шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

İmtahan və monitorinq şöbəsi

İmtahan, Monitorinq və Qiymətləndirmə şöbəsi, 03 oktyabt 2016-cı ildə Tədrisin idarəolunması və tədris texnologiyaları Mərkəzinin şöbəsi olaraq yaradılmışdır. Şöbənin yaradılmasında məqsəd, Azərbaycan Respublikasının təhsil qanunvericiliyi əsas götürərək, ADPU-nun əsasnaməsinə müvafiq qaydalarda imtahan işinin operativ, şəffaf və yüksək səviyyədə təşkil olunması, eyni zamanda, tədris ili müddətində fakültələr üzrə dərslərin təşkilinə, keçirilməsinə, tələbə və professor-müəllim heyətinin dərslərə davamiyyətinin monitorinqlərin aparılasından ibarətdir.

ADPU-da Tədrisin idarəedilməsində struktur dəyişikliyi ilə əlaqədar 2018-ci ilin yanvar ayından etibarən şöbə ADPU-nun Tədris Departamentinin İmtahan və Monitorinq şöbəsi adlanır. Şöbənin fəaliyyətlər sırasına:

  • · Fakültələr üzrə dərs cədvəllərinin, tələbələrin siyahısını, keçiriləcək fənlər haqqında məlumatlar, imtahan rəhbərlərinin, imtahan koordinatorlarının və s. müəyyənləşdirilməsi;
  • · Fakültələrin nəzdində olan kefedralarda hazırlanmış imtahan suallarının (testlərin) müəyyən olunmuş qaydalara əsasən qəbul edilməsi və testlərin İKT-nin tətbiqi şöbəsinə təqdim olunmasını təmin etmək;
  • · İmtahan sessiyalarına hazırlıq, imtahanların vaxtında keçirilməsini təmin etmək, sənədlərinin hazırlanması, imtahanların keçirilməsinin təşkili;
  • · Yekun Buraxılış Attestasiyasına hazırlıq işlərinin təşkili və keçirilməsi;
  • · Semestrlər ərzində davamlı olaraq dərslərinin keçirilməsinin monitorinqi və tələbələrin müvafiq qaydalara uyğun olaraq davamiyyətlərinin yoxlanılmasını təşkil etmək.

 

 1. Şöbənin strukturu

2.  Şöbənin iş funksiyası

ADPU-da imtahan qaydalari