шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Ağcabədi Filialı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı haqqında

M Ə L U M A T

13 iyun 2000-ci ildə Ümummilli Lider Heydər Əliyevin 349 saylı fərmanı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı yaradılmışdır. Filial 6,5 ha ərazidə 3 mərtəbəli binada yerləşir. Fəaliyyətinin ilk dövrlərində filiala “İbtidai təhsilin pedaqogika və metodikası” və “Məktəbəqədər təhsilin pedaqogika və metodikası” olmaqla 2 ixtisas üzrə qəbul planı təsdiq edilmiş, 2004-cü ildə isə “Tarix” və “Riyaziyyat” ixtisasları olmaqla əlavə 2 ixtisas üzrə də qəbul həyata keçirilmişdir. 2006-cı ildə “Riyaziyyat və fizika”, “Azərbaycan dili və ədəbiyyatı”, 2007-ci ildə “Tarix və coğrafiya”, 2009-cu ildə isə “Riyaziyyat və informatika müəllimliyi, “Tarix və coğrafiya müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “İbtidai sinif müəllimliyi” və 2013-cü ildə yenidən bərpa edilmiş “Məktəbəqədər təlim və tərbiyə” ixtisasları hesabına sayı 5-ə çatdırılmışdır. Hazırda filialda 592 nəfər tələbə təhsil alır. Onlardan 2 nəfəri Təhsil Nazirliyinin təsis etdiyi “Gələcəyin müəllimi” təqaüdünə layiq görülmüşdür. 2016-2017-ci tədris ilində filiala 5 ixtisas üzrə 150 nəfər tələbə qəbul olunmuşdur. Fəaliyyətdə olduğu 15 ilə yaxın dövr ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında bakalavr pilləsində pedaqoji kadr hazırlığı ilə yanaşı, pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması sahəsində də səmərəli işlər aparılmışdır. Filialda aşağıdakı struktur bölmələr mövcuddur: 1. Direktorluq: Direktor, tədris və elmi işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini; 2. Tədris və tələbə şöbəsi; 3. Kadrlar şöbəsi; 4. Ümumi şöbə; 5. Mühasibatlıq; 6. Təsərrüfat şöbəsi; 7. Kitabxana; 8. Kompüter mərkəzi; 9. Dekanlıq: Pedaqoji fakültə; İxtisasartırma fakültəsi. 10.Kabinetlər: Əlavə təhsilə metodiki xidmət kabineti. Kafedralar: Dillər, ədəbiyyat və onların tədrisi metodikası; İctimai, təbiət fənləri və onların tədrisi metodikası; Riyaziyyat, informatika və onların tədrisi metodikası; Xüsusi və ümumelmi fənlər. ADPU- nun Ağcabədi filialına tələbə qəbulu dövlət qəbul planına uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir. Son 3 ildə filialın ixtisaslarına müsabiqə xeyli yüksəlmiş, keçid ballarında dinamik artım özünü göstərmişdir. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə - 493-292 bal; Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə - 620-194bal; Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə - 497-227 bal; İbtidai sinif müəllimliyi ixtisası üzrə - 425-255 bal; Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə - 369-226 bal. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 noyabr tarixli, 1582 saylı fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialı hesab olunmuşdur. 2012-ci ildən bu filiala filologiya üzrə fəlsəfə doktoru, dosent Fərzəliyeva Mətanət Çərkəz qızı rəhbərlik edir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı bölgədə mədəni həyatın inkişafında müstəsna əhəmiyyəti olan ali təhsil ocağıdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı bir ali təhsil müəssisəsi kimi ötən 24 illik fəaliyyəti dövründə zəruri ehtiyac olan ixtisaslar üzrə 3 mindən artıq müəllim kadr hazırlığı həyata keçirmiş, bölgə ali məktəbi üçün qaneedici elmi-pedaqoji kadr potensialı formalaşdırmışdır. Respublikamızın Aran bölgəsində yerləşən, qədim yaşayış məskənlərindən biri kimi tanınan Ağcabədidə fəaliyyət göstərən bu ali məktəb 1992-ci ildə N.Tusi adına ADPU-nun Şuşa filialı adı ilə fəaliyyətə başlamışdır. Bölgədə yaşayan 15 nəfər alim, habelə tanınmış, yüksək hazırlıqlı digər mütəxəssislər filialda tədris prosesinə cəlb olunmuşlar. Hal-hazırda bu təhsil ocağında professor-müəllim heyəti tərkibində 45 nəfər çalışır ki, onlardan da 14 nəfəri fəlsəfə doktoru, (o cümlədən 8 nəfəri fəlsəfə doktoru, dosent, 3 nəfəri fəlsəfə doktoru,dosent əvəzi, 3 nəfəri fəlsəfə doktoru, baş müəllim), 21 nəfər baş müəllim,10 nəfəri isə müəllimdir. 3 nəfər magistr, 2 nəfəri doktorant və 3 dissertantdır. Son 5 ildə filial əməkdaşlarından 1 nəfəri fəlsəfə doktoru proqramı üzrə dissertasiya müdafiə edərək alimlik dərəcələri almışdır. 4 nəfəri isə dosent elmi adı almışdır. Filial əməkdaşlarından 40 nəfərə yaxını respublikada, həmçinin 1 nəfəri Türkiyə respublikasında müxtəlif təlim kurslarından keçərək sertifikatlar almışlar. Hazırda ADPU-nun Ağcabədi filialında professor-müəllim heyətinin elmi tədqiqat işlərinə cəlb edilməsi sahəsində xeyli uğurlu nəticələr əldə edilmişdir. Təkcə 2016-cı ildə filial əməkdaşları tərəfindən tədris prosesi üçün zəruri olan 2 dərs vəsaiti, 1 monoqrafiya,1 dərslik, 5 proqram, 40 elmi və elmi metodiki məqalə, 1 metodik vəsait, 5 konfrans tezisi hazırlanaraq nəşr etdirilmişdir. Filialın professor-müəllim heyətinin əməkdaşları, gənc tədqiqatçıları və tələbələri respublika və beynəlxalq səviyyəli elmi konfranslarda müntəzəm iştirak edirlər. Filialda tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə müntəzəm olaraq müxtəlif mövzularda elmi konfranslar, disput və debatlar, yubiley və müsabiqələr keçirilir. ADPU-nun Ağcabədi filialının respublikanın bir sıra ali məktəbləri ilə yanaşı, ABŞ, İngiltərə, Fransa, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və s. kimi ölkələrin elmi müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri vardır. Filialda 17 nəfər tərkibdən ibarət Direktor Şurası, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar Təşkilatı kimi strukturlar fəaliyyət göstərir.