шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

“Yeni öyrətmə metodları” mövzusunda növbəti təlimlər keçirilmişdir

Tədqiqat və inkişaf şöbəsi

 Müasir inkişafın xarakterinə uyğun olaraq təlim metodları da forma və məzmunca yeniləşməyə başlamışdır. Cəmiyyət müstəqil düşünən, kamil, yaradıcı insan yetişdirməyi problem kimi təhsil müəssisələrinin qarşısında qoymuşdur.

[gallery ID=35]

Bu vəzifələri həyata keçirmək, reallaşdırmaq inkişaf etmiş qabaqcıl ölkələrdə mövcud olan fəal təlim metodlarından, milli-mənəvi dəyərləri nəzərə alaraq istifadəni zərurətə çevirmişdir. Hər bir dövlətdə əhalinin həyat səviyyəsi onun elmi potensialı ilə ölçüldüyü üçün yüksək elmi potensiala malik ölkə kimi Azərbaycan təhsili də buna uyğun olmalıdır. Bütün bunları nəzərə alaraq, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsil sahəsində həyata keçirilən islahatların əsas məqsədi ali təhsilin Avropa və dünya məkanına inteqrasiya etməsi, qabaqcıl ali təhsil müəssisələrinin təcrübələrindən yararlanaraq təlim prosesinin səmərəliliyinin artırılması, metodika sahəsində müasir dünyanın önəm verdiyi təlim üsullarından istifadə edilməsidir. Fullbright proqramı çərçivəsində ADPU-da fəaliyyət göstərən Lehigh Universitetinin professoru xanım Jill Sperandionun universitetin professor və müəllim heyəti üçün təşkil etdiyi seminarlar da bu baxımdan əhəmiyyət daşıyır. Mövzusu “Yeni öyrətmə metodları” olan təlimlərdə ekspert dərsin mövzusuna uyğun forma və üsulların seçilməsi, tələbələrdə yaradıcılıq, tənqidi düşüncə, əməkdaşlıq etmə bacarıqlarının formalaşdırılması, eləcə də bu bacarıqlar nəticəsində təhsilalanların daha effektli öyrənməsi, peşəkar və dinamik inkişafının təmin edilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparmış, bir sıra şəxsi təcrübələrini təlim iştirakçıları ilə bölüşmüşdür. Qeyd edək ki, Tədqiqat və inkişaf şöbəsinin təşkilatçılığı ilə martın 1-də İbtidai təhsil, martın 2-də Fizika və texnologiya, martın 9-da isə Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq, Kimya və biologiya, Riyaziyyat və informatika fakültələrinin professor-müəllim heyəti, SABAH qruplarının əməkdaşları üçün təlimlər keçirilmişdir.