шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

SABAH qrupları

Sabah qrupları

 

 11.Mürsəlbəyova Lalə dos əv  5 Velibeyova Ayten
Mürsəlbəyova Lalə
Koordinator 
Vəlibəyova Aytən
Tyutor 

 

 

 

Tel: 

E-mail: 

SABAH qruplarında 2 ixtisas: İbtidai sinif müəllimliyi (050118) və Riyaziyyat və İnformatika müəllimliyi (050105) üzrə kadr hazırlığı aparılır.

SABAH qruplarında çalışan professor-müəllim heyəti semestrlər üzrə yenilənir. Hazırkı 2018/2019 tədris ilinin payız semestri üzrə 32 nəfər: 2 professor, 10 dosent, 4 baş müəllim və 16 müəllim çalışır.

SABAH qruplarında ali təhsilin bakalavriat səviyyəsinin əyani şöbəsində 135 nəfər tələbə təhsil alır: İbtidai sinif müəllimliyi ixtisası üzrə 85 tələbə, Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə 50 tələbə.

“İbtidai sinif müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr, ilk növbədə, əsas fundamental sahələri olan Pedaqogika, Ana dili, Riyaziyyat, Xarici dil, Uşaq ədəbiyyatı, Nitq mədəniyyəti, Tibbi biliklərin əsasları və baza fənlərinin tədrisi metodikası üzrə yüksək səviyyəli təhsil alıb bilik və bacarıqlarını zənginləşdirirlər.

“Riyaziyyat və informatika müəllimliyi” ixtisasında təhsil alan tələbələr Pedaqogika, Riyazi analiz, Cəbr, Həndəsə, Elementar riyaziyyat, Adi differensial tənliklər, Riyazi məntiq, Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi, İnformatika, Riyazi fizika tənlikləri, Proqramlaşdırma dilləri, Mülki müdafiə və tibbi biliklərin əsasları kimi əsas fənləri və sahələrinə uyğun seçmə fənləri mənimsəyib, bilik və bacarıqlarını zənginləşdirirlər.

Tələbələrin peşə inkişafını artırmaq, aldıqları nəzəri bilikərini möhkəmləndirmək və tətbiq etmək məqsədi ilə onlar tədris planına uyğun fəaliyyətə, həmçinin müxtəlif könüllülük və dərsdən kənar (tədris planından əlavə) pedaqoji və müxtəlif ixtisas təcrübə proqramlarına (Sağlam təhsil – sağlam millət layihəsi, İnternat məktəbləri, Təhsil Nazirliyinin könüllüsü, Asan xidmət və s.), sahə mütəxəssisləri ilə görüş, müxtəlif təlim, seminar və infoturlara yönəldilir.