шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Tələbələrin qeydiyyatı və tələbə sənədləri
  • Tam orta təhsil haqqında sənədin (Attestat) əsli və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənədin əsli və notarial qaydada təsdiq  edilmiş surəti   (Kollec və ya ali  təhsil müəssisəsinin 2017-2018 –ci  tədris ilində   məzunları üçün həmin  təhsil  müəssisəsini  bitirmələri  haqqında arayış və ya diplom)
  • Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə – 6 ədəd;
  • Şəxsiyyət vəsiqəsinin əsli və surəti (6 nüsxədə).
  • Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti – 6 ədəd
  • İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin əsli və surəti (oğlanlar üçün) – 6 ədəd;
  • Tibbi arayış (Forma 086).
  • Ödənişli təhsil alacaq tələbələrdə illik təhsil haqqını ödəməsini təsdiq edən qəbz*.
  • Həmçinin qeydiyyat zamanı tələbənin iş nömrəsi və şəxsi kabinetin istifadəçi  adı (FİN)  özündə olmalıdır.

Bu  sənədləri təqdim etməklə abituriyent mütləq elektron qeydiyyatından keçməlidir. Sənədlərin qəbulu 2018-ci ilin avqust ayının 16-dan 28-dək hər gün (şənbə , bazar və  bayram günləri istisna olmaqla) saat 900-1700–dək  ADPU-nun Əsas korpusunda  1-ci mərtəbədə aparılacaqdır.

Ünvan: Bakı  şəhəri, Üzeyir Hacıbəyli, 68.

 

 

 

Təhsil haqqından azad edilən şəxslərin nəzərinə!

TƏHSİL HAQQINDAN AZAD EDİLMƏK AŞAĞIDAKI ŞƏXSLƏRƏ ŞAMİL EDİLİR:

  • ·         2011/2012-ci tədris ilindən etibarən məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları.

“Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli Sərəncamı.

  • ·         Şəhid ailəsi statusunu almış ailənin üzvü.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 3 sentyabr 1993-cü il tarixli Qanunu (maddə 3).

  • ·         2014/2015-ci tədris ilindən etibarən:

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindənölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamı.

  • ·         2013/2014-ci tədris ilindən etibarən 18 yaşınadək hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan uşaqlar.

“Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanunu (maddə 14-8-1).

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli Qanunu (maddə 5).

Təhsil haqqından azad olunan abituriyentlər aşağıdakı sənədləri təqdim etməlidilər:

  1. I.  Məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları:
  • ·         Attestatın əsli;
  • ·         Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə – 5 ədəd.
  • ·         Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş və notarial qaydada təsdiq olunmuş məcburi köçkün vəsiqəsinin surəti;
  • ·         Şəxsiyyət vəsiqəsinin surəti – 3 ədəd;
  • ·         İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti – 2 ədəd;
  1. II. Şəhid ailəsinin üzvü olan abituriyentlər:
  • ·         Attestatın əsli;
  • ·         Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə – 5 ədəd;
  • ·         İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti – 2 ədəd;
  • ·         Notarial qaydada təsdiq olunmuş şəhid ailəsi vəsiqəsinin surəti;
  • ·         Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surət
  • ·         Şəxsiyyət vəsiqəsinin surəti – 3 ədəd;
  • ·         Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti – 2 ədəd
  • ·         Valideynlərin nigah haqqında şəhadətnaməsinin surəti – 2 ədəd

QEYD: 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır və təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.

III.  Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:

  • ·         Attestatın əsli;
  • ·         Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə-5 ədəd;
  • ·         Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
  • ·         Şəxsiyyət vəsiqəsinin surəti-3 ədəd;
  • ·         İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti – 2 ədəd;
  • ·         Notarial qaydada təsdiq olunmuş əlillik haqqında arayış (Əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır)
  • ·         Valideynlərin nigah haqqında şəhadətnaməsinin surəti – 2 ədəd

III (a).  Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən vəməhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

  • ·         Attestatın əsli;
  • ·         Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə-5 ədəd;
  • ·         İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti – 2 ədəd;
  • ·         Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
  • ·         Şəxsiyyət vəsiqəsinin surəti-3ədəd;
  • ·         Səbəbi göstərilməklə ölüm haqqında şəhadətnamənin surəti (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı)
  • ·         Valideynlərin nigah haqqında şəhadətnaməsinin surəti – 2 ədəd
  1. IV.  18 yaşınadək hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrupəlil olan abituriyentlər:
  • ·         Attestatın əsli;
  • ·         Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə-5 ədəd; 
  • ·         Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
  • ·         Şəxsiyyət vəsiqəsinin surəti-3ədəd;
  • ·         İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti – 2  ədəd;
  • ·         Valideynin ölüm haqqında şəhadətnaməsinin surəti;
  • ·         Notarial qaydada valideynin əlillik haqqında arayışının surəti. Əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir. Bu hal uşağın 18 yaşı tamam olanadək baş verməlidir.

Qeyd: Əlillik arayışları müddətsiz deyilsə, göstərilən müddətə azad olunur.