qebulezgifcom-gif-maker_2.webp

PEDAQOJİ UNİVERSİTETƏ QƏBUL QAYDALARI

Universitetə qəbul olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşı olan abituriyentlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etməlidir. Qəbul imtahanında müvəffəqiyyətli nəticə əldə etdikdən sonra müvafiq ixtisas seçimi mərhələsini keçməlidirlər. Daha sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər əvvəlcədən elan olunmuş tarixlərdə  təhsil müəssisəsi üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər. 
Bunun üçün abituriyentlər onlayn qaydada portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasından “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı portal.edu.az platformasından və ya Təhsil Nazirliyindən məlumat ala bilərlər.

Qeyd edək ki, abituriyentin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və onun qəbul əmri təhsil müəssisəsinə göndərilmir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar. Qeydiyyat uğurla bitirən abituriyentlər daha sonra təhsil müəssisəsi ilə müqavilə bağladıqdan sonra rəsmi olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsi adını alırlar. İxtisaslarına uyğun olaraq 4 və ya 5 il təhsil almaq hüququna malik olurlar.

Magistratura səviyyəsi üçün də qəbul prosesi eyni şəkildədir.

Subbakalavr pilləsi dedikdə orta peşə-ixtisas təhsili pilləsində məzunlara verilən peşə-ixtisas dərəcəsi başa düşülür. Kollec olaraq subbakalavr təhsil pilləsi üzrə tələbələrimizin yüksək ixtisaslı və rəqabət qabiliyyətli peşəkarlar olaraq yetişməsi üçün resurslarımız səfərbər olunur. Subbakalavr təhsil pilləsi əmək bazarına çevik uyğunlaşan peşəkarlar hazırlamağa imkan verir və təhsildə əlçatanlığının genişləndirilməsi baxımından bütün arzu edənlər bu imkanlardan yararlana bilsinlər. Həmçinin, tez bir zamanda əmək bazarının tələb olunan sayda mütəxəssislə təmin olunmasına xidmət göstərir. Kolleci uğurla bitirib subbakalavr dərəcəsini alan məzunlar ali təhsil məktəblərinin bakalavriat səviyyəsinə müsabiqədən kənar qəbul imkanı əldə edirlər. Əsas şərtlərdən biri ixtisas seçimi zamanı əvvəllər aldığı ixtisasa uyğun olan ixtisasın seçilməsidir.

Daha çox məlumat almaq üçün kollecin səhifəsi ilə tanış ola bilərsiz.

Azərbaycan Dövlət Pedaqoji Universitetində 

Kadr hazırlığı həyata keçirilən bakalavriat ixtisasları və onların bölmələri  

Sıra № İxtisasın şifri İxtisasın adı Təhsil müəssisəsinin təklif etdiyi təhsil bölmələri
Azərbaycan bölməsi Rus bölməsi İngilis bölməsi
əyani qiyabi əyani qiyabi əyani
1050101Azərbaycan dili və ədəbiyyatı müəllimliyi +----
2050102Biologiya müəllimliyi +----
3050103Coğrafiya müəllimliyi +----
4050105Fizika müəllimliyi +----
5050106Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi +-+--
6050107İbtidai sinif müəllimliyi +-+-+
7050108İnformatika müəllimliyi +----
8050109Kimya müəllimliyi +----
9050110Kimya və biologiya müəllimliyi +-+--
10050111Korreksiyaedici təlim+-+--
11050112Məktəbəqədər təhsil+-+--
12050113Musiqi müəllimliyi +----
13050114Riyaziyyat müəllimliyi +---+
14050115Riyaziyyat və informatika müəllimliyi +-+--
15050116Tarix müəllimliyi +-+--
16050116Tarix və coğrafiya müəllimliyi +----
17050118Təhsildə sosial-psixoloji xidmət+-+--
18050119Təsviri incəsənət müəllimliyi +-+--
19050118Texnologiya müəllimliyi +-+--
20 050121Xarici dili müəllimliyi (ingilis) +----
21Xarici dili müəllimliyi (fransız) +----
22050807Sosial iş +-+--

MAGİSTRATURA

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 1997-ci il tarixli, 15 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının çoxpilləli təhsil sistemində magistr hazırlığı (magistratura) haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində 1997-ci ildən magistr hazırlığı həyata keçirilir. Bakalavriatura səviyyəsinin davamı olaraq magistratura səviyyəsində mütəxəssis hazırlığının əsas məqsədi müxtəlif sahələr üzrə yüksək ixtisaslı mütəxəssislər, gələcək tədqiqatçılar və ali məktəblər üçün elmi-pedaqoji kadrlar yetişdirməkdən ibarətdir.

Bu gün magistr hazırlığında bakalavr səviyyəsi diqqətdən kənarda qalmamalıdır. Belə ki, bu və ya digər ixtisas üzrə bakalavr səviyyəsində tədris olunan bəzi fənlər dərinləşdirilmiş formada magistraturada tədris olunur. Məhz bu səbəbdən magistratura səviyyəsi ixtisaslaşmanın tamamlayır və bakalavr səviyyəsinin ixtisasları magistratura səviyyəsinin ixtisasları ilə uyğun gəlməlidir.

Magistr hazırlığı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 aprel 1998-ci il tarixli 202 nömrəli əmri ilə tədiq edilmiş “Magistr dissertasiyasının hazırlanması, təqdim olunması, müdafiəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 noyabr 1998-ci il tarixli 742 nömrəli əmri ilə təsdiq edilmiş “Magistr dissertasiyasının müdafiəsi üçün İxtisaslaşdırılmış Elmi Şuralar haqqında Əsasnamə”yə,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88  nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə təhsilin təşkili Qaydaları”na əsasən həyata keçirilir.

Magistratura səviyyəsində təhsilin müasir tələblərə cavab verməsi, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, yüksək elmi dünyagörüşünə və elmi-tədqiqatçılıq qabiliyyətinə malik gənclər yetişdirmək qarşıda duran əsas vəzifələrdən biridir.  Məhz buna görə də təhsilin təşkili Avropa və dünya təhsil standartlarına uyğunlaşdırılmalıdır.

Magistratura və doktorantura şöbəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris, elm və inzibati bölməsi olub magistratura səviyyəsi üzrə Azərbaycan, rus və ingilis bölmələrində aşağıdakı ixtisaslarda mütəxəssis hazırlığını həyata keçirir:

Sıra

İxtisasın

şifri

İxtisasın adı

Təhsil müəssisəsinin təklif etdiyi təhsil bölmələri

Azərbaycan bölməsi

Rus bölməsi

İngilis

bölməsi

əyani

qiyabi

əyani

qiyabi

əyani

1

060101

Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası

+

-

-

-

-

2

060103

Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis dili)

+

-

-

-

-

3

060104

Fizika fənninin tədrisi metodikası və metodologiyası

+

-

-

-

-

4

060105

Riyaziyyatın tədrisi metodikası və metodologiyası

+

-

-

-

-

5

060106

Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fənninin tədrisi metodikası və metodologiyası

+

-

-

-

-

6

060107

Texnologiya fənninin tədrisi metodikası və metodologiyası

+

-

-

-

-

7

060108

Musiqi fənninin tədrisi metodikası və metodologiyası

+

-

-

-

-

8

060109

  Biologiya fənninin tədrisi metodikası və metodologiyası

+

-

-

-

-

9

060110

Kimya fənninin tədrisi metodikası və metodologiyası

+

-

-

-

-

10

060111

Tarix fənninin tədrisi metodikası və metodologiyası

+

-

-

-

-

11

060112

Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası

+

-

-

-

-

12

060113

İnformatika fənninin tədrisi metodikası və metodologiyası

+

-

-

-

-

13

060114

Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası

+

-

-

-

-

14

060115

İbtidai sinifdə tədrisin metodika və metodologiyası

+

-

-

-

-

15

060116

Korreksiyaedici təlimin metodika və metodologiyası

+

-

-

-

-

16

060117

Məktəbəqədər təlim və tərbiyənin metodika və metodologiyası

+

-

-

-

-

17

060407

Menecment (təhsilin təşkili və idarə olunması, tədris ingilis dilində)

-

-

-

-

+

18

060118

Təhsildə sosial- psixoloji xidmət

+

-

-

-

-

19

060119

Pedaqogika nəzəriyyəsi və tarixi

+

-

-

-

-

20

060119

Təhsildə qiymətləndirmə və monitorinq

+

-

-

-

-

21

060119

Təlim və tədrisin təşkili və metodikası (SABAH)

+

-

-

-

-

22

060407 

Menecment (təhsilin təşkili və idarə olunması)

+

-

-

-

-

23

060409

Biznesin təşkili və idarə edilməsi (təhsil üzrə marketinqin təşkili və idarə olunması)

+

-

-

-

-

24

060409

Biznesin təşkili və idarə edilməsi (təhsilin təşkili və idarə olunması)

+

-

-

-

-

25

060805

Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş

+

-

-

-

-

26

060805

Gənclərlə iş

+

-

-

-

-

«Menecment» ixtisasının «Menecment (Təhsilin təşkili və idarə olunması)» ixtisaslaşmasına qəbul olmaq üçün müsabiqədə bakalavriat səviyyəsinin “Təhsil”, “İqtisadiyyat və idarəetmə”, “Humanitar və sosial” və “Təbiət” ixtisasları qruplarında yer alan ixtisaslardan birini bitirən şəxslər iştirak edə bilərlər.

İngilis dilli ixtisasda müsabiqə Azərbaycan və rus bölmələri ilə birgə aparılır, mütəxəssis hazırlığı ABŞ-nin Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında birgə beynəlxalq proqramı üzrə həyata keçirilir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində  magistratura ixtisası üzrə ikili diplom proqramının əsas məqsədi qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, təhsilin idarəedilməsi sahəsində Azərbaycanda yeni nəsil mütəxəssislər yetişdirmək, bu sahədə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirməkdir. Proqrama üzrə təhsil almış tələbələr ixtisaslar üzrə təhsil alıb diplomlar əldə edəcəklər. Müvafiq keçid balını toplamış namizədlərin ali təhsil müəssisəsinə qəbulu təhsil müəssisəsi tərəfindən müsahibə əsasında aparılır. Tədris dilinə uyğun olaraq namizədlər tərəfindən ingilis dili bacarıqlarını təsdiq edən İELTS, TOEFL və ya  Duolingo sertifikatı tələb olunur.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə ali təhsilin magistratura səviyyəsi üzrə həyata keçirilən SABAH Magistratura layihəsi çərçivəsində ADPU-da “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması 2021-2022-ci tədris ilindən başlayaraq fundamental təlim və tədrisin təşkili və metodikası, pedaqoji problemlərin həlli, elmi-tədqiqat və elmi axtarışların aparılması sahəsində dərin bilik və bacarıqlara yiyələnən mütəxəssislərin yetişdirilməsi üçün yaradılmışdır. Bununla yanaşı, əsas hədəf müasir əmək bazarı və cəmiyyətin tələblərinə uyğun, beynəlxalq rəqabətə davamlı peşəkar kadr hazırlığını təmin edəcək yeni məzmun və təlim infrastrukturunun yaradılmasını və dayanıqlığını stimullaşdırmaqdan ibarətdir. “Təlim və tədrisin təşkili və metodikası” (SABAH) ixtisaslaşmasına qəbul olunmaq üçün müsabiqədə bakalavriat səviyyəsini “Menecment” ixtisasını və “Təhsil ixtisasları” qrupu üzrə ixtisaslardan birini bitirən şəxslər iştirak edə bilərlər. Müəyyən olunmuş keçid balını toplamış namizədlərin ali təhsil müəssisəsinə qəbulu müvafiq təhsil müəssisəsi tərəfindən müsahibə əsasında aparılır. Bu ixtisaslaşma üzrə müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgədir. Tədris Azərbaycan dilindədir. Tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılır.

“Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında PDF

Doktorantura və hərbi ­təh­sil müəssi­sə­lə­rin­də adyunktura — Azərbaycan Respub­lika­­­sın­da yüksək ixtisaslı elmi və elmi-peda­qoji kadrların hazırlan­ma­sı ali təhsilin ən yüksək səviyyəsi, dоktоrluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi-pedaqоji kadr hazırlığı fоrmasıdır. Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Elm sahələri göstəril­məklə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsinin verilməsi ilə başa çatır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 129 nömrəli Qərarı ilə həyata keçirilir.

Qaydalara əsasən doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir. Doktorantura təhsilini həyata keçirən ali təhsil müəssisələri və elmi təşkilatlar elmi və elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır. Doktoranturada təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir.

ADPU-da fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorantura və dissertanturada kadr hazırlığı aparılan ixtisaslar (2015-2020-ci illər)

1202.01 –  Analiz və funksional analiz1203.01 – Komputer elmləri1211.01 – Diferensial tənliklər2220.01 – Yarımkeçiricilər fizikası2301.01 – Analitik kimya2303.01 – k  Qeyri-üzvi kimya2306.01 – Üzvi kimya2401.01 – Zoologiya2411.01 – İnsan və heyvan fiziologiyası2417.01 – Botanika5401.01 – İqtisadi coğrafiya5502.01 – Ümumi tarix5503.02 – Vətən tarixi5706.01 – Azərbaycan dili5710.01 – Türk dilləri5716.01 – Azərbaycan ədəbiyyatı5717.01 – Türk xalqları ədəbiyyatı5718.01 – Dünya ədəbiyyatı5719.01 – Folklorşünaslıq5801.01 – Rus dilinin tədrisi metodikası5801.01 – Biologiyanın tədrisi metodikası5801.01 – İnformatikanın tədrisi metodikası5801.01 – Fizikanın tədrisi metodikası5801.01 – İngilis dilinin tədrisi metodikası5801.01 – Riyaziyyatın tədrisi metodikası5801.01 – Tarixin tədrisi metodikası5801.01 – Texnologiyanın tədrisi metodikası5801.01 – Həyat bilgisinin tədrisi metodikası5801.01 –  Azərbaycan dilinin tədrisi metodikası5801.01 –  Kimyanın tədrisi metodikası5801.01 – Coğrafiyanın tədrisi metodikası5802.01 – Təhsilin təşkili və planlaşdırılması5803.01 – Müəllim hazırlığı və fəaliyyəti5804.01 – Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi5805.01 – Korreksiya pedaqogikası6104.01 – Pedaqoji psixologiya6107.01 – Ümumi psixologiya

“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında PDF

Yenidən hazırlanma və ya təkrar ali təhsil almaq imkanları

Yalnız ödənişli əsaslarla əyani təhsilalma formasında həyata keçirilən yenidənhazırlanma (ixtisasdəyişmə) və təkrar ali təhsil üzrə təhsilin məzmunu, təşkili və hər hansı istiqamət üzrə təhsil almış şəxslərə müvafiq dövlət sənədinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası” sənədi ilə tənzimlənir.

Yenidənhazırlanma təhsili müvafiq ixtisasda bakalavr və ona bərabər tutulan səviyyə üçün mövcud baza təhsil proqramlarındakı dinləyicilərin əvvəlcə aldığı baza təhsil proqrmaı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq (1 tədris ili) nəzərə alınmaqla aparılır. ADPU-da təkrar ali təhsil almaq üçün isə bakalavr diplomu tələb olunur.

Yenidənhazırlanma və ya təkrar ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır və müsahibədən uğurla keçən şəxslər müqavilə yolu ilə müraciət etdiyi ixtisas üzrə müvafiq olaraq dinləyici və ya tələbələr sırasına qəbul edilirlər. Yenidənhazırlanma və təkrar ali təhsil ödənişli formada idarə, müəssisə, təşkilat və ayrı-ayrı vətəndaşlarla ADPU arasında bağlanan fərdi müqavilələr əsasında həyata keçirilir.

Azərbaycan Dövlət Pedaqoji Universitetində 2020-2021-ci tədris ili üçün Azərbaycan dili və ədəbiyyatı, ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil, riyaziyyat müəllimliyi, fizika müəllimliyi, kimya müəllimliyi, biologiya müəllimliyi, tarix müəllimliyi, coğrafiya müəllimliyi, informatika müəllimliyi, korreksiyaedici təlim, təhsildə sosial-psixoloji xidmət, musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi, sosial iş ixtisasları üzrə sənəd qəbulu aparılmışdır.

Təkrar ali təhsildən fərqli olaraq yenidənhazırlanma təhsili iki semestri əhatə etməklə müvafiq ixtisas üzrə bakalavriaturanın əsas ixtisas fənləri əsasında xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır. Birinci semestrdə əsasən nəzəri və metodoloji dərslər tədris olunur, ikinci semestrdə isə tələbələr metodistlərin rəhbərliyi ilə pedaqoji təcrübədə iştirak edirlər.

Proqram Azərbaycan Dövlət Pedoqoji Universiteti və Amerikanın Corc Vaşinqton universiteti ilə birgə həyata keçirilir.

Proqramın əsas məqsədi qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, təhsilin idarəedilməsi sahəsində Azərbaycanda yeni nəsil mütəxəssislər yetişdirmək, bu sahədə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirməkdir.

Proqrama üzrə təhsil almış tələbələr aşağıdakı ixtisaslar üzrə təhsil alıb diplomlar əldə edəcəklər.

  • Corc Vaşinqton Universiteti: Təhsil və insan inkişafı: Təhsil siyasəti və liderlik
  • Azərbaycan Dövlət Pedoqoji Universiteti : Menecment (təhsilin təşkili və idarəolunması)

Proqram çərçivəsində təhsil alan tələbələr nə əldə edəcəkdir?

  • Təhsil sahəsində siyasi təhlil və inkişaf proqramlarını hazırlamaq;
  • Mövcud layihələri tədqiqat alətləri ilə qiymətləndirmək;
  • Beynəlxalq təcrübəni öyrənmək.

Proqram üzrə kvota: 25 nəfər

Tədris dili: İngilis dili

Müddət: 2 il

Proqram liderlik və menecment, tədqiqat, beynəlxalq təhsil, siyasi təhlil və inkişaf proqramları sahələri üzrə aparılır.

Aşağıdakı maliyyə xərcləri qarşılanır:

  •  təhsil haqqı;

  •  qeydiyyat xərci;

  •  tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri.

Qəbul qaydaları

  • Tələbələrin seçimi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının (magistratura) nəticələri əsasında tərəflər aparırlar;
  • Müsabiqədə bakalavriat səviyyəsinin “Təhsil ixtisasları” və “İqtisadiyyat və idarəetmə ixtisasları” qruplarında yer alan ixtisaslardan birini bitirən şəxslər iştirak edə bilərlər.

2005-ci ilin dekabr ayında ADPU-nun  Əcnəbi tələbələrlə iş üzrə fakültə yaradılmışdır.

2008-ci ilin noyabr ayında ADPU-nun  Əcnəbi tələbələrlə  iş üzrə fakültənin nəzdində  Əcnəbi tələbələr üçün hazırlıq şöbəsi yaradılaraq əcnəbi vətəndaşların hazırlıq kursları həyata keçirilməyə başlanmışdır. Hazırlıq kursunda əcnəbi dinləyicilərə dil və ixtisas bilikləri ilə yanaşı Azərbaycan tarixi”, “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan coğrafiyası” fənləri Azərbaycanı yaxından tanımaq üçün tədris olunur.

2015-ci ilin mart ayında ADPU-nun Əcnəbi tələbələrlə iş üzrə fakültənin və Əcnəbi tələbələr üçün hazırlıq şöbəsinin bazası əsasında Əcnəbi tələbələrlə iş üzrə şöbə yaradılmışdır.

2017-ci ilin dekabr ayında ADPU-nun Əcnəbi tələbələrlə iş üzrə şöbənin adı dəyişdirilərək, Əcnəbi tələbələrlə iş şöbəsi adlandırıldı. Şöbə ADPU-da təhsil alan əcnəbi tələbələrə və təhsil almaq istəyən bütün əcnəbi vətəndaşlara xidmət göstərir.

Ötən illər ərzində ADPU-da əcnəbi tələbələrin təhsilinin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində məqsədyönlü fəaliyyət göstərilmişdır, müxtəlif ixtisaslar üzrə yüzlərlə əcnəbi vətəndaş məzun olmuş, şərəfli müəllim peşəsinə yiyələnmişdirlər.

ADPU-da Azərbaycan Respublikası ilə xarici ölkələr arasında təhsil sahəsində bağlanılmış müqavilələr əsasında, Türkiyənin Ali Təhsil Şurasının (YÖK), Tələbə Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM) imtahanlarının nəticələrinə əsasən, ADPU-nun əcnəbi vətəndaşlarla birbaşa bağladığı müqavilələr əsasında və Dövlət İmtahan Mərkəzinin keçirdiyi mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında əcnəbi vətəndaşlar təhsil alırlar. Hazırda ADPU-da Türkiyədən , Çindən, Rusiyadan, Ukraynadan, Gürcüstandan, Türkmənistandan, Suriyadan olan əcnəbi vətəndaşlar müxtəlif ixtisaslar və səviyyələr üzrə təhsil alırlar.

2005-ci ildən ADPU-da Türk Tələbələrinin İdarəetnə Şurası (Türk Öğrenci Yönetim Konseyi) fəaliyyət göstərir. Türkiyə və Azərbaycanın əlamətdar tarixi, mədəni, ictimai hadisələrinə uyğun tədbirlərin təşkilində aktiv iştirak edirlər.

ADPU- da təhsil alan əcnəbi vətəndaşlar üçün müxtəlif auditoriyadankənar işlər – şəhər (Şəhidlər Xiyabanı, Fəxri xiyaban) və şəhərkənarına (Qobustan, Qala və s.), muzey və sərgilərə ekskursiyalar təşkil edilir. Universitetimizin ictimai həyatında əcnəbi tələbələr olduqca aktiv iştirak edir, keçirilən bir çox tədbirdə ya təşkilatçı, ya da iştirakçı qismində çıxış edirlər. Həm universitetdə, həm də respublikamızda universitetlər arasında keçirilən müxtəlif xarakterli- idman, musiqi, incəsənət, bilik və s. yarışlarda, müsabiqə və festivallarda universitetimizi layiqincə təmsil edirlər. Əcnəbi tələbələrlə aparılan auditoriyadankənar işlər Azərbaycan mədəniyyəti və insanları haqqında daha cox məlumat almaqda kömək edir, gənclik mühitində tolerantlığın təbliğinə imkan verir.

Ətraflı

 

1921-Cİ İLDƏN TƏHSİLİMİZİN KEŞİYİNDƏ...

Müəllimlik şərəfli peşədir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search