шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Cəbr və həndəsə kafedrası

Cəbr və həndəsə kafedrası

1. prof.Maqsud Nəcəfov   2. dos.Sadıxov Zahirəli 3.dos.Acalova Naidə  4.dos.Əbdülkərimli Luğman  5. dos.Əkbərova Hökumə  6. dos.Cabbarzadə Vaqif 
 Nəcəfov Maqsud
Professor
 Sadıxov Zahirəli
Kafedra müdiri
Dosent
Acalova Naidə
Dosent 
Əbdülkərimli Luğman
Dosent 
Əkpərova Hökümə
Dosent 
Cabbarzadə Vaqif
Dosent 
 7.dos.Şahbazov Aydın  8 . dos.Huseynov Heydar  IMG 0815  10.b.m.Shelemanov Asdan  11. b m Veysov Hafiz  12.müəl.Atarbəyova Zümrüd
Şahbazov Aydın
Dosent 
 Hüseynov Heydər
Dosent
 Haxıyev Sadədin
Baş müəllim
 Şelmanov Aslan
Baş müəllim
Veysov Hafiz
Baş müəllim 
Pənahova Zümrüd
Müəllim 
    Səlimova Yeganə 1   shebnem    
    Səlimova Yeganə
Böyük laborant 
 Süleymanova Şəbnəm
Böyük laborant
   

 

 

 

Əlaqə

Ünvan: AZ 1000, Bakı Üzeyir Hacıbəyli, 68

Telefon: (99412)

Faks:

WEB: http://adpu.edu.az/gen/html/azl/fakulte/Riyaziyyat_fakultesi/kafedra/Cebr_ve_hendese/index.htm

 Kafedranın tarixi

         Kafedra 1936-ci ildə “ Ali cəbr, analitik həndəsə və astronomiya” adı ilə fəaliyyətə başlamışdır. Onun ilk müdiri Bəhram Yusifzadə olmuşdur.1969-cu ildə Ali cəbr və analitik həndəsə kafedrasının bazası əsasında iki müstəqil kafedra yaradılmışdır: ”Cəbr və ədədlər nəzəriyyəsi”  və  “Həndəsə”. ”Cəbr və ədədlər nəzəriyyəsi” kafedrasına AMEA-nın müxbir üzvi, əməkdar elm xadimi, prof. Mais Cavadov, “Həndəsə” kafedrasına isə B.Yusifzadə müdir seçilmişdir. 1974-1985 ci illərdə “Həndəsə” kafedrasına Q.Qasımovbaşçılıq etmişdir.1992-ci ildə ”Cəbr və ədədlər nəzəriyyəsi” kafedrasına dos.L.Ş.Əbdülkərimli rəhbərlik etməyə başlad. 1998-ci ildə ”Cəbr və ədədlər nəzəriyyəsi”  və  “Həndəsə”kafedraları yenidən birləşərək “Cəbr və həndəsə” kafedrası adlandırılmışdır.Həmin ildən kafedraya pedaqoji elmlər doktoru Y.R.Baxşəliye rəhbərlik etmişdir. 2012-ci ildən kafedrayan dos.Z.Q.Sadıxov rəhbərlik edir.

Kafedranın strukturu və işçi heyəti

Hazırda kafedrada 1nəfər riyaziyyat elmləri doktoru,professor 7 nəfər riyaziyat üzrə fəlfəsə doktoru,dosent, 1 nəfər riyaziyat üzrə fəlfəsə doktoru, 2 nəfər baş müəllim, müəllim, 1 nəfər müəllim və  4 nəfər tədris köməkçi heyət çalışır. Tədris köməkçi heyəti 4 nəfər laborantdan ibarətdir.

 Müəllim heyəti:

  1. 1. kafedra müdiri, r.f.d., dos. Sadıxov Zahirəli Qafar oğlu
    2. Fakultə dekanı, r.e.d., prof. Nəcəfov Maqsud Ağaqulu oğlu
  2. 3. Fakultə dekanı müavini r.f.d., dos Acalova Naidə Andam qızı
    4. r.f.d., dos. Əbdulkərimli Loğman Şəfaqət oğlu
    5. r.f.d., dos. Əkbərova Hökümə Ağakazım qızı
    6. r.f.d., dos. Şahbazov Aydın İsrafil oğlu
    7. r.f.d., dos. Cabbarzadə Vaqif Mustafa oğlu
  3. 8. p.f.d.,dos. Hüseynov Heydər Müseyib oğlu
  4. 9. b/m. Şeləmənov Asdan Şirin
  5. 10. r.f.d, b/m. Haxıyev Sadəddin Seydi oğlu
  6. 11. b/m. Veysov Hafiz Əkbər oğlu
  7. 12. m. Pənahova Zümrud Atarbəy qızı

Tədris köməkçi heyət:

  1. böyük laborant Səlimova Yeganə Fəzail qızı
  2. böyük laborant  Süleymanova Şəbnəm Şakir qızı
  3. böyük laborant Dadaşova Fəridə Eldar qızı
  4. böyük laborant  Qənbərova Nərmin Nizami qızı

Kafedranın elmi fəaliyyəti

         “Cəbr və  həndəsə”  kafedrası  ilk dəfə 1936-cı ildən “Ali cəbr, analitik  həndəsə  və astanomiya” adlı kafedra  kimi fəaliyyətə  başlanmışdır.Onun  ilk müdiri Bəhram Yusifzadə (Qara Bəhram) ömrünün axırınadək , yəni 1974-cü  ilədək  həmin vəzifədə çalışmışdır.

Kafedrada müxtəlif dövrlərdə Aqil  Salayev (o həm də 1935-1936-cı  illərdə  İnistitun direktoru  olmuşdur),Saleh Axundov,Qulam Şahrza oğlu, Müzəffər Hacıyev,prof.Karlen  Xudaverdiyev,  Firudin Abdullayev, kimi  bacarıqlı  və  peşakar müəllimlər fəaliyyət  göstərmişlər.

            1969-cu ildə “Ali cəbr  və  analitik  həndəsə” kafedrası  iki kafedraya ayrılmışdır: Bunlar “Cəbr və  ədədlər  nəzəriyyəsi”və “Həndəsə”kafedraları  idi.

“Cəbr və  ədədlər nəzəriyyəsi “ kafedrasına M.E.A müxbir üzvü , əməkdar elm  xadimi , prof. Mais Cavadov  müdir  seçilmiş,”həndəsə ”  kafedrasında isə B.Yusifzadə  işləmişdir.

1974-cü ildən 1985-ci  ilədək “həndəsə ”kafedrasına Q.  Qasımov başcılıq etmişdir.

“Cəbr və   ədədlər  nəzəriyyəsi” kafedrasında M. Cavadov , Y. Baxşəliyev, T.  Zamanov, İ.Əliyev, F.Abdullayev, F.  Əfəndiyev ,Ş. Abdullayev, H.  Əkbərova, L. Əbdülkərimli ,R. Eyyubov , A. Soltanov ,A.Mütəlibov ,H. Həşimov ,V. Rüstəmov, S.Haxıyev ,“Həndəsə” kafedrasında Q. Qasımov ,G. Xudaverdiyeva, P.Göyüşov ,R.Abbasov, M. Nəcəfov ,Ü. İsmayılova ,B. Quliyeva , N. Acalova, X.Paşayev, A.Şələmənov, B. Əsgərov,H. Hüseynov, kimi  bacarıqlı  müəllimlər fəaliyyət  göstərmiş  və çoxları  indi  də  fəaliyyət  göstərirlər.

1998-ci  ildə  “Cəbr və   ədədlər  nəzəriyyəsi” və “Həndəsə ” kafedraları yenidən  birləşərək “Cəbr və  həndəsə”kafedrası adlandırıldı. O vaxtdan kafedraya elmlər doktoru  Y.  Baxşəliyev  rəhbərlik  edir.

Kafedranın  fəaliyyəti dövründə ondan çox    namizədlik, bir doktorluq  dissertasiyası müdafiə olunmuş, yüzlərlə elmi  məqalələr həm  ölkə   daxilində,həm də xaricdə çap olunmuşdur.Bundan  başqa çox saylı   monoqrafiyalar, dərs  vəsaitləri, dərsliklər çap olunmuşdur.

İndi “Cəbr və  həndəsə”   kafedrasında  bakalavr  üzrə səkkiz  fənn  maqistr  pilləsi üzrə  10- dan çox  fənndən mühazirə və  seminarlar   aparılır.

Kafedranın  bütün tədris- köməkçi  heyəti, Ş. Süleymanova,Y.Səlimov, F.Bəkirova, N.Qəmbərova  elmi- pedoqoji fəaliytət göstərməklə   yanaşı , öz  öhdələrinə  düşən vəzifələri  vicdanla  yerinə  yetirirlər.


Kafedranın tədris işi

Kafedranın müəllim heyəti bakalavr pilləsi üzrə fizika və riyaziyyat fakültələrində cəbr və həndəsə kursu  üzrə yüksək səviyyədə mühazirələr oxuyur, məşğələ dərsləri aparırlar.

Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazirlanmış və Elmi Şurada təsdiq edilmişdir. Bütün fənlər üzrə tədris mövcud təqvim-tematik planlara uyğun olaraq aparılır. Son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu addımlar atılmışdır. Belə ki, kafedra əməkdaşları tərəfindən çoxlu sayda tədris vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir. Bunlara misal olaraq Y.R.Baxşəliyev, L.Ş.Əbdülkərimli “cəbr kurs” (2011), dərsliyini, X.X.Paşayev,M.A.Nəcəfov  “Analitik həndəsədən mühazirələr” (2002) dərs vəsaiti, Z.Q.Sadıxov, G.A.Xudaverdiyeva “Həndəsi qurmalardan və proyektiv həndəsədən mühazirələr” (2010) , M.A.Nəcəfov “Ekstremum məsələləri” Bakı 2017 ADPU nəş.    S125

M.A.Nəcəfov  “Diferensial həndəsədən mühazirələr” Bakı 2017 ADPU S137 .dos.H.A.Əkpərov,dos. Ş.S.Abdullayev b/S.S.Hazıyev .“Cəbrdən calışmalar” 

ADPU-nun nəşriyyatı   2018 dərs vəsaitini misal göstərmək olar.

Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə

Qeyri -ixtias fakültələr

 Analitik həndəsə və cəbr

Riyaziyyat fakültəsi, riyaziyyat, riyaziyyat-informatika,informatika müəllimliyi ixtisasları:

  1. Cəbr                                                               -əsas kurs
  2. Həndəsə                                                            -əsas kurs
  3. Diferensial həndəsə və topologiya               -əsas kurs
  4. Riyazi məntiq                                       əsas kurs
  5. Diskret Riyaziyyat                                          -əsas kurs
  6. Çoxölçülü həndəsənin elementləri               -seçmə fənn
  7. Orta məktəbdə ədədi sistemlərin əsasları     -seçmə fənn

Kafedra üzrə yeniliklər

  1. Kafedranın 1 əməkdaşı 01.01.02. Diferensial tənliklər ixtisası üzrə fəlsəfə doktoru  disertasiyası, 1 doktorantı isə 01.02.04  Mexanika ixtisası elmlər doktoru disertasiyası müdafiə etmişdir və professor vəzifəsinə təyin olunmusdur.
  2. Kafedranın əməkdaşlarından Pənahova Zümrüd Atarbəy qızı Mexanika Riyaziyyat  İnstitutunun dissretantı, Süleymanova Şəbnəm Şakir qızı isə İdarəetmə Sistemləri İnstitutunun  doktorantı olaraq, fəlsəfə doktoru dissertasiyası üzərində işləyirlər.

Kafedra pasportu

  • Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika fakültəsinin Cəbr və Həndəsə kafedrasının pasportu