шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrası

ADPU-nun Türk və Şərqi Avropa xalqlarının tarixi və tarixin   tədrisi metodikası kafedrasının  müdiri

Iş telefonu – (994) 12 565 53 06

e-mail  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

  Qısa bioqrafik məlumat

1944-cü il oktyabrın 25-də Lənkəran rayonuNərimanabad qəsəbəsində anadan olub.

1960-cı ildə Nərimanabad qəsəbə orta məktəbini  bitirib. Evlidir. 2 oğlu, 1 qızı var. S

  Təhsili

Ali təhsillidir. 1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix müəllimliyi ixtisası üzrə bitirib.

Əmək fəaliyyəti

1961-1962-ci illərdə Nərimanabad üzümçülük sovxozunda  fəhlə, 1962-1963-cü illərdə Nərimanabad orta məktəbində pioner baş dəstə rəhbəri, 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda tələbə, 1963-1966-cı illərdə hərbi xidmətdə olmuşdur. 1970-1974-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Komsomol Komitəsinin katibi vəzifəsində çalışıb. 1971-1979-cu illərdə APİ-nin SSRİ tarixi kafedrasında müəllim kimi çalışıb. 1989-cu ildə APİ-nin SSRİ tarixi kafedrasında baş müəllim işləyib. 1989-2018-ci illərdə ADPU-nun Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasında dosentdir. 2011-ci ildən bugunə kimi ADPU-nun Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışır.

  Apardığı dərslər

1.Qafqaz xalqları tarixi

2.Sosial-tədqiqat materiallarının tədrisi

Seçilmiş əsərlər

  1. Şimali Qafqzda feodal münasibətlərinin yaranması (VI-VII əsrlərdə). Məqalə. Şimali Qafqazda feodal münasibətlərinin fərqli xüsusiyyətləri təhlil edilir. APU-nin 62-ci elmi konfransının materialları. B. 2002.
  2. Türkdilli xalqların Şimali Qafqazda məskunlaşması. Dərs vəsaiti. B.2003
  3. Qafqaz xalqları tarixi. Proqram. Qafqaz xalqları tarixinin öyrənilməsi məqsədilə qədim zamanlardan bu günlərədək dövrü əhatə edir
  4. XV əsrdə Şimali Qafqazda feodal qurumlar. Məqalə. Şimali Qafqazda XV əsrdə feodal dövlətlərinin ictimai-siyasi vəziyyətlərindən bəhs edir. Bakı, ADPU, 2004. Xəbərlər.
  5. XI-XIV əsrlərdə Şimali Qafqaz-Şirvanşahlar münasibətləri. Şirvanşahlar dövlətinin Şimali Qafqazdakı feodal dövlətlərə göstərdiyi məktəb, səhiyyə, memarlıq və s. sahələrdəki əlaqələrdən bəhs edir. Bakı, 2004. ADPU. Xəbərlər.
  6. Qafqaz xalqlarının tarixi. Proqram. Pedaqoji Universitet və İstitutlar üçün bakalavr hazırlığı üçün. Bakı. 2005.
  7. Türk xalqlarının müasir problemləri. Proqram. Pedaqoji Universitet və İstitutlar üçün bakalavr hazırlığı üçün. Bakı, ABU, 2007.
  8. Qafqaz xalqları tarixinin aktual problemləri (magistrlər üçün). Proqram. Pedaqoji Universitet və İstitutlar üçün bakalavr hazırlığı üçün. Bakı, ADPU, 2010.
  9. Qafqaz xalqları tarixi. Proqram. Pedaqoji universitet və insitutlar üçün. Bakı, 2014 ADPU,
  10. Şərqi Avropa xalqları tarixi. Proqram. Universitet və institutlar üçün. B.,2017, ADPU
  11. Səfəvi-Osmanlı münasibətləri. Məqalə. Beynəlxalq konfrans . B., 2017
  12. Əliyev və Azərbaycan iqtisadiyyatı. Məqalə. H.Əliyev, B., 2017