шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Qeydiyyat üçün tələb olunan sənədlər

Bakalavriat səviyyəsi üzrə:

* seçdikləri ixtisas, tədris dili, təhsilalma forması göstərilməklə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorunun adına ərizə;

* əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən, müvafiq qaydada leqallaşdırılmış və ya apostil olunmuş təhsil haqqında sənədlərin və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surətləri;

* sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;

* etibarlı sərhədkeçmə sənədi (pasportun notariat qaydada təsdiq edilmiş surəti);

* şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti;

* tərcümeyi-hal;

* 3x4 ölçüdə 6 ədəd fotoşəkil;

* tədris dilindən imtahan verilməsi barədə şəhadətnamə və ya sertifikat (mövcud olduğu halda);

* fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda).

Qeyd: bütün sənədlər tərcümə olunaraq notariusda təsdiq edilməlidir.

Magistratura səviyyəsi üzrə:

* seçdikləri ixtisas, tədris dili, təhsilalma forması göstərilməklə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorunun adına ərizə;

* əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən, müvafiq qaydada apostil olunmuş, nostrifikasiyadan keçmiş təhsil haqqında sənədlərin və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surətləri;

* sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;

* etibarlı sərhədkeçmə sənədi (pasportun notariat qaydada təsdiq edilmiş surəti);

* şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti;

* tərcümeyi-hal;

* 3x4 ölçüdə 6 ədəd fotoşəkil;

* tədris dilindən imtahan verilməsi barədə şəhadətnamə və ya sertifikat (mövcud olduğu halda);

* fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda).

Qeyd: bütün sənədlər tərcümə olunaraq notariusda təsdiq edilməlidir.

Doktorantura və dissertantura səviyyələri üzrə:

* ərizə (Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorunun adına);

* kadrların şəxsi-qeydiyyat vərəqi;

* tərcümeyi-hal;

* 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

* Iş yerindən xasiyyətnamə;

* əmək ktabçasından çıxarış;

* çap olunmuş elmi işlərin siyahısı;

* “Fəlsəfə doktoru” və ya “Elmlər namizədi” elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

* ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti və diplomun tanınması haqqında şəhadətnamə (nostrifikasiyası);

* şəxsiyyəti təsdiq edən sənədin surəti.

Qeyd: bütün sənədlər tərcümə olunaraq notariusda təsdiq edilməlidir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqvilələrə uyğun olaraq hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. Təhsil ödənişli əsaslarla aparılır.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər doktoranturada və dissertantlıq yolu ilə təhsil müddətində “Azərbaycan dili” fənnindən əlavə doktorluq imtahanı verirlər.