шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

"Türk araşdırmaları" Elmi-Tədqiqat Laboratoriyası

 

Tarixi

ADPU-da «Türk odası» 2004-cü ilin 1 oktyabr tarixində fəaliyyətə başlamışdır. «Türk odası» Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Elman Quliyevin şəxsi təşəbbüsü ilə yaradılmış, Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən rəsmi olaraq qeydə alınmışdır. Odanın açılışında universitet rəhbərliyi ilə yanaşı, Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviköz, səfirin I müavini Suad Akgün, II müavini Mustafa Beyazbayram, müavin Abdullah Tüylü, Eğitim müşaviri Selahattin Dikmen, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı təmsilçisi Mustafa Ərəvan və bir sıra xarici qonaqlar iştirak etmişdir. «Türk odası»  bütün texniki ləvazimat və əşyalarla səfirlik tərəfindən təmin  olunmuşdur.

Fəaliyyət göstərdiyi müddət ərzində «Türk odası»nın vasitəçiliyi ilə universitetlə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Böyükelçiliyi arasında mədəni əlaqələrin qurulmasına, Türkiyə universitetləri ilə tanışlıq xarakterli elmi-pedaqoji əlaqələrin yaradılmasına nail olunmuşdur. Universitetdə təhsil alan türkiyəli tələbələr mütəmadi olaraq bu otaq ilə əlaqə saxlayır, asudə vaxtlarında dərs və imtahanlara hazırlaşmaq üçün odadan istifadə edirlər.

Professor Elman Quliyev universitetdə «Türk odası»ndan başqa, türk ədəbiyyatı problemlərini araşdırmaq məqsədi ilə yeni bir elmi strukturun yaranması ilə əlaqədar Təhsil Nazirliyi və ADPU rəhbərliyinə müraciət etmiş, hər iki təşkilatın razılığından sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.06.2007-ci il tarixli 728 saylı əmri ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində «Türk araşdırmaları» elmi-tədqiqat laboratoriyası yaradılmışdır. Türk xalqları ədəbiyyatı problemlərinin öyrənilməsi laboratoriyanın əsas tədqiqat mövzusu kimi təsdiqlənmişdir. ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü prof.Y.Ə.Məmmədovun «Türk araşdırmaları» ETL-ə göstərdiyi xüsusi qayğı və diqqət burada görülən işlərin səmərə və əhəmiyyətini daha da artırmışdır.

«Türk araşdırmaları» elmi-tədqiqat laboratoriyasında türk xalqları ədəbiyyatı üzrə ixtisasa yiyələnmiş gənclər işə qəbul edilmişdir. Filologiya elmləri doktoru, professor Elman Quliyevin rəhbərliyi altında çalışan elmi işçilər türk xalqları ədəbiyyatı problemlərinin öyrənilməsi ilə məşğuldur. ADPU-nun elmi işlər üzrə prorektoru, tanınmış türkoloq prof.Vilayət Əliyevin bilavasitə «Türk araşdırmaları» elmi-tədqiqat laboratoriyasına elmi baxımdan verdiyi məsləhətlər ümumi işə müsbət təsir göstərmişdir. 2008-ci ilin dekabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universiteti, Türkiyənin Azərbaycandakı səfirliyi və TİKA-nın dəstəyi ilə «Türk araşdırmaları» ETL-nin yeni avadanlıqlarla təchiz olunmuş iş otağının rəsmi açılışı olmuşdur. Açılışda universitetin rektoru, AMEA-nın müxbir üzvü prof.Y.Ə.Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, TİKA-nın sədri Əbubəkr Çelik, Təhsil müşaviri Halis Koyunçuoğlu, Mədəniyyət müşaviri Melda Aras və digər rəsmi şəxslər iştirak etmişdir.

Elmi fəaliyyət

Araşdırma mərkəzi olaraq əməkdaşlar türk xalqları ədəbiyyatının ayrı-ayrı dövrləri və tanınmış şəxsiyyətləri (filologiya elmləri doktoru, prof. Elman Quliyev: «Ziya Göyalp yaradıcılığında müqəddəs amal və böyük ideyaların tərənnümü», «M.A.Ərsoy yaradıcılığında türk zəfər tarixi və istiqlal duyğularının tərənnümü», «Türk xalqları ədəbiyyatı problemlərinin tədrisi və öyrədilməsi məsələləri», «Namiq Kamal yaradıcılığında vətən və hürriyyət ideyalarının tərənnümü», «İsmayıl Qaspiralı publisistikasında mənsub olduğu millətin problemlərinə ictimai-siyasi kontekstdə yanaşma», «Türkdilli sufi ədəbiyyatda Əhməd Yəsəvi ənənələri və Yunis İmrə yaradıcılığı», kiçik elmi işçi A.Ş.Abbasova: «Ömər Seyfəddin Türkiyə realist nəsrinin görkəmli nümayəndəsi kimi», «Nazim Hikmətin poetikası», kiçik elmi işçi L.F.Kərimova «Mehmed Akif Ersoy yeni dövr Türkiyə türk ədəbiyyatının azadlıq və mübariz şairi kimi», «Rəşad Nuri Güntəkinin həyat və yaradıcılığı», kiçik elmi işçi O.E.Babayeva: «Haldun Tanerin həyat və yaradıcılığı», «Əziz Nesinin həyatı və yaradıcılığı», elmi işçi V.R.Zeynalova: «Şərq sufi ədəbiyyatı ənənələri və Yunis İmrə», «XX əsrin I yarısında Türkiyə türk ədəbiyyatının inkişaf problemləri», kiçik elmi işçi K.R.Sadıqova: «Müasir qırğız ədəbiyyatında milli düşüncənin təzahür formaları (Ç.Aytmatov yaradıcılığı əsasında)» və s.) haqqında tədqiqatlar aparmış, mərkəzin müdiri prof.Elman Quliyev Türkiyə, İran, Şimali Kipr, İraq, Türkmənistanda beynəlxalq elmi konfranslarda iştirak etmiş, bu ölkələrin ən nüfuzlu elmi dərgilərində məqalələr çap etdirmişdir. Prof.Elman Quliyevin «Müasir özbək ədəbiyyatı tarixi» (Bakı, 1999), «Türkiyə türk ədəbiyyatı» (Bakı, 2003), «Özbək ədəbiyyatı» (Bakı, 2007), «Orta əsrlər türk xalqları ədəbiyyatı» (Bakı, 2010), «Türk xalqları ədəbiyyatı» (Bakı, 2009-2011) kitabları, araşdırma mərkəzi əməkdaşlarının kollektiv şəkildə hazırladıqları «Türk xalqları ədəbiyyatının yaradıcılıq problemləri» (Bakı, 2010) adlı kitab türk xalqları ədəbiyyatı problemlərinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edir. Əməkdaşlar vaxtaşırı olaraq türk xalqları ədəbiyyatı problemləri ilə bağlı Türkiyə, Şimali Kipr, Türkmənistan və digər dövlətlərdə təşkil olunmuş beynəlxalq konfranslarda iştirak edirlər.

Laboratoriyanın müdiri prof.E.H.Quliyev Türkiyədə dərc olunan «Turan» Stratecik Araşdırmalar jurnalının elmi heyətinin, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və AMEA-nın akad. Z.Bünyadov adına Şərşqünaslıq İnstitutu nəzdində fəaliyyət göstərən dissertasiya şuralarının üzvüdür. O, Türk ədəbiyyatı problemlərinin öyrənilməsində göstərdiyi xidmətlərinə görə YUNESKO, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətlərinin təltiflərinə, 2011-ci ildə «Avropa Nəşr Mətbu Evi»nin «Ən Yaxşı Vətənpərvər Tədqiqatçı Alim» qızıl medalına, 2011-ci ildə ADPU-da «İlin alimi» müsabiqəsinin qalibi  kimi I yerə layiq görülmüşdür.

Eyni zamanda prof.Elman Quliyevin çap etdirdiyi 2 cildlik «Şərq xalqları ədəbiyyatı» (Bakı, 2011) kitabını da araşdırma mərkəzində görülən işlər sırasına daxil etmək mümkündür.

Elmi qurum Türkiyənin Azərbaycandakı səfirliyi, Türkiyə, Şimali Kipr və Orta Asiyanın bir sıra universitetləri ilə əlaqələrini davam etdirir və elmi fəalliyyətlərində yeni perspektivlərini müəyyənləşdirir. 

İndiyə qədər laboratoriya əməkdaşlarının 8 kitabı, 69 məqaləsi (57-si yerli və 12-si xaricdə) çap olunmuş, əməkdaşlar 15 beynəlxalq və 16 Respublika elmi konfransında iştirak etmişlər.

Hal-hazırda elmi-tədqiqat mərkəzində üç əməkdaş filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün müvafiq mövzular üzərində çalışırlar:

  1. Kərimova Leyla Faiq qızı - Səməd Vurğun və Mehmet Akif Ersoy poeziyasında milli-mənəvi ideallar
  2. Abbasova Aytən Şahid qızı - Cengiz Dağcı yaradıcılığında tarixi-siyasi proseslərin təcəssümü 
  3. Babayeva Ofelya Eldar qızı - Müasir Türkiyə türk poeziyasında ənənə və novatorluq (Sezai Karakoç yaradıcılığı əsasında)

Xarici əlaqələr