шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Metodiki təminat və akkreditasiya bölməsi

Metodiki təminat və akkreditasiya

 

 699845  2.Rəcəbova Münəvvər B.m  3. Süleymanova Rəna mütəxəssis 3.Əhmədova Gülnaz müt  4. Rzayeva Lətifə operator  5. Adıyeva Arzu operator     
Əliyeva Leyla
Bölmə müdiri
Rəcəbova Münəvvər
Baş mütəxəssis
Süleymanova Rəna
Mütəxəssis
Əhmədova Gülnaz
Mütəxəssis
Rzayeva Lətifə
Operator
Adıyeva Arzu
Operator
   

 

İş telefonu: +(99 412) 598 38 51

e-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

 

Tədris prosesinin metodiki təminat və akkreditasiya bölməsi 03 oktyabr 2016-cı ildə Tədrisin idarəolunması və tədris texnologiyaları Mərkəzinin bölməsi  olaraq yaradılmışdır.

ADPU da Tədrisin idarə edilməsində struktur dəyişikliyi ilə əlaqədar 2018-ci ilin yanvar ayından etibarən şöbə ADPU-nun Tədris Departamentinin Metodiki təminat və akkreditasiya bölməsi adlanır.

Bölmənin fəaliyyətlər sırasına:

  • Bölmə tədris prosesinin metodiki təminatını planlaşdırır və təşkil edir.
  • Universitetdə tədris-metodiki işi əlaqələndirir, metodiki xidmət sahəsində innovativ pedaqoji ideyaları tətbiq edir.
  • Tədris metodik işlər üzrə əsas normativ sənədlərin uçotunu aparır, sistemləşdirir və lokal şəbəkədə yerləşdirir.
  • Bütün ixtisaslar və ixtisaslaşmalar üzrə metodik materialların işlənib hazırlanmasına və yerinə yetirilməsinə nəzarət edir.
  • Fakültə və kafedralarda tədris metodiki işlərin vəziyyətini təhlil və nəzarət edir, elmi metodiki materialların mənimsənilməsində professor-müəllim heyətinə praktiki yardımını göstərir.
  • Tədris prosesinin təşkilində kafedralara və digər struktur bölmələrinə metodiki yardım göstərir.
  • Tədris prosesi üçün tədris-metodiki, dərslik və dərs vəsaiti, didaktik və informasiya materialları ilə təmin edir, tədris-proqram sənədlərinin və metodiki materialların işlənib hazırlanmasını təşkil edir.
  • Müxtəlif ixtisaslar üzrə fənlərin metodiki təminatı üçün zəruri olan tədris  və metodiki  nəşrlərin  hazırlanması işlərini əlaqələndirir.
  • Tədris və tədris-metodiki işlərlə bağlı əmr layihələrini və hesabatları işləyib hazırlayır.
  • Kitab fondunun elmi-metodiki ədəbiyyatla zənginləşdirilməsi sahəsində təkliflər hazırlayır.
  • Professor-müəllim heyəti tərəfindən hazırlanmış tədris və metodiki nəşrlərin elektron kitabxanada yerləşdirilməsini təşkil edir.
  • Tədris prosesinə yeni informasiya texnologiyalarının tətbiqi, tədris plan və proqramların, metodik göstərişlərin, mühazirə mətinlərinin və digər elmi metodik sənəd və tədris vəsaitlərinin elektron variantlarının hazırlanmasına nəzarət edir.
  • Universitetdə tədris prosesinin təşkili vəziyyətinin monitorinqində iştirak edir.
  • Son beş ildə universitetin hazırladığı tədris-metodiki materialları, qrif ilə çap edilmiş dərslik və dərs vəsaitlərinin monitorinqini aparır.
  • Universitetdə hazırlanan tədris sənədlərinin mövcud qanunvericiliyin tələblərinə uyğunluğunu müəyyən edir.
  • Təhsil proqramları üzrə hazırlığın məzmun və strukturunu müəyyənləşdirir.