris etmək üçün ixtisasçı müəllimlərə ciddi ehtiyac duyulduğunu nəzərə alaraq 1971 – ci ildə “Ümumi texniki fənlər” fakültəsinin nəzdində “Rəsmxət, təsviri incəsənət və əmək” ixtisası açıldı.

Bu ixtisas üzrə tədris olunan fənlərin tədrisinin keyfiyyətini yüksəltmək məqsədilə “Təsviri incəsənət” kafedrası yaradıldı və kafedraya 1971 – ci ildən 1981 – ci ilədək sənətşünaslıq elmləri namizədi dos. P.Hacıyev rəhbərlik etmişdir.

Kafedrada respublikamızın tanınmış rəssamlarından Xalq rəssamı N.Əbdürrəhmanov, İ.Zeynalov, A.İbrahimov, C.Fərzəliyev, Ə.Verdiyev, əməkdar rəssam S.Ağayeva, rəssam Ə.Səfərov, H.Hüseynov, K.Rzayev, R.Veysov və başqaları fəaliyyət göstərmişlər. On il ərzində “Təsviri incəsənət, rəsmxət və əmək” ixtisası üzrə 300 - ə yaxın yüksək  ixtisaslı müəllim kadrları hazırlamışdır.

1981 – ci ildə bu ixtisasa olan təlabatı və orada tədris olunan fənlərin xüsusiyyətlərini nəzərə alaraq yüksək ixtisaslı müəllim kadrlarının hazırlanması işini daha da inkişaf etdirmək məqsədi ilə 1981-ci ildə müstəqil “Bədii qrafika” fakültəsi yaradıldı.

1981-88 – ci illdərdə fakültəyə dos. T.İ.Məmmədov,  1989 - 1998 – ci ilə qədər dos. M.N.Yüzbaşıyev rəhbərlik etmişdir.

Orta ümumitəhsil məktəblərində təsviri sənət və rəsmxət fənlərinin tədrisi metodikasını daha da təkmilləşdirmək və tədrisin keyfiyyətini yüksəltmək üçün bu fənlərin metodikası üzrə ixtisas kafedralarının yaradılması ehtiyacı yaranmışdır.

  1. Təsviri incəsənət və onların tədrisi metodikası
  2. Rəsmxət və onun tədrisi metodikası
  3. Rəsm, boyakarlıq və heykəltəraşlıq kafedrası

“Təsviri incəsənət və onun tədrisi metodikası” kafedrası 1981 – ci ildə əvvəllər fəaliyyət göstərən “Təsviri incəsənət” kafedrası əsasında yaradılmışdır.

1981 – 1988 –ci illərdə dos.H.Hüseynov, 1988 – 1993 – cü illərdə dos. Ç.A.Rüstəmov rəhbərlik etmişdir. 1993 – 2014 - cü illərdə kafedraya pedaqoji elmlər üzrə fəlsəfə doktoru dos.S.H.Atayev rəhbərlik etmişdir. 2000 – ci ildə “Təsviri incəsənət və onun tədrisi metodikası” kaferdası “Rəsmxət və onların tədrisi metodikası” kafedrası ilə birləşdirilərək “Təsviri incəsənət, rəsmxət və onların tədrisi metodikası” kaferdası yaradıldı. 2014 – cü il dekabr ayından kafedraya dos.Ç.A.Rüstəmov rəhbərlik edirdi.

2016 – cı ildə universitetimizdə aparılan struktur dəyişikliyi ilə əlaqədar olaraq “Təsviri incəsənət, rəsmxət və onların tədrisi metodikası” və “Rəsm, boyakarlıq və heykəltaraşlıq” kaferdaları birləşərək “Təsviri incəsənət və onların tədrisi metodikası” kafedrası yaradıldı. Bu kafedraya dos.Ç.A.Rüstəmov rəhbərlik edir.

Tələbələrin müstəqil işlərinə təcrübəli ustalar və müəllimlər rəhbərlik edir və burada çalışan tələbələrin əl işləri universitet və respublika səviyyəsində keçirilən sərgilərdə və müsabiqələrdə nümayiş etdirilmiş, müxtəlif səviyyələrdə pul mükafatı, diplomlar və hədiyyələrlə mükafatlandırılmışlar.

Kafedramızda çalışan müəllimlərdən b/m R.Səmədov, b/m R.Quliyev, m.L.Səmədova, dos.Zeynalov Fərahim, dos.Rəsulov Rais, b/m.Veysov Ruslan, b/mQəhrəmanov Hikmət , b/m Həşimov Aslan, b/m Novruzov İdrak, b/m.Məmmədov İlqar , b/mBabayeva Fialeta, b/m Ağayeva Bənövşə rəssamlar ittifaqının üzvüləridir.

Yüksək ixtisaslı müəllim kadrlarının hazırlanmasında kafedranın müəllimləri dos.T.İ.Məmmədov, dos.T.M.Abbasov, dos.Ç.Rüstəmov, m.S.V.Əliyev, b/m. S.M.Əliyeva, b/m R.Səmədzadə, b/m O.G.Sarıyeva, b/m R.Quliyev, dos.Zeynalov Fərahim, dos.Rəsulov Rais, b/m.Veysov Ruslan, b/mQəhrəmanov Hikmət , b/m Həşimov Aslan, b/m Novruzov İdrak, b/m.Məmmədov İlqar , b/mBabayeva Fialeta, b/m Ağayeva Bənövşə m.M.M.Kazımova, m.T.M.Rüstəmova, m.V.Ə.Xəlilov, m.L.V.Səmədova, m.E.N.Musayeva, m.N.H.Vəliyeva, m.A.P.Fəttahova ilə birlikdə kafedranın tədris köməkçi heyəti lab. S.Cahangirova, lab. N.Bayramova, b/lab. P.Məmmədova, b/lab. L.Vəliyeva,  lab. S.Hüseynova, b/lab. V.Əsgərova, b/lab. N.Nağıyev, b/lab.Z.Rəhimova, b/lab.Ş.Quliyeva, b/lab.G.Rəsulova, b/lab. L.Həsənova, b/lab.G.Hüseynova, b/lab. A.Mürsəlov və tədris ustaları R.Həsənov və A.Səmədova bilik və bacarıqlarını əsirgəmirlər.

“Təsviri incəsənət və OTM” kafedrasının müəllimləri tez – tez respublikada və xarici ölkələrdə konfranslarda çıxış edir, elmi seminarlarda, sərgilərdə öz yaradıcılıq işləri ilə iştirak  edirlər.

“Təsviri incəsənət və OTM” kafedrası ali təhsilin bakalavriat və magistratura pillələrində “Məktəbdə müəllimlərin təsviri incəsənət fənni üzrə hazırlığı” istiqaməti üzrə əsas aparıcı ixtisas kafedrasıdır.

Kafedra, müasir dünyasının ehtiyacı olan yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün bir çox sahələri əhatə edən 31 müxtəlif fənnin tədrisini həyata keçirir.

Kafedranın tədris etdiyi fənlər, yüksək ixtisaslı mütəxəssislər tərəfindən azərbaycan və rus dillərində tədris olunur.

Tədris olunan fənlər üzrə tədrisin keyfiyyətini artırmaq, tədris prossesinin səmərəliliyini yüksəltmək, o cümlədən, tələbələrimizin müxtəlif sahələr üzrə nəzəri biliklərlə yanaşı, həm də təcrübi vərdişlərini artırmaq məqsədi ilə mütəmadi olaraq rəsm dünyasının tanınmış mütəxəssislərinin iştirakı ilə elmi seminarlar keçirilərək, onlara təhsil müddətində öyrənmiş olduqları biliklərin real həyatda istifadəsi öyrədilir. Bu mənada tədris metodikamızda nəzəriyyə və praktika

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorunun əmri ilə pedaqogika üzrə fəlsəfə doktoru, dosent Çingiz Ataxan oğlu Rüstəmov 2014/2015 – ci tədris ilindən etibarən “Təsviri incəsənət və OTM” kafedrasının müdiri təyin edilmiş və bu dövr ərzində kafedraya rəhbərlik etmişdir.

Strukruru

Kafedranın nəzdində aşağıdakı kabinet və emalatxanalar fəaliyyət gostərir.

  1. 1.       Rəsm kabineti
  2. 2.       Boyakarlıq kabineti
  3. 3.       Kompozisiya kabineti
  4. 4.       Heykəltəraşlıq emalatxanası
  5. 5.       Dəzgah qrafikası emalatxanası
  6. 6.       Xalçaçılıq emalatxanası
  7. 7.       Metodik fond (kabinet)

Rəsm kabineti

Tədris prossesində aşağıdakı işlər icra olunur:

1.Kagız üzərində sadə karandaşın imkanı və çəkilişi

2.Naturadan natürmortun çəkilməsi

3.Həndəsi fiqurların və ornamentlərin rəsm edilməsi

4.Davidin baş detallarının rəsmi

6.Yarımfiqur və fiqurların rəsm edilməsi

Boyakarlıq kabineti

Tədris prossesində aşağıdakı işlər icra olunur:

1.Əşyaların sulu və yağlı boyalarla təsvir edilməsi

2.Sadə və mürəkkəb narürmortların rəngli parçalardan istifadə etmıklə yerinə yetirilməsi

3.Portretin rəngli fonda təsviredilməsi

4.Yarımfiqurun sulu və yağlı boya vasitəsi ilə təsvir edilməsi

5.Insan fiqurunun müxtəlif hərəkətlərdə sulu boya ilə çəkilməsi

Kompozisiya kabineti

Tədris prossesində aşağıdakı işlər icra olunur:

1.Kitab qrafikasının qrafik vasitəsi ilə yerinə yetirilməsi

2.Bədii əsərlərə illustrasiya verilməsi

3.Birfiqurlu kompozisiyanının həll edilməsi

4.Çoxfiqurlu kompozisiyanın eskizinin yaradilması

5.Yaş, peşə və psixoloji xüsusiyyətləri nəzərə almaqla portretlərin yerinə yetirilməsi.

Heykəltəraşlıq emalatxanası

Tədris prossesində aşağıdakı işlər icra olunur:

1.Gipsdən olan həndəsi modellərin yapılması

2.Davidin büstünün detallarının (göz, burun, dodaq və qulaq)plastilindən yapılması

3.Gips baş modelinin plastilindən yapilması

4.Azərbaycan xalq nağıllarına aid kompozisiyanın plastilindən yapılması

5.Gipsdən olan nəbati modellərin yapılması.

Dəzgah qrafikası emalatxanası

Tədris prossesində aşağıdakı işlər icra olunur:

1.Sulu boya texnikasında fırça ilə rəsm etmək

2.Sangina ilə tonlandırılmış vərəq üzərində rəsm etmə

3.Linoqravüra  texnikasında exkizlərin tərtib edilməsi

  1. 4. Linoqravüra eskizlərinin materiala köçürülməsi və çapı

5.Oford texnikasında eskizlərin tərtibatı və çapı.(monokompozisiyalar)

Xalçaçılıq emalatxanası

Tədris prosesində aşağındakı işlər olunur:

1.Dəzgaha (xana) ərşin çəkilkməsi

2.Küçün götürülməsi

3.Dəhnənin döyülməsi

4.Xalça və palazın toxunması

Metodik fond

Tədris prosesində aşağındakı işlər olunur:

1.Əyani vasitələrin və əşyaların qorunub saxlanılması

2.Əyani vasitələrin və əşyaların tədris prosesində istifadə olunması

3.müxtəlif mövzularda hazırlanmış gips materiallarının istifadəyə verilməsi

4.Müəllimlərin elmi – tətqiqat işlərinin (yaradıcılıq əsərləri) saxlanılması və sərgilərdə istifadə edilməsi

5.Tələbələrin buraxılış işlərinin səliqəli şəkildə qorunması və fskültə, universitet səviyyəsində sərgilərə çıxarılması.

Statistik göstəricilər (2016)

  • ·  26  nəfər professor - müəllim heyəti

o   5 nəfər  dosent – fəlsəfə doktoru

o   1 nəfər \dosent

o   2 nəfər baş müəllim – fəlsəfə doktoru

o   11  nəfər baş müəllim

o   1 nəfər müəllim – fəsəfə doktoru

o   6 nəfər müəllim

  • ·        8 nəfər böyük laborant

o   3nəfər laborant

o   2 nəfər tədris ustası

Elmi fəaliyyət

 

“Təsviri incəsənət və OTM” kafedrası  fəaliyyətini iki istiqamətdə (elmi-tədqiqat və yaradıcılıq fəaliyyətləri ) aparır, pedaqoji və elmi-pedaqoji kadr hazırlığında fəal iştirak edərək yaradıcılıq işlərində də fəal iştirak edirlər(Respublika beynəlxalq). Kafedrada elmi işlərin istiqaməti orta məktəblərdə pedaqoji təmaüllü orta ixtisas və ali məktəblərdə fənlərin nəzəri və praktik problemlərin araşdırılması və tədris məzmunun təkmilləşdirilməsi şagirdlərdə və tələbələrdə təsviri sənətə dair bilik və bacarıqların formalaşdırılmasına xidmət göstərərək, elmi əsərlərin, elmi – metodik vəsaitlərin, yeni proqramların, innovasiya xarakterli elmi əsərlərin tədrisdə istifadəedilməsinə dair iş aparılır. Kafedranın müəllimləri yeni anlayışları innovasiya kimi təhsilimizə daxil olan ümumtəhsil məktəblərində dərsləri kurikulumun tələblərinə uyğun aparırlar.

 

Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə

Təsviri sənətin tədrisi metodikası

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Rəsmxət və onun tədrisi metodikası

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Tərsimi həndəsə

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Rəsm I

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Rəsm II

o   Təsviri incəsənət müəllimliyi ixtisası

RəsmIII

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Rəsm IV

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Rəsm V

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Rəsm VI

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Boyakarlıq I

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Boyakarlıq II

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Boyakarlıq III

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Boyakarlıq IV

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Boyakarlıq V

o   Təsviri incəsənət müəllimliyi ixtisası

BoyakarlıqVI

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Kompozisiya

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Dekorativ tətbiqi sənət

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Incəsənət tarixi

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Heykəltəraşlıq plastik anatomiya ilə

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Perspektiva

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Məktəbdə bədii tərtibat

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Kompüter qrafikası

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Magistratura pilləsi üzrə tədris olunan fənlər

Təsviri incəsənətin tədris metodikasının müasir problemləri

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Təsviri incəsənətin tədris metodikasının tarixi və onun metodologiyası

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Müasir Azərbaycan təsviri sənəti və memarlıq

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Perspektiv təsvirinin qurulma təlimi

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Qrafiki fəaliyyət fasiləsiz təlimdə təsviri fəaliyyət

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Şərqdə rəsm sənətinin tarixi

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Kompozisiya və onun təsrisi metodikası

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Kompüter qrafikası

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Xalq sənəti və müasir problemləri

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Müasir Azərbaycan təsviri sənəti və memarlığı

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Şərq sənətində əsas estetik prinsipləri

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Dünya kitab qrafikasının tarixi

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Əşya kögələrinin perspektiv təsvirlərinin qurulma texnikası

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Seçmə fənlər

o   Təsviri incəsənət müəllimliyi ixtisası

Təsviri sənət fənninin tədrisi metodikasının aktual problemləri

o   Təsviri incəsənət müəllimliyi ixtisası

o   Məktəbəqədər təlim və tərbiyə ixtisası

Təsviri fəaliyyətin metodikası

o   Məktəbəqədər təlim və tərbiyənin metodikası və metodologiyası ixtisası

Kafedranın professor – müəllim heyətibakalavr pilləsi üzrə, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və ÇH fakültəsində yüksək səviyyədəmühazirə və təcrübü məşğələlər aparır. Bakalavr pilləsi ilə yanaşı Kafedra üzrə tədris planında nəzərdə tutulmuş bütün fənlər müəllimlər tərəfindən vaxtlı vaxtında yerinə yetirilir. Tədris planında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazırlanmış və Elmi Şurada təsdiq edilmişdir. Bütün fənlər üzrə tədris mövcud sillabus planlarına uyğun olaraq aparılır.son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu addımlar atılmışdır. Belə ki, kafedra əməkdaşları tərəfindən hazırlanmış dərslik və tədris vəsaitləri tələbələrin istifadəsinə verilmişdir. Bakalavr pilləsiilə yanaşı olaraq kafedrada təsviri incə sənət fənninin tədrisi metodikası və metodologoyası istiqaməti üzrə magistr hazırlığı həyata keçirilir.

Tədris olunan fənlər barəsində qısa təsvir

  1. 1. Perspektiva.Fənnin əsas məqsədi – təsvirlərin qəbul edilmiş qaydalara əsasən düzgün qurulmasıdır. Bunun üçün Perspektiva qanunlarının praktiki şəkildə öyrənilməsi və tələblərdən müvafiq vərdişlərin aşılanmasıdır. Nəzəri hissə ilə bərabər tələbələr praktiki olaraq sadə əşyaların perspektiv təsvirdə düzgün qurulmasına nail olmaqdır. Perspektiva fənni nəzəri və praktiki hissədən ibarətdir. Əlavə olaraq perspektiva qanunlarının təsviri sənətdə, memarlıqda və s. sahələrdə tətbiqi nəzərdə tutulur. Kursun məzmununu mənimsəmək məqsədi ilə tələbələrə sərbəst işləri verilir. Fənnin xüsusuiyyətini nəzərə alaraq, bu iş qrafiki xarakter daşıyır. Tələbələr kursun sonunda bir neçə qrafiki işlər təhvil verilməlidir. A2, A3formatında yaşayış binaların interyeri, sinif otağı və s. burada perspektiv təsviri həm frontal, həm də bucağ olmalıdır. Iş bir neçə mərhələdən ibarətdir. Nəticədə bütün iş mərhələlərinin və son rəngli perspektivli təsviri təhvil verilir və qiymətləndirilir
  2. 2.Əşya kölgələrinin perspektiv təsvirlərin qurulma texnikası.Fənnin əsas məqsədi – perspektiv təsvirdə obyektlərin, əşyaların kölgələrinin düzgün qurulmasıdır. Bunun üçün tələbələr perspektiva fənnindənaldığı nəzəri bilikləri tətbiq edirlər. Nəzəri hissədə olan nöqtə və düzxəttin kölgələrin qurulmasını praktiki olaraq əşyalarda sadə və mürəkkəb obyektlərdə tətbiq edilir. Bu bilikləri möhkəmləndirmək üçün tələbələr müvafiq tapşırıqları yerinə yetirir. Fənnin digər fənlərlə əlaqəsi: bu fənn praktiki olaraq perspektiva fənninin davamıdır. Tətbiqi perspektiva, tərsimi həndəsə, qrafika, boyakarlıq və digər təsviri sənət fənləri ilə sıx əlaqədardır və bir – birlərini son nəticədə tamamlayırlar. Tələbələr rəsm, boyakarlıq, qrafika, memarlıq və digər təsviri sənət fənlərindən olan əsərlərdə kölgələri dəqiq verməyi bacarırlar, bu da əsəri tamamlanmış edir. Kölgələrin verilməsi təsviri sənət fənlərində əsas kefiyyət kriteriyalardan biridir.
  3. 3. Əşyaların perspektivdə qurulma metodologiyası.Perspektiv təsvirdə əşyaların düzgün qurulması əsas məsələrdən biridir. Burada tələbələr əşyaların qurulmasının metodiki ardıcıllığını öyrənirlər və müvafiq tapşırıqlar yerinə yetirməklə onun qurulmasını öyrənirlər. burada 3 növ tapşırıq istifadə edilə bilər.  I növ tapşırıqlara - Yastı fiqurlar, II növə - əyri səthli fiqurlar, III növə isə kombinə edilmiş mürəkkəb obyektlər verilir. Proqrama uyğun olaraq tələbələr müxtəlif növ tapşırıqlar verilir və natura bunlardan başqa tələbələrə sərbəst iş formasında tapşırıqlar verilir ki, onlar aldıqları nəzəri bilikləri bu tapşırıqda tətbiq edə bilsinlər. Bununla da, aldıqları bilikləri möhkəmləndirirlər. Tələbələr müvafiq tapşırıqları yerinə yetirərkən aşağıdakı vərdişlərə nail olurlar:

- Əşyaların baxış nöqtəsini düzgün müəyyən etmək

- Ümümidən xüsusiyə doğru işləməyi

- Obyektin ayrı – ayrı detallarını işləmək

- Təsviri ümumiləşdirmək və yekunlaşdırmaq

  1. 4. Tətbiqi perspektiva– perspektiva fənninin davamı olaraq perspektiva qanunlarının təcrübədə tətbiqini nəzərdə tutur. Perspektiva qanunları məişət əşyalarının qurulmasında, təsviri sənətdə, interyerin qurulmasında, küçə perspektivasının qurulmasında, memarlıqda və s sahələri nəzərdə tutur. Tətbiqi perspektivada biz əsasən interyerdə və küçə perspektivasını nəzərdə tutmuşuq.

  Tapşırıqları yerinə yetirərkən tələbələr interyerin dəqiq ölçülərlə qurulma metodikasına nail olurlar. Bununla yanaşı interyerdə çertyoja uyğun olaraq əşyaların düzgün yerləşdirilməsində öyrənirlər. Burada tələbələr əşyaları yerləşdirərkən sanitar normalarına da riayət etməyi də öyrənirlər.

 Tələbələr küçə perspektivasını qurulması metodikasını öyrənirlər və buna aid müvafiq tapşırıqlar yerinə yetirirlər. Bundan başqa onlar binaların perspektiv təsvirini verməklə yanaşı həm də bina ətrafında olan obyektlərin də təsvirlərin qurmağını öyrənirlər.

5.Tərsimi həndəsə. Tələbələrdə fəza təsəvürrünü inkişaf etdirmək, əşyaların fəzada bir- birinə nisbətən yerləşməsini müəyyən etmək, dəqiq ölçülərin əşyaların əyani və çertyoj təsvirlərini qurmaq. Tərsimi həndəsə bütün əşyaları (həcmli və yastı) dəqiq ölçülərlə bir müstəvi üzərində təsvir etməyi öyrədir və əksinə - verilmiş təsvirlərə görə əşyanın əyani təsvirini qurmağı öyrədir.Tərsimi həndəsə nəzəri fənn  olaraq həm də praktik fənn olan rəsmxətin əsasını təşkil edir. Çünki, rəsmxətə olan qurma qanunları tərsimi həndəsədən qəbul edilibdi. Bir sözlə Tərsimi həndəsə və Rəsmxət sıx əlaqəsinə görə bir fənn kimi də tədris edilə bilər. Tərsimi həndəsə təsviri sənət fənləri ilə də sıx əlaqəsi vardır. Təsviri sənətdə qurulan təsvirlər tərsimi həndəsədəki, onunla fərqlənir ki, təsviri sənətdəki təsvirlərdə onlardan fərqlənir ki, onlar qeyri dəqiqdi.

Tərsimi həndəsə əsasən mühəndis fənni olaraq maşınqayırmada, inşaatda geniş istifadə edilir. Orta məktəb fənlərindən riyaziyyat, fizika, texnologiya, coğrafiya və digər fənlərlə əlaqəlidir. Tələbələrdə təzə fəza quruluşuna aid təsəvürrlər güclənir; sadə və mürəkkəb əşyaları bir müstəvi üzərində dəqiq ölçülərlə təsvir etməyi öyrənirlər. Aldıqları biliklər nəticəsində onlar detalların inşaat qurğularını və s obyektlərin çertojlarını tərtib etməyi öyrənirlər.

  1. 6. Müasir Azərbaycan Təsviri sənəti və memarlığı. (Magistr)– XX-XXI əsr Azərbaycan Təsviri sənəti və memarlığının inkişafı ilə bağlı haqqında tələbələrə ətraflı məlumat vermək, müasir dövr Azərbaycan rəngkarlıq, qrafika və heykəltəraşlığı həmçinin memarlığında yeni təmayüllərin inkişafını araşdırmaq bunula bağlı tələbələrdə dolğun təsəvvür yaratmaq, müasir dövr Azərbaycan rəssamlarının yaradıcılığını təhlil etmək, müasir dövr Azərbaycan memarlığını inkişafı və əhəmiyyətli memarlıq abidələrinin öyrənilməsini əhatə edir.
  2. 7. Xalq sənətinin müasir problemləri. (magistr)– Xalq sənəti dedikdə dekorativ tətbiqi sənətin sahələri haqqında ayrı ayrılıqda tələbələrə ətraflı məlumat verir. Xalçaçılıq, dulusçuluq, misgərlik, zərgərlik, bədii şüşə, bədii oyma kimi xalq sənətlərinin Azərbaycan ərazisində yaranıb inkişaf etmə tarixini görüntülü materiallarla tələbələrə çatdırmaq, adları qeyd edilən xalq sənətlərinin hər birinə xas olan ənənələrin öyrənilməsi, dekorativ tətbiqi sənətin əsas tarixi inkişaf mərhələlərinin tədrisini əhatə edir.
  3. 8. İncəsənət tarixi.Təsviri sənət, onun estetik mahiyyəti, incəsənətin digər sahələri ilə haqqında tələbələrdə təsəvvür yaratmaq, qədim dövrdə müasir dövrümüzə qədər təsviri sənətin inkişaf tarixi haqqında dolğun məlumat vermək, dünya memarlığında üslubların yaranma tarixini və özəlliklərini izah etmək, müxtəlif dövrlərdə təsviri sənətdə mövcud olan cərəyanların görkəmli nümayəndələrin yaradıcılıq təhlili əhətə edir.
  4. 9. Şərqdə rəsm sənətinin tarixi. (magistr pilləsi üçün)– Şərq ölkələrinin və şərq xalqlarının təsviri sənət tarixi haqqında tələbələrə ətraflı məlumat vermək, orta əsrlərdə Ərəb Şərqi, İran, Türkiyə, Çin, Hindistan və s. bu kimi ölkələrin zəngin bədii mədəniyyətləri haqqda tələbələrdə dolğun təsəvvür yaratmaq və adları qeyd olunan Şərq ölkələrinin hər birinə xas olan yerli ənənələrin öyrənilməsini əhatə edir.
  5. 10. Dekorativ tətbiqi sənət. Dekorativ tətbiqi sənət, onun estetik mahiyyəti incəsənətin digər sahələri ilə əlaqəsi haqqında tələbələrdə təsəvvür yaratmaq, Qədim dövrdən müasir dövrümüzə qədər dekorativ tətbiqi sənətin inkişaf tarixi haqqında dolğun məlumat vermək, müxtəlif xalqların DTS – nın özəlliklərini izah etmək, müxtəlif dövrlərdə dekorativ tətbiqi sənətinin müxtəlif növlərinin inkişaf xüsusiyyətlərinin ətraflı izahı, tələbələrin dekorativ tətbiqi sənətlə lazımı biliklərə yiyələnmələri və bu bilikləri praktiki məşğələlərdə tətbiq etməyi əhatə edir.
  6. 11. Məktəbdə bədii tərtibat.Fənni tədris edərkən, tələbələrə müasir dövrdə məktəblərin tərtib olunan tələbləri ilə tanış edir. Tərtibatın tarixi haqqında məlumat alırlar, bu işin qaydalarını öyrənirlər, şrift haqqında məlumat alırlar, kompozisiya qurma qanun və üsullarını öyrənirlər. laborator məşğələlərdə akademik, kursiv və plakat şriftləri çəkirlər, şrift kompozisiyaları qururlar. Məktəbin müxtəlif stendləri üçün eskiz hazırlayırlar.
  7. 12. Qrafiki fəaliyyət.Təsviri sənət müəllimi ixtisası üzrə magistr hazırlığında qrafiki fəaliyyətin tədrisinin əhəmiyyəti böğyükdür. Təsviri sənətlə rəsmtəxin bir çox ümumi məsələləri mövcuddur: təsvir olunan əşyanın formasının və konstruksiyasının təhlil etmək bacarığının öyrədilməsi, onların fəzada yerləşməsi vəziyyətinin və ölçüsünün müəyyənləşdirilməsi, fəza anlayışının və fəza təsəvvürünün formalaşması və inkişafı: diqqətlilik, dəqiqlik, göz yaddaşı, əşyanın daha xarakterik cəhətlərinin aşkar etmək kimi vərdişlərin yaradılması: öz ideyasını konkret formaya tətbiq etmək bacarığının, əşyanın naturadan təsvirinin yerinə yetirmək bacarığının yaradılması. Qrafiki fəaliyyət fənninin tədrisnin əsas məqsədi də ondan ibarətdir ki, tələbələrin fəza təsəvvürlərinin formalaşmasına və inkişafına təsirini nəzərə alaraq, onlara bu fənni təhsil müəssisələrində yüksək səviyyədə tədris etmək üçün lazım olan qrafiki bilik, bacarıq və vərdişlərlə silahlandırılsın.
  8. 13. Rəsmxət və rəsmxətin tədrisi metodikası. Rəsmxət fənni orta ümumitəhsil məktəblərindən başlayaraq ali məktəbə kimi təhsilin bütün mərhələlərində tədris edilir. Rəsmxət texniki informasiyanın əsas daşıyıcılarından biridir. Rəsmxət fənninin əsas məqsədi çertyojun yerinə yetirilməsini və oxunmasının öyrədilməsidir. Gələcək rəsmxət müəllimi rəsmxət sahəsində bütün kompleks biliklərə - qrafiki təsvirlərin nəzəri əsaslarına, həndəsi qurmalara, çertyojun yerinə yetirilməsi və tərtibatının ümumi qaydalarına nail olmalıdır, daimi öz üzərində işləməli və çertyoj haqqında bütün yenilikləri əldə etməlidir. Rəsmxətin tədrisi metodikası fənni gələcək rəsmxət müəlliminin profesional kefiyyətinin formalaşması prosesini yekunlaşdıran əsas fənlərdən biridir. Rəsmxətin tədrisi metodikası bir tədris fənni kimi rəsmxətin öyrənilməsinin konkret məqsədinin, dərketmə və tərbiyəvi əhəmiyyətinin, şagirdlərin möhkəm bilik, bacarıq və vərdişlərini təmin edən forma və metodlarını müəyyənləşdirir.
  9. 14. Kompüter qrafikası.Bu fənnin məqsədi ondan ibarətdir ki, tələbələrə gələcək pedaqoji fəaliyyətində istifadə olunan texniki vasitələri ilə tanış etməklə bərabər onları “Corel Draw” və “Photoshop” proqramlarını öyrətməkdən ibarətdir. Praktiki məşğələlərdə tələbələr yuxarıda göstərilən proqramların əsasında müxtəlif lahiyələr hazırlayırlar və kafedraya təqdim edirlər.
  10. 15. Tətbiqi qrafika.Bu fənn praktiki xarakter daşıyır. Burada tələbələr bir neçə cür praktiki işlər hazırlayırlar: bədii ədəbiyyata aid olan illüstrasiyalar, müəllim tərəfindən verilmiş mövzulara aid qrafiki kompozisiyalar üzərində işləyirlər . (idman, məişət, müxtəlif tarixi hadisələr kimi mövzular). Bu işləri hazırlamaq üçün tələbələr müxtəlif texnikalar ilə tanış olurlar və əldə edilən bacarıq və vərdişləri yekun kompozisiyada sərbəst istifadə edirlər. Tətbiqi qrafika mövzu ətrafında eskizlərin müşahidə etmə, yaddaş və düzgün rəsmetmə qanunları əsasında işlənməsi metodikasını öyrədir. Fənnin tədrisi müxtəlif materiallar və ləvazimatlarla işləmə üsulları, mövzulara uyğun mütaliə kompozisiyasının qurulması, bədiliyin çatdırılması imkanları açıqlanaraq tədris olunur.

Dərs prosesində tanınmış qrafika sənətkarlarının əsərlərindən reproduksiyalar təhlil edilir. Rəng, xətt, işıq –kölgə, perspektiv qanunauyğunluğunun eskiz əsnasında əyani şəkildə icrasına imkan yaranır. Azərbaycan xalq nağılları, uşaq ədəbiyyatı, idman, “Qarabag” a dair mövzular gənclərin vətənpərvər, milli ruhda yaradıcı fəaliyyətinə imkan verir.

  1. 16. Seçmə fənn. Xalçaçılıq.Xalçaçılıq sənəti Azərbaycan dekorativ sənətində xüsusi yer tutur. Tələbələr bü sənət haqqında məlumat alırlar, onun tarixi, növləri və texnika haqqında məlumat alırlar. Laborator məşğələlərində iki növ xalçaçılıq sənətinin texnikasını öyrənirlər. Hovlu və Hovsuz xalçalar, əvvəlcə onlar palazı, sonra isə kilimin eskizini hazırlayırlar. Sonra dəzgah üzərində dərs zamanı toxuyurlar. Hovlu xalçaları toxuyan zaman tələbələr istifadə olunan material haqqında məlumat alırlar. Hazırlanan eskizin əsasında xalça toxumağı öyrənirlər.

17.Material texnologiyası və reklam işi. Son dövrlərdə reklam işinə müxtəlif sahələrdə  müraciət edirlər. Siyasi, iqtisadi, mədəniyyət, turizm, təhsil və digərləri.Burada reklam işinin tarixi ilə tələbələr tanış olurlar, onun qaydaları və imkanlarını öyrənirlər. Praktiki məşğələlərdə tələbələr verilən tapşırıqları, eskizləri hazırlayırlar.Son mərhələdə onlar reklam layihələri üzərində işləyib kafedraya təhvil verirlər. Reklam fənn dövrün tələblərinə uyğun olaraq reklam işinin öyrənilməsi və işlənməsi metodikasını öyrədir. Reklam işində materialların işlənməsi, kompozisiya qaydalarının rəng və şriftlərin seçilməsi öyrədilir. Dərs prosesində emblemlərin, ticarət obyektlərinin nişanlarının işlənməsi qaydaları, şirkətlərə aid olan kargüzarlıq, reklam, müxtəlif vizit kartlarının, blank eskizlərinin, dəvətnamə, bukletlərin hazırlanması öyrədilir. Kursun sonunda tələbələr material haqqında lazımi olan bilikləri əldə edirlər və reklam işinin əsaslarını öyrənirlər.

18.Təsviri incəsənətin tədrisi metodikası. Bu fənnin məqsədi ondan ibarətdir ki, tələbələr orta məktəbdə təsviri incəsət dərsləri şagirdlərə tədris etməyi, onun pedaqoji və psixoloji məşğələləri istifadə etməklə çatdırsınlar.Mühazirə zamanı tələbələr müxtəlif zamanlarda (ən qədim dövrlərdən başlayaraq ) təsviri sənətin tədrisində istifadə olunan metodları və formaları ilə tanış olurlar.Eyni zamanda Rusiyada və Azərbaycanda təsviri incəsənətin tədrisi ilə tanış olurlar. Bəllidir ki, Təsviri incəsənət metodika tətbiqi elmdir.Burada müxtəlif elmlərin tədqiqatları istifadə olunur.Pedaqogika, psixologiya və onların müxtəlif qolları.Təsviri incəsət üzrə milli kurikulumun öyrənilməsinə və orta məktəbdə istifadə olunan məşğələlərin öyrənilməsinə xüsusi yer ayrılır. Burada şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alaraq bu məşğələlərin məzmununun hazırlanmasında mürəkkəblik və çətinlik nəzərə alınması, müasir texniki vasitələrin istifadə edilməsi və dərsin təşkilini öyrənirlər. Əldə olunan bilik və bacarıqları əvvəlcə sınaq dərslərində, sonra isə pedaqoji təcrübə zamanı istifadə edirlər.

  1. 19. Kompozisiya və OTM.Magistratiura pilləsində kompyuter tıədris metodikası fənninin əsas məqsədlərdən olan təsviri incəsət tədris zamanı kompozisiyanı şagirdləri öyrətmək üçün metodlardan pedaqoji prinsiplərdən istifadə edərkən təsviri sənət üzrə milli kurikulumda nəzərdə tutulan məqsəd və vəzifələri həyata keçirmək üçün kompozisiyanın şagirdlərin öyrənilməsi III sinifdən öyrənir. Onun əsas məsələləri nəzəridən praktikaya yox, praktikadan nəzəri biliklərə istiqamətdə aparılmalıdır. Ona görə də kompozosiya tədrisi metodikasında bu məsələ cox vacib olur. Bunun üçün də elmi tədqiqatların nəticələri əldə etmək mühüm rol oynayır.

20 .Ümumi təhsil kurikulumun əsasları. Bu fənni tədrisin əsas məqsədi ondan ibarətdir ki, gələcək təsviri incəsət müəllimliyi orta məktəbdə öz pedaqoji təcrübədə dövlət tərəfindən qəbul olunmuş milli kurikulumun əsaslarını bilib və müasir təhsilinə uyğun olaraq öz dərsləri təşkil edib apara bilirlər. Bu fənni tələbələr IV kursda keçib milli təhsil kurikulumun məqsəd və vəzifələrini öyrənirlər. Onun  strukturu və məzmunu ilə tanış olurlar.Əldə olunan bilik və bacarıqların əsasında kursun sonunda onlara verilmiş tapşırıqları işləyib kafedraya təqdim edirlər.

21.AMMEF (Azərbaycan miniatür boyakarlıq). Azərbaycan miniatür boyakarlıq bütüb dünyaya tanınmış Təbriz miniatür məktəbi ilə bağlıdır. Onun tairixi XIII əsrdən başlayaraq ta bu günə qədər davam edib. Bu dövrdə tanınmı və miniatür rəssamların əsərləri kitab, qrafikada,əlyazmalarında istifadə olunurdu. Fizulinin, Nizaminin, Firdovsinin əsərələrə aid olan miniütrlar dünyanın ən böyük məşhur mzeylərində öz yerinin tapıblar. Bu əsərlərdə özünə məxsus kompozisiya qurulması rəngləri, naxışları ənənəvi olaraq bugunlərdə də geniş istifadə olunur. Yüz illərlə sınaqdan keçən ənənələr Azərbaycan milli mədəniyyətini ən yüksək zirvələrə çatdıran amillərdən biridir.

22.Fasiləsiz təlimdə təsviri sənət. Son 10 illərdə təsviri incəsənətin tədrisinə uşaqların müxtəlif yaş səviyyəsində xüsusiyyətləri öyrənib, onun pedaqoji və psixoloji əsaslarını aşkar edirlər. Bəllidir ki, uşağın təsviri fəaliyyətini təxminən 1 yaş 7 aydan başlayıb, onun çəkdiyi müxtəlif xətlər, cızmalar, dairələr konkret əşyaları əks etmir. Bu mərhələyə təsviri fəaliyyətə qədər mərhələ adlanır. 3yaşdan sonra artıq uşağın təsviri fəaliyyəti başlayır.Bu mərhələdə artıq uşağın düşüncəyə və yaradıcılığa təsir etmək mümkün olur.Uşaq bağçası, ibtidai sinif, orta sinif, orta və ali ixtisaslı tədris müəssisələr.Beləliklə bu proses fasiləsiz olur.

23.Rəsm – rəssam- pedaqoqların hazırlığı prosesində ən mühüm fənlərdən sayılır. Rəsmin tədrisi tələbələrdə real mühitdə görünən formaları düzgün təsvir etmək bacarığını inkişaf etdirməklə bağııdır. Rəsmin öyrənilməsi prosesində tələbələr müəllim  üçün naturadan yaddaşa əsasən professional- savadlı təsvir etmə, texniki vasitələrlə işləmə bacarığına yiyələnirlər.

24.Boyakarlıq – fənni rəssam-pedaqoqların hazırlığı prosesində ən vacib sayılan fənlərdən biridir. Məqsəd tələbələri gələcək pedaqoq və rəssam kimi mütəxəssis olaraq hazırlamaqdır. Tələbələrin hazırlanması sistemi müasir incəsənətin inkişafı yollarında düzgün və aydın istiqamətlənməyə kömək etməlidir.

25.Heykəltəraşlıq – heykəltəraşlıq və eyni zamanda modelləşdirmə müasir dövrümüzdə çox aktual olmuşdur. Onun aktuallığı təbii formaların ümumiləşdirmə transformasiya (dəyişdirmək), dekorativləşdirmək bacarığındadır.

26.Kompozisiya – tədris fənni olaraq böyük əhəmiyyət kəsb etdiyi kimi xüsusi biliklər də tələb edir. Kompozisiya təsviri sənət sahəsində bünövrə rolu oynayır. Onsuz heç bir quruluş, heç bir əsər nə qurula bilər, nə də  “yaşaya”bilər. Kompozisiyanın mahiyyəti ilə tanış olmaq üçün onun əsas prinsiplərini nəzərdən keçirmək lazımdır. Bunlar tamlıq (vəhdət), tabe etmə, mütənasiblik, tarazlıq, birlikdir.

27.Dəzgah qrafikası s/f – tələbələrin pedaqoji fəaliyyəti üçün lazım olan və kifayət edəcək qədər dəzgah qrafikası fənninin öyrənilməsi prosesində fundamental elmi biliklərlə və eyni zamanda bu vasitələrlə də tərbiyə edilməsini təchiz etmək.

Fənnin düzgün tədris edilməsi üçün lazım olan nəzəri və praktiki biliklərlə bərabər təcrübənin toplanılmasını  təmin etmək.

Strukturu

Kafedranın nəzdində aşağıdakı kabinet və emalatxanalar fəaliyyət göstərir:

Statistik göstəricilər

  • 14 nəfər professor-müəllim heyəti,
    • 1 nəfər əməkdar rəssam, fəlsəfə doktoru, dosent
    • 4 nəfər fəlsəfə doktoru, dosent,
    • 1 nəfər fəlsəfə doktoru, baş müəllim,
    • 2 nəfər fəlsəfə doktoru müəllim,
    • 3 nəfər  baş müəllim,
    • 3 nəfər müəllimdən
  • 6 nəfər tədris köməkçi heyət çalışır.
    • 1 nəfər böyük laborant
    • 4 nəfər laborant
    • 1 nəfər tədris ustasından ibarətdir. 

Elmi fəaliyyət

Tədris işi

Tədris olunan fənnlər

Bakalavr pilləsi üzrə

  1. Təsviri sənətin tədrisi metodikası
    • Təsviri incəsənət müəllimliyi ixtisası
  2. İncəsənət tarixi
    • Təsviri incəsənət müəllimliyi ixtisası
  3. Müasir Azərbaycan incəsənəti
    • Təsviri incəsənət müəllimliyi ixtisası
  4. Məktəbdə bədii tərtibat
    • Təsviri incəsənət müəllimliyi ixtisası
  5. Texniki və bədii konstruksiya etmə
    • Təsviri incəsənət müəllimliyi ixtisası
  6. Dekorativ tətbiqi sənət
    • Təsviri incəsənət müəllimliyi ixtisası
  7. Rəsmxətin tədrisi metodikası
    • Təsviri incəsənət müəllimliyi ixtisası
  8. Rəsmxət
    • Təsviri incəsənət müəllimliyi ixtisası
  9. Tərsimi həndəsə
    • Təsviri incəsənət müəllimliyi ixtisası
  10. Perspektiva
    • Təsviri incəsənət müəllimliyi ixtisası
  11. Dekorativ rəngkarlıq
    • Təsviri incəsənət müəllimliyi ixtisası
  12. Materiallar texnologiyası və reklam işi
    • Təsviri incəsənət müəllimliyi ixtisası
  13. Tədbiqi qrafika
    • Təsviri incəsənət müəllimliyi ixtisası
  14. Şrift fənninin tədrisi
    • Təsviri incəsənət müəllimliyi ixtisası
  15. Xalçaçılıq
    • Təsviri incəsənət müəllimliyi ixtisası
  16. Təsviri sənətin tədrisi metodikası və təsviri sənətin əsasları
    • Təsviri incəsənət müəllimliyi ixtisası
    • Məktəbəqədər təlim və tərbiyə ixtisası
    • Korreksiyaedici təlim ixtisası

Magistratura pilləsi üzrə

  1. Təsviri sənətin tədrisi metodikasının müasir problemləri
    • Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası ixtisası
  2. Təsviri incəsənət fənninin tədrisi metodikasının tarixi və onun metodologiyası
    • Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası ixtisası
  3. Azərbaycan miniatur boyakarlığı
    • Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası ixtisası
  4. Müasir Azərbaycan təsviri sənəti və memarlığı
    • Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası ixtisası
  5. Perespektiv təsvirin qurulma təlimi
    • Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası ixtisası
  6. Qrafiki fəaliyyət
    • Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası ixtisası
  7. Fasiləsiz təlimdə təsviri fəaliyyət
    • Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası ixtisası
  8. Şərqdə rəsm sənətinin tarixi
    • Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası ixtisası
  9. Kompozisiya və onun tədrisi metodikası
    • Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası ixtisası
  10. Kompüter qrafikası
    • Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası ixtisası
  11. Xalq sənəti və onun müasir problemləri
    • Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası ixtisası

Kafedranın professor-müəllim heyəti bakalavr pilləsi üzrə mühəndis pedaqoji və bədii qrafika, pedaqogika və psixologiya, ibtidai sinif müəllimliyi  fakültələrində Təsviri sənətin tədrisi metodikası və əsasları kursu üzrə yüksək səviyyədə mühazirələr oxuyur, laboratoriya və məşğələ dərsləri aparırlar. Bakalavr pilləsi ilə yanaşı olaraq kafedrada Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası istiqaməti üzrə magistr hazırlığı həyata keçirilir