шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Hesablama riyaziyyatı və informatika kafedrası

Hesablama riyaziyyatı və informatika kafedrası

 

 1.dos.Hümbətəliyev Rövşən    3.prof.Məmmədov Əlif    5. dos.Cəlilova Rəhimə  6.dos.Mazanova Səadət
 Hümbətəliyev Rövşən
Kafedra müdiri, dosent
Pələngov Əbülfət
Professor
 Məmmədov Əlif
Professor
 Tağıyeva Zemfira
Dosent
 Cəlilova Rəhimə
Dosent
 Mazanova Səadət
Dosent
7.Cəbrayılzadə Sevinc 8.dos.Həmidov Səid 9.dos.Tağıyev Hidayət 10.dos.Həmidov Elşad 11.dos.Quliyev Arzu 12.dos.Əhmədov İlham Bəşir oğlu
 Cəbrayılzadə Sevinc
Dosent
 Həmidov Səid
Dosent
 Tağıyev Hidayət
Dosent
 Həmidov Elşad
Dosent
Quliyev Arzu
Dosent 
Əhmədov İlham
Dosent 
 13.dos.Əliyev Qurban  14.b.müəl.Həmzəyev Çingiz 1  15.b.m Mirzəyeva Kəbirə  21.b.müəl.Şabanova Sevinc 16.b.müəl.Bəşirova Qönçə   17.b.m Musayeva Mətanət
 Əliyev Qurban
Dosent
 Həmzəyev Çingiz
Baş müəllim
 Mirzəyeva Kəbirə
Baş müəllim
 Şabanova Sevinc
Baş müəllim
 Bəşirova Qönçə
Baş müəllim
 Musayeva Mətanət
Baş müəllim
 23.b.müəl.Alıyeva Elmira  22.b.müəl.Səfiyeva Səkinə    18.müəl.Qasımova Aynur 19.müəl.Səfərəliyeva Fəxriyyə   24.müəl.Sadiqov Adil
 Alıyeva Elmira
Baş müəllim
 Səfiyeva Səkinə
Baş müəllim
Qasımova Kamilə
Baş müəllim 
 Qasımova Aynur 
Müəllim
Səfərəliyeva Fəxriyyə
Müəllim
 Sadıqov Adil
Müəllim 
 25.müəlİskəndərov Oqtay  26.b.lab.Hüseynova Məhluqə  27.b.lab.Əliyeva Xuraman  28.b.lab.Həziyeva Sərmayə    30.b.lab. Abdullayeva Gülnarə
İskəndərov Oqtay
Müəllim
 Hüseynova Məhriqə
Böyük laborant
 Əliyeva Xuraman
Böyük laborant
Həziyeva Sərmayə
Böyük laborant 
Həmidova Leyla
Böyük laborant 
Abdullayeva Gülnarə
Böyük laborant 
31.b.lab.Muradova İlhamə          
 Muradova İlhamə
Böyük laborant
         

 

 

 

 

 

Əlaqə

Ünvan: AZ 1000, Bakı Üzeyir Hacıbəyli, 68

Telefon: (99412)

Faks:

WEB: http://adpu.edu.az/gen/html/azl/fakulte/Riyaziyyat_fakultesi/kafedra/Informatika/index.htm

Əməkdaşlar

Tarixi

Kafedra 1971 –ci ildə “Hesablama riyaziyyatı və ehtimal nəzəriyyəsi ” adı ilə fəaliyyətə başlamışdır. 1971-1981-ci illərdə kafedranın müdiri dos.H.Əliyev olmuşdur. Sonra kafedraya prof.Ə.M.Məmmədov (1981-1996) rəhbərlik etmişdir. 1998-2017-ci illərdə kafedranın müdiri vəzifəsində dos. Z.Ə.Tağıyeva çalışmışdır. 2017-ci ildən etibarən kafedra müdiri vəzifəsində riyaziyyat elmlər doktoru R.Z.Hümbətəliyev çalışır.

Static göstəricilər

Hazırda (2018)

    • 26 nəfər professor müəllim heyəti
      • 4 nəfər professor,
      • 8 nəfər fəlsəfə doktoru, dosent,
      • 4 elmlər namizədi baş müəllim,
      • 4 nəfər baş müəllim
      • 6 nəfər müəllim
    • 4 nəfər 0,5 ştat əvəzçiliklə dosent, müəllim
    • 5 nəfər tədris köməkçi heyət çalışır.
      • 5 nəfər böyük laborant

Elmi fəaliyyət

Son İllərdə kafedranın potensialı artmış, elimi dərəcəlilərin sayı çoxalmışdır. Belə ki, M.Ö.Yusifov 2008-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 2010-cu ildə professor elimi adı almışdır. 2010 –cu ildə  dos.Ə.Q.Pələngov pedaqoji elimlər doktoru alimlik  dərəcəsi almışdır.
Kafedranın əməkdaşları tərəfindən indiyədək 500-dən dən çox elmi metodiki məqalə, 3 monoqrafiya, 15 dərs vəsaiti çap olunmuşdur. Son illərdə Ə. Pələngovun «Proqramlaşdırma dilləri» (2011), Z. Tağıyeva, Ə. Həsənova və S. Cəbrayılzadənin «İnformatika və İKT» (2011), M. Yusifov və K. Cəfərovun «Ehtimal nəzəriyyəsi və riyazi statistikadan praktikum»  (2011). M. Yusifovun «Rəqslər nəzəriyyəsinin riyazi həll üsulları» (2011) dərslik və dərs vəsaitləri nəşr olunmuşdur. 
Kafedranın əməkdaşlarından M. Ö. Yusifov vəƏ. Q.Pələngovun Z.Ə.Tağıyevanın əsərləri Rusiya, Belorusiya və Türkiyənin nüfuzlu elmi jurnallarında çap olunmuşdur. Ə.Q.Pələngov Moskva şəhərində keçirilən XVIII Beynəlxalq konfransda iştirak edib və sertifikat alıb.

Kafedrada «İnformatika və İKT tətbiqi» və «Tətbiqi riyaziyyatın nəzəri və metodiki məsələləri» adlı elmi metodiki seminar fəaliyyət göstərir. Kafedra əməkdaşları informatika və hesablama riyaziyyatının əsaslarının öyrədilməsi istiqamətində elmi-tədqiqat işi aparırlar.         

Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə

  1. SF: Müasir proqramlaşdırmanın əsasları: Excel&VBA
  2. Alqoritmlər nəzəriyyəsi
  3. Ehtimal nəzəriyyəsi və riyazi statistika
  4. Hesablama riyaziyyatı
  5. Kompyuter arxitekturası
  6. Tədris praktikası
  7. Kompyuter şəbəkələri, internet, multimediya
  8. Kompyuter şəbəkələri
  9. Kompyuter modelləşdirilməsi, modelləşdirmənin əsasları
  10. Süni intellekt və ekspert sistemləri
  11. Əməliyyat sistemləri
  12. İnformatika və onun tədrisi metodikası
  13. İnformatika
  14. İnformatika və onun əsasları

Magistratura pilləsi üzrə

  1. İnformatikanın müasir problemləri (aktual problemləri)
  2. İnformatikanın riyazi məntiqi əsasları
  3. Ali məktəbin müəyyən etdiyi fənn (proqramlaşdırma dilləri)
  4. Elmi araşdırmalar və təhsil prosesində kompyuter texnologiyalarının tətbiqi
  5. SF: Web  texnalogiyasının əsasları, multimediya sistemləri, HTML dili, Kompyuter sisteminində Kodlaşdırma və kriptoqrafiya
  6. Kompyuter şəbəkələri və işlənən informasiyanın paylanması
  7. İnformasiya sistemləri və verilənlər bazasının  idarəetmə sistemləri (VBİS)
  8. Kompyuter sistemlərində informasiyaların qorunması. Kodlaşdırma və kriptoqrafiya
  9. İnformatikanın tarixi və metodologiyası
  10. Kompyuter sisteminin quruluşu və əməliyyat sistemləri
  11. İnstrumental proqram vasitələri
  12. Əməliyyat sistemləri və onun tədrisi metodikası
  13. İnformatikanın tədrisi metodikasının elmi nəzəri əsasları
  14. Kompyuter modelləşdirilməsinin metodoloji əsasları
  15. Kompyuter riyaziyyatının tədrisi metodikası
  16. İnformatika kursunun tədrisində əməliyyat sistemlərinin tətbiqi metodikası

Kafedranın professor-müəllim heyəti bakalavr pilləsi üzrə riyaziyyat, fizika, kimya, tarix , filologiya, biologiya, mühəndis pedaqoji və bədii qrafika və s. Bütün  fakültələrdə informatika kursu  üzrə yüksək səviyyədə mühazirələr oxunur, laboratoriya və məşğələ dərsləri aparırlar. Bakalavr pilləsi ilə yanaşı olaraq kafedrada TEM 060909- İnformatika və İnformatikanın Tədrisi Metodikası ixtisasları üzrə  magistr hazırlığı həyata keçirilir. Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazirlanmış və Elmi Şurada təsdiq edilmişdir, və Təhsil Naziriyinin qrifi üzrə nəşir olunmuşdur. Bütün fənlər üzrə tədris mövcud təqvim-tematik planlara uyğun olaraq aparılır. Son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu addımlar atılmışdır. Belə ki, kafedra əməkdaşları tərəfindən çoxlu sayda tədris vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir.

  • Ə.Pələngovun. “İnformatika (Windows, Word, Excel proqramları üzrə praktik kurs)”.
    Bakı, ADPU-2005; Z.T. “İnformatika (Basic və Pascal proq-ramları üzrə praktik və nəzəri kurs)”. Bakı, ADPU-2005;
  • S.Həmidovun. ”Kompüter sistemi və ondan istifadə texnologiyası”. Bakı, ADNA, 2007;  
  • Ə Məmmədov. “Kombinatorikanın, ehtimal nəzəriyyəsi və riyazi statistikada məsələlər həllində rəhbərlik”. 2008, 21 çap vərəqi. S.B.Mazanova. «İnformatika», Metodik vəsait, Bakı; «Şərq-Qərb ASC-nin mətbəəsi». 2008-ci il, 208s;
  • Ə.Məmmədov “Hesablama riyaziyyatı”. 2010, 29 çap vərəqi.
  • Z.Tağıyeva. “İnformatika kursu üzrə laboratoriya işlərinə dair praktiki praktikum”. BAKI 2010-2011;
  • Z.Tağıyeva. “İnformatika və İKT“. Bakı 2011;
  • Ə.Məmmədov. “ Paskal proqramlaşdırma dili”. 2011, 18 çap vərəqi;
  • M.Yusifov. “Proqramlaşdırmanın əsasları”. (2012) dərsliyini, “VIII sinifdə riyaziyyatdan olimpiada çalışmaları”. 2011; “Ehtimal nəzəriyyəsi və riyazi statistikadan praktikum”. 2011; Proqramlaşdırmanın əsasları. 2012; “Proqramlaşdirma dilləri”. Bakı, ADPU-2011; Ə.Məmmədov. “Kombinatorikanın, ehtimal nəzəriyyəsinin və riyazi statistikanın əsasları”. 2011, 33 çap vərəqi; dos. S.B.Mazanova, dos. Z.Tağıyeva. «Kompüter  sisteminin quruluşu və əməliyyat sistemləri». dərs vəsaiti, ADPU-nun mətbəəsi, Bakı; Ü.Həcibəyov küçəsi, 34, 2012 il, s 206; dos. S.B.Mazanova, dos. Z.Tağıyeva, M.M.Abbasova. «İnformatika i primenenie informaüionnıx kompğöternıx texnoloqiy v uçebnom proüesse». çapdadır. M.Yusifov. “IX sinifdə riyaziyyatdan olimpiada çalışmaları”. 2013.; “X-XI siniflərdə riyaziyyatdan olimpiada çalışmaları”. 2013. metodik vəsaitlərini misal göstərmək olar.

Xarici əlaqələr

Uzun illər ərzində kafedra əməkdaşları keçmiş Sovetlər İttifaqının bir çox respublikaları və elmi mərkəzləri ilə, habelə İran, Türkiyə, Dagıstanda başqa ölkələrin universitetləri və elmi-tədqiqat institutları ilə əlaqə saxlamış, birgə elmi-tədqiqat işləri aparmışlar. Kafedra əməkdaşları əldə etdiyi elmi nəticələr dəfələrlə bir sıra xarici ölkələrdə, o cümlədən Rusiyada, Ukraynada, Belorusiyada, Gürcüstanda, Türkiyəda və Maxacqalada  keçirilən beynəlxəlq elmi konfraslarda və simpoziumlarda məruzə edilmiş və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Kafedra pasportu

  • Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika fakültəsinin Hesablama riyaziyyatı və informatika kafedrasının pasportu