шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

“ Uğurun astanası” layihəsi

Dekabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının (TGT) Filologiya fakültəsi üzrə təşkilatının və  Fizika və texnologiya fakültəsi üzrə təşkilatının iştirakı ilə "Uğurun astanası" adlı layihə həyata  keçirilib. Tələbələri maraqlandıran "Tələbə Gənclər Təşkilatı nədir?", "Tələbə Gənclər Təşkilatının mənə gələcəkdə nə kimi faydaları var?", "İş tapmaqda bizə nə kimi köməkliyi ola bilər?" və sair bu kimi sualları cavablandırmaq məqsədi daşıyan bu layihədə tələbələr eyni zamanda vaxtilə TGT-nin sədri olmuş və hazırda gənc yaşlarında müxtəlif sahələrdə çalışan şəxslərlə tanış olublar.

Tədbirdə ADPU-nun TGT sədri Taleh Budaqov, sabiq sədrləri Sahil Qələndərov, Cavid Hüseynov, Kamal Zeynallı, sabiq sədr muavinləri Elxan İsgəndərov,  Səbinə Sadiqova, Turan Kərimli, həmçinin TGT-ə yeni  üzv olan tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan TGT-nin sədri Taleh Budaqov tələbələrə TGT-nin fəaliyyəti haqqında danışıb. Sonra Sahil Qələndərov, Cavid Hüseynov, Kamal Zeynallı, Elxan İsgəndərov,  Səbinə Sadiqova, Turan Kərimli çıxış edərək tələbələrə öz uğurları haqqında məlumat veriblər və təşkilatın onların  karyerasında mühüm  rol  oynadığını xüsusi vurğulayıblar.

Sonda tələbələrin sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi