шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Fəlsəfə və sosial fənlər kafedrası

ADPU-nun Fəlsəfə və sosial fənlər kafedrasının dosenti, fəlsəfə üzrə f. d.

Iş telefonu – (994) 12 465 03 18 (109)

e-mail      Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 Qısa bioqrafik məlumat     

1938-ci il dekabrın 1-də Gürcüstan SSR Başkeçid (indiki Dmani­si) rayonunun Muğanlı (indiki Ququti) kəndində anadan olub. 1954-cü ildə yerli sək­kizillik məktəbi, 1958-ci ildə M.İ. Kalinin adına Marneuli dövlət pedaqoji məktəbini  bitirib. Evlidir. İki övladı və üç nəvəsi var. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib (2016), Azərbaycan Respublikasının Əməkdar Jurnalistidir (2012).

  Təhsili   

    Ali təhsillidir. 1963-cü  ildə V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İns­titutunu  (indiki ADPU) tarix, Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib.

  Əmək fəaliyyəti      

 1963-1964-cü illərdə Azərbaycan SSR Saatlı və Sabirabad rayonu məktəblərində  ixtisas müəllimi və tədris hissə müdiri, 1964-1984-cü illərdə Azər­baycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, bö­yük redaktor, baş redakto­run müa­vini, həmin dövrdə və indiyədək siyasi icmal­çı, 1984-1990-cı illərdə ADPU-nun Fəlsəfə kafedrasın­da baş müəllim, dosent, 1986-1990-cı illərdə həmin kafedranın müdiri, 1990-1996-cı illərdə Mədəniy­yət­şünaslıq kafed­ra­sının  müdi­ri, 1996-1997-ci illərdə  tər­biyə işləri üzrə pro­rektor vəzifələ­rin­də işləyib, 1997-ci ildən Fəlsəfə  (2015-ci ildən Fəlsəfə və sosial fənlər) kafed­ra­sının dosenti vəzifəsində çalışır.

  Apardığı dərslər

- Fəlsəfə

   Seçilmiş əsərlər   

  1. 1. Kitablar (Azərbaycan və ingilis dillərində)
  2. 1. Fəlsəfə ensiklopedik lüğəti (həmmüəlliflərlə). Bakı: AE Baş Redaksiyası, 1997, 520 s.
  3. 2. Riskin idarə olunmasında insan amili—psixoloji faktorlar (şərikli). Bakı: Çaşıoğlu, 2004, 158 s.
  4. 3. Diplomatiya: ensiklopedik lüğət (həmmüəlliflərlə). Bakı:  Diplomat, 2005, 579 s.   
  5. 4. Qəza təbabəti—fövqəladə hallarda əhaliyə psixoloji xidmətin təşkili (şərikli). Bakı: Ti-Media, 2009, 180 s.
  6. 5. Organization of psychological service for the population in disaster medicine and emergency situations (şərikli). Baku: Ti-Media, 2009, 169 p.

2. Tədris proqramları (Azərbaycan və rus dillərində)    

  1. 1. Fəlsəfədən dövlət imtahanı proqramı (şərikli). Bakı: APİ nəşri, 1990, 22 s.
  2. 2. Mədəniyyətşünaslıq: Pedaqoji universitet və institutlarda bakalavr hazırlığı üçün proqram (şərikli). Bakı: ADPU, 1998, 20 s.
  3. 3. Fəlsəfə: Pedaqoji universitet və institutlarda bakalavr hazırlığı üçün proqram (şərikli). Bakı: ADPU,  2001, 35 s.
  4. 4. Mədəniyyətşünaslıq: Universitet və institutlarda bakalavr hazırlığı üçün proqram. Bakı: ABU, 2004, 16 s.
  5. 5. Fəlsəfə: Pedaqoji universitet və institutlarda bakalavr hazırlığı üçün proqram (şərikli). Bakı: ADPU, 2007, 23 s.
  6. 6. Fəlsəfə: Pedaqoji universitet və institutlarda bakalavr hazırlığı üçün proqram (şərikli). Bakı: ADPU, 2010, 39 s.
  7. 7. Regionda münaqişələr: Ali təhsilin magistratura səviyyəsi üçün proqram. Bakı: Avrasiya Univer­siteti, 2010, 32 s.
  8. 8. Heydər Əliyevin dövlət idarəçilik təcrübəsi: Magistr hazırlığı üçün proqram (şərikli). Bakı: ADPU, 2012, 32 s.
  9. 9. Программа государственного экзамена по философии (şərikli). Баку:  Изд.  АПИ,  1990,  16 c.
  10. 10. Программа курса философии (şərikli). Баку: Изд. АМУ, 2002, 20 с.
  11. 3. Yüzdən çox məqalə (Azərbaycan, ingilis və rus dillərində), o cümlədən:
  12. 1. Bədii obraz və estetik tərbiyə məsələləri // Azərbaycan məktəbi,1970, № 2, s. 50-57
  13. 2. Bədii xarakterin tərbiyəvi təsiri // Azərbaycan məktəbi, 1971, №10, s. 33-39
  14. 3. Bədii xarakter anlayışına dair // S. M. Kirov adına ADU-nun Elmi əsərləri. Tarix və fəlsəfə seriyası, 1972, № 7, s. 68-73
  15. 4. Bədii xarakter və obraz anlayışlarının nisbəti // Azərbaycan SSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, 1980, № 3, s. 114-122
  16. 5. Fasiləlik və fasiləsizlik / Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə, IX c. Bakı: ASE BR, 1986, s. 511
  17. 6. Xeyir və şər / Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə, IX c. Bakı: ASE BR, 1987, s.65
  18. 7. Harmoniya (fəlsəfədə) / Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə, IX c. Bakı: ASE BR, 1987, s. 140
  19. 8. İncəsənətdə romantik xarakter / V.İ. Lenin adına APİ-nin professor-müəllim və aspirantlarının 1988-ci ildə apardıqları elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş 50-ci elmi konfransının tezisləri. Bakı: APİ nəşri, 1989, s. 6
  20. 9. İncəsənətdə realist xarakter / V.İ. Lenin adına APİ-nin professor-müəllim və aspirantlarının 1989-ci ildə apardıqları elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş 51-ci elmi konfransının tezisləri. Bakı: APİ nəşri, 1990, s. 110
  21. 10. Demokratikləşmə, mədəni sərvətlər və şəxsiyyət / Etnopsixologiya və etnopedaqogika: mənbələr və müasir problemlər. Respublika elmi konfransının tezisləri. 9-10 noyabr 1992-ci il, Bakı şəhəri. Bakı: ADPU, 1992, s. 108-109
  22. 11. Vətənpərvərlik və sivilizasiyalı tərbiyə / “Gənclərin vətənpərvərlik tərbiyəsinin aktual problemləri“nə həsr olunmuş respublika elmi-praktik konfransının tezisləri. 25-26 aprel 1994-cü il. Bakı: ADPU, 1994, s. 11-12
  23. 12. İbtidai hərbi-pedaqoji kadr hazırlığı: nailiyyətlər, problemlər (şərikli) // Mülki müdafiə toplusu, 1997, № 3, s.3-11 
  24. 13. Əhalinin mühafizəyə hazırlanmasında kütləvi informasiya vasitələrinin rolu / “Şəhər kütləvi çirklənmə zonasında təhlükəsizliyin qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminarın (Bakı, 1-4 mart 2000-ci il) materialları. Bakı: Çaşıoğlu, 2000, s. 95-98
  25. 14. N. Tusi və Şərq Renessansı / Nəsirəddin Tusinin 800 illik yubileyinə həsr edilmiş Respublika elmi konfransının materialları. Bakı, 2001, s. 266-268 
  26. 15. Mədəniyyətdə qloballıq və milliliyin dialektikası / Azərbaycan və müasir dünya (1V ümumrespublika elmi-praktik konfransının materialları). Bakı: AU, 2002, s.290-291
  27. 16. Mədəniyyət, şəxsiyyət, cəmiyyət / Mədəniyyət və şəxsiyyətin mənəvi aləmi. Bakı: Təhsil, 2004, s. 3-4 
  28. 53. Heydər Əliyevin siyasi-diplomatik irsi: din və sivilizasiyaların qarşıdurmasından dialoqa və ittifaqa / Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər. Bakı: Əbilov, Zeynalov və oğulları NPE, 2007, s. 284-289
  29. 17. Azərbaycan diplomatiya məktəbinin Heydər Əliyev mərhələsi // ABU. Xəbərlər. Xüsusi buraxılış, 2008, № 1, s. 102-105
  30. 18. Fəlsəfədə həqiqət problemi / Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyətinin X elmi konfransının materialları. Bakı: ADPU, 2012, s.291-293

19. Müəllim hazırlığı: peşə və ümummədəni dəyərlərin vəhdəti / Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “Müəllim hazırlama siyasəti və problemləri” beynəlxalq simpoziumunun materialları, Bakı: ADPU nəşriyyatı, 2013, s. 30-31