шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Riyaziyyat və onun tədrisi metodikası kafedrası

 

Riyaziyyat və onun tədrisi metodikası kafedrası

 

 1Adıgözəlov Azadxan Profes 2Əliyeva Tinatin Dos   3Sadıqov Akif Dos 4.Cəfərov Allahverdi dos  5.Nəsirov Novruz dos   
 Adıgözəlov Azadxan
Kafedra müdiri
Professor
Əliyeva Tinatin
Dosent 
 Sadıqov Akif
Dosent
Cəfərov Allahverdi
Dosent 
Nəsirov Novruz
Dosent 
 
7.abdullayeva Cəmilə b.m   8Abdullayeva Məlahət b.m  9.Həsənova Solmaz b.m  10.Məmmədov Valeh b.m   12.Rzayev Musa b.m 
 Abdullayeva Cəmilə
Baş müəllim
Abdullayeva Məlahət
Baş müəllim 
 Həsənova Solmaz
Baş müəllim
 Məmmədov Valeh
Baş müəllim
  Rzayev Musa
Baş müəllim 
     13.Zeynalova İradə m 14.Qardaşova zalxa m   IMG 9782  
    Zeynalova İradə
Müəllim 
 Qardaşova Zalxa
Müəllim
   

 

Ünvan: AZ 1000, Bakı Üzeyir Hacıbəyli, 68

Əməkdaşlar

Tarixi

Riyaziyyatın tədrisi metodikası kafedrası 1930-1931-ci tədris ilində yaradılarkən ona rəhbərlik professor A.M.Ammosova tapşırılmışdır. Sonradan kafedraya Bəylər Əbdurrəhim oğlu Ağayev seçilmişdir. 1959-1960-cı illərdə “Elementar riyaziyyat və riyaziyyatın tədrisi metodikası” kafedrası ayrılaraq müstəqil kafedra kimi fəaliyyətə başlamış və kafedraya pedaqoji elmlər namizədi, dosent Əsəd Yusif oğlu İbrahimov rəhbərlik etmişdir. 1975-ci ilə kimi həmin kafedranın müdiri işləmiş dos. Ə.Y.İbrahimov elementar riyaziyyatdan və riyaziyyatın tədrisi metodikasından mühazirələr oxumuş, tədris-metodik vəsaitlərin hazırlanması və çapı üzrə faydalı iş aparmışdır. 1975-1987-ci illərdə kafedraya pedaqoji elmlər namizədi dosent Sadıq Nəcəfalı oğlu Sadıqov müdir seçilmişdir.  1987-2003-cü illərdə “Riyaziyyat və onun tədrisi metodikası” kafedrasına pedaqoji elmlər namizədi, dosent Tinatin Məmməd qızı Əliyeva rəhbərlik etmişdir. “Riyaziyyat və onun tədrisi metodikası” kafedrasına 2003-cü ildə pedaqoji elmlər doktoru, professor Azadxan Səfərxan oğlu Adıgözəlov müdir seçilmişdir.

Static göstəricilər

Hazırda (2018)

  • 14 nəfər professor-müəllim heyəti;
    • 1 nəfər elmlər doktoru, professor,
    • 4 nəfər fəlsəfə doktoru, dosent,
    • 7 nəfər baş müəllim,
    • 2 nəfər müəllimdən,

2 nəfər tədris köməkçi heyət çalışır,

  • 1 nəfər laborant,
  • 1 nəfər böyük laborantdan ibarətdir.

Elmi fəaliyyət

“Riyaziyyat və onun tədrisi metodikası” kafedrasının müdiri professor Azadxan Səfərxan oğlu Adıgözəlov, 1979-cu ildə “Orta məktəbdə həndəsənin rəsmxətlə əlaqəli təlimi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Dos. A.S.Adıgözəlov Moskva, Peterburq, Yaroslavl, Minsk pedaqoji institutlarında çalışan riyaziyyatın tədrisi metodikası üzrə yüksək ixtisaslı mütəxəssislər prof. Y.M.Kolyagin, prof. V.A.Qusev, prof. Q.D.Qleyzer, prof. R.A.Xabib, prof. Z.A.Skopets, prof. A.A.Stolyar və b. tövsiyəsi ilə 1992-ci ildə “Fasiləsizl təhsil şəraitində məktəb riyaziyyat kursunun tətbiqi funksiyasının fənlərarası əlaqə əsasında reallaşdırılması” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək. Prof. B.Ə.Ağayevdən sonra bu sahədə yeganə elmlər doktoru və professor (1993-cü ildə) olmuşdur. Bundan sonra respublikada riyaziyyatın tədrisi metodikası üzrə tədqiqatlar geniş vüsət almışdır.
Dos. Mahmudovun M.C. (Texniki Universitetdən), dos. Baxşəliyevin Y.R. (ADPU, Cəbr və həndəsə kafedrasının müdiri), dos. Feyzeliyevin S.A. (Müəllimlər instutundan), dos. Alışovun M.M. (Bakı şəhəri Müəllimlərin İxtisasartırma və Yenidən hazırlanma İnstitutundan) və dos. R.A.Abbasovun (Neft Akademiyasından) doktorluq dissertasiyaları “Riyaziyyatın tədrisi metodikası” kafedrasında hazırlanmışdır. Nəbiyev Asif (e.r., prof. Adıgözəlov A.S.), Səfərli İlqar (e.r., prof. Adıgözəlov A.S.), Həsənova Xalidə (e.ə., prof. Adıgözəlov A.S.), Seyid Nüşabə (e.ə., prof. Adıgözəlov A.S.), Novruzova Xumar (e.ə., prof. Cəbrayılov M.S.), Akif Quliyev (e.r., dos. Quliyev Ə.A.) və Abdullayeva Məlahətin (e.ə. prof. Adıgözəlov A.S.) fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaları ADPU-nun həmin kafedrasında yerinə yetirilmişdir. Prof. A.S.Adıgözəlovun rəhbərliyi ilə 20-dən artıq dissertant və doktorant riyaziyyat tədrisinin aktual problemlərinə aid tədqiqat aparırlar. Onun ali pedaqoji məktəb tələbələri üçün “Stereometriya kursunda müstəvi kəsiklərin qurulması”, “Həndəsədən məsələ həlli praktikumu”, “İbtidai siniflərdə riyaziyyat təliminin xüsusi metoidkası”, “Orta məktəbdə həndəsənin rəsmxətlə əlaqəli öyrənilməsi”, “Orta məktəbdə riyaziyyatın tədrisi metodikası”, “Həndəsi qurmalar” Pedaqoji kolleclər üçün “İbtidai siniflərdə riyaziyyatın tədrisi metodikası” (2011), Pedaqoji Universitetit tələbələri üçün Ümumtəhsil məktəblərində riyaziyyat təliminin nəzəri əsasları” (2018), “Elementar cəbr” (2012), “Elementar həndəsə” adlı dərs vəsaitləri çap olunmuşdur.

Kafedranın əməkdaşları dos. Akif Ənvər oğlu Sadıxov (e.r., prof. Ə.Həbibzadə), dos. Allahverdi Qədir oğlu Cəfərov (elmi rəhbəri prof. Yaqub Əliyev) namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışlar. Dos. A.Ə.Sadıxov riyaziyyat təmayüllü məktəblərdə “kompleks ədədlərin təlimi” mövzusunda tədqiqatları aparmışdır. Dos. A.Q.Cəfərov “Riyaziyyatdan test tapşırıqları” və “Həndəsə” vəsaitlərini çap etdirmişdir. Hazırda o, riyaziyyat fakültəsində qiyabi şöbə üzrə dekan müavini işləyir.

Riyaziyyat və onun tədrisi metodikası kafedrasının dosenti N.B.Nəsirov riyaziyyat təliminin estetik funksiyasını araşdırmışdır. Onun bir sıra jurnallarda çap olunan məqalələri ilə yanaşı “elementar funksiya qrafiklərinin çevrilməsi” “Riyaziyyatın tədrisi prosesində estetik tərbiyə” vəsaitləri vardır. Baş müəllim S.X.Abbasov “Riyaziyyat təlimində varislik problemini tədqiq etmiş, Triqonometriyadan məsələ həlli praktikumu“, “Kompleks ədədlər” tədris vəsaitlərini hazırlamışdır. Kafedranın baş müəllimi A.İ.Quliyev riyaziyyat təlimində stoxlastika elementlərinin öyrənilməsinə aid dissertasiyasını müdafiə şurasına təqdim etmişdir. Onun “Riyaziyyatdan test çalışmalarını necə həll etməli” və b. metodik vəsaitləri çap olunmuşdur. Kafedranın müəllimi C.N.Abdullayeva fizika-riyaziyyat elmləri namizədidir, o, orta məktəb müəllimləri üçün bir sıra faydalı metodik işlərin müəllifidir.

Kafedra Bakı Dövlət Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Qafqaz Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Dövlət Kooperasiya Universiteti ilə yaxından əlaqə saxlayır, birlikdə elmi praktik konfranslar keçirirlər.

Tədris işi

TƏDRİS OLUNAN FƏNLƏR

BAKALAVR PİLLƏSİ ÜZRƏ

  1. Elementar riyaziyyat
    • Riyaziyyat, riyaziyyat-informatika müəllimliyi ixtisasıları;
  2. Riyaziyyatın tədrisi metodikası (RTM)
    • Riyaziyyat, riyaziyyat-informatika müəllimliyi ixtisasları;
  3. İnformatikanın tədrisi metodikası (İTM)
    • Riyaziyyat-informatika, informatika müəllimliyi ixtisasları;
  4. SF:Triqonometrik funksiyalar, tənliklər və bərabərsizliklər
    • Riyaziyyat müəllimliyi ixtisası
  5. SF:Triqonometrik çevrilmələr, tənliklər, bərabərsizliklər
    • İnformatika müəllimliyi ixtisası
  6. SF: Transendent funksiyalar və onların tətbiqləri
    • Riyaziyyat-informatika  müəllimliyi ixtisası

MAGİSTRATURA PİLLƏSİ ÜZRƏ

  1. RTM–in bəzi müasir problemləri
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  2. RTM–in tarixi və metadologiyası
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  3. AMMEF (məktəb riyaz. kursunun elmi əsasları)
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  4. Riyaziyyat təliminin pedoqoji və psixoloji əsəsları
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  5. Riyaziyyatın tədrisində yaradıcı təfəkkürün formalaşdırılması
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  6. Məktəb riyaziyyat kursunda riyazi struktur elementlərinin tədrisi metodikası
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  7. Məktəb riyaziyyat kursunda ali riyaziyyat elementlərinin tədrisi metodikası
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  8. Riyaziyyat terminləri və anlayışların formalaşması
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  9. SF:Məktəb həndəsə kursunun aksiomatik qurulması yolları
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  10. SF: Məktəb riyaziyyat kursunda tənlik və bərabərsizliklərin öyrənilməsi
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  11. SF: Kəmiyyətlərin öyrənilməsinin ümumi məsələləri
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası

Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazirlanmış və Elmi Şurada təsdiq edilmişdir. Bütün fənlər üzrə tədris mövcud təqvim-tematik planlara uyğun olaraq aparılır. Son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu addımlar atılmışdır. Belə ki, kafedra əməkdaşları tərəfindən çoxlu sayda tədris vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir. Bunlara misal olaraq:

  • T.M.Əliyeva, T.E.Mütəllimov, A.S.Adıgözəlov “Orta məktəbdə riyaziyyatın tədrisi metodikası” Bakı-1993.
  • A.S.Adıgözəlov, A.Ə.Sadıxov, A.Q.Cəfərov  “Riyaziyyat fakültəsində tələbələrin pedaqoji təcrübəsinin təşkili və aparılması Bakı-2006.
  • A.S.Adıgözəlov “Orta məktəbdə riyaziyyatın tədrisi metodikası” Bakı-2012.
  • N.Nəsirov “Riyaziyyatın tədrisi prosesində estetik tərbiyə” Bakı-1991.
  • N.Nəsirov, A.Cəfərov  “Əsas elementar funksiyaların qrafiklərinin çevrilməsinin öyrədilməsi metodikası” Bakı-1994.
  • A.Cəfərov  “Həndəsə  (Planimetriya)” Bakı-2008.
  • A.S.Adıgözəlov və b. “Elementar cəbr” (2012), “Elementar həndəsə” (2018).

Xarici əlaqələr

Baş müəllim M.V.Abdullayeva Türkiyə Respublikasında təhsillə əlaqədar konfranslarda məruzə ilə çıxış etmişdir.

Kafedra pasportu

  • Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika fakültəsinin Riyaziyyat və onun tədrisi metodikası kafedrasının pasportu