шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Riyazi analiz kafedrası

Riyazi analiz kafedrası

 1. prof.Əliyev Bəhrəm  2.prof.CəbrayılovMəlikməmməd  3.prof.Qurbanov Vəli Rəhim   5.dos.Cəbrayılova Elmira  6.dos.Adıgözəlov Ağakərim
 Əliyev Bəhram
Kafedra müdiri
Professor
Cəbrayılov Məlikməmməd
Professor 
 Qurbanov Vəli
Professor
 Rzayev Rəhim
Professor
Cəbrayılova Elmira
Dosent 
 Adıgözəlov Ağakərim
Dosent
 7.dos.Cəfərov Kamandar  8.dos.Abasov Rahib  9.dos. Bayramov Azad  10.dos.Məstəliyev Vaqif  11.dos.Ağayeva Səbinə  12.dos.İsayeva Sürəyya
Cəfərov Kamandar
Dosent 
Abasov Rahib
Dosent 
Bayramov Azad
Dosent 
 Məstəliyev Vaqif
Dosent
Ağayeva Səbinə
Dosent 
 İsayeva Sürəyya
Dosent
 13.b.müəl.İbadov Elçin  14.b.müəl.Hüseynova Tünzalə 15.müəl.Rzayev Seymur  16.müəl.Xalıqova Sevinc   kərimova səbinə  
İbadov Elçin
Baş müəllim 
 Hüseynova Tünzalə
Baş müəllim
 Rzayev Seymur
Müəllim
Xalıqova Sevinc
Müəllim 
Kərimova Səbinə
Müəllim 
Ələsgərova Səbinə
Müəllim 
 19.müəl.İskəndərova Ülviyyə liyeva Sevinc BB  Buksayeva Leyla BL  gunel     
 İskəndərova Ülviyyə
Müəllim
 Əliyeva Sevinc
Böyük laborant
Buksayeva Leyla
Böyük laborant
 Hacıyeva Günel
Böyük laborant
    

 

Tarixi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyazi analiz kafedrası  1921-ci ildə yaranmışdır. Riyazi analiz kafedrası müasir riyaziyyatın aktual problemlərinə həsr olunmuş tədqiqat işi aparılan mərkəzlərdən biri kimi tanınmışdır. Kafedranın elmi istiqamətinin müəyyənləşməsində uzun illər kafedranın müdiri olmuş, əməkdar elm xadimi AMEA-nın akademiki, fizika-riyaziyyat elmləri doktoru, prof. İ.İ.İbrahimov (1948-1960), onun tələbəsi dos. Ə.S.Cəfərovun (1962-1978; 1988-1998) xüsusi rolu olmuşdur. Bunlardan başqa kafedraya prof.S.Y.Yaqubov (1978-1981), dos.Q.A.Orucov (1981-1988), prof. M.S.Cəbrayılov (1998-2011),  prof. V.M.Qurbanov (2011-2016) rəhbərlik etmişlər. 2016-ci ilin sentyabr ayından isə kafedraya riyaziyyat üzrə elmlər doktoru, professor B.Ə.Əliyev rəhbərlik edir.  Prof. Y.Salmanovun, Prof. V.Musayevin, prof. R.M,Rzayevin, dos.C.N.Süleymanovun kafedranın nailliyətlərinin artmasında xüsusi əməyi olmuşdur.

Static göstəricilər

Hazırda (2018)

elmlər doktoru professor- 4, 

elmlər namizədi dosent-8,  

riyaziyyat üzrə fəlsəfə doktoru  baş müəllim-2,

riyaziyyat üzrə fəlsəfə doktoru müəllim -1,

 müəllim -4.

4 nəfər baş laborantdan ibarətdir

Elmi fəaliyyət

Riyazi analiz kafedrasının elmi işləri əsasən diferensial operatorların spektral nəzəriyyəsi diferensial-operator tənliklər üçün həll olunma məsələlərini və müxtəlif funksional fəzalarda daxilolma teoremləri istiqamətindədir. 

Spektral parametrli elliptik tip diferensial-operator tənliklər üçünHilbert fəzasında sərhəd məsələlərinin həll olunma məsələləri, həmçinin elliptik tip diferensial operator tənlik üçün eyni bir spektral parametr  həm tənliyə, həm də sərhəd şərtlərinə daxil olmaqla bəzi spektral məsələlər kafedra müdiri prof. B.Ə.Əliyev tərəfinfən tədqiq olunmuş və nüfuzlu jurnallarda çap olunmuşdur. Həmçinin lliptik tip diferensial operator tənlikl\ər üçün sərhəd şərtinə  qeyri-məhdud operator daxil olan sərhəd məsələləri üçün həll olunma məsələləri tədqiq olunmuşdur.  
Adi diferensial operatorların spektral nəzəriyyəsi istiqamətində kafedra müdiri professor V.M.Qurbanov və onun tələbələri elmi tədqiqat aparır. 1989-cu ildən başlayaraq bu istiqamətdə müham nəticələr alınmışdır. İxtiyari tərtib adi diferensail operatorun doğurduğu məxsusi və qoşulmuş funksiyalar sistemi üzrə biortoqonal ayrılışların kompaktda triqonometrik ayrılışla müntəzəm və  Lp metrika­sında bir gəyığılması və onun sürəti tədqiq olunmuşdur. Diferensial operatorun doğurduğu məxsusi və qoşulmuş funksiyalar sisteminin Bessel və Riss bərabərsizliklərini ödəməsi üçün meyarlar isbat olunmuş və bu sistemlərin  fəzalarında bazislik mə sələləri tədqiq olunmuşdur. Biortoqonal ayrılışların mütləq yığılması üçün Bernşteyn , Steçkin teoremlərinin ümumiləşmələri alınmışdır. Dirak sisteminə uy ğun biortoqonal ayrılışların kompaktda komponent üzrə müntəzəm birgəyığılma məsələləri, bütün parçada mütləq və müntəzəm yığılması və ona təsir edən amillər tədqiq olunmuşdur. 
    Kafedrada çoxdəyişənli diferensiallanan funksiyaların bəzi siniflərinin struktur xassələrinin öyrənilməsi və bu struktur xassələrin tətbiqi ilə fəzaları təyin edən parametrlərdən asılı daxilolma teoremlərinin tədqiqi ilə məşğul olunub. S.L.Sobolevin , S,N.Nikolskinin , O.V.Bessovun  fəzalarının çəkili  analoqları qurulmuş və bəzi hallarda alınan nəticələr cırlaşan diferensial tənliklərə tətbiq edilmişdir. Alınmış daxilolma teoremlərinin dəqiqliyi isbat olunmuşdur.
Vektorqiymətli funksiyalar üçün Besov fəzaları qurulmuş bu fəzalarda qarışıq diferensiallama operatorunun təsiri öyrənilmiş, müxtəlif daxilolma teoremləri isbat olunmuş və alınan nəticələr operator əmsallı diferensial tənliklərə tətbiq edilmişdir.
Son 20 il ərsizndə 4 nəfər elmlər doktoru və 3 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 3 monoqrafiya və 300-dən çox məqalə və tezis nəşr olunmuşdur. Bir sıra beynəlxlaq konfranslarda məruzələr edilmişdir.

Tədris işi

TƏDRİS OLUNAN FƏNLƏR

BAKALAVR PİLLƏSİ ÜZRƏ

  1. Riyazi analiz I
  2. Riyazi analiz II
  3. Riyazi analiz III
  4. Riyazi analiz IV
  5. Adi Diferensial tənliklər
  6. Funksional analiz
  7. Variasiya hesabı və optimallaşdırma üsulları
  8. Riyazi-fizika tənlikləri
  9. Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi
  10. Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi
  11. Məhdud variasiyalı funksiyalar nəzəriyyəsi
  12. Ehtimal nəzəriyyəsi və riyazi statistikanın elementləri
  13. Riyaziyyat (Tarix və coğrafiya, Kimya və biologiya fakültəsi)
  14.  Ali riyaziyyat (Fizika və texnalogiya fakültəsi)
  15. Seçmə fənlər

Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazırlanıb. Son illər kafedrada tədris olunan fənlər üçün dərslik, dərs vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir: M.S.Cəbrayılov, B.Ə.Əliyev “Riyazi anliz”, “Birdəyişənli funksiyanın diferensial hesabı” 2010, Y.Salmanov, Ş.Y.Salmanova “Riyazi fizika tənliklərinə aid məsələlər” 2005, Y.Salmanov “Riyazi fizika tənlikləri” 2005; V.M.Qurbanov  “Ədədi və funksional sıralar“ 2005;  V.M.Musayev , S,Qasımova “Coxdəyişənli funksiyaların diferensial və inteqral hesabı” 2007; S.Qasımova “Adi diferensial tənliklər” (Metodik vəsait) 2008; V.M.Musayev “Adi diferensial tənliklər” 2009; V.Məstəliyev, C.N.Süleymanov, S.E. Süleymanov “Riyazi analiz kursuna giriş,Həqiqi ədədlər və ədədi ardıcıllıqlar” 2010; V.Məstəliyev,  K.Cəlilov, S.Z.Əhmədov “İnteqral tənliklər” 2013 ; V.Məstəliyev “Inteqral  çevirmələri və onun tətbiqləri” 2013;  Ə. Məmmədov  “Riyazi analizdən praktikum”, 2009; N.A.Davidov, P.P.Kopovkin. V.N. Nikolski “Riyazi analizdən məsələlər” (IV nəşr. ruscadan tərcümə) 2010; V.A.Sadovmiçiy, A.S.Podkoezin “Riyaziyyatdn tələbə olimpiadalarının məsələləri” 2013. (ruscadan tərcümə), . M.S.Cəbrayılov , B.Ə.Əliyev. Riyazi analiz  “Birdəyişənli funksiyanın inteqral hesabı” 2016.

Xarici əlaqələr

Kafedranın əməkdaşları Moskva Dövlət Universitetinin “Ümumi riyaziyyat” kafedrası, İsrailin Təl-Əviv Universiteti, AMEA-nın “Riyaziyyat və Mexanika” institutu, BDU-nun “Riyazi analiz”, “Funksional analiz”, “Riyazi fizika tənlikləri” kafedrası ilə əməkdaşlıq edirlər. 

Kafedra pasportu

  • Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika fakültəsinin Riyazi analiz kafedrasının pasportu