шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

İqtisadi coğrafiya və coğrafiyanın tədrisi metodikası kafedrası

İqtisadi coğrafiya və CTM kafedrası

 

 

 

 1.Alxasov Oqtay dos kaf m  2.Ələsgərov Dadaş dos  3.Məmmədov Məlikməmməd dos  4.İmanova Sona dos  5Verdiyeva Mirvari dos  6Bayramov Kərəm b.m
 Alxasov Oqtay
Kafedra müdiri
Dosent
 Ələsgərov Dadaş
Dosent
 Məmmədov Məlikməmməd
Dosent
 İmanova Sona
Dosent
 Verdiyeva Mirvari
Dosent
 Bayramov Kərəm
Baş müəllim
 7Səmədov Qabilb.m  8Axundova Nəcibə b.m  9Əfəndiyeva Dünyabəyim m  10Həsənova Səmayə m  11Məmmədova Fəxriyyə m  12Tağıyeva Vəfa m
 Səmədov Qabil
Baş müəllim
 Axundova Nəcibə
Baş müəllim
 Əfəndiyeva Dünyabəyim
Müəllim
 Həsənova Səmayə
Müəllim
 Məmmədova Fəxriyyə
Müəllim
 Tağıyeva Vəfa
Müəllim
   13Zamanova Nəzakət m  14Əmrəliyeva Solmayə m 15Orucova Pakizə m   Xəlilova Nisə böy lab  
   Zamanova Nəzakət
Müəllim 
Əmrəliyeva Solmayə
Müıllim
 Orucova Pakizə
Müəllim
  Xəlilova Nisə
Böyük laborant
 

 

 

 

Tarixi

Kafedra 1970-ci ildən fəaliyyət göstərir. Müxtəlif vaxtlarda prof. N.N.Allahverdiyev, prof. H.Ə.Sadıxlı, dos. T.P.Gərayzadə, dos. D.M.Ələsgərov ona rəhbərlik etmişlər. Halhazırda dos. Kərəm Bayramov kafedraya rəhbərlik edir. 

Kafedra əməkdaşları ilk günlərdən başlayaraq respublikada Coğrafiya elminin inkişafına, yüksək ixtisaslı coğrafiya müəllimi hazırlığına diqqətlə yanaşmışlar. Kafedra üzrə olan gənc müəllimlər və tədris köməkçi heyətinin dərindən ixtisaslaşmasına, magistrlərin hazırlanmasına ciddi fikir verilir. Regionların sosial – iqtisadi inkiıafı, ali və orta məktəbdə coğrafiyanın tədrisinin keyfiyyətini yüksəltmək istiqamətlərində elmi tədqiqat işi aparırlar.

Statistik göstəricilər

  • İqtisadi coğrafiya kafedrasının professor-müəllim heyəti:
    • 4 nəfər fəlsəfə doktoru, dosent
    • 3 nəfər fəlsəfə doktoru, baş müəllim
    • 9 nəfər müəllim
  • İqtisadi coğrafiya kafedrasının 5 nəfər tədris köməkçi heyəti:
    • 1 nəfər laboratoriya müdiri
    • 4 nəfər böyük laborant

Elmi fəaliyyət

“İqtisadi coğrafiya və CTM” kafedrası respublikada ali təhsilin bakalavriat və magistratura pillələrində “Coğrafiya müəllimliyi” istiqaməti üzrə əsas aparıcı ixtisas kafedrasıdır.

Kafedra, müasir təhsil sisteminin xüsusiyyətlərinə uyğun kəmiyyətlərə malik olan yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün bir çox sahələri əhatə edən 30-dan çoxmüxtəlif fənnin tədrisini həyata keçirir.

Kafedranın tədris etdiyi fənlər, yüksək ixtisaslı mütəxəssislər tərəfindən azərbaycan və rus dillərində tədris olunur.

Tədris olunan fənlər üzrə tədrisin keyfiyyətini artırmaq, tədris prossesinin səmərəliliyini yüksəltmək, o cümlədən, tələbələrimizin müxtəlif sahələr üzrə nəzəri biliklərlə yanaşı, həm də təcrübi vərdişlərini artırmaq məqsədi ilə mütəmadi coğrafiyaçı olaraq alimlərin və pedaqoq mütəxəssislərinin iştirakı ilə elmi seminarlar keçirilərək onlara təhsil müddətində öyrənmiş olduqları biliklərin real həyatda istifadəsi öyrədilir. Bu mənada tədris metodikamızda nəzəriyyə və praktika arasında qurmağa çalışdığımız körpü və tarazlıq kafedramızın qeyd edilməyə dəyər ən önəmli özəlliyidir.

Kafedrada İqtisadi və sosial coğrafiyanın bütün sahələri ilə yanaşı bu fənlərin tədrisi metodikası da tədris olunur. Kafedra əməkdaşları iki istiqamətdə - “Regionların sosial-iqtisadi inkişafı” və “Ali və orta məktəblərdə coğrafiyanın müasir tədrisi metodikası problemləri” istiqamətində elmi-tədqiqat işləri aparılır. Kafedranın nəzdində tədris kabinələri, təlimdə texniki vasitələr laboratoriyası, magistrlər üçün xüsusiləşdirilmiş kabinə fəaliyyət göstərir.

Kafedrada nəzəri bilikləri təcrübi şəkildə əlaqələndirmək, tələbələrin hərtərəfli inkişaf etmiş, savadlı, qabiliyyətli və dünyagörüşlü inkişafı üçün uzaq kompleks çöl təcrübələri həyata keçirilir. Bakı şəhərinin nümunəvi orta məktəblərində coğrafiya fənlərinin müasir tədris metodları ilə öyrədilməsində fəal iştirak edir, şagirdlər və orta məktəb kollektivi ilə birgə tədbirlər, viktorinalar, müsabiqələr, tədrisin keyfiyyətini artırmaq üçün elmi-təcrübi konfranslar təşkil edirlər. Kafedra əməkdaşlarından dos.K.B.Bayramov, dos.M.X.Məmmədov, dos.Y.Q.İsmayılov ali məktəblər üçün dərs vəsaitləri, metodik tövsiyyələr, dos.O.K.Alxasov, dos.D.M.Ələsgərov, b/m.M.İ.Verdiyeva orta məktəblər üçün dərslik, dərs vəsaitləri, praktikum hazırlığında fəal iştirak edir. O.K.Alxasov orta məktəblərin VII, IX və X, D,Ələsgərov VII, Q.M.Səmədov VIII sinifləri üçün dərsliklərin müəllifləridir. Kafedra müxtəlif ali məktəblərin müvafiq kafedraları, AMEA-nın H.Əliyev adına Coğrafiya institutunun, Təhsil Nazirliyinin Təhsil İnstitutunun  müvafiq şöbələri ilə elmi-pedaqoji və elmi-tədqiqat işləri aparır, elmi seminar və konfranslarda iştirak edir. 

K.Bayramov, Y.İsmayılov, S.İmanovanın “Latın Amerikası ölkələri”, K.Bayramovun “Təbiətdən istifadənin iqtisadi və ekoloji problemləri”, M.Məmmədovun “Dünya təsərrüfatının coğrafiyası” dərs vəsaitləri ali məktəb tələbələri və magistrləri üçün hazırlanmış vəsaitdir. 

Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi

  1. Əhali coğrafiyası
    • Coğrafiya müəllimliyi ixtisası
  2. Dünyanın iqtisadi və sosial coğrafiyası
    • Coğrafiya müəllimliyi ixtisası
  3. Coğrafiyanın tədrisi metodikası
    • Coğrafiya müəllimliyi ixtisası
    • Tarix-coğrafiya müəllimliyi ixtisası
  4. Azərbaycanın iqtisadi və sosial coğrafiyası
    • Coğrafiya müəllimliyi ixtisası
    • Tarix-coğrafiya müəllimliyi ixtisası
  5. İstehsalın texniki-iqtisadi əsasları
    • Coğrafiya müəllimliyi ixtisası
    • Tarix-coğrafiya müəllimliyi ixtisası
  6. Dünya təsərrüfatının coğrafiyası
    • Coğrafiya müəllimliyi ixtisası
  7. İqtisadi coğrafiyaya giriş
    • Coğrafiya müəllimliyi ixtisası
  8. Xəzərin iqtisadi coğrafiyası
    • Coğrafiya müəllimliyi ixtisası
  9. Regionların iqtisadi coğrafiyasi
    • Tarix-coğrafiya müəllimliyi ixtisası
  10. Avropa ölkələrinin coğrafiyası
    • Tarix-coğrafiya müəllimliyi ixtisası
  11. Ümumitəhsil kurikulumun əsasları
    • Coğrafiya müəllimliyi ixtisası
  12. Xəzərin iqtisadi coğrafiyası
    • Coğrafiya müəllimliyi ixtisası

Magistratura pilləsi üzrə

  1. Coğrafiyanın tədrisinin müasir problemləri
  2. CTM tarixi və metodologiyası
  3. CTM tədqiqat metodları
  4. CTM pedaqoji və psixoloji əsaslar
  5. Coğrafiyanın təlim vasitələri
  6. Məktəb coğrafiyasında  İKT-dən istifadə
  7. Coğrafiya dərslərində interaktiv təlim
  8. Coğrafiya tədrisində diyarşünaslıq prinsipi
  9. Məktəb coğrafiyasının elmi-nəzəri əsasları
  10. Coğrafiya təliminin əsasları
  11. Fiziki coğrafiyanın anlayışların formalaşması
  12. İqtisadi coğrafiyanın anlayışların formalaşması
  13. Coğrafiya kabinələri və meydançalarında aparılan işlər
  14. Xəritə və digər kartoqrafik vasitələr
  15. Coğrafiya dərslərində riyazi hesabların aparılması metodları

Kafedra təsdiq olunmuş tədris planına uyğun olaraq fəaliyyət göstərir. Bir qayda olaraq mühazirələr böyük elmi və tədris təcrübəsi olan elmi dərəcəli müəllimlər tərəfindən oxunur, praktik dərslərdə müəllimlər geniş təhlil və test nümunələrinin hazırlanması və yerinə yetirilməsini həyata keçirirlər. Kafedranın əməkdaşları tərəfindən keçirilən fənlərə dair metodik tövsiyyə və dərs vəsaitləri hazırlanaraq tələbələrin istifadəsinə verilmişdir.

Xarici əlaqələr

Kafedranın dosenti O.K.Alxasov 2009-cu və 2011-ci illərdə Türkiyə Respublikasında Ankara şəhərində təlim-tərbiyə kurulunda kurikulum üzrə kurslarda dinləyici olmuş və sertfikat almışdır. O, həmçinin Ankarada Hacıtəpə Universitetində (2010), Eskişehirdə Osmanqazi Universitetində (2013) Kocaeli Universitetində (2014), İstanbul şəhərində Texnik Yıldız Universitetində (2014) müxtəlif Elmi konfranslarda elmi məruzələrlə çıxış etmişdir. 2011-ci ildə O.Alxasov Cənubi Koreyaya dəvət olunmuş Seul şəhərindəki məktəblərdə, Təhsil Nazirlirliyində, Koreya Akademiyasında görüşlər keçirmişdir. Onun Rusiyada (Tümen), Ukraynada (Poltava) elmi məqalələri çap olunmuşdur. Türkiyədə çap olunacaq yeni Təhsil jurnalına (Eğitim Dərgisi) redaksiya heyətinə üzv kimi dəvət olunmuşdur.

Kafedranın dosenti S.H.İmanova Antaliyada keçirilən Təhsil konfransında (aprel 2017) iştirak edərək elmi məruzə ilə çıxış etmişdir. F.Məmmədova və N.axundova Kocaeli Universitetində keçirlən konfransda (2014) elmi məruzə ilə çıxış etmişdir. Dos.M.Məmmədovun Rusiyada (Sankt Peterburq), b/müəl.N.Axunivanın, nüəl.L.İ.Əliyevanın, dos.S.İmanovanın Rusiyada elmi məqalələri çap olunmuşdur.