шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Şəki Filialı

  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı haqqında

M Ə L U M A T

http://www.sheki-adpu.az/

14 iyun 2000-ci ildə Ümummilli Lider Heydər Əliyevin 349 saylı fərmanı ilə BDU-nun və Baş Pedaqoji Kadrların İxtisasının artırılması və Yenidən Hazırlanması İnstitutunun Şəki filiallarının bazasında Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı yaradılmışdır. Filial 3,2 ha ərazidə 2 və 3 mərtəbəli yanaşı 2 binada yerləşirdi. Fəaliyyətinin ilk dövrlərində filiala “İbtidai təhsilin pedaqogikası və metodikası” və “Məktəbəqədər təhsilin pedaqogikası və metodikası” olmaqla yalnız 2 ixtisas üzrə qəbul planı təsdiq edilmiş, 2003-cü ildə isə “Azərbaycan dili və ədəbiyyatı”, “Xarici dil (İngilis dili)”, “Tarix və coğrafiya” və “Riyaziyyat və fizika” ixtisasları olmaqla əlavə 4 ixtisas üzrə də qəbul həyata keçirilmişdir. 2009-cu ildə “Riyaziyyat və informatika”, 2011-ci ildə “Təhsildə sosial-psixoloji xidmət”, 2012-ci ildə “Xarici dil (Fransız dili) müəllimliyi və 2013-cü ildə yenidən bərpa edilmiş “Məktəbəqədər təlim və tərbiyə” ixtisasları hesabına sayı 8-ə çatdırılmışdır. Hazırda filialda 1000 nəfərdən artıq tələbə təhsil alır. Onlardan 9 nəfəri Təhsil Nazirliyinin təsis etdiyi “Gələcəyin müəllimi” təqaüdünə layiq görülmüşdür. 2016-2017-ci tədris ilində filiala 8 ixtisas üzrə 202 nəfər tələbə qəbul olunmuşdur. Fəaliyyətdə olduğu 15 ilə yaxın dövr ərzində Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında bakalavr pilləsində pedaqoji kadr hazırlığı ilə yanaşı, pedaqoji kadrların ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanması sahəsində də səmərəli işlər aparılmışdır. Filialda aşağıdakı struktur bölmələr mövcuddur: 1. Direktorluq: Direktor, tədris işləri üzrə direktor müavini, elmi işlər üzrə direktor müavini, əlavə təhsil üzrə direktor müavini 2. Tədris və tələbə şöbəsi; 3. Kadrlar və ümumi şöbə; 4. Mühasibatlıq; 5. Təsərrüfat şöbəsi; 6. Kitabxana: 7. Kompüter mərkəzi: 8. Dekanlıq: Pedaqoji fakültə: 9. Kabinetlər: -Əlavə təhsilə metodiki xidmət kabineti; -Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi kabineti; -Müasir təlim metodları və dayaq məntəqələri ilə iş kabineti. Kafedralar: -Humanitar fənlər kafedrası; -Təbiət fənləri və tədrisi metodikası kafedrası; -Ümumelmi fənlər kafedrası; -Dillər kafedrası: AMİ-nin Şəki filialına tələbə qəbulu dövlət qəbul planına uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir. Son 3 ildə filialın ixtisaslarına müsabiqə xeyli yüksəlmiş, keçid ballarında dinamik artım özünü göstərmişdir. “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə - 550-310 bal “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə - 628-275 bal “Xarici dil (İngilis dili) müəllimliyi” ixtisası üzrə - 637-288 bal “Xarici dil (fransız dili)müəllimliyi” ixtisası üzrə - 417-213 bal “Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə - 528-369 bal “İbtidai sinif müəllimliyi” ixtisası üzrə - 460-267 bal “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə - 476-257 bal “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə - 343-238 bal Ölkə başçısının 27 noyabr 2015-ci il tarixli fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutu və onun bir sıra bölgə filialları Azərbaycan Dövlət Pedaqoji Universitetinin tabeliyinə verilmişdir. 2001-ci ildən bu ali məktəbə riyaziyyat elmləri doktoru, dosent Rafiq Abduləli oğlu Rasulov rəhbərlik edir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı bölgədə mədəni həyatın inişafında müstəsna əhəmiyyəti olan ali təhsil ocağıdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı bir ali təhsil müəssisəsi kimi ötən 25 illik fəaliyyəti dövründə zəruri ehtiyac olan ixtisaslar üzrə 4 mindən artıq ilkin kadr hazırlığı həyata keçirilmiş, bölgə ali məktəbi üçün qaneedici elmi-pedaqoji kadr potensialı formalaşdırmışdır. Respublikamızın Şimal-Qərb bölgəsində yerləşən, tarixi və mədəni mərkəz kimi tanınan qədim Şəkidə fəaliyyət göstərən bu ali məktəb 1991-ci ildə Bakı Dövlət Universitetinin Şəki filialı adı fəaliyyətə başlamışdır. 1992-1993-cü tədris ilində filiala 8 ixtisas üzrə respublikanın 40 şəhər və rayonundan 87 nəfər tələbə qəbul olunmuş, bölgədə yaşayan 25 nəfər alim, habelə tanınmış, yüksək hazırlıqlı digər mütəxəssislər filialda tədris prosesinə cəlb olunmuşlar. Bəzi elm sahələri üzrə ixtisaslı mütəxəssislərin azlığına görə Bakıdakı ali məktəblərdən, xüsusən Bakı Dövlət Universitetindən də alimlər dəvət edilmişdir. Fəaliyyəti dövründə bu bölgə ali məktəbində 1200 nəfərdən artıq ali təhsilli pedaqoji kadr hazırlanmışdır. Hal-hazırda bu təhsil ocağında professor-müəllim heyəti tərkibində 93 nəfər çalışır ki, onlardan da 5 nəfəri elmlər doktoru (o cümlədən 3 nəfəri professor), 22 nəfəri fəlsəfə doktoru, (o cümlədən 6 nəfəri dosent), 33 nəfər baş müəllim, 14 nəfər magistr, 15 nəfəri doktorant və dissertantdır. Son 5 ildə filial əməkdaşlarından 2 nəfəri elmlər doktoru, 3 nəfəri isə fəlsəfə doktoru proqramı üzrə dissertasiya müdafiə edərək alimlik dərəcələri almışıar. Filial əməkdaşlarından 60 nəfərə yaxını respublikada, həmçinin ABŞ və Fransa respublikalarında müxtəlif təlim kurslarından keçərək sertifikatlar almışlar. Hazırda ADPU-nun Şəki filialında professor-müəllim heyətinin elmi tədqiqat işlərinə cəlb edilməsi sahəsində xeyli uğurlu nəticələr əldə edilmişdir. Təkcə 2015-ci ildə filial əməkdaşları tərəfindən tədris prosesi üçün zəruri ehtiyac olan 5 dərs vəsaiti, 4 monoqrafiya, 54 elmi və elmi metodiki məqalə, 18 konfrans tezisi hazırlanaraq nəşr etdirilmişdir. Filialın professor-müəllim heyətinin əməkdaşları, gənc tədqiqatçıları və tələbələri respublika və beynəlxalq səviyyəli elmi konfranslarda müntəzəm iştirak edirlər. Filialda tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə müntəzəm olaraq müxtəlif mövzularda elmi konfranslar, disput və debatlar, yubiley və müsabiqələr keçirilir. ADPU-nun Şəki filialının respublikanın bir sıra ali məktəbləri ilə yanaşı, Türkiyə, Rusiya, Fransa, Gürcüstan, Ukrayna və s. kimi ölkələrin elmi müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri vardır. Filialda 21 nəfər tərkibdən ibarət Elmi Şura, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar Təşkilatı kimi strukturlar fəaliyyət göstərir.