Oktyabrın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin Elmi Şurasının iclası keçirilib. Fakültənin dekanı, Elmi Şuranın sədri, dosent Elnarə Mehbalıyeva 2018-2019-cu tədris ilinin payız semestrində kafedralar üzrə keçiriləcək açıq dərslərin qrafiki ilə Şura üzvlərini tanış edib. Müxtəlif kafedralar üzrə təqdim olunan açıq dərslərin qrafiki müzakirə olunaraq təsdiq olunub.
[gallery ID=26]
Elmi Şurada kurs işləri, sərbəst işlərin tələbələrə verilməsinin vəziyyəti, habelə 2018-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin müzakirəsi ilə bağlı kafedra müdirlərinin məlumatları dinlənilib. 2018-ci ildə magistraturaya qəbul olunmuş magistrantların elmi rəhbərləri və dissertasiya mövzuları müzakirə olunaraq təsdiq edilib.
Elmi katib, kimya üzrə fəlsəfə doktoru Gülnarə Babayeva cari məsələlərlə Elmi Şura üzvlərini tanış edib. 1 proqramın, 2 dərs vəsaitinin və 1 metodik vəsaitin müzakirə olunaraq nəşr olunması məqsədəmüvafiq hesab edilib.
İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi