шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Tələbə mübadilə proqramları

Tələbə mübadilə proqramları

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr şöbəsi ADPU tələbələrinə aşağıdakı istiqamətlər üzrə xaricdə təhsil almaq imkanları təklif edir:

  • Mövlanə Mübadilə proqramı
  • ERASMUS+ mübadilə proqramı

 log23

 

Mövlana Mübadilə Proqramı


Mövlanə Mübadilə Proqramı (MMP)  – Türkiyə daxilində təhsil verən ali təhsil müəssisələri ilə ölkə xaricində təhsil verən ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini həyata keçirmək məqsədi daşıyır.

Partnyor Universitetlərdən olan tələbə və müəllimlər qarşılıqlı olaraq bu proqramdan yararlana bilərlər. Mübadilə proqramında iştirak etmək istəyən tələbələr ən azı bir, ən çoxu iki semestr təhsil üçün, pedaqoqlar isə ən azı 2 həftə, ən çoxu 3 ay müddətə Türkiyədəki ali təhsil müəssisələrində (ikitərəfli Mövlana Mübadilə Protokolu imzalandığı halda) dərs deməklə proqramdan faydalana bilərlər.
Mövlana Mübadilə Proqramı - tanınmış fars dilli şair, panteizm fəlsəfəsinin tanınmış nümayəndəsi Mövlana Cəlaləddin Ruminin şərəfinə adlandırılmışdır.
 
Mövlanə Mübadilə Proqramında kimlər iştirak edə bilər?
Mövlanə Mübadilə Proqramında Türkiyədəki bütün ali təhsil müəssisələrində (Mövlana Mübadilə Proqramı Protokolunu imzalamış olan ali təhsil müəssisələrində) qeydiyyatda olan hazırlıq, bakalavr, magistr və doktoranturada təhsil alan tələbələr, ölkə daxili və ölkə xarici ali təhsil müəssisələrində çalışan bütün müəllim heyəti də proqramda iştirak edə bilərlər. Mübadilə dövründə müəllimlərin akademik fəaliyyəti toplam altı saatdan az olmamalıdır. Müəllimlər tərəfindən həyata keçirilən fəaliyyətlərin saat olaraq hesablanmasında dərslərə əsas yer verilir. Dərs saatlarının həftəlik 6 saatı doldurmaması zamanı seminar, konfrans və diskussiyaların keçirilməsi kimi akademik fəaliyyət də nəzərə alınır. Dərs vermə fəaliyyətini nəzərdə tutmayan müəllimlərin mübadilə planları Mövlana Mübadilə Proqramı çərçivəsində qəbul edilmir.
 
Mövlanə Mübadilə Proqramında iştirak şərtləri.

  • Tələbə proqrama qoşulan ali təhsil müəssisəsində hazırlıq, bakalavr, magistr və ya doktorant olmalıdır;
  • Hazırlıq və bakalavr tələbələrinin ümumi akademik orta balı 4 üzərindən ən azı 2.5 (100 ballıq sistemə minimum 65) olmalı;
  • Magistr və doktorantların  ümumi akademik orta balı 4 üzərindən ən azı 3 (yüz ballıq sistemlə minimum 77) olmalı;
  • Proqrama müraciət edən tələbə seçdiyi universitetdən asılı olaraq, türk və ya ingilis dili biliyini təsdiq edən sənədə malik olmalı
  • 50% dil göstəricisi (xal) +50% ortabal

Hazırlıq və bakalavr pillələrinin birinci ilində təhsil alan tələbələr ilə elmi hazırlıq mərhələsində olan magistr və doktorantlar əsas təhsilə başladıqları birinci semestr üçün bu proqramdan faydalana bilməzlər.
Tələblər sadəcə öz ali təhsil müəssisələrinə borclu olduqları təhsil haqqını ödəyirlər, mübadilə proqramı çərçivəsində gedəcəyi ali təhsil müəssisəsinə isə heç bir təhsil haqqı ödəmirlər.
Mövlanə Mübadilə Proqramı çərçivəsində ölkə xaricində təhsil alan tələbənin aldığı dərslər Təhsil Protokolunda dərslərin uyğunluğu aydın göstərildiyi təqdirdə tələbə ölkəyə qayıtdıqda il itkisinə məruz qalmır. Türkiyənin ali təhsil müəssisələrində təhsil alacaq tələbəyə isə Ali Təhsil Şurası (YÖK) tərəfindən müəyyən olunmuş təqaüd ayrılır. 
Tələbələr alacaqları təqaüdün 70%-ni aylıq, qalan hissəni isə keçdiyi dərslərin müvəffəqiyyəti əsas götürülərək, uğurlu dərslərin ballarının ümumi almış olduğu dərslərə nisbəti nəzərə alınaraq ödənilir.
 
Aşağıda göstərilən digər bütün xərcləri tələbələr özləri ödəyirlər:
a. Nəqliyyat xərcləri
b. Otaq və yemək xərcləri
c. Tibbi sığorta və səhiyyə xidməti xərcləri
d. Dərsliklər, geyim və şəxsi xərclər
e. Pasport və viza xərcləri; Türkiyədə oturma izni

Proqramın imkanları daxilində, Türkiyə qanunvericiliyində qeyd olunduğu üzrə gələn və gedən  akademik heyətin səyahət vəsaiti ödəniləcəkdir. Ölkəsindən və vəzifəsindən asılı olaraq akademik heyətə ayrılacaq əlavə qrantları  Türkiyə Ali Təhsil Şurasının İcra Heyəti müəyyən edəcək.
Bakalavr və magistr tələbələr partnyor universitetdə bir semester və ya bir akademik il davam edən tədris proqramını davam etdirmək məqsədilə öz universitetlərinə müraciət edə bilərlər. Aydındır ki, hər bir universitet mübadilə üçün yüksək nəticələrə malik və kamil tələbələrin namizədliyini irəli sürəcəkdir.  Mübadilə üçün nazmiədlikləri irəli sürülmüş  hər tələbənin qəbulu üzrə yekun rəyi qəbul edən universitet bildirəcəkdir.
Hər iki universitet mübadilə balansının qorunub saxlanması üçün mübadilə tələləbələrinin sayındakı natarazlıqların müəyyən edilməsi, lazım gələrsə növbəti il üçün tələbələrin sayının uyğunlaşdırılması məqsədilə proqrama illik olaraq  yenidən baxacaq.
Qəbul edən universitet məhdud qeydiyyat kurslarından tələbələri çıxarmaq hüququna malikdir. 
İstisnalar olmazsa tələbələr qəbul edən universitetin müəyyən etdiyi qaydalara uyğun olaraq dil bilikləri və digər qəbul tələblərinə cavab verməlidirlər.
Tədris dili ingilis dili olan TC universitetləri üçün ana dili İngilis dili olmayan namizədlərdən İngilis dili biliyi üzrə müəyyən formal göstəricilər tələb olunacaq. 
Mübadilə olunan tələbələr qəbul edən universitetin bütün qanun və qaydaları ilə razılaşmalıdırlar.


Mövlanə Mübadilə Proqramı çərçivəsində əməkdaşlıq etdiyimiz Türkiyə Universitetləri

  • Atatürk Universiteti (Erzurum, Türkiyə)
  • Van Yüzüncü İl Universiteti (Van, Türkiyə)
  • Qazi Universiteti (Ankara, Türkiyə)
  • Çankırı Karatekin Universiteti (Çankırı, Türkiyə)
  • Selçuk Universiteti (Konya, Türkiyə)
  • Bülent Ecevit Universiteti (Zonguldak, Türkiyə)
  • Alanya Alaaddin Keykubat Universiteti (Alanya, Türkiyə)
  • Fırat Universiteti (Elazığ, Türkiyə)
  • Kahramanmaraş Sütçü İmam Universiteti (Kahramanmaraş, Türkiyə)
  • Hacettepe Universiteti (Ankara, Türkiyə)
  • Kafkas Universiteti (Qars, Türkiyə)
  • Kastamonu Universiteti (Kastamonu, Türkiyə)
  • Adnan Menderes Universiteti ( Aydın, Türkiyə)

ERASMUS+

Erasmus+ mübadilə proqramı Erasmus+ tərəfdaş universitetlər arasında tələbə, akademik və inzibati heyətin mübadiləsini həyata keçirir. Erasmus+ proqramı ilə xarici ölkələrdə təhsil almaqla, tələbələr ünsiyyət və dil bacarıqlarını inkişaf etdirə və gələcək fəaliyyətləri üçün vacib olan bir sıra bacarıqlara yiyələnə bilərlər. Proqram çərçivəsində bakalavr, magistr pillələrində təhsil alan tələbələr və eləcə də akademik və inzibati heyət mübadilədə iştirak edə bilərlər.


Mübadilə müddəti 1 semestrdən 2 semestrə qədər davam edə bilər.

Erasmus+ çərçivəsində təhsili davam etdirmək üçün ali təhsil müəsisəsində ixtisas üzrə uyğunluq gözlənilməklə qeydiyyatdan keçilməlidir. Tələbələrin ən azı II kursda təhsil alması şərtlərdən biridir. Seçilən təhsil sahəsi tələbənin öz universitetində keçdiyi ixtisas və tədris proqramı ilə əlaqəli olmalıdır. Erasmus+ mübadilə proqramında iştirak edən tələbələr səyahət və yaşayış xərclərini əhatə edən təqaüd alırlar. Tələbələr təhsil aldıqları müddət ərzində təhsil haqqı, qeydiyyat, imtahan, eləcə də laboratoriyalardan və kitabxanadan istifadə etmək xərclərindən azad olur.

ADPU ERASMUS+ çərçivəsində Kopenhagen Universitet Kolleci – UCC (Kopenhagen, Danimarka) ilə əməkdaşlıq edir.