шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Ümumi pedaqogika kafedrası

Ümumi pedaqogika kafedrası

 

 

 1İsayev İramin prof    3Həsənov Miri dos      6Nəzərov Müslüm dos
 İsayev İramin
Kafedra müdiri
Dosent
   Həsənov Miri
Dosent
     Nəzərov Müslüm
Dosent
 7Qurbanova Südabə dos  8Orucova Sahilə dos  9Azadəliyeva Şiruyə dos  10Quliyeva Kəmalə dos  11Hüseynova Emilya dos  12İsmayılxanova Əsmət dos
 Qurbanova Südabə
Dosent
 Orucova Sahilə
Dosent
 Azadəliyeva Şiruyə
Dosent
 Quliyeva Kəmalə
Dosent
 Hüseynova Emilya
Dosent
 İsmayılxanova Əsmət
Dosent
 13Qocayeva Gülarə b.m  18Balayeva Püstəxanım b.m  15Quliyeva Kəmalə b.m  16Hacıyeva Səbinə m    
 Qocayeva Gülarə
Baş müəllim
 Balayeva Püstəxanım
Baş müəllim
 Quliyeva Kəmalə
Baş müəllim
 Hacıyeva Səbinə
Müəllim
   
   19Qədirova Zenfira b.m 22Quliyeva Aynurə b.l 23İsazadə Nübar laborant    
   Qədirova Zenfira
Baş müəllim
 Quliyeva Aynurə
Böyük laborant
 İsazadə Nübar
Laborant
   

 

 

Tarixi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin şöhrət payında Ümumi Pedaqogika kafedrasının xüsusi yeri var.1931-ci il sentyabrın 29-da (V.İ.Lenin adına )ADPİ-nin rektorluğunun iclasında iyirmi səkkiz kafedra təsdiq edilmişdi.1927-ci ildən kafedrada assistent, 1929-cu ildən dosent, 30-cu ildən kafedranı idarə edən dos.M.Rəhimli 1931-ci il sentyabrın 29-da olan qərara əsasən kafedra müdiri təsdiq edilmişdi. 1931-1937-ci ilin fevralın16-na kimi kafedra müdiri vəzifəsində çalışmışdır.

Sonralar isə Nəsir Asatur (1937-1942) , prof .Ə. Seyidov (1943-1950)və (1956-1974) , prof. M. Muradxanov (1951-1956) akademik M. Mehdizadə (1950-1951) , 1974-1977-ci illərdə isə prof. B. Əhmədov, prof. N. Kazımov, dos.C. Şəfiyev, 1977-ci ildən 2013-cü ilə kimi akademik H.Əhmədov rəhbərlik etmişlər.

2013-cü ildən bu günə kimi Ümumi pedaqoqika kafedrasına prof.İ.N.İsayev rəhbərlik edir.

Static göstəricilər

  • 19 nəfər professor-müəllim heyəti
    • 1 nəfər elmlər doktoru, professor
    • 1 nəfər fəlsəfə doktoru, professor
    • 8 nəfər fəlsəfə doktoru , dosent
    • 4 nəfər fəlsəfə doktoru, baş müəllim
    • 1 nəfər fəlsəfə doktoru , müəllim
    • 3 nəfər baş müəllim
    • 1 nəfər müəllim
    • 1 nəfər böyük laborant
    • 1 nəfər laborant

Elmi fəaliyyət

Ümumi pedaqogika kafedrasının əməkdaşlarının fəaliyyəti çoxsahəli və hərtərəfli olmuşdur. Onlar yüksək səviyyəli mühazirələr və seminar məşğələləri aparmaqla yanaşı, ciddi elmi-tədqiqat işləri ilə məşğul olmuş, dissertasiyalar müdafiə etmiş, pedaqoji məzmunlu, metodiki xarakterli monoqrafiyalar, kitab və kitabçalar, elmi məqalələr hazırlamış, proqramlar , metodik vəsaitlər tərtib etmişlər. Professorlar İ.İsayev, R.Hüseynzadə, dosentlər K.Quliyeva, S.Orucova, M.Həsənov, S.Qurbanova, M.Nəzərov, E.Hüseynova, Ş.Azadəliyeva, Ə.İsmayılxanova və digərləri pedaqogika tarixi və təhsilin müasir problemləri ilə elmi tədqiqat işləri aparır, uyğun metodik vəsaitlər hazırlayırlar. Bunlardan ali pedaqoji təhsil sistemində ilk dəfə olaraq “Pedaqogika fənn kurikulumu”dur (Müəlliflər: prof.İ.İsayev, dosentlər M.Həsənov, K.Quliyeva, S.Qurbanova). 

Tədris işi

Tədris olunan fənnlər

Bakalavr pilləsi üzrə

  1. Pedaqogika
    • Riyaziyyat-Informatika müəllimliyi ixtisası
    • Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası
    • Fransız dili müəllimliyi ixtisası
    • İngilis dili müəllimliyi ixtisası
    • Tarix müəllimliyi ixtisası, Tarix-coğrafiya müəllimliyi ixtisası
    • Fizika müəllimliyi ixtisası
    • Kimya müəllimliyi ixtisası
    • Kimya-biologiya müəllimliyi ixtisası
    • Biologiya müəllimliyi
    • Riyaziyyat müəllimliyi ixtisası
    • Informatika müəllimliyi ixtisası
    • Coğrafiya müəllimliyi ixtisası
    • Texnologiya müəllimliyi ixtisası
    • Təsviri incəsənət müəllimliyi ixtisası

Magistratura pilləsi üzrə

    1. Peşəyönümü və sosial məşğulluğun əsasları
    2. Pedaqogikanın müasir problemləri
    3. Təhsildə monitorinq və qiymətləndirmə
    4.  SF: Vətəndaş təhsili və tərbiyəsi
    5. Sosial pedaqogika
    6. Təhsil və cəmiyyət
    7. Təhsil menecmentinin tarixinin metodologiyası və metodları
    8. Pedaqogikanın tarixi və metodologiyası
      • Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası
    9. Azərbaycan məktəb və pedaqoji fikir tarixi
      • Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası
    10. Ümumi pedaqogika
      • Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası
    11. Pedaqogika tarixi
      • Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası
    12. Pedaqogikanın tədrisi metodikası
      • Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası
    13. Təhsil sisteminin idarə edilməsi
      • Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası
    14. Pedaqoji ustalığın əsasları
      • Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası
    15. Pedaqoji texnologiyalar
      • Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası
    16. Təhsil menecmentinin müasir problemləri
      • Menecment ixtisası
    17. Təhsil siyasəti
      • Menecment ixtisası
    18. Təhsildə kurrikulumun idarə edilməsi
      • Menecment ixtisası
    19. Təhsil müəssisələrində innovasiyaların idarə edilməsi
      • Menecment ixtisası
    20. Təhsil sisteminin idarə edilməsi
      • Menecment ixtisası
    21. Təhsildə keyfiyyətin idarə edilməsi
      • Menecment ixtisası
    22. Təhsil fəlsəfəsi
      • Menecment ixtisası
    23. Davamlı təhsil və peşəkar inkişaf
      • Menecment ixtisası
    24.  SF: Etnopedaqogika
      • Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası
    25.  SF: Pedaqoji antropologiya
      • Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası
    26.  SF: Ümumi və pedaqoji valeologiya
      • Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası
    27.  SF: Şərqdə məktəb və pedaqoji fikir tarixi
      • Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası
    28.  SF: Pedaqoji tədqiqatların metodologiyası və metodları
      • Pedaqogika nəzəriyyəsi və tarixi ixtisasıı
    29.  SF: Ailə dəyərləri
      • Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası
    30.  SF: Təhsildə QHT
      • Menecment ixtisası
    31.  SF: Təhsildə İKT
      • Menecment ixtisası
    32.  SF: Müqayisəli və beynəlxalq təhsil
      • Menecment ixtisası
    33.  SF: Təhsildə təşkilati davranış
      • Menecment ixtisası
    34.  SF: Təhsildə liderlik
      • Menecment ixtisası
    35.  SF: Təhsilin statistikası
      • Menecment ixtisası
    36.  SF: Təhsil menecmentinin pedaqogika və psixologiyası
      • Menecment ixtisası
    37.  SF: Təhsildə sahibkarlıq fəaliyyəti
      • Menecment ixtisası
    38.  SF: Distant təhsil
      • Menecment ixtisası

Kafedranın professor-müəllim heyəti bakalavr pilləsi üzrə Ana dili və ədəbiyyatı, fransız dili, ingilis dili, fizika, riyaziyyat, kimya, mühəndis pedaqoji və bədii qrafika, biologiya müəllimliyi ixtisasları üzrə pedaqogika fənnindən, Magistr səviyyəsi üzrə Pedaqogika nəzəriyyəsi və tarixi, menecment ixtisaslarına uyğun Ümumi pedaqogika, Ali məktəb pedaqogikası, ailə dəyərləri, tərbiyə işinin metodikası, təhsil menecmentinin pedaqogika və psixologiyası və s. fənlərdən yüksək səviyyədə mühazirələr oxuyur, seminar məşğələləri aparılır.

Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazırlanmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Qrifi ilə təsdiq edilmişdir. Bütün fənlər üzrə tədris mövcud təqvim -tematik planlara uyğun olaraq aparılır. Son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu addımlar atılmışdır. Belə ki , kafedra əməkdaşları tərəfindən çoxlu sayda tədris vəsaitləri hazırlanaraq tələbələrin istifadəsinə verilmişdir. Bunlara misal olaraq kafedranın sabiq müdiri akad.H.M.Əhmədovun “İdarəetmənin pedaqogika və psixologiyası”(2001), “Avrasiya xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair oçerklər” (2010, elmi redaktor: prof.İ.İsayev), “Azərbaycan pedaqoji antologiyası” (2011), “Azərbaycan məktəb və pedaqoji fikir tarixi”(2014) dərslik və dərs vəsaitlərini, prof.İ.N. İsayevin “Из истории педагогики Азербайджан” (1991, şərikli), “Pedaqoji irsimizdən” dərs vəsaiti (1991), “M.V.Vidadinin, Q.B.Zakirin təlim tərbiyə haqqında fikirləri” dərs vəsaiti, (1994), ”Pedaqogika” (1993, şərikli), “Pedaqogika”(2003)- (2006), A.O.Çernyayevskinin maarifçilik fəaliyyətinin tədqiqi tarixindən”, (2010), “Pedaqoji irsimizdən” (2013), “M.V.Vidadidən H.K.Sanılıyadək”, monoqrafiya, (2014), “Pedaqogika fənn kurikulumu” (2015, şərikli); prof.Ə.Paşayevin”Pedaqogika”(2007, şərikli); prof.A. Həsənovun “Pedaqogika” (2007); prof.M.İlyasovun “Peşəyönümün əsasları” (2011), ”Müəllimin pedaqoji ustalığı” (2013); dos.M.Həsənovun ”Pedaqogika-sxemlər”(II nəşr), (2003), ”Pedaqogika-sxemlər”(III nəşr), (2007); dos.H.Bayramovun ”İdarəetmənin pedaqogikası və psixologiyası”(2000),”Təhsili idarəetmənin əsasları” (bakalavr, 2010), ”Təhsil sisteminin idarə edilməsi” (2013); dos.H.Cəfərov “Pedaqoqika naçalnova obrazovaniya” (2004, şərikli); dos.K.Quliyeva “Ümumtürk pedaqoji fikrində əxlaqi –mənəvi dəyərlər”(2002, şərikli), “Yuxarı sinif şagirdlərinin müəllimlik peşəsinə istiqamətləndirilməsi”, (2003); S.Orucovanın “Педагогические взгляды Узеира Гаджибекова” (1988), “Sosial pedaqoqun peşə hazırlığının sistemi”, (2006); prof.R.Hüseynzadə “Pedaqogika”, 2 cilddə. Bakalavr təhsili üçün, (2013), Педагогика, учебник (2015, şərikli), Ailə pedaqogikası (2016, şərikli), dos.M.Nəzərov “Управленческая педагогика и психология”, Учебно-методическое пособое, (2007), “Yuxarı sinif şagirdlərinin vətəndaşlıq tərbiyəsi”, (2003, şərikli); dos.Ş.Azadəliyeva “Təhsil-tərbi¬yənin müasir problemləri” (2011); dos.E.Hüseynova “Kiçik yaşlı məktəb¬lilərdə özünəinam tərbiyəsi” (2001); p.ü.f.d., b/m.Ə.İsmayılxanova “Əxlaqi-mənəvi dəyərlər” (2015) adlı dərslik və dərs vəsaitlərini göstərə bilərik.

Xarici əlaqələr

Kafedra əməkdaşları əldə etdiyi elmi nəticələr dəfələrlə bir sıra xarici ölkələrdə, o cümlədən Rusiyada, Ukraynada, Özbəkistanda, Gürcüstanda, Türkiyədə və başqa xarici ölkələrin mətbuat orqanlarında məqalələr nəşr etdirmiş, keçirilən beynəlxalq elmi konfransların və simpoziumların işində tezis və məqalələrlə iştirak etmişlər.