шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

İnformasiya və kommunikasiya texnologiyaları şöbəsi

 Tarixi

ADPU-nun  “ IKT  Mərkəzi”    2007-ci  ildən ilkin   olaraq   “Kompüter  Mərkəzi”   kimi   fəaliyyətə  başlamışdır .  Mərkəzə 2007-2017-ci illərdə İlham Əhmədov rəhbərlik etmişdir. 2017-ci ildən Mərkəzin direktoru vəzifəsinə Fərid Quluzadə təyin edilmişdir.

   “ Kompüter  Mərkəzi” nin  yaradılmasında məqsəd universitetin kompleks  kompyuterləşməsinin  layihələndirilməsi, müvafiq strateji proqramın hazırlanması, icrası, monitorinqi, tədris prosesinin proqram-metodik  təminatı sahəsində elmi-tədqiqatların aparılması, universitet  təhsilinin informatlaşması sahəsində elmi-texniki siyasətin formalaşması və həyata  keçirilməsi, tədricən universitetin vahid informasiya təhsil məkanının formalaşdırılması, onun milli və qlobal informasiya məkanına  inteqrasiya  edilməsi  kimi müasir problemləri həll etməkdir.  Mərkəzin fəaliyyətində təhsildə İKT-nin tətbiqinə dair universitetdə aparılan  elmi-tədqiqat işlərinin əlaqələndirilməsi, tədris təyinatlı proqram vasitələrinin yaradılması, universitetdə rəqəmsal tədris resursları fondunun formalaşdırılması və təbliği, tədris təyinatlı proqram vasitələrinin ekspertizasının aparılması, tədris prosesinin İKT ilə təminatının təhlili, universitetin əməkdaşlarının  İKT üzrə məqsədli hazırlanması, yenidən hazırlanması, ixtisasların artırılması, təhsildə İKT-nin tətbiqinə dair milli və beynəlxalq   səviyyəli  elmi konfrans  və  seminarların  təşkili  də mühüm yer tutur.

   Mərkəzin  fəaliyyətə  başladığı  ilk aylarda  universitetdə   təhsilin informatlaşması  üzrə 5  illik  inkişaf  proqramı  hazırlanmışdır.  2007-2013-cü  illəri  əhatə edən  həmən  inkişaf  proqramında  nəzərdə tutulan  tədbirlər  əsasən  icra olunmuşdur.  “Kompüter  Mərkəzi”   2007-2008-ci  tədris  ilindən etibarən  əsas  semestr  və  aralıq  imtahanlarını  elektron  test  sistemi  ilə  təşkilini  həyata    keçirir.    Bu  məqsədlə 2007- ci  ildə  VTS  TEST  elektron  test  proqram  təminatı  yaradılmışdır.  Proqramın  müəllifi  proqramaçı,  mərhum  Etibar  Axundov  idi.  Bu  sistem hal-hazırda  daha  2  universitetdə  tətbiq  edilir.        

   2015-ci  ildə   Mərkəz   “IKT, Monitorinq  və  Qiymətləndirmə  Mərkəzi”   kimi  fəaliyyət  göstərmiş, 2016-cı  ildə  isə  “İKT  Mərkəzi”  kimi   yenidən qurulmuşdur.  Mərkəzin  sərəncamında  olan 5 kompüter  sinfində  200-ə  yaxın komputer  var.  Yeni  mərhələdə  Mərkəzin əsas  missiyası universitetdə  təhsilin informatlaşmasını   həyata  keçirmək,  müxtəlif  təhsil  innovasiyalarını  reallaşdırmaq  üçün  universitetin   kompleks  informatlaşmasını  layihələndirmək,  icra  etməkdən  ibarətdir. 

 Xarici əlaqələr

    Mərkəzin  əməkdaşları    Türkiyənin,  RF,  Ukraynanın və Qazaxstanın universitetləri  ilə  əlaqələr qurmuş,  mütamadi  olaraq  həmən  universitetlərə təcrübə  mübadiləsi  məqsədi  ilə  səfərlər etmişlər.  Bu  tərəfdaş  universitetlərin  nümayəndələri  də   ADPU-da  səfərdə  olmuş,  “IKT, Monitorinq  və  Qiymətləndirmə  Mərkəzi”nin  iş  təcrübəsi  ilə tanış  olmuşlar. Mərkəzin  direktoru  dos. İlham  Əhmədov  dəfələrlə  YUNESKO-nun   “Təhsildə İKT”    institutunun  Moskva  və  Sankt-Peterburq  şəhərlərində  təşkil  etdiyi  konfranslara  dəvət  almış,  konfranslarda  elmi  məruzələr  etmişdir.

2018-ci ildən etibarən "İKT Mərkəzi"  "İKT şöbəsi" adlanmağa başlamışdır.

Şöbənin fəaliyyətinin  əsas  istiqamətləri :

  • Elm və  təhsilin informatlaşması
  • Texniki  xidmət və  proqram təminatı 
  • Universitetin  elektron  idarəedilməsi

Struktur

  1. Texniki xidmət bölməsi
  2. Proqram təminatı bölməsi

Fəaliyyəti

Şöbədə 2008- ci  ildən  “ Təhsildə İKT”   elmi-metodik  jurnalı dərc   dərc  edilir.  Bu  jurnal  AAK-ın bəyəndiyi  xüsusi  jurnallar  siyahısına  daxil edilmişdir.  Şöbə   təhsilin  informatlaşmasına  dair   bir  neçə  dəfə  elmi  seminarlar  təşkil  etmişdir. 2010-cu  ildə  AMEA-nin  İKT  institutu  ilə  birgə təhsilin  informatlaşması  problemlərinə  dair  respublika  konfransı  keçirmişdir. Mərkəzin əməkdaşları  beynəlxalq  və  milli  səviyyədə  keçirilən  elmi  konfranslarda  mütəmadi iştirak  edir,  yerli  və  xarici  elmi  jurnallarda  təhsilin  müasir  problemlərinə  dair  məqalələrlə  çıxış  edirlər.