шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Elmi Şura

1

 

2

 

3

Azərbaycan Dövlət Pedaqoji Universitetinin

 Elmi Şurasının tərkibi

 

Soyadı, adı, atasının adı

Tutduğu vəzifə

Elektron ünvan

1.     

prof. Cəfərov Cəfər Məmməd oğlu

Sədr, Rektor

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

2.     

dos. Aslanov Eldar İkram oğlu

Sədr müavini, Tədris işləri üzrə prorektor

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

3.     

prof. Zamanov Asəf  Dağbəyi  оğlu

Elm və innovasiyalar üzrə prorektor

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

4.     

prof. Rzayev Fikrət  Çingiz  оğlu

Sosial və humanitar məsələlər üzrə prorektor

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

5.     

Abbaszadə Nigar İlqar qızı

Beynəlxalq əlaqələr üzrə prorektor

nigyar.abbaszade@ adpu.edu.az

6.     

Xalıqov Əbdül Süleyman oğlu

Ümumi  işlər üzrə prorektor

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

7.     

Mehdiyev Ümid Səməndər oğlu

İnzibati və iqtisadi işlər üzrə prorektor

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

8.     

s.e.ü.f.d. Axundov Asif Əbülfəz oğlu

Elmi Katib

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

9.     

dos. Əliyev Sənan İsfəndiyar   oğlu

Tədris Departamentinin direktoru

senan.aliyev@ adpu.edu.az

10.  

prof. Xəlilov Buludxan Əziz oğlu

Filologiya fakültəsinin dekanı

buludxan.xalilov@ mail.ru

11.  

dos. Əliyeva Şəhla Qasım qızı

Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim  fakültəsinin dekanı

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

12.  

dos. Nəcəfov Maqsud Ağaqulu oğlu

Riyaziyyat və informatika fakültəsinin dekanı

maqsud.necefov@ adpu.edu.az

13.  

prof. Rüstəmov Fərrux Abbas oğlu

İbtidai təhsil fakültəsinin dekanı

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

14.  

dos. Pənahov Şahin Məhəmməd oğlu

Tarix və coğrafiya fakültəsinin dekanı

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

15.  

dos. Mehbalıyeva Elnarə Cabir qızı

Kimya və biologiya fakültəsinin dekanı

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

16.  

f-r.e.ü.f.d.Daşdəmirov Arzu Oruc oğlu

Fizika və texnologiya fakültəsinin dekanı

dekan_fiz-tex@ adpu.edu.az

17.  

dos. Həsənova Laçın Xalid qızı 

Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və Çağrışaqədər hazırlıq  fakültəsinin dekanı

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

18.  

dos. Novruzov Qulu Novruz oğlu

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji  Kollecin direktoru

gnovruzov@ mail.com

19.  

prof. Allahverdiyev Əli Qulu  oğlu

Quba filialının direktoru

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

20.  

dos. Yusifova Tünzalə Vəli qızı

Şamaxı filialının direktoru

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

21.  

dos. Rasulov Rafiq  Abduləli oğlu

Şəki filialının direktoru

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

22.  

dos. Fərzəliyeva Mətanət Çərkəz oğlu

Agcabədi filialının direktoru

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

23.  

dos. Sultanlı Xudayar Həzərxan oğlu

Cəlilabad filialının direktoru

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

24.  

dos. Əliyev Vaqif Kamil oğlu

Həmkarlar İttifaqı Komitəsinin sədri

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

25.  

dos. Məmmədov Vurğun Rəhim oğlu

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

26.  

dos. Zalov Əli Zal oğlu

ADPU-nun TEC-nin sədri

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

27.  

prof. Cəbrayılov Məlikməmməd Saday oğlu

Riyazi analiz kafedrasının  professoru

prorektor_tedris@ adpu.edu.az

28.  

prof. Qasımov Himalay Ənvər oğlu

Azərbaycan və dünya ədəbiyyatı

kafedrasının müdiri

Fidan303@ mail.ru

29.  

prof. Xudiyev Nizami Manaf oğlu

Azərbaycan dilçiliyi kafedrasının müdiri

azerbaycandilchiliyiadpu@ mail.ru

30.  

prof. Xəlilov Zahid Abdulla oğlu

Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

31.  

prof. Tanrıverdiyev Əzizxan Vəli oğlu

Azərbaycan dili və onun  tədrisi metodikası kafedrasının müdiri

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

32.  

prof. Hüseynova Mahirə Nağı qızı

Müasir Azərbaycan dili kafedrasının müdiri

nağBu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

33.  

AMEA-nın müxbir üzvü,

prof. Əliyev Vəli Hüseyn oğlu

Ümumi tarix kafedrasının müdiri

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

34.  

prof. Rzayev Rəhim Mikayıl oğlu

Riyazi analiz  kafedrasının professoru

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

35.  

prof. Verdizadə Nailə Allahverdi qızı

Analitik kimya kafedrasının  professoru

verdizade45@ mail.ru

36.  

prof. Eyvazov Edil Əli oğlu

Ümumi  fizika kafedrasının professoru

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

37.  

prof. Ağayev Bəhlul İsfəndiyar oğlu

Biologiya və onun tədrisi metodikası kafedrasının  professoru

zeynalova@ mail.az

38.  

prof. Qurbanov Ələkbər Nemət oğlu

Ümumi  kimya və kimyanın tədrisi metodikası kafedrasının  professoru

umumikimyavəktm@ mail.ru

39.  

prof. İlyasov Müseyib İbrahim oğlu

Məktəbəqədər təhsilin pedaqogikası və metodikası  kafedrasının müdiri

museyibilyasov@ gmail.com

40.  

prof. İsayev İramin Namaz oğlu

Ümumi pedaqogika kafedrasının müdiri

Iramin.isaev@ gmail.com

41.  

prof. Dadaşova Minarə  Rəhim  qızı

Musiqi alətləri fənlərinin tədrisi metodikası kafedrasının  professoru

minare.dadasheva@ gmail.com

42.  

prof. Əliyev Ramiz İbrahim oğlu

Ümumi psixologiya kafedrasının müdiri

ramizeliyev@ gmail.com

43.  

c.ü.e.d. Abduyev Məhəmməd Abdu oğlu

Ümumi coğrafiya kafedrasının müdiri

abduyevm@ gmail. com

44.  

dos. Rzayeva Yaqut Tosif qızı

İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

45.  

dos. Alıyeva Gülçöhrə  Babaəli qızı

İngilis dili kafedrasının müdiri

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

46.  

dos.Yusifova Anaxanım Əmralı qızı

Biologiya və onun tədrisi metodikası kafedrasının müdiri

shahla-nasimi@ gmail. com

47.  

dos. Rüstəmov Çingiz Ataxan oğlu

Təsviri incəsənət və onun tədrisi metodikası kafedrasının müdiri

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

48.  

Budaqov Taleh İbrahimxəlil  oğlu

ADPU-nun TGT –nin sədri

adputgt@ adpu.edu.az

49.  

Həsənova Könül Ədalət  qızı

Bakı şəhər M.Rahim adına 7 saylı məktəbin direktoru

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

ADPU-nun  Elmi  Şurasının  16 may  2018-ci il  tarixli  iclasının

QƏRARLARI

  1. 1. ADPU-nun Tədris işləri üzrə prorektoru dosent Eldar Aslanovun “2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti” haqqında məlumatı nəzərə alınsın.

1.1. ADPU-da yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti qənaətbəxş hesab olunsun.

1.2. Bütün fakültə dekanları, kafedra müdirlərinə və digər struktur bölmə rəhbərlərinə tapşırılsın ki, məlumatda qaldırılmış məsələlərin həlli istiqamətində üzərilərinə düşən vəzifələri vaxtında icra etsinlər.

  1. 2. ADPU-nun Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı dosent Şəhla Əliyevanın məruzəsi nəzərə alınsın.

2.1. Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinə göndərilmiş Monitorinq qrupunun hesabatı və fakültənin işinin təşkilində olan iradlar nəzərə alınsın.

  1. 3. ADPU-nun Tədris işləri üzrə prorektoru dosent Eldar Aslanovun “İxtisasların təhkim olunması haqqında” məlumatı nəzərə alınsın.

3.1. ADPU-da kadr hazırlığı aparılan ixtisasların fakültələr və kafedralar üzrə təhkim olunması haqqında cədvəllər təsdiq olunsun.

3.2. Tədris Departamentinə tapşırılsın ki, fakültələrlə birlikdə 2018/2019-cu tədris ilindən etibarən ixtisasların təhkim olunması cədvəllərinə uyğun olaraq fənnlərin kafedralar üzrə dəqiq bölgüsünü hazırlayıb  təsdiq üçün  Elmi Şuraya təqdim etsin.

  1. 4. ADPU-nun Tədris işləri üzrə prorektoru dosent Eldar Aslanovun “İngilis dilinin tədrisinin gücləndirilməsi haqqında” məlumatı nəzərə alınsın.

4.1. ADPU-da ingilis dilinin tədrisinin daha da gücləndirilməsi üçün ADPU-da mövcud olan iki ingilis dili kafedrası üzrə 94 müəllimin, həmçinin Şəki filialının ingilis dili müəllimlərinin dil bilik səviyyələrinin müəyyənləşdirilməsi məqsədilə onların “Cambridge English Placement Test (CEPT)” imtahanlarını verməsi təmin olunsun.

4.2. Bu imtahanların nəticələrinə uyğun olaraq B2 və ya B1 səviyyələrindən yüksək nəticə toplamış 40 nəfər müəllimə və filialdan 20 nəfər müəllimə Cambridge Teaching Knowledge Test (TKT) Module 1 üzrə təlimlər keçirilməsi məqsədəuyğun hesab olunsun.

4.3. ADPU-nun müvafiq dil kafedralarında müəllimlərin müsabiqə  yolu ilə işə qəbulu zamanı bu nəticələrin nəzərə alınması və “Cambridge English Placement Test (CEPT)” imtahanlarının  B2 və ya B1 səviyyələrini toplaya bilməyən müəllimlərin bir illik sinaq dövrü üzrə əmək müqaviləsi bağlaması və müvafiq səviyyə üzrə nəticə əldə etdikləri təqdirdə 5 illik müqavilə ilə işə qəbul olunmaları tövsiyə olunsun.

 Yenidənhazırlanma  təhsilində bütün ixtisaslarda pedaqoji təcrübə 2 həftə olduğu nəzərə alınaraq qoşa ixtisaslar (Azərbaycan dili və ədəbiyyat ixtisası) üzrə- 4 sınaq dərsi, digər ixtisaslar üzrə isə 3 sınaq dərsi nəzərdə  tutulsun;

   - Yenidənhazırlanma  təhsilində bütün ixtisaslar üzrə pedaqoji təcrübə müddətində saatların bir tələbə üçün  müvafiq olaraq aşağidakı kimi hesablanması qəbul edilsin:

   Metodist- 5 saat;

     Pedaqoq-1 saat;

     Psixoloq-1 saat;

  1. 5. Yenidənhazırlanma təhsilində 2 həftəlik pedaqoji təcrübə aşağıdakı qaydada keçirilsin:

    Təcrübə keçirilən təhsil müəssisəsindən olan əməkdaş üçün-1 saat.

  1. 6. Azərbaycan Dövlət Pedaqoji Universitetində 2018/2019-cu tədris ili üzrə  qiyabi təhsilalma formasında təhsil alan tələbələrin pedaqoji təcrübənin keçirilməsi müddətlərinin dəyişdirilməsi məqsədəuyğun sayılsın.

  6.1. Qiyabi təhsilalma formasında təhsil alan tələbələrin pedaqoji təcrübəsi əyani təhsil alan tələbələr kimi ardıcıl olaraq 14 həftə təşkil olunsun.

  1. 7. Fəlsəfə və sosial fənlər kafedrasında 60 saat tədris olunan “Fəlsəfə” fənni bütün ixtisaslarda (İbtidai sinif müəllimliyi ixtisası istisna olmaqla) 30 saat mühazirə və 30 saat seminar kimi tədris olunsun.
  2. 8. “Fənlərin tədrisi metodikası: müasir yanaşmalar” mövzusunda keçirilmiş Magistrantların I Respublika elmi konfransının materiallarının çap edilməsi məsləhət bilinsin.

                                Elmi katiblik

ADPU-nun  Elmi  Şurasının 10 iyul  2018-ci il  tarixli  iclasının

QƏRARLARI

  1. 1. ADPU-da keçirilən Yaz imtahan sessiyasının yekunları haqqında Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanovun məlumatı nəzərə alınsın.

1.2. Bütün fakültə dekanlarına, kafedra müdirlərinə və digər struktur bölmə rəhbərlərinə tapşırılsın ki, məlumatda qaldırılmış məsələlərin həlli istiqamətində üzərilərinə düşən vəzifələri vaxtında icra etsinlər.

              2.1. ADPU-da kafedralar üzrə professor-müəllim  vəzifələrini tutmaq üçün   keçirilən  müsabiqənin nəticələri haqqında Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanovun 

               məlumatı  nəzərə alınsın.

                 2.2. Fakültə Elmi Şuralarında keçirilən seçkilərin nəticələri təsdiq edilsin.

                 3.1. ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri, professor  İbrahim

                 Bayramovun hesabatı nəzərə alınsın.

3.2. Magistratura və doktorantura şöbəsinə göndərilmiş Monitorinq qrupunun hesabatı nəzərə alınsın və şöbənin işinin təşkilində nöqsanların  aşkar olunduğu qeyd edilsin.

3.3. Həmin nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilsin və nəticəsi  ADPU-nun  Elmi  Şurasına  təqdim  edilsin.

4.1. ADPU-nun  Tədris–Metodiki Şurasının yeni tərkibi təsdiq edilsin.

4.2. “Fiziki tərbiyə və çağırışaqədər hazırlıq müəllimliyi” ixtisası üzrə təhsil alan  tələbələr vahid forma geyimlərinə keçirilsin.

    4.3. “Fizika müəllimliyi” ixtisasının, “Fizika fənninin tədrisi metodikası və metodologiyası”, “Riyaziyyat müəllimliyi” ixtisaslarının, “Riyaziyyatın tədrisi metodikası və metodologiyası” ixtisaslaşmalarının magistr dissertasiya işlərinə elmi rəhbərliyə riyaziyyat və fizika elm sahələri üzrə nəzəri kafedraların yüksək təcrübəyə malik elmlər doktorları, professorları cəlb edilsinlər.    

4.4.  İbtidai təhsil fakültəsinin magistratura səviyyəsi üzrə 060115 – “İbtidai sinif 

müəllimiyi” ixtisasının “İbtidai sinifdə tədrisin metodikası və metodologiyası”          ixtisaslaşması üzrə IV blok seçmə fənlərin siyahısına “Riyaziyyat təlimində qeyri-standart çalışmalar həllinin öyrədilməsi metodikası (I-IV siniflər)” fənni əlavə edilsin.

4.5. Riyaziyyat və informatika fakültəsinin “İnformatika müəllimliyi” ixtisasının IV tədris ilində Riyaziyyatın tədrisi metodikası kafedrasına aid “Seçmə fənn” olmadığından Payız-7-də  Riyazi analiz  kafedrasında tədris olunan “Funksional analiz” seçmə fənni və “Riyaziyyat və informatika müəliimliyi” ixtisası üzrə  V tədris ilində Payız-9-da Riyaziyyat və onun tədrisi metodikası kafedrasına aid bir seçmə fənn olmadığından Hesablama riyaziyyat və informatika kafedrasının seçmə fənn blokuna aid olan “İnformasiya mülahizələri” fənlərinin əvəzinə Riyaziyyatın tədrisi metodikası kafedrasında “Ümumtəhsil Kurikulumunun Əsasları” fənni tədris olunsun.

                     4.6.1. 20-22 iyun 2018-ci il tarixlərdə Azərbaycan Müəllim İnkişafı Mərkəzi tərəfindən keçirilmiş “Cambridge English Placement Test” (CEPT) imtahanların nəticələrinə əsasən:

  • “C+” səviyyəsi üzrə nəticə əldə etmiş müəllimlərin şəxsi işlərinə təşəkkür yazılmaqla layihə çərçivəsində “TKT Modul 1” üzrə təlimlərdə iştirakı təmin edilsin, həmçinin yarımştat və ya saathesabı qaydada dərs deyən müəllimlərə 5 il müddətində tam ştat müəllim kimi fəaliyyət göstərmələri təklif edilsin.
  • “B1” səviyyəsi üzrə nəticə əldə etmiş müəllimlərin “Cambridge Assessment English B1 (PET) exam” imtahanına hazırlanması üçün təlimlərdə iştirakı təmin edilsin.
  • “A2” səviyyəsi üzrə 25 və daha yüksək nəticə əldə etmiş müəllimlər dil bilik səviyyələrini artırmaları üçün 1 il ərzində öz hesablarına təlimlərdə iştirak etsinlər və qeyd edilmiş müddət tamamında ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyilə təkrarən CEPT imtahanlarına cəlb edilsinlər.
  • “A2” və “A1” səviyyələri üzrə 19-24 arası bal toplamış, 1 illik müqavilə və saat hesabı qaydada fəaliyyət göstərən müəllimlərin əmək müqaviləsinə xitam verilsin və 2018-2019-cu tədris ilindən tədris prosesinə cəlb edilməsinlər, ştatda çalışan müəllimlər 1 il ərzində öz hesablarına “TKT Modul 1” üzrə sertifikatlarını təqdim etsinlər.
  • Nəticələrə əsasən 19-dan aşağı bal toplayan, şəxsiyyət vəsiqəsini təqdim etməyən, imtahanlarda iştirak etməyən müəllimlərin şəxsi işlərinə xəbərdarlıq yazılsın, ştatda çalışan müəllimlər 1 il ərzində öz hesablarına “TKT Modul 1” üzrə sertifikatlarını təqdim etsinlər, 1 illik müqavilə və saat hesabı qaydada fəaliyyət göstərən müəllimlərin əmək müqaviləsinə xitam verilsin və 2018-2019-cu tədris ilindən tədris prosesinə cəlb edilməsinlər.
  • Qeyd edilən müddət ərzində TKT sertifikatlarını təqdim etməyən müəllimlərin Əmək Məcəlləsinin 70-ci maddəsinin c) bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;) əmək müqaviləsinə xitam verilsin və müvafiq məlumat müəllimlərin diqqətinə çatdırılsın.
  • Uzunmüddətli müqavilə əsasında müəllim kimi seçilən və ştatda olan müəllimlərə görə kafedra müdirlərinin cavabdehlik daşıdığını nəzərə alaraq, müəllimlərin 20-22 iyun 2018-ci il tarixlərdə imtahanlarda iştirakını təmin etməyən kafedra müdirlərinə xəbərdarlıq edilsin.

4.6.2. Layihə çərçivəsində 2018-2019-cu tədris ilinin birinci yarım-ilindən etibarən təlimlər təşkil edilsin, təlimlərdə iştirak edəcək müəllimlərlə görüş keçirilsin, təlimlərin gün və saatları Azərbaycan Müəllim İnkişafı Mərkəzi ilə qarşılıqlı qaydada razılaşdırılsın və dərs cədvəllərinin tərtibi zamanı nəzərə alınsın.

4.6.3. Cambridge English tərəfindən akkreditasiya edilmiş imtahan mərkəzləri kimi yalnız Azərbaycan Müəllim İnkişafı Mərkəzi və ya British Council tərəfindən verilmiş TKT (Tədris Bilik və Bacarıqları üzrə Test) sertifikatları qəbul edilsin və öz hesabına TKT təlimlərində iştirak edəcək və sertifikatları təqdim edəcək müəllimlərin diqqətinə çatdırılsın.

4.6.4. Şəki filialında (“İngilis dili müəllimliyi” ixtisası üzrə kadr hazırlayan yeganə filial kimi) ingilis dilini tədris edən müəllimlər CEPT imtahanları, nəticəsi olaraq TKT təlimlərinin təşkili barədə məlumatlandırılsın, sentyabr ayından etibarən prosesin başlanması məqsədilə təşkilati məsələlər qarşılıqlı olaraq həll edilsin.

4.7. ADPU-da 2018/2019-cu tədris ili üzrə qiyabi təhsilalma formasında pedaqoji təcrübə fevral ayının 16-dan əyani təhsil alanlar ilə birgə təşkil edilsin və eyni qaydada hesablansın.

4.8. “Tarix və coğrafiya müəllimliyi” ixtisasının Coğrafiya istiqaməti üzrə pedaqoji təcrübənin  15 saatından 4 saatı çöl təcrübəsinə verilsin,  Tarix istiqaməti üzrə isə pedaqoji təcrübə 16 saat tam hesablansın.

 

                             

 

                                            Elmi katiblik