шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

 

 

 orx1  4.Mustafayeva Mahirə Məsul katib nur1   5. Nəzərova Könül operator
Abdullayev Orxan
Müdir müavini 
 Mustafayeva Mahirə
Məsul katib
Səmədov Nurlan
Fotoqraf 
Nəzərova Könül
Operator 

 

 

Tarixi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mətbuat və informasiya şöbəsi (hazırda İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi) 2006-cı ildə yaradılıb. İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin yaradılmasında əsas məqsəd ADPU-nun respublikamızm kütləvi informasiya vasitələri ilə səmərəli əməkdaşlığını təşkil etmək, universitetin elmi-pedaqoji və ictimai-mədəni həyatını dövri mətbuatda yüksək səviyyədə işıqlandırmaq olmuşdur. Son illər ADPU-da təhsilin və tədrisin keyfıyyətinin yüksəldilməsi, tələbələrin biliyinin qiymətləndirilməsi zamanı şəffaflığın və obyektivliyin təmin edilməsi, bu elm və təhsil müəssisəsində informasiya-kommunikasiya texnologiyalarının uğurlu tətbiqi, eyni zamanda universitetin maddi-texniki bazasının gücləndirilməsi və beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən islahatların dövri mətbuatda günün tələbləri səviyyəsində təbliğ edilməsi İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin fəaliyyətinin əsas mahiyyətini təşkil edir.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin öz fəaliyyətini ölkəmizin aparıcı kütləvi inforınasiya vasitələri ilə sıx əməkdaşlıq şəraitində qurınası nəticəsində universitetin həyatı dövri mətbuatda və televiziyada lazımi səviyyədə işıqlandırılır. Universitetin “Gənc müəllim” qəzeti də İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin nəzdində fəaliyyət göstərir.

“Gənc müəllim” qəzeti ADPU-da 1958-ci il fevral ayının 1-dən nəşr olunur. Qəzetin yaradılmasında başlıca məqsəd bu ali təhsil müəssisəsinin həyatını işıqlandırınaq olmuşdur. İlk nüsxələri jurnalist Xəlil Köçərlinin redaktorluğu ilə nəşr olunan qəzetin səhifələrində bu qabaqcıl elm və təhsil müəssisəsinin həyatı dolğun şəkildə öz əksini tapmış, onun elmi-pedaqoji sahədə qazandığı uğurlar, həmçinin universitetdə keçirilən ictimai-mədəni tədbirlər müntəzəm olaraq işıqlandırılmışdır. “Gənc müəllim” qəzeti fəaliyyətinin ilk günlərindən gənc nəslin təlim-tərbiyəsi işinin fəal iştirakçısına çevrilmiş, tələbələrin mənəvi-əxlaqi təkamülünə ciddi təsir göstərınişdir.

“Gənc müəllim” qəzeti pedaqoji kadr hazırlığı işində bilavasitə xidmətlər göstərıniş, tələbələrin elmi-mədəni səviyyəsinin yüksəldilməsində və dünyagörüşünün genişləndirilməsində mühüm rol oynamışdır. Müxtəlif vaxtlarda qəzetə redaktorluq edən Kamal Qəhrəmanov (1963-1966), Zahid Xəlil (1966-1969), Sərhəd Məmmədov (1969-1972), Zakir Sərdarov (1972-1984), Əziz Axundlu (1984-2000), Təranə Rəhimli (2000-2006), Ayətxan İsgəndərov(2007-2015) universitetin elmi-mədəni nailiyyətlərini “Gənc müəllim”in səhifələrində işıqlandırınaqla yanaşı, tələbə-gənclərin yaradıcılığına da xüsusi qayğı ilə yanaşmış, onlarla fəal iş aparmışlar. Tofıq Qəhrəmanov, Akif Səməd, Tofiq Eyvazov, Rabil Novruzov və başqa istedadlı şair və jurnalistlər qəzetin məsul katibi, müxbiri və ədəbi işçisi kimi fəaliyyət göstərmişlər. Yazıları “Gənc müəllim”in səhifələrində müntəzəm olaraq dərc edilən Xəlil Rza Ulutürk, Xeyrəddin Qoca, Məmməd Elli, Tinatin Əliyeva, Əsəd Əsədov, Alqayıt və başqaları qəzetlə sıx əlaqə saxlayan ən fəal müəlliflərdən olmuşlar. Bu tanınmış imzalar qəzetin fəaliyyətinin yüksəldilməsində mühüm rol oynamışlar.

“Gənc müəllim” bədii istedadı olan tələbə-gənclərin yaradıcılıq istiqamətlərinin düzgün müəyyənləşdirilməsində də onlara yardımçı olmuşdur. Son illər qəzetin nəşri sahəsində bir sıra uğurlar əldə edilmişdir. Qəzetdə dərc edilən materialların jurnalistik, elmi, bədii səviyyəsi və qəzetin texniki tərtibatı xeyli yüksəldilmişdir. Qəzetin səhifələrinin artırılması, tirajın çoxaldılması, rəngli çapı, yüksək kompüter tərtibatı ilə təmin edilməsi «Gənc müəllim»in texniki cəhətdən təkmilləşdirilməsinə şərait yaratmışdır. Mübaliğəsiz demək olar ki, qəzet, sözün həqiqi mənasında, universitet həyatının güzgüsünə, onun tarixini yazan mətbuat orqanına çevrilmişdir.

“Gənc müəllim” qəzeti 2010-cu ilin aprel aymdan Azərbaycan Mətbuat Şurasının üzvüdür. “Gənc müəllim” qəzeti İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Mənsur İbrahimovun ümumi rəhbərliyi, Orxan Abdullayevin müdir müavinliyi, Günay Bağırlının redaktorluğu, Mahirə Mustafayevanın məsul katibliyi, Könül Nəzərovanın operatorluğu və Nurlan Səmədovun fotoqraflığı ilə universitetin elmi-pedaqoji və ictimai-mədəni həyatında baş verən hadisələrin fəal iştirakçısı və təbliğatçısı kimi öz fəaliyyətini davam etdirir.

“Gənc müəllim” qəzetinin redaktorlar:

Xəlil Köçərli (1958-1963)

Kamal Qəhrəmanov (1963-1966)

Zahid Xəlil (1966-1969)

Sərhəd Məmmədov (1969-1972)

Zakir Sərdarov (1972-1984)

Əziz Axundlu (1984-2000)

Təranə Rəhimli (2000-2006)

Mənsur İbrahimov (2006-2007)

Ayətxan İsgəndərov (2007-2015)

Nigar Abbasova (2017)

Günay Bağırlı (2018)

Fəaliyyəti

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi öz fəaliyyətini ölkəmizin aparıcı və nüfuzlu kütləvi inforınasiya vasitələri ilə sıx əməkdaşlıq şəraitində quraraq universitetin ictimai-mədəni və elmi-pedaqoji həyatının, həmçinin bu ali məktəbdə təhsil sahəsində və beynəlxalq əməkdaşlıq sahəsində qazanılan uğurların dövri mətbuatda, televiziyada, eləcə də şöbənin nəzdində fəaliyyət göstərən “Gənc müəllim” qəzetində lazımi səviyyədə işıqlandırılmasını təmin edir.

Aşağıdakı işləri təmin edir:

"Gənc müəllim" qəzetinin redaksiyası

ADPU.EDU.AZ portalının

"ADPU-Xəbər" blokunun redaksiyası

"ADPU-Elan" blokunun redaksiyası

"Gənc müəllim" blokunun redaksiyası

Sosial medianın idarə olunması