шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Fəlsəfə və sosial fənlər kafedrası

Fəlsəfə və sosial fənlər kafedrası

 

 1Axundov asif Kaf m dos  2Balayev Məhəmməd prof  3Qaraməmmədli yasin dos  4Haqverdiyev Telman dos  5Cəfərov Mirzəli dos  6Hüseynov Kamal dos
 Axundov Asif
Kafedra müdiri
Dosent
 Balayev Məhəmməd
Professor
 Qaraməmmədli Yasin
Dosent
 Haqverdiyev Telman
Dosent
 Cəfərov Mirzəli
Dosent
 Hüseynov Kamal
Dosent
 7Adıgözəlova Svetlana dos  8Zülalova Zemfira dos  9Seyidov Mirafərim dos  10Quliyeva Leyli dos  11Məmmədova Taliyə dos əv  12Əliyev Vaqif b.m
 Adıgözəlova Svetlana
Dosent
 Zülalova Zenfira
Dosent
 Seyidov Mirafərim
Dosent
 Quliyeva Leyli
Dosent
 Məmmədova Taliyə
Dosent əvəzi
 Əliyev Vaqif
Baş müəllim
 13Cəfərli Cəfər b.m  14Sadıqov Rəşad b.m  15Qəhrəmanova Nigar ç.m  16Hüseynli fazilə b.m  17Nağıyev Zakir m  18Mehdiyeva mədinə m
 Cəfərli Cəfər
Baş müəllim
 Sadıqov Rəşad
Baş müəllim
Qəhrəmanova Nigar
Baş müəllim 
Hüseynli Fazilə
Baş müəllim 
 Nağıyev Zakir
Müəllim
 Mehdiyeva Mədinə
Müəllim
     19Qasımova Nuridə b l  20Quliyeva Lalə lab    
     Qasımova Nuridə
Böyük laborant
 Quliyeva Lalə
Laborant
   

 

 

Tarixi

Kafedra 1930-1931-ci tədris ilində yaradılmışdı. O zaman Dialektik materializm kafedrası adlanırdı.

Kafedra müdiri əvvəl professor A.B.Çikalov, sonra Ə.K.Zəkuzadə seçilmişdir. İlk illərdə kafedrada prof. A.O.Makovelski, Ə.K.Zəkuzadə, H.N.Hüseynov, H.Ə.Əfəndiyev və b. işləmişlər. Marksizm-leninizm kafedrası ilə birləşdikdən sonra 1937-1938-ci illərdə kafedraya dos. M.Ə.Mahmudov, 1939-1940-cı illərdə akademik H.N.Hüseynov rəhbərlik etmişdir.

Kafedra 1950-1951-ci tədris ilindən etibarən yenə müstəqil fəaliyyət göstərınəyə başlamışdır. Sonrakı illərdə kafedraya dos. H.Ə.Əfəndiyev (1957-1964), dos. M.H.Əliyev (1964-1972), prof. C.S.Quliyev (1972-1978), dos. Ş.C.Salmanov (1978-1980), dos. A.H.Mikayılov (1980-1982), dos. Ş.Ə.Ələkbərov (1983-1985), dos. Y.A.Qaraməmmədli (1985-1990), prof. S.Ş.Xəlilov (1991-1993), prof. M.A.Balayev (1993-1999), dos. B.Ə.Fərəcov (1999-2005), dos. K.Q.Hüseynov (2006-2007) rəhbərlik etmişdir. 2007-ci ildə prof. M.A.Balayev yenidən Fəlsəfə kafedrasına müdir vəzifəsinə seçilmişdir.

Kafedranın əməkdaşları əsasən dialektik və tarixi materializm, təbiətşünaslığın fəlsəfi əsasları, Azərbaycanda fəlsəfi fikir tarixi problemlərinin tədqiqi ilə məşğul olmuşlar. Sosial və mənəvi proseslərin metodoloji problemləri, ictimai fikir tarixi, milli-mənəvi dəyərlərin forınalasına amilləri və qanunauyğunluqları -tədqiqatçıların diqqət mərkəzində olmuşdur.

Son illərdə prof. M.A.Balayevin «İslam və onun ictimai-siyasi həyatda rolu» (1991), «İslam, əxlaq və siyasət» (1994), «Azərbaycanda milli hərəkat ideyalarının yaranınası və tarixi təkamülü» (şərikli, 1994), «İncəsənətin növləri» (şərikli, 1997), «Azərbaycanda islam dininin öyrənilməsi» (2005), «Heydər Əliyev və Azərbaycanda elmin, təhsilin inkişafı» (şərikli, 2007), «Görkəmli alim və ictimai xadim» (2009), B.Fərəcovun «Elmi-texniki inqilab və biosfera problemi» (1999), «Biosfer və noosferanın təbii-elmi və fəlsəfi əsasları» (2000), «Müasir ekoloji şəraitin sosial-iqtisadi aspektləri» (2001), dos. Y.A.Qaraməmmədlinin «Diplomatiya: ensiklopedik lüğət» (şərikli, 2005), «Fəlsəfə ensklopedik lüğəti» (şərikli, 1997), «Riskin idarə olunınasında insan amili-psixoloji faktorlar» (şərikli, 2004), «Qəza təbabəti-fövqəladə hallarda əhaliyə psixoloji xidmətin təşkili» (şərikli, 2009, Azərbaycan və ingilis dillərində), dos.L.D.Quliyevanın «Estetik mədəniyyət» (1993), «Ümumi qanunauyğunluq və mədəniyyətin inkişafı», (1994), «Gender və sənətşünaslıq» (2006), «Gender və sənətşünaslıq» (2007), baş müəllim T.Ş.Şərifovun «İncəsənətin növləri» (şərikli, 1994), «Ailə-məişət mədəniyyəti» (2010), «Mənim elmi yaradıcılığım» (2010) adlı monoqrafiya, dərslik və dərs vəsaitləri nəşr olunınuşdur.

1990-cı ilin sonunda fəlsəfə kafedrasının bazasında Mədəniyyətşünaslıq kafedrası təşkil edilmiş, dos. Y.A.Qaraməmmədli müdir təyin olunınuşdur, 1996-cı ildə yenidən fəlsəfə kafedrası ilə birləşdirilmişdir.

Son beş ildə kafedra əməkdaşları tərəfindən 5 monoqrafiya, 7 proqram və 20-dən çox elmi məqalə çap olunınuşdur. Müasir dövrdə kafedranın əməkdaşları fəlsəfənin aktual problemləri ilə bağlı araşdırınalar aparır, Azərbaycan ictimai, fəlsəfi fikrinin ən mühüm məqamlarını, orta əsr mütəfəkkirlərinin fəlsəfi baxışlarını, müasir dövrün ekoloji, gender və mədəniyyət problemlərini tədqiq edirlər. Hazırda kafedrada  9 nəfər-1 nəfər elmlər doktoru, professor (Məhəmməd Balayev), 6 nəfər fəlsəfə doktoru, dosent (Məmməd İsınayıov, Yasin Qaraməmmədli, Kamal Hüseynov, Zemfıra Zülalova, Svetlana Adıgözəlova, Leyla Quliyeva), 1 nəfər fəlsəfə doktoru, baş müəllim Taliyə Məmmədova, 1 nəfər baş müəllim Tosim Şərifov, 1 nəfər laborant Günel Həsənova fəaliyyət göstərir.

Static göstəricilər(2017)

    • 19 nəfər professor-müəllimheyəti,
      • 1 nəfər fəlsəfə üzrə fəlsəfə doktoru, professor,
      • 7 nəfər fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,
      • 2 nəfər siyasi elmlər üzrə fəlsəfə doktoru,
      • 1 nəfər tarix elmləri üzrə fəlsəfə doktoru,
      • 2 nəfər iqtisad üzrə fəlsəfə doktoru,
      • 2 nəfər baş müəllim,
      • 2 nəfər müəllim,
      • 2 nəfər laborantdan ibarətdir.

Elmi fəaliyyət

Fəlsəfə kafedrasının elmi tətqiqat işləri əsasən 2 istiqamətdə 3 problem üzrə aparılmışdır.

  • Birinci istiqamət "Dünyanın fəlsəfi anlaşılması", ikinci istiqamət "Sosial tərəqqinin fəlsəfi problemləri" adlanır.
  • Birinci istiqamət üzrə 4 nəfər, ikinci istiqamət üzrə isə 4 nəfər müəllim elmi - tədqiqat işi aparmışdır.

Kafedra müəllimləri tərəfindən 2012-ci ilin elmi-tədqiqat işləri yerinə yetirilmiş və həmin işlər hazır şəkildə universitetin elmi işlər hissəsinə təqdim olunmuşdur.

Aparılmış elmi işlərə aid müəllimlərin Universitetin "Xəbərləri"ndə məqalələri çap olunmuşdur.

Kafedranın 3 nəfər müəllimi, dos. Y. Qaraməmmədli, dos. L. Quliyeva və dos. K. Hüseynov Universitetdə keçirilən beynəlxalq elmi konfransda məruzə etmişlər.

Tədris işi

Tədris olunan fənlər

  • Fəlsəfə
  • İqtisadiyyat
  • Sosiologiya
  • Politologiya
  • Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları
  • Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası
  • Sosial iş
  • İnsan alverinə qarşı mübarizə
  • Davamlı insan inkişafı
  • Multikulturalizmə giriş

Bakalavr pilləsi üzrə

  1. Fəlsəfə
    • Bütün fakültələr, bütün ixtisaslar tədris olunur
  2. İqtisadiyyat
    • İbtidai təhsil
    • Tarix-coğrafiya ixtisası
    • Coğrafiya ixtisası
    • Riyaziyyat və informatika ixtisası
    • Psixoloji xismət ixtisası
  3. Sosiologiya
    • Sosial iş ixtisası
    • Fizika müəllimliyi ixtisası
    • Texnologiya müəllimliyi ixtisası
    • Riyaziyyat müəllimliyi ixtisası
    • Psixologiya müəllimliyi ixtisası
  4. Politalogiya
    • İbtidai sinif müəllimliyi ixtisası
    • Sosial iş ixtisası
  5. Azərbaycan Respublikasının Konstitusiyası və Hüququn əsasları
    • Tarix müəllimliyi ixtisası
    • Fiziki Tərbiyyə ixtisası
    • Məktəbəqədər təhsil ixtisası
    • Psixoloji xidmət ixtisası
    • İnformatika müəllimliyi ixtisası
    • TKimya müəllimliyi ixtisası
    • Kimya və biologiya müəllimliyi ixtisası
    • Ədəbiyyat müəllimliyi ixtisası
    • İngilis dili müəllimliyi ixtisası
    • Biologiya müəllimliyi ixtisası
  6. Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası
    • Tarix müəllimliyi ixtisası
  7. İnsan alverinə qarşı mübarizə
    • Məktəbəqədər təhsil ixtisası
    • Psixoloji xidmət ixtisası
    • Korreksiyaedici təlim ixtisası
  8. Davamlı insan inkişafı
    • İbtidai sinif müəllimliyi ixtisası
  9. Multikultiralizmə giriş
    • İbtidai sinif müəllimliyi ixtisası

Magistr pilləsi

  1. Fəlsəfə
    • İnformatika ixtisası
    • Fizikanın tədrisi metodikası və metodologiyası ixtisası
    • İnformatika fənninin tədrisi metodikası və metodologiyası
    • Riyaziyyatın tədrisi metodikası və metodologiyası ixtisası
    • İbtidai sinifdə tədrisin metodikası və metodologiyası ixtisası
    • Məktəbəqədər təlim və tərbiyənin metodikası və metodologiyası ixtisası
    • Kimyanın tədrisi metodikası və metodologiyası ixtisası
    • Biologiyanın tədrisi metodikası və metodologiyası ixtisası
    • Tarix fənninin tədrisi metodikası və metodologiyası ixtisası
    • Coğrafiya fənninin metodikası və metodologiyası ixtisası
    • Təhsildə qiymətləndirmə və monitorinq ixtisası
    • Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fənlərinin tədrisi metodikası və metodologiyası ixtisası
    • Təhsildə sosial psixoloji xidmət ixtisası
    • Mnecment ixtisası
    • Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası
    • Korreksiyaedici təlim və tərbiyənin metodikası və metodologiyası ixtisası
    • Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası ixtisası
    • Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası ixtisası
    • Musiqi fənninin tədrisi metodikası və metodologiyası ixtisası
    • Texnologiya fənninin tədrisi metodikası və metodologiyası ixtisası
    • İbtidai sinifdə tədrisin metodikası və metodologiyası ixtisası (rus bölməsi)
    • Məktəbəqədər təlim və tərbiyənin metodikası və metodologiyası ixtisası (rus bölməsi)
    • Korreksiyaedici təlim və tərbiyənin metodikası və metodologiyası ixtisası (rus bölməsi)

Tədris işi "Fəlsəfə" və "Məntiq" fənnləri üzrə proqram hazıılamış və Elmi Şuraya təqdim etmişdir. Hal - hazırda Fəlsəfə kafedrasında tədris olunan "Fəlsəfə" fənni üzrə proqram. ("Fəlsəfə" fənni üzrə proqram. Bakı 2010, "Məntiq" fənni Bakı 2011) çap olunub istifadəyə verilmişdir.

Kafedranın müəllimləri dərs dediyi fakültələrdə lazımi formada mühazirələr oxuyur, fəlsəfədə meydana gələn yeniliklərlə tələbələri tanış edirlər.

Xarici əlaqələr

Fəlsəfə kafedrası üzvləri 2016–2017–ci tədris ilində Azərbaycan Respublikası Prezident yanında DİA–ın Fəlsəfə və psixologiya kafedrası, Bakı Dövlət Universitetinin Fəlsəfə, İdarəçilik Akademiyası və Sosiologiya kafedraları və AMEA–nın Fəlsəfə İnstitutu ilə daim əlaqə saxlayır, əməkdaşlıq edir, onların iclas və seminarlarında iştirak edir, kafedra üzvləri həmin institutda müntəzəm olaraq ixtisasartırma kurslarında olurlar.