шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri Şirvanşahlar Sarayı Kompleksində

Bu  şənbə günü tələbəlikdə ən maraqlı günlərimizdən biri oldu. Şirvanşahlar Sarayı Kompleksinə gəldik. Ekskursiyaya Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova və həmin kafedranın müəllimi  Nəbi Əsədovla birgə getməyimiz gəzintimizi  daha önəmli etdi. Ekskursiyada 21 nəfər tələbə iştirak edirdi. Həmin tələbələrin maraqları müxtəlif, dünyaya baxışı fərqli idi.

Bizim gedəcəyimiz yer Şirvanşahlar Sarayı Kompleksi idi. Oradakı muzeylər  hər kəsin diqqətini cəlb edirdi. Bunlardan birincisi Miniatür muzeyi  oldu. Muzeyin Zərifə Salahova tərəfindən salındığı və 20 ildən artıq müddətdə toplanmış nadir kolleksiya əsasında  yaradıldığı haqqında bizə məlumat verildi. Muzeydə nümayiş etdirilən çox balaca kitablar daha çox diqqətimizi çəkdi. Elə kitablar var ki, onları ancaq lupalarla oxumaq mümkündür. İçərişəhərdə, Şirvanşahlar Sarayının yaxınlığında yerləşənə Miniatür muzeyinin adı “Qırmızı kitab”a daxil olmuşdur.

Həmçinin müəllimlərimiz Kompleksdə hər daş və onun üzərindəki yazı, kiçik əşya, məscid qalıqları, gizli keçidlər haqqında ətraflı məlumat  verdilər. Bizim  suallarımız isə bitmirdi,sanki tarixin lap dərininə  getmək  istəyirdik. Bəzi məsələlər hələ elmə bu gün də qaranlıqdır.

 Bundan əlavə,  Şirvanşahlar Saray Kompleksində  “Şirvanşahlar irsi dünya muzeylərində” adlı sərgidə olduq. Buradakı əşyalar da  biz gələcəyin tarixçiləri üçün cox maraqlı oldu. Keyqubad  məscidi və Şirvanşah II Xəlilullaha məxsus olan zirehli geyimlər, Şirvanşah Fərrux Yasara aid olan dəbilqələr, həmçinin dünya muzeylərinin kolleksiyalarına daxil edilmiş nadir eksponatların 3D holoqramlarla təqdimatı nümayiş etdirildi. Sərgidəki eksponatlar haqqında suallarımız çox idi, müəllimlər səbirlə  bizə onları açıqladılar. Bundan başqa, Şirvanşahlar Sarayı Kompleksinə daxil olan  hökmdarların iqamətgahı, divanxana, şah məscidi, saray hamamı, ovdan , orada qazılmış dərin xəndəklər diqqətimizi yetərincə cəlb edirdi. Saray 8 guşəli otaqlarla zəngin idi. Maraqlıdır ki, buradakı otaqlarda istilik sistemi yox idi. Bəs bu qədər əhali qışda necə isinirdi? Bu sual bizi düşündürdü. Tək bir otaqda istilik sisteminə rast gəldik. Binanın bir tərəfi dənizə açılır. Burada yay aylarında dənizdən gələn küləyin  hesabına otaqların soyudulması nəzərdə tutulurdu. Həmcinin  S.Y.Bakuvi  türbəsi, Keyqubad məscidinin qalıqları ilə də tanış olduq. Keyqubad məscidi də diqqətimizi  çox cəlb etmişdi. Qəbirlərdən birindən gülab qoxusu gəlirdi. Bu qoxunun isə mənbəyin haradan olduğu bilinmirdi. Burada  Naibə xanım və Nəbi müəllim   ermənilərin törətdiyi faciədən  ətraflı danışdılar. Ermənilər vəhşicəsinə müsəlman əhalisini  bu məscidə yığaraq yandırmışdılar. Erməni vəhşiliklərinin  izləri bizi sarsıtdı.

Şirvanşahlar Saray Kompleksində gəzintimiz 3 saatdan çox  çəkdi. Bu 3 saatda biz maraqlı bir  həftəsonu keçirtdik. Biz həyatımızı, gələcəyimizi, keçmişimizi öyrənərək qurmalı olduğumuzu bildik. Eksursiyadan böyük təəssüratlarla ayrıldıq. Bu gəzintini təşkil edən Naibə xanıma və  Nəbi müəllimə qrup yoldaşlarım adından  öz təşəkkürümü bildirirəm və belə turların davamlı olmasını arzu edirəm.    

Gülbahar Lələyeva,

Tarix və coğrafiya fakültəsinin

“Tarix müəllimliyi” ixtisasının 207-ci qrup tələbəsi