шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

ADPU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi

Azərbaycan Dövlət Pedoqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi 1923-cü ildə yaradılmışdır. 1993-cü ildən bu ictimai təşkilat Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi adlanır. Hazırda Tələbə Həmkarlar İttifaqı Komitəsinə dos. Vurğun Məmmədov rəhbərlik edir. Təşkilat öz ərkibində 9 fakültədən 5710tələbəni birləşdirir. THİK tələbə gənclərin sosial problemlərinin həlli , müalicə və istirahətlərinin təşkili istiqamətində tədbirlər həyata keçirir. Hər il tələbələrin sosial durumlarını yaxşılaşdırmaq üçün 12 nəfər tələbəyə təqaüd verilir. Hər gün 50 nəfər imkansız tələbəyə pulsuz nahar verilir. THİK-də 11 nəfərdən ibarət daimi idarə heyəti fəaliyyət göstərir. THİK-də 5 ildən bir hesabat-seçki konfransı keçirilir. İdarə heyəti ayda bir dəfə yığışır. 19 nəfərdən ibarət rəyasət heyəti vardır. Komitədə 3 daimi komissiya fəaliyyət göstərir:

  • Təftiş komissiyası
  • Mədəni-kütləvi tədbirlər komissiyası
  • Tələbələrin sosial hüquqların müdafiəsi komissyası

THİK mədəni kütləvi tədbirlər keçirir, idman yarışları və bədii-özfəaliyyət kollektivləri ilə işləyir. THİK universitetin daxilində nizam-intizam qaydalarını möhkəmləndirmək üçün səy göstərir. THİk rektorluqla birlikdə tələbələrin sosial durumlarını daha da yaxşılaşdırmaq məqsədilə tədbirlər həyata keçirir.