Dekabrın 12-də dünya şöhrətli siyasi xadim, qüdrətli dövlət rəhbəri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində birinci dərs saatı ulu öndər Heydər Əliyevə həsr edilib. Dərslərdə müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə, müstəqilliyimiz və dövlətçiliyimiz üçün gördüyü işlərə həsr olunmuş videoçarxlar, slaydlar nümayiş etdirilib.
[gallery ID=119]
İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi