шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

ADPU-nun Tələbə Gənclər Təşkilatı

yt2

Struktur

 

Sədr – Taleh Budaqov – Tarix və Coğrafiya fakültəsi

Müavin – Aysel Sadıqova – SABAH qrupları

Müavin – Şıxməmməd Şıxməmmədov – Məktəbəqədər təhsil, korreksiyaedici təlim və psixoloji xidmət fakültəsi

Ümumi şöbə müdiri – Günel Məmmədli

Fakültələr

Riyaziyyat və İnformatika

Filologiya

Fizika və Texnologiya

Kimya və Biologiya

Tarix və Coğrafiya

Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim

İbtidai Təhsil

Musiqi, Təsviri incəsənət, Fiziki tərbiyə və Gənclərin çağırışa qədərki hərbi hazırlığı

SABAH qrupları

Departamentlər

Gənclərin Maarifləndirilməsi Departamenti – GMD

Layihələr Departamenti – LD

İctimaiyyətlə Əlaqələr Departamenti – İƏD

Vətənpərvərlik Departamenti ­– Vətənpərvərlik

Azərbaycan Tələbə Kartı ilə iş və İnformasiya Texnologiyaları Departamenti – ATKİT

İnsan Resursları Departamenti - İRD

Elm və Təhsil Departamenti – ETD

Tələbə Problemləri ilə iş Departamenti – TPİD

Klublar

ART klub

İntellektual Oyunlar klubu - İOK

Debat klub

Kitab klubu

Sağlamlıq klubu

Cinema klub

Şən Hazırcavablar klubu – ŞHK

Komitə

Tədbirin Təşkili Komitəsi – TTK

GMD - Gənclərin Maarifləndirilməsi Departamenti artıq 3 ilə yaxşındır ki fəaliyyət göstərir.Bu departamentin əsas vəzifəsi təlimlər keçirmək,müxtəlif psixoloqlar və ya təlimçilər dəvət etməkdir.Həmçinin təlimin necə keçirilməsini tələbələrə çatdırmaqdır.Beləliklə,təlimlərin keçirilməsi nəticəsində gənclərin asudə vaxtları səmərəli şəkildə keçir və gənclər faydalı,yararlı biliklər əldə edirlər.

LD - Layihələr departamentinin məqsədi universitet gənclərinin ideyalarının gerçəkləşdirilməsinə istiqamət və dəstək vermək.Layihə anlayışının düzgün aşılanması.İstənilən mövzu və istiqamət üzrə layihənin həyata keçirilməsi.Layihənin sənədləşdirilməsi,büdcənin sədrə təhvil verilməsi

İƏD - İctimaiyyətlə Əlaqələr Departamenti.Bizim işimiz sosial mediada fəaliyyət göstərməkdir. Yəni universitet daxilində Tələbə Gənclər Təşkilatının gördüyü bütün tədbirləri sosial medialarda yayımlamaqdır. Bundan başqa tədbirlər , təlimlər və seminarlar da təşkil etmək.

VD - Vətənpərvərlik departamentinin məqsədi tələbələrimizin vətənpərvərlik ruhunda olması və vətəni üçün layiqli şəxsiyyət olmaları üçün müvafiq tədbirlər, layihələr təşkil etməkdir. Department əlamətdar günləri, işğal altında olan əraziləri və kimi hadisələrin ictimaiyyətə çatdırılması üçün müvafiq tədbirlər görür.

TPİD - Tələbə problemləri ilə iş departamenti.Departament tələbələrin imtahandan əvvəl və sonra, yəni ümumilikdə təhsil aldığı müddət ərzində qarşılaşdığı problemlərlə maraqlanır, onları araşdırıb, həllinə çalışır. Tələbələrin hüquqlarını təmin etmək, bütün problemləri ilə o cümlədən psixoloji halları ilə maraqlanıb, onları dinləmək və kömək etmək departamentin əsas vəzifələridir.

ART klub – Klub tələbələrdə incəsənətə maraq yaratmaq və artırmaq üçün fəaliyyət göstərir, Tələbə gənclər arasında incəsənətə olan marağın artırılması, milli incəsənitimizin, o cümlədən dünya incəsənətinin tanıdılmasının təbliği,  istedadlı tələbələrin üzə çıxarılması, incəsənətlə bağlı istənilən layihələrin, sərgiləri tədbirlərin, tamaşaların keçirilməsində böyük rol oynayır.

İntellektual Oyunlar klubu -  Klubunun əsas məqsədi  tələbələrin boş vaxtlarını səmərəli keçirməsi, dünyagörüşünün artması, intellekt səviyyələrinin güclənməsi  üçün yarışlar  təşkil olunur.  Klub hər həftə şənbə günü  yarış keçirir. Bu yarışlar həftə içi də keçilir. Yarışda qalib olan kamandalar mükafatlandırılır.

Kitab Klubu - Klubun əsas məqsədi tələbələrin kitaba olan marağını daha da artırmaq,mütaliə etmələrinə şərait yaratmaq,oxuduqları kitablardan başqa tələbələrin yararlanmasını təmin etməkdir.Bundan əlavə tələbələr oxuduqları kitabların  müəlliflərini daha da yaxından görməyə,həmçinin də imza çəkdirməyə şərait yaratmaqdır.

Cinema klub - Klub Azərbaycan və dünya filmlərinə olan marağı artırmaq məqsədi  ilə hər ay tələbələrə film nümayiş edir. Eyni zamanda sosial şebəkələrdən filmlər, aktyorlar, xüsusi günlərdə tələbələri maarifləndirici mövzuda postlar hazırlayır.

Şən və Hazırcavablar klubu – Klub tələbələrin asudə vaxtlarını maraqlı keçirməsini təşkil edir. “Dünyanı gülüş xilas edəcək” şüarı altında tələbələri əyləndirir.

Tədbirlərin Təşkili Komitəsi – Komitənin əsas iş prinsipi ölkəmizdə keçirilən əlamətdar dövlət tədbirlərinin tən-tənəli  şəkildə keçirilməsidir.TTK-nın tədbir keçirəcəyi zaman bütün fakültələrə müraciət edilir.Yəni bu zaman tək bir fakültənin fikri olmur. Sonda isə tədbirin mövzusuna uyğun ən gözəçarpan məqamlar ümumiləşdirilib yekun tədbir senarisi qurulur.