шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Riyaziyyat və İnformatika fakültəsi

MUSAYEVA ZƏRIFƏ HƏMIDDIN QIZI

1980-ci il 16 fevralda anadan olmuşdur. 1987-1997-ci illərdə Bakı şəhəri Səbail rayonu, 7 saylı  məktəbdə orta təhsilini başa vuran Z.H.Musayeva 1997-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinin Riyaziyyat ixtisasına daxil olmuş və 2002-ci ildə həmin ali məktəbin bakalavr pilləsini bitirmişdir.

         2004-2007-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə magistraturanı fərqlənmə diplomu ilə başa vurmuşdur. 2015-ci ildə ADPU-nun “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisasının fəlsəfə doktoru proqramı üzrə doktoranturada təhsil alır.

         Z.H.Musayeva 2012-ci ilin yanvar ayında ADPU-da “Tyutor işinin təşkili” üzrə bir aylıq kursu bitirdikdən sonra tyutor vəzifəsinə işə qəbul edilmişdir.  Azərbaycan,türk,rus,ingilis dillərini bilir. Ailəlidir, iki övladı var. YAP-ın üzvüdür.