шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

SABAH qrupları

Tarixi

       SABAH qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmışdır.

        SABAH qruplarına qəbul 3 mərhələdən ibarət olmaqla müsabiqə yolu ilə aparılır. Ilk mərhələ qeydiyyat, II mərhələ məntiq və xarici dil olmaqla imtahan və nəhayət III mərhələ müsahibə mərhələsidir. Müsabiqədə Respublikanın istənilən ali təhsil müəssisəsində yalnız tələb olunan ixtisaslar üzrə bakalavr pilləsinin I kursunda əyani əsaslarla təhsil alan və orta akademik göstəricisi 61-dən yuxarı olan tələbələr iştirak edə bilərlər. Müsabiqədə uğurlu nəticə göstərməklə SABAH qruplarına seçilmiş  tələbələr 2014/2015-ci tədris ilini sentyabr ayından elmi-pedaqoji potensialı, tədris-laboratoriya və maddi-texniki bazası yüksək olan 7 ali təhsil müəssisəsində II kursdan təhsillərini davam etdirirlər.

      SABAH qrupları tələbələri əlavə təqaüd (əlaçı tələbələr 70 AZN, digər tələbələr 50 AZN), bölgələrdə qeydiyyatda olanlar üçün gündə 3 dəfə qidalanma daxil olmaqla ödənişsiz yataqxana ilə təmin olunurlar. Bundan başqa tələbələrə xarici mübadilə proqramlarında iştirak, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri keçmək şəraiti yaradır.

     2015/2016-ci tədris ili üçün isə ixtisaslarımıza əlavə olaraq tarix və coğrafiya müəllimliyi (050114) ixtisası üzrə də qəbul elan olunub.

Strukturu

Bakalavr ixtisasları

  • 050118 - İbtidai sinif müəllimliyi
  • 050105 - Riyaziyyat - İnformatika müəllimliyi

Statistik göstəricilər (2014)

  • Qrupa 49 tələbə daxil olmuşdu.

İnformasiya yardımı