AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
“TYUTOR HAZIRLIĞI” ÜZRƏ SERTİFİKAT PROQRAMINA
SƏNƏD QƏBULU ELAN EDİR
“Tyutor hazırlığı” kursu aşağıdakı tədris modullarından ibarətdir:
- təhsil qanunvericiliyinin ətraflı araşdırılması və tədris prosesinə tətbiqi;
- tədris sənədlərinin tərtibi qaydaları;
- tələbələrlə davranış qaydaları və onlarla işin psixoloji xüsusiyyətləri;
- ingilis dili səviyyəsinin yüksəldilməsi;
- situasiyaların həlləri;
- texniki bacarıqların artırılması.
“Tyutor hazırlığı” kursu 15 yanvar 2020-ci il tarixdən başlayaraq ödənişli əsaslarla 2 ay müddətinə təşkil olunacaq. Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara topladıqları ballara uyğun sertifikatlar təqdim olunacaq.
Kursda iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
Sənədlər 25 dekabr 2019-cu il tarixədək (şənbə və bazar günlərindən başqa) saat 10:00-dan 17:00-dək qəbul edilir.
Ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 104, ADPU-nun II tədris binası “Davamlı təhsil və innovasiyalar” şöbəsi (otaq 710)
Telefon: (+99412) 465-29-76
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Təlim proqramının təşkilində məqsəd xüsusi təhsil sahəsində peşəkar xidmət göstərə biləcək mütəxəssislər hazırlamaqdır.
“Xüsusi pedaqogika” proqramı aşağıdakı tədris modullarından ibarətdir:
- Oliqofrenopedaqogika - intellektual pozulması olan(Əqli gerilik və Psixi inkişaf ləngiməsi) uşaqların təlim-tərbiyəsi ilə məşğul olan elm sahəsi
- Surdopedaqogika - eşitmə pozulmaları (kar və zəif eşidən) olan uşaqların təlim-tərbiyəsi ilə məşğul olan elm sahəsi
- Tiflopedaqogika - görmə pozulmaları (kor və zəif görən) olan uşaqların təlim-tərbiyəsi ilə məşğul olan elm sahəsi
- Loqopediya - nitq pozulmaları olan uşaqların korreksiya işinin təşkili ilə məşğul olan elm sahəsi
Təlimlər 10 yanvar 2020-ci il tarixdən başlayaraq ödənişli əsaslarla 10 gün müddətinə təşkil olunur.Təlimləri müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar verilir.
Təlimlərdə iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
Sənədlər 10 yanvar 2020-ci il tarixədək (şənbə və bazar günlərindən başqa) saat 10:00-dan 17:00-dək qəbul edilir.
Ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 104, ADPU-nun II tədris binası “Davamlı təhsil və innovasiyalar” şöbəsi (otaq 710)
Telefon: (+99412) 465-29-76
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.; Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.