шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun Şamaxı Filialında “Narkomaniya və onun fəsadları” mövzusunda tədbir keçirildi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında Şamaxı Rayon Prokurorluğu, Şamaxı Rayon Polis Şöbəsi və ADPU-nun Şamaxı Filialının birgə təşkilatçılığı ilə “Narkomaniya və onun fəsadları” mövzusunda tədbir keçirildi. Tədbirdə filialın rəhbərliyi, Şamaxı rayon prokuroru, baş ədliyyə müşaviri Müşviq Səfərov, Şamaxı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şahin Mirzəyev, professor-müəllim heyəti və tələbələr iştirak edirdilər.

Tədbirin əvvəlində “Narkomaniyanın fəsadları” adlı film nümayiş olundu.

Tədbiri giriş sözü ilə ADPU-nun Şamaxı Filialının direktoru, dosent Tünzalə Yusifova açaraq tədbir iştirakçılarını salamladı. O, bildirdi ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər arasında ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniyadır. Bu bəlanın gənclər və yeniyetmələr arasında yayılması gənc nəslin tərbiyəsində rolu olan hər kəsi narahat edən məsələdir. Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası ümummilli lider Heydər Əliyevin imzaladığı “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanun ilə qoyulmuşdur. Eyni zamanda Prezident cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində bu problemin həllində mühüm addımlar atılmışdır.

Sonra tədbirdə Şamaxı rayon prokuroru, baş ədliyyə müşaviri Müşviq Səfərov və Şamaxı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şahin Mirzəyev çıxış edərək son dövrlər istər narkotik maddələrin ölkəyə daxil olmasının, istərsə də istifadəçilərin sayının artmasının qarşısının alınması sahəsində görülən mühüm tədbirlərdən danışdılar.

Humanitar və xüsusi fənlər kafedrasının baş müəllimi, fəlsəfə doktoru Təranə Əkbəri narkomaniyanı bəşəriyətin bəlası adlandıraraq, bu bəlanın insan orqanizminə göstərdiyi mənfi təsirlərdən, müalicəsinin çox vaxt nəticə verməməsindən danışaraq, bu mövzuda maarifləndirmənin əhəmiyyətini vurğuladı.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

 

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi