шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

ADPU-nun Həmkarlar İttifaqı Komitəsi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsi 1923-cü ildə yaradılmışdır. Onun ilk sədri psixoloq Mühiddin müəllim olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsi Universitetdə çalışan əməkdaşların əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədilə könüllülük əsasında yaradılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş qeyri-siyasi ictimai təşkilatdır.

Həmkarlar İttifaqı Komitəsi öz fəaliyyətini Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nizamnaməsi, Əmək Məcəlləsi və rektorluqla bağlanmış kollektiv müqavilə əsasında təşkil edir.

Təşkilatın xidmətində 8 fakültə və universitetdə fəaliyyət göstərən 1500-ə yaxın professor-müəllim heyəti, laborant və texniki içşi birləşir. Komitə, əsasən ittifaq üzvlərinin sosial problemlərinin, hüquqlarının müdafiəsi ilə yaxından məşğul olur, onların müalicə və istirahətlərinin daha yaxşı təşkilinə kömək edir.

 2008-ci ildə Milli Məclis Həmkarlar İttifaqı haqqında qərar qəbul edərək Əmək Məcəlləsində dəyişikliklər etmişdir. Bu öz əksini Əmək Məcəlləsinin  80-ci maddəsində tapmışdır.

1.  Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən  həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2.   Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

 Komitənin rəhbər orqanları beş ildə bir dəfə keçirilən hesabat seçki konfransında seçilir. Konfranslar arası dövrdə komitəyə Məclis və Rəyasət Heyəti rəhbərlik edir. Komitənin nəzdində müxtəlif komissiyalar fəaliyyət göstərir. Komitənin sədri dosent Vaqif Əliyevdir.