шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Tarix və coğrafiya fakültəsində “Aprel döyüşləri - Qarabağa gedən yol” adlı tədbir keçirilib

Aprelin 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsində Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) ADPU filialının fəallarından olan, fakültənin “Coğrafiya müəllimliyi” ixtisasının 1802-ci qrup tələbəsi Elsevər Cəlilovun təşəbbüsü, 301-ci qrup tələbəsi Ramil Ramizovun köməkliyi, fakültə rəhbərliyiin və  ACC-in ADPU filialının təşkilatçılığı ilə  “Aprel döyüşləri - Qarabağa gedən yol” adlı tədbir keçirilib. Tədbirdə fakültənin  dekanı, dosent Şahin Pənahov, dekan müavini və ACC-in vitse-prezidenti, dosent Mətanət Əsgərova, dekan müavini, dosent Habil Həsənov, Ümumi tarix kafedrasının müdiri, AMEA-ın müxbir üzvü, professor Vəli Əliyev, Ümumi pedaqogika kafedrasının müdiri, professor İramin İsayev, Qarabağ müharibəsinin və şanlı Aprel döyüşlərinin iştirakçısı, ehtiyatda olan baş gizir Şöhrət Dadaşov, müəllim və tələbələr iştirak ediblər.

[gallery ID=322]

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbirin aparıcısı, fakültənin I tədris ili tələbəsi Elza Əliyeva açılış nitqi üçün Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının professoru Mais Əmrahovu kürsüyə dəvət edib. Aprel zəfəri haqqında çıxış edən natiq bu tarixi hadisənin əhəmiyyətindən söz açıb. Ardınca fakültənin I tədris ili tələbələri Pərvin Əmirova və Bilqeyis Abbasovanın ifasında Ulucay Akifin “Azərbaycan Bayrağı” və Bəxtiyar Vahabzadənin “Bayraq”  şeirləri səsləndirilib, Aprel şəhidləri haqqında fakültənin I tədris ili tələbələri Jalə Şahməmmədli, Arzu Qəribova və Nuray Əhmədovanın hazırladıqları videoçarx nümayiş olunub.

Aprel döyüşlərinin qürur zirvəsi olan Lələtəpə yüksəkliyi haqqında maraqlı çıxış hazırlayan fakültənin I tədris ili tələbəsi Günel İmanovanın təqdimatında bu həddən artıq strateji əhəmiyyətli ərazi ilə bağlı maraqlı faktlar səsləndirilib.

Fakültənin istedadlı tələbələrindən Elsevər Cəlilov, Ramil Ramizov, Ülkər Şeləmənova və Fəxri Mahmudovun ifasında şəhid Müşfiq Orucovun yaşadığı ibrətamiz həyat yolunun nümunəsində  bütün Aprel şəhidlərinə həsr olunmuş əbədi-bədii kompozisiya iştirakçıların xüsusi marağına səbəb olub.

Aprel döyüşlərinin iştirakçısı, baş gizir Şöhrət Dadaşov tariximizə qızıl hərflərlə yazılmış Aprel zəfəri ilə bağlı təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb, şəhidlərimizi və şərəf tariximizi daim əziz tutduqlarına görə ADPU-nun rəhbərliyinə və tələbələrinə təşəkkürünü bildirib.

Kimya və biologiya fakültəsinin I tədris ili tələbəsi Hüseyn Əsgərov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin I tədris ili tələbəsi Səlim Süleymanov “Ana, mən şəhid oldum” və “Cənab leytenant” mahnılarını ifa ediblər.

Sonra dosent Mətanət Əsgərova öz təəssüratlarını bölüşərək tələbələrimizin tarixi hadisələrin qeyd olunmasında xüsusi fəallıq göstərdiklərini qeyd edib.

Tədbirin yekununda vətənpərvərlik marşlarının sədaları  və zalın ayaq üstə alqışlarının müşayiəti  ilə fakültənin I tədris ili tələbəsi Kəmalə Süleymanlı səhnəyə üçrəngli Azərbaycan bayrağını gətirib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi