шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Məzun koordinasiya və karyera bölməsi

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tədris departamentinin “Məzun koordinasiya və karyera” bölməsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası məqsədilə təsdiq olunmuş “Fəaliyyət Plani”nın, müvafiq təhsil qanunvericilik aktlarının, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 221 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsil müəssisələri məzun və karyera şöbələrinin təşkilinin vacibliyi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyə məktubuna, ADPU-nun strateji inkişaf planına uyğun olaraq ADPU-nun Nizamnaməsinin tələbləri gözlənilməklə yaradılmılşdir.

Bölmənin yaradılmasında məqsəd tələbələrin Universitetdə hərtərəfli təhsil alması, onların intellektual və mədəni inkişafı, peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi ilə yanaşı, məşğulluq problemlərinin həll edilməsi üzrə kompleks təşkilati, texniki, informasiya, konsaltinq, tədris və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, karyeralarının planlaşdırılmasına məsləhət xidməti və istiqamət verərək, onları iş dünyasına hazırlamaq, Univrsitet-İş Dünyası əlaqələrini formalaşdırmaq və inkişaf etdirmək,Universitetin çoxsaylı məzunları ilə daimi əlaqə saxlamaqdan ibarətdir.

“Məzun, Koordinasiya və Karyera” bölməsi müxtəlif fəaliyyətləri ilə fərdin özünü tanımasına, iş dünyasına hazırlaşmasına və iş həyatının hər pılləsində uğur əldə etməsinə istiqamət verir. Bölmənin fəaliyyəti Univrsitet-İş Dünyası əlaqələrinin formalaşması və inkişafı baxımılndan da əhəmiyyətlidir.

Bölmənin  qarşısında duran əsas vəzifələr aşağıdakılardır:

  1.  2016/2017-2017/2018-ci illər üzrə məzunlar (bakalavr, magistr, doktorant və disertantlar) haqqında elektron bazanın yaradılması
  2.  Məzunlar haqqında elektron məlumat bazasının daima yenilənməsi və təkmilləşməsinin təmin edilməsi;
  3.  Bölmənin internet portalının yaradılması və idarə olunması;
  4.  Universitetin əvvəlki illərin məzunu olmuş görkəmli elm, mədəniyyət və ictimai xadimləri ilə tələbələrin görüşlərini təşkil etmək
  5.   İş imkanlarının araşdırılması ilə bağlı müxtəlif təşkilatların, şirkətlərin nümayəndələri ilə tələbələrin görüşlərini keçirmək
  6.   ADPU-nun mütəxəssis hazırlığı aparılan ixtisasları üzrə ümumtəhsil məktəblərində görüşlər təşkil etmək
  7.   Ümumtəhsil məktəb şagirdləri üçün “Açıq qapı” günlərini təşkil etmək
  8.  İxtisaslar üzrə işə qəbul imkanlarının araşdırılması və məlumatların toplanması
  9.  İxtisaslar üzrə mütəxəssislərə olan ehtiyacın proqnozlaşdırılması və qəbul haqqında təkliflərin hazırlanması;
  10.  Əmək yarmarkalarının təşkil edilməsi və keçirilməsi;
  11.  Məzunların işlə təmin olunmasında, əmək bazarında öz bilik və bacarıqlarına uyğun iş tapmalarında onlara yardımçı olmaq;
  12.  Tələbə və magistrantlara, doktorantlara karyera inkişafında dəstək;
  13.  Kurslarda ixtisas seçimi zamanı Universitetimizi təmsil etmək və müəllim hazırlığını təmin etmək;
  14.  Universitetdə müxtəlif ixtisaslara uyğun vakansiyalar barədə məlumatların toplanması və vakansiya yarandıqda öz məzunlarımıza üstünlük verilməsi;
  15.  İşə qəbul yolunda problemlərin aradan qaldırılması üçün təlim və kurslar təşkil etmək;
  16.  Ölkəmizdə ixtisaslı kadr axtarışı zamanı öncə yeganə Dövlət Pedaqoji Universiteti olaraq, bizimlə əməkdaşlıq etmələrini təmin etmək.
  17.  Universitetin bu istiqamətdə işinin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq

və Universitetin rəhbərliyinə təqdim etmək.