шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Maliyyə şöbəsi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mühasibatlıq şöbəsi universitet yarandığı gündən fəaliyyət göstərir.

* universitet büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatların “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər normativ-hüquqi aktlara uyğun uçot işləri aparır.

* maliyyə vəsaitin təyinatı üzrə və səmərəli istifadə edilməsini və xərclərin uçotunu həyata keçirir, xərclər smetalarının icrasına, müəssisələrarası hesablamalara, pul vəsaitlərinin və maddi qiymətlilərin saxlanmasına, müvafiq qanunvericiliyə uyğun olaraq əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və dövriyyə vəsaitlərinin inventarizasiyasını keçirir və təyin olunmuş komissiya  köhnəlmiş və yararsız hala düşmüş inventarları yoxlayıb silinməsini təmin edir.

 * universitetin işçilərinə əmək haqlarının və digər ödəmələrin (o cümlədən, ezamiyyə xərclərinin) düzgün hesablanmasını və vaxtında ödənilməsini, habelə əmək haqlarından və digər ödəmələrdən vergi və tutulmaların düzgün hesablanaraq vaxtında aidiyyəti üzrə ödənilməsini və öhdəliklərin icrasına və digər maliyyə-təsərrüfat faktlarının düzgünlüyünə daimi nəzarəti təmin edir

 * büdcə və xüsusi vəsaitlər üzrə xərclər smetalarının, elmi-tədqiqiat laborotoriyalarının xərclər smetalarının və digər büdcədənkənar vəsaitlərin mühasibat uçotu “Büdcədən maliyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair məlumat”a uyğun olaraq, vahid balansda aparılır.

* universitet üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim olunması nəzərdə tutulan məlumat və hesabatları, o cümlədən icmallaşdırılmış maliyyə hesabatlarını hazırlayır

Mühasibatlıq 18 nəfərdən ibarət aparıcı mühasib və iqtisadçıdan ibarətdir.

Hazırda universitetin mühasibatlığı inkişaf edərək dövrün müasir tələblərinə cavab verən müasir proqramlar əsasında tam avtomatlaşdırılmışdır. Mühasibatlıq aşağıdakı  bölmələrdən ibarətdir.

-Əmək haqqının uçotu bölməsi

-Ödənişli təhsilin və təqaüdün uçotu

- Planlaşdırma

-Maliyyə bölməsi

- Mal material bölməsi

Şöbəyə baş mühasib Mətanət Quliyeva rəhbərlik edir.