шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Tarix və coğrafiya fakültəsi

Coğrafiya elmləri namizədi ADPU-nun Tarix və Coğrafiya fakültəsinin dekan müavini

Qısa bioqrafik məlumat: 1966-ci il noyabrın 7-də Qəbələ rayonunda anadan olmuşdur. Ailəlidir bir övladı var Tarix və Coğrafiya fakültəsinin Ümumi coğrafiya  kafedrasının dosenti.

İş telefonu: +(99412)465-59-43

E –mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Təhsili , elmi dərəcəsi və elmi adı:

  • 1982-ci ildə V.İ.lenin adına Qırmızı Əmək Bayrağı Ordenli APİ-nin Coğrafiya və biologiya fakültəsinə daxil olmuş, 1986-cı ildə coğrafiya xtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
  • 1986-ci ildən AMEA-nın Toraqşünaslıq və Aqrokimiya İnstitutunun  Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyasının əyani aspirantı olmuşdur.
  • 1990-cı ildə “Qarabağ düzü dağətəyi torpaqlarının kompleks aqronomik səciyyəsi və münbitlik modeli ” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 24 yaşında elmlər namizədi adı almışdir.

Əmək fəaliyyəti:

  • 1989-1991-ci illərdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnistutunda kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır.
  • 1991-cı ildən bu günədəkdək ADPU-nun Coğrafiya fakultəsinin “Ümumi coğrafiya” kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.
  • 2007-ci ildən-2011-ci ilədək Ümumi coğrafiya kafedrasının müdiri olmuşdur.
  • 2011ci- ilin dekabr ayından -2016-ci ilin mart ayınadek Universitet Elmi Şurasının qərarə ilə ADPU-nun Coğrafiya və  Çağırışaqədər  Hazırlıq fakültəsinin dekanı olmuşdur. Hazırda Ümumi coğrafiya kafedrasının dosenti və yeni yaradılmış Tarix və Coğrafiya fakültəsinin dekan müavinidir.
  • 30 aprel 2014-cü il Azərbaycan Coğrafiya Cəmiyyətinin IX qurultayında cəmiyyətin vitse prezidenti seçilmişdir
  • Azərbaycan Coğrafiya Cəmiyyətinin ADPU filialının rəhbəridir
  • AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnistutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin Coğrafiya və Təbii Resurslar jurnalının redaksiya heyyətinin üzvüdür.

Apardığı dərslər:

  • Torpaq coğrafiyası, torpaqşünaslığın əsasları ilə
  • Geodeziya, topoqrafiyanın əsasları ilə
  • Geodeziya , topoqrafiyanın əsasları və kartoqrafiya

Bəzi Seçilmiş əsərləri:

  1. Talış zonasının dağlıq hissəsində təbii şəraitin ümümi xarakteristikası. Müstəqillik illərində coğrafiya elminin inkişafı / “Fiziki coğrafiya” kafedrasının 70 və “Hidrometrologiya” kafedrasının 40 illik yubileyinə həsr olunmuş respublika elmi konfransının materialları, Bakı, 2013. Səh.114-118.F.A.Həsənli
  2. Pedosferə antropogen təsirlər və onlarin nəticələri. Torpaqşünaslıq və aqrokimya, cild 21, № 1, 2013. Səh.48-53
  3. Qarabağ düzünün suvarılan torpaqlarinin ekoloji qiymətləndirilməsi. Xəbərlər ADPU
  4. Ekoloji təhsil prosesinin təşkilinin effektiv formaları və təbii mühitin qiymətləndirilməsinə dair şagirdlərin ekoloji biliklərin artırılması. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Ekoloji problemlər və ekoloji təhsil”mövzusunda Respublika elmi konfransı (23-24 aprel 2013), ADPU, Bakı, 2013.Həmmüəlliflər:Sultanov R.L,Məmmədova G.Ə.
  5. Morfometrik xəritələrin tərtib olunma metodikası, Xəbərlər, ADPU, Bakı 2013№2.Həmmüəlliflər: A.H.Əliyev
  6. Torpaq xəritə və kartoqramlarından kənd təsərrüfatı istehsalında istifadə edilməsi, Xəbərlər, ADPU, Bakı 2013№2,Həmmüəlliflər: A.H.Əliyev
  7. Hər bir azərbaycanlının vətəndaşlıq borcu, Azərbaycan xalıqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş Pedaqoji Universitetinin Xəbərləri. Bakı. 2013
  8. Xatirəyə dönən ömür, Coğrafiya elminin uğurları. B.Ə.Budaqov, AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, X kitab. 2013
  9. Azərbaycan qadını bəşəriyyətin humanizm simvoludur,“Böyük qadın” jurnalı, aprel, 2014
  10. Основные проблемы использования солнечной энергии внутриэкосистем в Азербайджанской Республике,Материалы международной научно-практической конференции «Географические проблемы туризма, краеведения и экологии», Алматы, 2014,Həmmüəlliflər:Р.Л.Султанов
  11. Cəmiyyətin müasir ekoloji problemləri, XXI əsrdə ekologiya və torpaqşünaslıq elminin aktual problemləri// III Respublika elmi konfransı, BDU, Ekologiya və torpaqşünaslıq fakültəsi, Bakı,2014,Həmmüəlliflər:F.A.Həsənli
  12. Torpaq ekosistemlərinin neft tullantıları ilə çirklənməsi problemləri və monitorinqi, XXI əsrdə ekologiya və torpaqşünaslıq elminin aktual problemləri// III Respublika elmi konfransı, BDU, Ekologiya və torpaqşünaslıq fakültəsi, Bakı,2014
  13. Ekoloji problemlərdə yaranan fəsadlar, R.X.Piriyevin 90 illik yubileyinə həsr olunmuş konfrans materiallrı, BDU, 2014,Həmmüəlliflər: F.A.Həsənli
  14. Yüksək ixtisaslı müəllim hazırlığına dövlət qayğısı, Təhsil problemləri qəzeti.№53-54. Iyul 2014.
  15. Təhsildə bədən tərbiyəsi və idmanın bəzi problemləri və perspektivləri, Azərbaycan xalqının Ümummilli lideri H.Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş “Müəllim hazırlama siyasəti və problemləri”,V Beynəlxalq konfrans, 2015, Həmmüəlliflər: Prof. Ə.Ə.Mehtiyev
  16. Араксинского низменности, Международная научная конференция «Рол почв в биосфере и жизни человека», Москва, МГУ имени М.В.Ломоносова, 2015
  17. Географические аспекты состояния экосистемы Азербайджана.Сборник научных статей IV Международной научно-практической конференции. 2 апреля 2015. Могилев, Həmmüəlliflər: M.A.Abduyev
  18. Təbii sərvətlərdən istifadənin ekoloji problemləri və onların mühafizəsi, Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. Coğrafiya və təbii resurslar jurnalı №1. Bakı, 2016, Həmmüəlliflər: F.A.Həsənli

Kitablar:

1.Torpaq coğrafiyası torpaqşünaslığın əsasları ilə ( I hissə). Bakı, N.Tusi adına ADPU nəşr., 1996, 96 səh. (həmmüəlliflər Ş.G.Həsənov, N. D. Qaracaev)

2.Torpaq coğrafiyası torpaqşünaslığın əsasları ilə (II hissə).  Bakı, “Ziya-Nurlan” nəşr., 2001, 252 səh.(həmmüəllif  Ş.G.Həsənov)

3.Torpaq coğrafiyası torpaqşünaslığın əsasları ilə.  ADPU nəşr., Bakı,2010, (təkrar və əlavələrlə yenidən işlənmiş nəşr) 415 səh. (həmmüəllif  Ş.G.Həsənov)

4.Təbiətin mühafizəsi.  ADPU, Bakı , 2011,  254 səh. (həmmüəllif  Ş.G.Həsənov)