шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Davamlı təhsil və təlim şöbəsi

Tarixi

Əlavə təhsil fakültəsi Azərbaycan Dövlət Pedaqoji Universitetində əlavə “İxtisasartırma” fakültəsi kimi yaranmış, Təhsil Nazirliyinin 7 okryabr 1995-ci il tarixli 408 saylı əmri ilə fakültəyə yenidən hazırlanma statusu verilərək “İxrisasartırma və yenidən hazırlanma  fakültəsi, sonra isə Təhsil Nazirliyinin 10 iyun 2010-cu il tarixli 46-25-3576/17 saylı məktubuna əsasən “Əlavə təhsil ” fakültəsi adlandırılmışdır.

Əlavə təhsil haqqında

Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə ixtisas təhsilinin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir. Əlavə təhsil peşə hazırlığı səviyyəsinin yüksədilməi və rəkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli işrirakının təmin edilməsi vəzifəsini daşıyır.

Azəbaycan Respublikasında əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:

  • ixrisasartırma;
  • kadrların yenidən hazırlanması;
  • stajkeçmə və kadrların təkmilləşdirilməsi;
  • təkrar ali təhsil;
  • dərəcələrin yüksəldilməsi;
  • yaşlıların təhsili.

Bu istiqamətlər üzrə təhsilin məzmunu, təşkili və hər hansı istiqamət üzrə təhsil almış şəxslərə müvafiq dövlət sənədinin verilməsi təhsil haqqında Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli qanununun 24- cü maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 N°-li qərarı ilə təsdiq edilmiş və əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi  qaydası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin haqqında sənədlərlə tənzimlənir.

İxtisasartırma təhsilinin əsas məqsədi hər bir işçinin və ya mütəxəssisin ixtisası üzrə intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsini, daim dəyişən və yeniləşən əmək şərairinə uyğunlaşdırılmasını, ölkənin sosial,iqrisadi, siyasi və mƏMƏhi həyatında fəal və səmərəli iştirakını təmin etməkdir. İxtisasartırma təhsilinin kuriklum modeli işlənmiş və ənənəvi üsullardan fərqli olaraq təhsilin bu sahəsi yeni model əsasında həyata keçirilir.

Yenidənhazırlanma təhsili ilkin baza peşə-ixtisas təhsili almış və müəyyən əmək sahəsində çalışan hər bir vətəndaşın müvafiq sahə üzrə yeni peşə və ixtisasa yiyələnmə  istəyini həyata keçirən əlavə təhsil formasıdır və kadrlara olan real təlabatın daha dinamik və çevik surətdə ödənilməsinə xidmət edir. Bu təhsil forması ilkin baza təhsil proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərti ilə mütəxəssislərə verilən əlavə təhsildir.

Yenidənhazırlanma təhsili üzrə proqramları tam mənimsəyən, dövlət attestasiyasından müvəffəqiyyətlə keçən hər bir dinləyiciyə vahid formalı dövlət sənədi-
diplom verilir.Yenidənhazırlanma diplomu ali təhsil haqqında müstəqil sənəd deyildir. İşə qəbul zamanı yenidənhazırlanma haqqında verilmiş diplom baza təhsili diplomu ilə birgə təqdim edildikdə hüquqi əsasa malikdir.

Stajkeçmə və kadrların təkmilləşdirilməsi elmi-pedaqoji, pedaqoji,mühəhdis-müəlim kadrları,sənaye, tikinti, iqtisadiyyat, tibb, kənd təsərrüfatı, bütün növ istehsal sahələri və s. kateqoriyadan olan kadrlar üçün əlavə təhsil növüdür. Təhsilin bu sahəsindən Azərbaycan Dövlət Pedaqoji Universitetində daha çox istifadə olunur. Universitetin professor-müəllim heyəti stajkeçmə və təkmilləşmə üçün AMEA-nın sahə institutlarına,Respublikanın qabaqcıl universitetlərinə göndərilir, onlarla təcrübə mübadiləsi aparılır,elmi və pedaqoji sahədə olan yeniliklərlə tanış olunur.

Təkrar ali təhsil baza peşə ixrisas təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərq bir tədris ilinə hasablanmış saatdan çox olduqda mütəxəssislərə verilən əlavə təhsil növüdür. Bu təhsil növü mütəxəssis hazırlamaq işində çevikliyi və ayrı-ayrı şəxslərin əlavə ixtisas təhsili almaq arzusunu təmin etmək məqsədi ilə həyata keçirilir.

Dərəcələrin yüksəldilməsi təhsili orta ixtisas təhsili müəssisələrini bitirmiş və subbakalavr dərəcəsi almış kadrların uyğun ixtisaslar üzrə bakalavr səviyyəsinə hazırlığını nəzərdə turan təhsil növüdür. Dərəcənin yüksədilməsi təhsili ali təhsilli kadrlara olan real tələbatın daha dinamik və çevik surətdə ödənilməsinə xidmət edir və ilkin baza təhsil proqramı ilə yenidən əldə ediləcək ixtisas üzrə bakalavr təhsili proqramı arasındakı fərqin 1 tədris ilinə hesablanmış saatdan az və 2 tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə subbakalavrlara verilən əlavə təhsildir.

Yaşlıların təhsili və vətəndaşların fasiləsiz olaraq cəmiyyətdə və iqtisadiyyatda baş verən dəyişikliklərə uyğunlaşmasını təmin edən əlavə təhsil növüdür. Əlavə təhsilin bu istiqaməti əmək qabiliyyətli əhalinin böyük bir hissəsinin əmək bazarında rəqabət qabiliyyətli olmaları üçün onların yenidən ixtisaslaşması, yeni şəraitə uyğunlaşdırılması və yeni iş imkanlarının yaradılması zərurətindən irəli gəlir.

Strukturu

İxtisaslar

  1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası
    • Tədris planı
  2. Riyaziyyat və informatika müəllimliyi ixtisası
    • Tədris planı
  3. Təhsildə sosial-psixoloji xidmət ixtisası
    • Tədris planı
  4. Məktəbəqədər  təlim və tərbiyyə ixtisası
    • Tədris planı

Statistik göstəricilər

İndiyədək (2013) fakultəd' ümumtəhsil məktəbləri üçün 3000-dən çox müxtəlif ixtisaslı müəllim kadrları hazırlanmışdır.

İnformasiya yardımı

  1. Dərəcələrin yüksəldilməsi təhsili
  2. İxtisasartırma təhsili
  3. Məktəbəqədər, ümumi, ilk peşə-ixtisas və məktəbdənkənar təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrlari üçün ixtisasartirma təhsilinin kurikulum çərçivəsi
  4. Məktəbəqədər, ümumi, ilk peşə-ixtisas və məktəbdənkənar təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrlari üçün ixtisasartirma təhsilinin kurikulum çərçivəsi (Əlavə)
  5. Stajkeçmə və kadrların təkmilləşdirilməsi təhsili
  6. Təkrar ali təhsil və orta ixtisas təhsili
  7. Yaşlıların təhsili
  8. Yenidənhazırlanma təhsilinin məzmunu və formaları