шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Azərbaycan tarixi kafedrası

Azərbaycan tarixi kafedrası

 

 1 Ehmedova Naibe dos kaf m  2 Isayev Muzeffer dos  3 Suleymanova elmira dos  4 Qasimova Irade dos  5 Hesenov habil bm  6 haciyev eldar bm
 Əhmədova Naibə
Kafedra müdiri
Dosent
 İsayev Müzəffər
Dosent
 Süleymanova Elmira
Dosent
 Qasımova İradə
Dosent
 Həsənov Habil
Baş müəllim
 Hacıyev Eldar
Baş müəllim
 7 quliyev besir bm  8 Mirzeyev elman bm  9 Eliyev Namiq bm  10 Agalarov mubariz bm  11 Samir baxseliyev bm 15 Xaneliyev Cefer m 
 Quliyev Bəşir
Baş müəllim
 Mirzəyev Elman
Baş müəllim
 Əliyev Namiq
Baş müəllim
 Ağalarov Mübariz
Baş müəllim
 Baxşəliyev Samir
Baş müəllim
 Xanəliyev Cəfər
Müəllim 
 12 Esedov Nebi m  14 Huseynova Seba m  Samirə Ramazanlı  16 Xaliqova Gulsen bl    
 Əsədov Nəbi
Müəllim
 Hüseynova Səba
Müəllim
Ramazanova Samirə
Müəllim
  Xalıqova Gülşən
Baş laborant
   

 

 

Tarixi

1931-ci il sentyabrın 29-da ADPİ-də  fəaliyyət göstərən 28 kafedra sırasında Azərbaycan tarixi kafedrası da var idi. Kafedraya  prof.V.Xuluflu rəhbərlik edirdi. Vətən müharibəsi illərində kafedra ADU birləşdirilmişdir.

Kafedra 1943-cü ilin oktyabrında – ADU tərkibindən ayrılıb yenidən müstəqil fəaliyyətə başlayanda müstəqil tarix fakültəsinin yaradılması kafedraların, o sıradan Azərbaycan tarixi kafedrasının da fəaliyyətinə təkan vermişdir.  Sonrakı illərdə kafedraya dosent İsmayıl Hüseynov (O, 1947-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir) rəhbərlik etmişdir. 1950-ci ilin əvvəllərində milli respublikaların tarixinin öyrənilməsinə Moskvanın mənfi münasibəti nəticəsində respublikamızın bütün ali məktəblərində Azərbaycan tarixi kafedralarının fəaliyyəti dayandırılmışdır. APİ-də Azərbaycan tarixinin tədrisi əvvəlcə SSRİ tarixi kafedrasının tərkibinə verilmiş, az sonra isə ümumiyyətlə, dayandırılmışdır. Yalnız ümummilli lider Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra, 1971-ci ildə APİ-də Azərbaycan tarixi kafedrası bərpa edilmişdir.

Kafedra yenidən təşkil ediləndə müdir vəzifəsinə professor N.A.Paşayev (1971-1987) seçilmişdir. 1989-2016-cı illərdə Azərbaycan tarixi kafedrasına əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, prof.Süleyman Məmmədov rəhbərlik etmiş, 6 oktyabr 2016-cı il tarixdən isə  kafedra müdiri vəzifəsinə dos. Naibə Əhmədova təyin edilmişdir. 

Static göstəricilər(2017)

    • Professor- 3 nəfər 
    • Fəlsəfə doktoru,dosent – 8 nəfər 
    • Fəlsəfə doktoru, baş müəllim – 5 nəfər 
    • baş müəllim – 1 nəfər
    • müəllim – 3 nəfər

Elmi fəaliyyət

Kafedrada (ümumi kurs), Azərbaycanın arxeologiyası, etnoqrafiyası, diyarşünaslığı, mənbəşünaslığı, tarixşünaslığı, Azərbaycan tarixi coğrafiyası, tarixi demoqrafiya kimi fənlər tədris olunur. Son illərdə Azərbaycanın Avropa və Asiya ölkələri ilə əlaqələri tarixi, Azərbaycanın XIX-XX əsr tarixinin aktual problemləri (bakalavr) də tədris planına daxil edilmişdir.

Prof.S.A.Məmmədov 15 ildən çoxdur ki, Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən “Elmi Metodik” şuranın, Ali Attestasiya Komissiyası “Tarix üzrə”Ekspert Şurasının üzvüdür. 10 il (1976-1986) APİ-də, ixtisaslaşdırılmış müdafiə şurasının elmi katibi, 5 il BDU tarix fakültəsinin nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının həmsədri, Respublika elmi-tədqiqat Pedaqogika elmləri İnstitutu (indiki Təhsil Problemləri İnstitutu) və 8 il Tarix İnstitutunun nəzdindəki dissertasiya Şuralarının üzvü olmuşdur. 
Prof.S.A.Məmmədovun rəhbərliyi dövründə kafedra elmi axtarışları tədris pedaqoji fəaliyyətlə məharətlə uzlaşdıra bilmişdir. Bu müddətdə kafedrada 98 məqalə, 5 monoqrafiya, 19 dərslik, 15 dərs vəsaiti, 32 proqram çap olunmuşdur.

Təkcə o, özü irili-xırdalı 400-ə qədər əsərin, o sıradan 5 monoqrafiya, 15 ümumtəhsil məktəbləri, 5 ali məktəb dərsliyinin 20 fənn proqramının müəllifidir.

S.A.Məmmədov və kafedra MEA Tarix, şərqşünaslıq, arxeologiya, etnoqrafiya institutları, BDU, Gürcüstanın tarix, etnoqrafiya və arxeologiya institutları, H.Sadası ad.Maxaçqala tarix, dil və ədəbiyyat institutu, Ankara Türk Tarix qurumu, İstanbul Universiteti tarix və ədəbiyyat bölümü ilə əlaqə saxlayır.

S.A.Məmmədovun–iki iri həcmli əsəri “XVII əsrin II yarısı-XVIII əsrin I otuzilliyində Azərbaycanın sosial-iqtisadi və siyasi həyatı” (Bakı, Elm, 1977) və “Azərbaycan XV–XVIII əsrin I yarısı mənbələrində” (Bakı, Elm, 1993) Nyu-York konqres kitabxanasının kataloquna düşmüşdür. Onu da əlavə edək ki, prof.S.A.Məmmədov Azərbaycanda qədim erməni dili üzrə yeganə mütəxəssisdir.

Professor S.A.Məmmədov fəaliyyətini uğurla davam etdirir. Elmi-pedaqoji fəaliyyətinə görə o, Pedaqoji Universitetin Elmi Şurasının qərarı ilə 2007 və 2011-ci illərdə “İlin alimi” adına layiq görülmüşdür. 2011-ci ildə “Kredo” qəzetində və 2012-ci ildə “Xalq qəzeti”ndə onun elmi-pedaqoji fəaliyyətindən bəhs edilən portret-oçerk dərc olunmuşdur.

Universitetin 85 illik yubileyi ərəfəsində, 2006-cı il dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə uzun illər səmərəli elmi-pedaqoji fəaliyyəti nəzərə alınaraq professor Süleyman Məmmədova “Əməkdar elm xadimi” fəxri adı verilmişdir. 2012-ci ildə isə ölkə Prezidentinin sərəncamı ilə “İrəvan xanlığı tarixi”nin yazılmasına görə professor Süleyman Məmmədov bir qrup müəlliflə birgə Dövlət Mükafatına layiq görülmüşdür.

Süleyman Məmmədov 2005-2006-cı tədris ilindən etibarən ADPU-da “Qaynar xətt” xidmətinin rəhbəri kimi vaxtaşırı imtahan sessiyalarının müsbət nəticələrini dövri mətbuatda işıqlandırmış, əldə edilmiş nailiyyətlər barədə kütləvi informasiya vasitələrinin əməkdaşlarına  müsahibələr vermişdir.

Professor Süleyman Məmmədovun ötən illərdə respublikada baş vermiş ictimai-siyasi hadisələrlə əlaqədar mətbuatdakı çıxışları diqqəti cəlb etmişdir.

Tədris işi

Tədris olunan fənnlər

Bakalavr pilləsi üzrə

  1. Azərbaycan tarixi
    • Tarix müəllimliyi ixtisası
    • Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası
    • Riyaziyyat müəllimliyi ixtisası
    • Biologiya müəllimliyi ixtisası
    • Kiimya müəllimliyi ixtisası
    • Fizika müəllimliyi ixtisası
    • İbtidai sinif müəllimliyi ixtisası
    • Coğrafiya müəllimliyi ixtisası
  2. Qafqaz Albaniyası tarixinin problemləri
    • Tarix müəllimliyi ixtisası
  3. Tarixi coğrafiya
    • Tarix müəllimliyi ixtisası
  4. SF: Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı
    • Tarix müəllimliyi ixtisası
    • Tarix-coğrafiya müəllimliyi ixtisası
  5. SF: XX əsr Azərbaycanda milli azadlıq hərəkatı
    • Tarix müəllimliyi ixtisası
    • Tarix-coğrafiya müəllimliyi ixtisası
  6. SF: Azərbaycan beynəlxalq əlaqələri
    • Tarix müəllimliyi ixtisası
    • Tarix-coğrafiya müəllimliyi ixtisası

Magistratura pilləsi üzrə

  1. Azərbaycanda tarix elminin müasir problemləri
    • Azərbaycanın yeni və ən yeni tarixi ixtisası
  2. Azərbaycan tarix elminin metodologiyası
    •  Azərbaycanın yeni və ən yeni tarixi ixtisası
  3. Azərbaycanda epiqrafik abidələr mənbə kimi
    • Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası
  4. Atabəylər dövləti
    • Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası
  5. Şirvanşahlar dövləti
    • Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası
  6. Ağqoyunlu Səfəvi dövlətləri ilə Avropa əlaqələri
    •  Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası
  7. Orta əsr Azərbaycan dövlətinin dövlətçiliyi
    • Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası
  8. Xanlıqlar, sultanlıqlar
    • Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası
  9. Azərbaycanın qədim və orta əsr tarixinin mənbəşünaslığı
    • Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası
  10. Azərbaycanın farsdilli qaynaqları
    • Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası
  11. X-XII yüzilliklərdə Azərbaycan Gürcüstan əlaqələri
    • Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası
  12. Azərbaycanın orta əsr şəhərinin  tarixi
    • Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası
  13. SF: ADR-in mədəni sahədə tədbirləri
    • Azərbaycanın yeni və ən yeni tarixi ixtisası
  14. SF: Kənd təsərrüfatında kapitalizmin inkişafı
    • Azərbaycanın yeni və ən yeni tarixi ixtisası
  15. SF: Sənayedə kapitalizmin inkişafı
    • Azərbaycanın yeni və ən yeni tarixi ixtisası

Azərbaycan tarixi kafedrasının professor-müəllim heyəti bakalavr pilləsi üzrə bütün fakültələrdə mühazirə və seminar dərsləri aparır. Eyni zamanda, “Azərbaycanın yeni və ən yeni tarixi” HSM–070013, «Azərbaycanın qədim və orta əsrlər tarixi»-HSM 070001 istiqamələri üzrə magistir hazırlayır.
Kafedra üzrə tədris planında nəzərdə tutulmuş bütün fənnlər üzrə tədris proqramları hazırlanmış və Elmi Şurada təsdiq edilmişdir. Fənnlər üzrə tədris təqvim-tematik planı hazırlanıb müəllimlərin istifadəsinə verilir. Kafedra əməkdaşları tərəfindən dərslik, dərs vəsaiti və proqramlar hazırlanıb tələbələrin istifadəsinə verilmişdir. 
Məsələn, “Azərbaycan tarixi” bakalavr təhsili üzrə, (ixtisas və qeyri-ixtisas fakültələri), Dövlət imtahan proqramı, magistratura təhsili pilləsi üzrə - Azərbaycan xanlıqları, sultanlıqları və Rusiya müstəmləkəçiliyi dövründə aqrar münasibətlər, Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa dövlətləri ilə əlaqəsi fənnləri üzrə proqram hazırlanmış və istifadəyə verilmişdir.

Xarici əlaqələr

Uzun illər ərzində kafedra əməkdaşları keçmiş Sovetlər İttifaqının bir çox respublikaları və elmi mərkəzləri ilə, habelə Rusiya, Qazaxıstan,Türkiyə və başqa ölkələrin universitetləri və elmi-tədqiqat institutları ilə əlaqə saxlamış, elmi sahədə əməkdaşlıq etmişlər.

Kafedra əməkdaşları bir sıra xarici ölkələrdə, o cümlədən Rusiyada,  Türkiyədə, İngiltərədə və başqa xarici ölkələrdə keçirilən beynəlxəlq elmi konfraslarda məruzə etmiş və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Dos. Naibə Əhmədova   2016-cı il 11-13 oktyabrda keçirilən Özünütəhlil Potensialının Təkmilləşdirilməsi üzrə Təlimdə iştirak etmiş və sertifikatla təltif olunmuşdur. Kafedra əməkdaşlarından Təhsil Nazirliyinin təşkil etdiyi UNİCEF və digər qeyri-dövlət təşkilatları xətti ilə və universitetin nəzdindəki «Fəal təlim» üzrə  keçirilən müxtəlif istqamətli kurslarında iştirak edərək uyğun sertifikatlar almışlar.