шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

“Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzusunda hüquqi-maarifləndirmə tədbiri keçirilib

Oktyabrın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  Şəki Filialında  “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzusunda hüquqi-maarifləndirmə tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə  filialın  elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev açaraq,  görüşün əhəmiyyətindən danışıb, hərəkət iştirakçıları olan  piyadaların təhlükəsizliyinin təmin edilməsi üçün “Yol hərəkəti haqqında” qaydaları bilməyin və  əməl etməyin  zəruriliyini vurğulayıb.

Tədbirdə çıxış edən Şəki Şəhər  (rayon) Polis Şöbəsinin  Dövlət Yol Polisi Bölməsinin Təbligat-təşviqat üzrə inspektoru,  polis baş leytenantı Tural Niftəliyev yol hərəkətinin  tənziminin hüquqi əsasları, piyadaların hüquq və vəzifələri, yol hərəkəti qaydalarının pozulmasına görə hüquqi məsuliyyət haqqında geniş məlumat verib.

Dialoq şəklində keçirilən görüşdə tələbələr yol polisi əməkdaşının  onlara ünvanladığı sualları  cavablandırıb, eyni zamanda maraqlandıqları suallarla polis əməkdaşına müraciət ediblər.

Görüş tələbələrin dərin marağına səbəb olub.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi